Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Odsaçan
Alov qurğusu və ya alov maşını - yanğın törətmək üçün nəzərdə tutulmuş və alov axınını çox uzun müddət ərzində mexaniki olaraq idarə edə bilən bir cihaza verilən addır. Bu maşınlar I Dünya Müharibəsi illərində istifadə edilməyə başlandıqdan sonra məşhurlaşmış və bundan sonra bu maşınlardan geniş bir formada istifadə olunmağa başlanmışdır. Bəzi modellərində alov axını yanan mayelər vasitəsilə yaradılırarkən, bəzi modellərində isə sistem qazla işləyir. Əksər hərbi məqsədlər üçün nəzərdə tutulmuş olan alov maşınlarında tez alışan mayelərdən istifadə olunduğu halda, kommersiya tipli alov maşınlarında isə təbii qaz və yaxud da təzyiqli propanın istifadə edilməsi təhlükəsiz məqsədilə daha məqsədəmüvafiq hesab olunmuşdur. Hərbçilər tərəfindən istifadə edilmiş olan idarə olunan yanma qabiliyyəti başqaları tərəfindən kənd təsərrüfatında (məsələn, şəkər qamışı sahələrinin yandırılması) və ya digər torpaq işlərində istifadə edilmişdir. Bu maşınlar ya operatorlar tərəfindən daşınar, ya da avtomobilə quraşdırılmaq üçün nəzərdə tutulmuş ola bilərdilər. İlk hərbi alov qurğuları Birinci Dünya Müharibəsi zamanı səngərlər arasında yaxın döyüşlərdə istifadə edilmiş, İkinci Dünya Müharibəsi zamanı isəonun istifadə sahələri daha da genişlənmişdir. Portativ olanları iki hissədən ibarət olurlar; istifadəçinin belində daşıdığı depo hissəsi və əlində tutduğu tapança hissəsi. Depo hissəsi adətən iki və ya üç müxtəlif silindr formalı borudan ibarət olur. İki silindrli sistemlərdə, bir silindrdə sıxırdırılmış yanan qaz (adətən azot), digərində isə seyrəltdirilmiş yanan maye mövcud olur.
Odsaçanlar

Kosacan
Kosacan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Kosacan oyk., sadə. Şərur r-nunun Siyaqut i.ə.v.-də kənd. Arpa çayının sahilində, Şərur düzündədir. Bəzi tədqiqatçılara görə, XIII əsrdə Türkiyə ərazisində monqolların dağıtdığı Kusakan şəhərindən gəlmiş ailələrin gətirdiyi addır. Lakin bu oykonimin Azərb. ərazisində də özünəməxsus arealları vardır: Kosakan (Zəngilan), Küsəkan/Küsəkəran (Lerik). Türkiyədə, Sivasın 80 km.- liyində Kosadağ oronimi qeydə alınmışdır.
Oşakan
Oşakan - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Kəndin ilk adı Uşakan olmuşdur. 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Uşakan formasında, Qafqazın 5 verstlik xəritəsində Uşakan və Oşaqan formalarında qeyd edilmişdir. Yerli əhali - azərbaycanlılar kəndin adını Üşəyən formasında işlədirdilər. Toponim türk dilində «düz, hamar» mənasında işlənən üşəg sözünə -ən şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir.
Oşakan körpüsü
Oşakan körpüsü — Əştərək rayonunun Oşakan kəndi ərazisində, XVIII əsrə aid abidə. == Tarixi == Oşakan körpüsünün inşa tarixi 1706-cı ilə aid edilir. Körpü Ermənistanın Əştərək rayonunun Oşakan kəndi yaxınlığında yerləşir və bu səbəbdən həmin kəndin adını daşıyır. Körpünün inşası dövrünün memarlıq xüsusiyyətlərini əks etdirir. == Memarlıq üslubu və inşası == Körpü, çayın sahillərinin bir-birindən fərqli hündürlükdə yerləşdiyi ərazidə inşa olunmuşdur. Memar relyefi nəzərə alaraq, körpünü aşağı tərəfə əyilmiş formada tikmiş və bu, onun unikallığını təmin etmişdir. Körpünün tağları maili tərəfə doğru getdikcə kiçilir. Buna baxmayaraq, bütün tağların dayaqlarının önündə üçbucaq şəklində dalğaqıranlar tikilmişdir ki, bu da körpünün möhkəmliyini artırmışdır. == Mövcud vəziyyəti == Körpü zaman keçdikcə bəzi yerlərində dağıntılara məruz qalsa da, indiyə qədər yaxşı vəziyyətdə qorunub saxlanılmışdır və tarixi-memarlıq abidəsi kimi diqqət çəkir. == Mübahisəli iddialar == Ermənilər, bu körpünü xarici mətbuatda öz tarixi abidələri kimi təqdim etməyə çalışırlar.