Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abaçılı (Urmiya)
Abaçılı və ya Aşağı Abacalı (fars. اباجالوي سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Mərkəzi bölgəsinin Nazlı kəndistanında, Urmiya şəhərindən 22,5 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 192 nəfər yaşayır (62 ailə).
Bağçılıq
Bağçılıq — əhalinin meyvələrə olan daxili tələbatını ödəmək üçün mədəni halda becərilən ağaclardan qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir. Azərbaycanda bağçılığın qədim tarixi vardır. Torpaq örtüyünün müxtəlifliyi, əlverişli iqlim şəraiti bu ərazidə tarixən müxtəlif növ meyvə ağaclarının yetişməsinə səbəb olmuşdur. Azərbaycan ərazisində təbii halda bitən alma, armud, heyva, əzgil, qaragilə, yemişan, zoğal, alça, gavalı, göyəm, gilas, gilənar (albalı), nar, əncir, qoz, fındıq, şabalıd, püstə, badam, üzüm, iydə, innab, tut, moruq, böyürtkən, çiyələk və başqa cır meyvə və giləmeyvə bitkilərinə rast gəlirik. Maraqlıdır ki, Azərbaycan meşələrinin qədimlərdən başlamış müasir dövrə qədər özünün bol cır meyvəsi olmuş və bu meyvələrdən əhali geniş istifadə etmişdir. Zaman keçdikcə yabanı meyvələrdən mədəni meyvə yetişdirməyə başlamışlar. Azərbaycanda yabanı meyvələrin, mədəni hala keçirilməsi üçün hər cür şərait olmuşdur. Ona görə də "Cənubi Qafqaz dünyada bir sıra bitkilər, xüsusilə meyvələrin (üzüm, alma, armud, alça, nar, heyva və s.) ilk dəfə mədəniləşməsinin vətənidir". Azərbaycanın Böyük Qafqaz dağları ətəklərində bağçıhq əsrlər boyu daha geniş şəkildə inkişaf etmiş, bütöv bir ərazini bürümüşdür. Bağçılıqda ən mühüm dövr payız fəslidir.
Xocaçılıq
Xocaçılıq və ya Xocaizm (alb. Hoxhaizmi) 1970-ci illərin sonunda reviziya əleyhinə hərəkatın parçalanması ilə formalaşmış antirevizionist marksizm-leninizm versiyası. İdeoloji cərəyan 1978-ci ildə Çin Kommunist Partiyası ilə Albaniya Əmək Partiyası arasında ideoloji mübahisədən sonra ortaya çıxmışdır. İdeologiya Albaniya Əmək Partiyasının birinci katibi vəzifəsində çalışmış Albaniya kommunist lideri Ənvər Xocanın adını daşıyır. == İstinadlar == == Xarici keçidlər == enver-hoxha.net Enver Hoxha multilingual website Enver Hoxha.
Boylu acılıq
Təbii halda Balkanlarda, Kiçik Asiyada, İranda təsadüf edilir. Azərbaycanda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Qobustanda və s. bölgələrdə qayalıq yerlərdə və gilli uçurumlarda təbii şəraitdə rast gəlinir. Hündürlüyü 2 m olan, qollu-budaqlı, boz gövdəli koldur. Şaxələri düz, hamar, dar şırımlı, yaşıl və kifayət qədər nazikdir, diametri 1-1,5 mm-ə çatır. Yarpaqları tam inkişaf etməmişdir, qarşı-qarşıya düzülmüş və zər qərdəciklidir. Tozcuq sünbülcükləri saplaqsız, çox vaxt çaxələr boyu topa-topa düzülmüşdür, kürəşəkillidir, rəngi qırmızı və ya çəhrayı-sarıdır, 4-5 mm uzunluqdadır, şaxələri boyu düzülmüşdür. Xarici çiçəkaltlıqları aşağıdan dəyirmi-oval, yuxarıdan dəyirmi və uzun olub, bitişikdir. Meyvəverən sünbülcükləri qısa ayaqcıqlar üzərindədir, uzunsov-ovaldır, birçiçəklidir, 2-3 cüt çiçəkaltlığı vardır. Borucuğun kənarları uzunsov, diləbənzər olub, uzunluğu 3 mm-ə çatır.
