Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şuşa şəhəri və Şuşa qəzasının oçerki
Şuşa şəhəri və Şuşa qəzasının oçerki (rus. Очерк города Шуши и Шушинского уезда) — Topluda şəhərin yaranma tarixi, coğrafi mövqeyi, təbiəti, əhalisi, daxili və xarici ticarəti, məşhur Qarabağ atları haqqında ətraflı məlumatlar yer alıb. 1873-cü ildə K.Nikitin tərəfindən tərtib edilərək nəşr edilən “Şuşa şəhəri və Şuşa qəzasının oçerki” adlı əsər Şuşa şəhərinin tarixi ilə bağlı dəyərli mənbədir. Oçerk Gürcüstanın Milli Parlament Kitabxanası, həmçinin Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında da saxlanılır. Oçerk Şuşa şəhərinin tarixən Azərbaycanın tarixi-mədəni və ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu sübut edən mənbələrdən biri hesab edilir. Cəmi 30 səhifəlik kitabçada Şuşa şəhərinin yaranma tarixi, şəhərin coğrafi mövqeyi, təbiəti, əhalisi, daxili və xarici ticarət əlaqələri barədə maraqlı məlumatlar yer alıb. Kitabça rum rəqəmi ilə qeyd olunmuş 2 hissədən və ayrı-ayrı başlıqlar formasında təqdim edilən bölmələrdən ibarətdir. İlk hissə “Tarixi oçerk” adlanır və orada Şuşanın tarixinə qısaca nəzər salınır. İkinci hissə əsasən Şuşanın coğrafiyası və iqtisadiyyatına həsr olunub. Bu hissədə Şuşa dağlarının mənşəyinə dair Frederik Dübua de Monperyönün fikirləri, onun forma və hündürlüyü, şəhərin ərazisi və onun ətrafı, iqlimi, şəhərin əhalisi, şəhər sakinlərinin məşğuliyyəti, su çatışmamazlığı kimi maraqlı məlumatlar verilir.
Oçerk
Oçerk — epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəman adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır. Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaratmışlar.
İran haqqında oçerk (film, 1942)
Çərxçi
Çərxçi — orta əsrlərdə Azərbaycanda, habelə bəzi qonşu Şərq ölkələrində xüsusi hərbçi süvari dəstəsinin döyüşçüsü. Çərxçi dəstələri ən təcrübəli və cəsur döyüşçülərdən təşkil olunurdu. Döyüş, adətən, çərxçibaşının rəhbərliyi altında öz dəstəsi ilə meydana girməsi ilə başlanılırdı. Çərxçilərə rəhbərlik görkəmli əmirlərə etibar edilmişdir. XVI əsrin bir sıra yazılı mənbələrində, Çərxçi qoşunun önündə gedən, döyüş zamanında meydana öncə çıxarılan dəstə olmuşdur. Çərxçi qoşunu əsasən, Səfəvilər dövründə mövcud olmuşdur.1507-ci ildə I Şah İsmayılın əmirlərindən Xan Məhəmməd Ustaclu öz qardaşı Qara bəyi 600 nəfər süvarinin çərxçisi vəzifəsinə təyin etmişdir. Çərxçi vəzifəsi qoruqçu vəzifəsindən daha yüksək hesab edilərək qorçubaşı ilə eyni səviyyədə idi. Çərxçilərə rəhbərlik edən şəxs çərxçibaşı adlanırdı. I Şah İsmayıl 1514-cü ildə Osmanlı Sultanı I Səlimlə müharibə zamanı qorçu vəzifəsində olan Sarı Pir Ustaclunu çərxçi təyin edir. Sonra çərxçi vəzifəsində olan Sarı Pir Ustaclu bir dəstə çərxçi ilə birlikdə cəsarətlə Osmanlı ordusu üzərinə hücum etmşdir.
Cerki
Cerki (ing. jerky) - qaxac edilmiş, nazik kəsilmiş ət parçaları. Xüsusi qaydada bişirilir. Cersinin tək və ya iştahaçıcı kimi istifadə etmək olar. == Tarixi == Cersi sözü ch'arki terminindən irəli gəlir və mənası "saralmış ət" deməkdir. əsas məqsəd əti müəyyən müddət basdırma etməkdir. Avropada cersi Napaleonun dövründə məşhurlaşmağa başladı . Cersi ABŞ və Qərbi Avropada çox məşhurdur. 1996-cı ildə NASA-nın əsas yeməklərindən biri olur. O artıq çəki yaratmır və yüksək keyfiyyətə malikdir.
Əhməd Çörəkçi
Əhməd Çörəkçi – türkiyəli hərbçi və general. 1932-ci ildə Türkiyənin Çorum kəndində anadan olub. 1955-ci ildə Hava Hərb Məktəbindən leytenant rütəbsiylə məzun olmuşdur. 1955-1957-ci illərdə Kanada da təhsil almışdır. Merzifon IV bazasında qırıcı bazası komandanlığına 1960-cı ildə ov pilotu olaraq təyin eidlmişdir. İngiliscə bilir. Evlidir və iki uşaq atasıdır. Təqaüdə ayrıdlıqdan sonra rəsm sənəti ilə maraqlanmağa başlamış və qarışıq, fərdi sərgilərdə iştirak etmişdir. 1966-cı ildə girdiyi Hava Hərb Akadmeiyasından 1968-ci ild məzun oldu və Hava Qüvvələri Hərəkat Başqnalığına Hava Hərəkat zabiti olaraq təyin edildi. 1969-cu ildə VI Qırıcı bazasına zabit, 1970-ci ildə isə eyni bazaya 162-ci Eskadrilya komandanı olaraq təyin edildi.