Şihabəddin Məhəmməd ən-Nəşəvi
Şihabəddin Məhəmməd ən-Nəşəvi (fars. شهاب الدین محمد النساوی; vəfat 1249/1250) milliyətcə fars olan naşir, bioqraf, tarixçi və dövlət xadimidir. Böyük Xorasan vilayətinin Nisa şəhərində anadan olmuşdur. O, 1225-ci ildən ölümünə qədər Cəlaləddin Mənguberdinin yanında olmuşdur. Onun yanında vəzir və səfir vəzifələrində xidmət etmişdir. Cəlaləddin Xarəzmşahın vəfatından sonra Məyyafərikinə getmiş və orada Əyyubi hökmdarının xidmətinə girmişdir. Burada qaldığı müddət ərzində Nəfs̱ətü'l-maṣdur (1234-35) adlı əsərini başa çatdırmışdır. Daha sonra isə Hələbə getmiş və oradakı Əyyubi hökmdarının xidmətinə qəbul edilərək (1246) monqolların yanına səfir göndərilmişdir. Ömrünün son illərini Hələbdə keçirmiş və elə orada da vəfat etmişdir.
O, monqolların Xorasanı almasını, Cəlaləddinin sonrakı qaçışlarını və daha sonrakı hərbi macəralarını öz gözləri ilə görmüş və bu hadisələrin hamısını 1241-ci ildə ərəb dilində qələmə aldığı “Sirətus-Sultan Cəlaləddin Mənguberdi” adlı əsərində qeyd etmişdir.