Kirpikli acılıq
İran da, Orta Asiya da təbii halda bitir. Hündürlüyü 5 m-ə qədər olan, saemaşan gövdəli və lifli, boz qabıqlı, qol-budaqlı kol bitkisidir. Budaqcıqları dəstəli, sarımtıl, göyümtül-yaşıl olub, uzundur. Yarpaqlarının 2-4-ü bir yerdədir, xətvarı, ucu sivriləşmişdir, uzunluğu 30 mm-ə, eni isə 1 mm-ə qədərdir, qaidəsində zər pərdəcikli qın əmələ gəlmişdir. Tozcuq sünbüllərinin bir neçəsi bir yerdə olub, yumurtavarıdır. Çiçəkləri ikicinsli və bəzən bircinslidir. Erkək çiçəkləri təkdir və ya 2-4 ədəd olmaqla qısa dəstələrdə yığılmışdır. Dişi çiçəkləri tək və ya təbəqə şəklində 2-3 ədədi bir yerdə yerləşir. Erkəkcik yarpağı ümumi qələmşəkilli bünövrədə yerləşir. Ləpəyarpaqları təkdir, toxumun qabığından çıxır.
Ortaboy acılıq
Orta Asiya , tyan-Şan, Qafqaz , Cunq-Kaşq və Tibet də geniş yayılmışdır. Ilk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ-kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır. İyun ayında çiçəkləyir. Meyvəsi giləmeyvə formasında kürəşəkilli və lətlidir, yetişdikdə qırmızı rəngdə olur, uzunluğu 6 mm-ə çatır.
Qatırquyruğu acılıq
Qatırquyruğuyabənzər acılıqotu (lat. Ephedra equisetina) - acılıqotu cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz, Orta Asiya (Qazaxıstan), Balkanlar, Monqolustan və Çində (Tibet) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də, Qobustanda, Şamaxıda Sitalçay (Axar-Baxar) boyunca orta dağ qurşağında qayalıq yerlərdə bitir. == Statusu == Azərbaycanın nadir btkilərindəndir. LC. == Bitdiyi yer == Quru daşlı-qayalı yerlərdə rast gəlinir. == Təbii ehtiyatı == Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1,5 m-ə çatan, boz gövdəli, yoğun və sıx budaqlı koldur. Şaxələri düz, sallaq, hamar buğumlu və nazik şırımlı olub, diametri 2 mm-ə qədərdir. Düyün aralarının uzunluğu 2-4 sm-dir.
Qozaburunlu acılıq
İran da, Orta Asiya da geniş yayılmışdır. Qumlu səhralara uyğunlaşmış İran-Turan növüdür. Hündürlüyü 2 m-ə qədər olan, bozqabıqlı, budaqların diametri 4 mm, boz-yaşıl, hamar və ya zəif çıxıntılı, düzdayanan koldur. Yarpaqları 2-3 ədəddir, yarısı və ya 1/3 hissəsi bitişikdir. Erkəkcik sünbüllərinin uzunluğu 5 mm-ə qədər olan başcıq çiçək qrupuna yığılmışdır, erkəkcik sütuncuğu çiçəkaltlıqlarının üzərinə az çıxır, erkəkcikləri 5-6 ədəddir. Yumurtacıq sünbülləri başcıq çiçək qrupuna yığılmışdır; çiçəkaltlıqları cüt və ya üç hissəli, 5-6 ədəd çiçək köbələrində yerləşmiş, sərbəstdir, kənarları enli, dişiciklidir; çiçəkləri 2-3 ədəddir, borucuğunun uzunluğu 33 mm-ə qədərdir. Qozagiləmeyvələrin uzunluğu 6-7 mm, çiçəkaltlığı qabıqların ucları əyilmişdir. Toxumları tünd-boz və ya yaşımtıl, uzunluğu 5-6 mm, oval və ya elipsvarıdır. May ayında çiçəkləyir. Meyvələri iyun-iyul aylarında yetişir.
İkisünbülcüklü acılıq
İkisünbül acılıqotu (lat. Ephedra distachya) - acılıqotu cinsinə aid bitki növü.Aralıq dənizinin şimal ölkələrində, Cənubi Avropada, Qafqazda, Orta Asiyada, Qərbi Sibirdə geniş yayılmışdır. Hündürlüyü 20-50 sm-ə qədər olan, alçaqboylu kol bitkisidir. Gövdəsi sürünən, kökümsovu tünd-boz qabıqlı, budaqları sarımtıl –yaşıl rəngdədir. Yarpaqları pulcuqvarıdır, uzunluğu 1,5-3 mm-ə çatır. Tozcuqlu sünbülcükləri tək-tək və ya dəstə şəklindədir, 4-8 cüt çiçəkdən ibarətdir, qısa ayaqcıqlar üzərindədir, çiçəkaltlıqlarının sayı 3-4 ədəddir. Aprel ayında çiçək açır. Meyvəsi kürəşəkilli, qırmızı rəngli, 6-7 mm uzunluqda giləmeyvədir, iyun ayında yetişir. Meyvəverən hər sünbülcükdə 2 toxum olur. Toxumları yumurtavarı-uzunsovdur, tünd-qonur rəngdədir, parlaqdır, 4-5 mm uzunluqdadır.
Azərbaycan tar ifaçılıq sənəti
Azərbaycan tar ifaçılıq sənəti —Azərbaycanda geniş istifadə edilən simli musiqi musiqi aləti. == Tar sözünün mənası == Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heçbirində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur. Altaist Sergey Starostin öz "Babil qülləsi" adlı etimoloji toplusunda "taram-/tera-" kökünün (saç, tel, sim) yalnız türk və altay dillərində mövcud olduğunu göstərib, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib , necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib . Azərbaycan türkcəsində "tarım" sözü (bərk dartılıb çəkilmiş) indi də var. Mənasından belə bir sonuc çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir.
Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi
Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi — 1896-cı ilin 27 oktyabr tarixində mesenat Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiyti hesabına Bakının Mərdəkan kəndində açılmışdır. birinci il məktəbdə 40 şagird təhsil almışdır. Təhsil müddəti 5 il olmuşdur. Tədris planına azərbaycan, rus dilləri, hesab və hüsnxətt fənnləri daxil edilmişdi. Məktəbin nəzdində internat vardı. Kənd icması tərəfindən ayrılmış 10 ha-dan artıq təqris-təcrübə sahəsində yerli şəraitə uyğun gül-çiçək, dərman bitkiləri və texniki bitkilər becərilirdi. Hətta şitillik təşkil olunmuşdu.
Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (tam adı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu) — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən elmi-tədqiqat müəssisəsi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. == Tarixi == Ə.C. Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya şöbəsi kimi təşkil edilmişdir. 1936-cı ildən Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyasi kimi fəaliyyət göstərmişdir. 1944-cü ildən Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu yaradılmış və 1956-cı ildən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutu, 1975-81-ci illər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu, 1981-92-ci illər Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyi, 1992-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun yaradılması zərurəti Azərbaycanda mövcud olan zəngin meyvə-bitki növlərinin, o cümlədən tumlu, çəyirdəkli, giləmeyvəli, subtropik, qərzəkli və sitrus meyvə bitkilərinin seleksiyasi, becərilmə və emal texnologiyaları sistemlərini işləyib hazırlamaq problemlərinin qarşıya çıxması və hər bir təbii-iqtisadi bölgə üçün xarakterik olan meyvə bitkiləri üzrə elmi araşdırmalar aparmaqla ölkədə ərzaq bolluğunu yaratmaq olmuşdur. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu adlanırdı. == Fəaliyyəti == İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir. == Kollektivi == İnstitutda 59 nəfər işçi çalışır ki, onlar arasında elmlər və fəlsəfə doktorları var.