Aşağı Atuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun faktiki mövcud olan Aşağı Atuc kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Aşağı Atuc kənd Soveti yaradılmışdır.[1]
Aşağı Atuc | |
---|---|
41°28′ şm. e. 48°32′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrin sonlarında Atuc kəndindən çıxmış bir qrup ailənin həmin kəndə məxsus qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Yaşayış məntəqəsi əvvəlki kənddən bir qədər aşağıda yerləşdiyi üçün belə adlandırılmışdır.[2]
Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2236 nəfər əhali yaşayır. Əhalisini tatlar təşkil edir.[3]
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |