Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Olympic Arms OA-93
Olympic Arms OA-93 - OA-93, Olympic Arms tərəfindən istehsal olunan AR-15 törəmə tapançadır. Kəmər və ya tampon borusu olmayan OA-93, Armalite AR-18-ə bənzər xüsusi hazırlanmış düz yuxarı qəbuledici vasitəsilə geri çəkilməni yayır. Bununla belə, 1994-cü il Cinayət Qanununun qəbulu Olimpiya Silahlarının satışını davam etdirmək üçün əsas dizayna dəyişikliklər etməyi tələb etdi: OA-93-ün ilk təftişi OA-96 idi ki, burada 30 dəyirmi sursat quyusu bərkidilir və yerindən qaynaqlanır ki, ayrılmasın. Bundan əlavə, OA-96-nın arxa tərəfində yuxarı qəbuledicini açan və sonra soyucu kliplər vasitəsilə yüklənə bilən düymə var. İki il sonra ikinci təftiş edildi. OA-98 çıxarıla bilən jurnaldan istifadə etdi, lakin bədən çəkisini 50 unsiya məhdudiyyətindən aşağı azaltmaq üçün skeletləşdirildi ki, OA-98 1994-cü il Cinayət Qanununa uyğun olaraq daha bir xüsusiyyətə sahib olsun. Tapança əsasında porşenlə idarə olunan karbin 1993-cü ildə və 2004-cü ildən 2007-ci ilə qədər Federal Hücum Silahlarına Qadağanın müddəti bitdikdən sonra hazırlanmışdır.
Aquilegia olympica
Olimpiya akvilegiyası (lat. Aquilegia olympica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 60 sm-ə qədər olan, yuxarı hissəsində budaqlanmış, vəzili-tükcüklü, çoxillik ot bitkisidir. Gövdəsi 60 sm hündürlükdədir. Yarpaqları ikiqat üçərdirlər, üstdən tünd yaşıl, altdan bozumtul rəngli, kökətrafı uzun saplaqlı, gövdə qısa saplaqlı, yuxarıdakılar kiçilmiş, oturaq, üç yerə bölünmüşdür. Çiçəkləri tək, 5–10 sm diametrində, uzun vəzili çiçək saplağında yerləşmiş, göy rəngli olub, ağ büküşlü və tükcüklüdür. Ləçəklərin ayası dəyirmi, ağ, qurtaracağında ensizkonusvari,uzunluğu 1-2 sm olan, qarmaqşəkilli əyilmiş mahmızlıdır. Toxumları qara, xırda qırışlıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun və Iyul aylarına təsadüf edir.
Scrophularia olympica var. minima
Bala qaraşəngi (lat. Scrophularia minima) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin qaraşəngi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Alçaqboylu, 4–10 sm hündürlükdə, çox vaxt al-qırmızı rəngli, çoxillik bitkidir. Yarpaqları 1–4 sm uzunluğunda, 8–20 mm enində, uzunsov, bəzən yumurtavari, küt, bəzən sivri, kənarları noxudvari-dişlidir. Çiçəkqrupu başcıqlı, oval və ya uzunsov, çox çiçəklidir. Çiçəkləri oturaqdır. Kasacıq 4–4,5 mm uzunluğunda, tac iri, al-qırmızı borucuğu 15 mm uzunluqda, yuxarı dodağı dəyirmi, aşağı dodağı yan dilimlərdən uzundur. Qutucuğu 5–6 mm uzunluğunda, şarvari-yumurtavaridir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi iyul-avqust, meyvəverməsi avqust ayına təsadüf edir.
Erigeron olympicus
Erigeron olympicus (lat. Erigeron olympicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Typhlodromus olympicus
Typhlodromus olympicus (lat. Typhlodromus olympicus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus olympicus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Olympia
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Despina Olimpiu
Despina Olimpiu (Yunanca: Δέσποινα Ολυμπίου) — 1975-ci ildə anadan olan Kiprli müğənni. Despina Olimpiu 2013 Avroviziya Mahnı Müsabiqəsində Kipri "An Me Thimasai" mahnısı ilə təmsil edib.
Marmota olympus
Olimpiya marmotu (lat. Marmota olympus) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Olimpik yarmadası
Olimpik yarımadası (ing. Olympic Peninsula) — yarımada Vaşinqton ştatının şimal-qərb, qərb hissəsini əhatə edir. Yarımada materiklə cənub hissəfən birləşir. Şərqdən Pyucet-Saund körfəzi, qərbdən isə Sakit okean onun sahillərini yuyur. Şimaldan Vankuver adası ilə Xuan de Fuka boğazı vastəsilə ayrılır. Yarımadanın sahilləri parçalıdır. Mərkəz hissədə Olimpik milli parkı yerləşir. Yarımadanın ərazisi ümumi götürdükdə dağlıqdır. Mərkəzi hissəsində Olimpik dağları yerləşir (ing. Mount Olympus).
Olimpik yarımadası
Olimpik yarımadası (ing. Olympic Peninsula) — yarımada Vaşinqton ştatının şimal-qərb, qərb hissəsini əhatə edir. Yarımada materiklə cənub hissəfən birləşir. Şərqdən Pyucet-Saund körfəzi, qərbdən isə Sakit okean onun sahillərini yuyur. Şimaldan Vankuver adası ilə Xuan de Fuka boğazı vastəsilə ayrılır. Yarımadanın sahilləri parçalıdır. Mərkəz hissədə Olimpik milli parkı yerləşir. Yarımadanın ərazisi ümumi götürdükdə dağlıqdır. Mərkəzi hissəsində Olimpik dağları yerləşir (ing. Mount Olympus).
Nim Olimpik FK
"Nim Olimpik" Futbol Klubu (fr. Nîmes Olympique club de football, Nim Olimpik və sadəcə Nim olaraq da bilinir) — Fransanın Nim şəhərini təmsil edən, Liqa 2-də oynayan və 1937-ci ildə qurulmuş olan peşəkar futbol klubu. Ev stadionu tutumu 18,482 nəfər olan Kostiyer stadionudur. Klubun hal-hazırkı baş məqşçisi Bernar Blankardır.
Olimpik Lion FK
Olimpik Lion FK — klubun əsası 1950-ci ildə qoyulmuşdur. Fransanın Lion şəhərini təmsil edir.
Olimpik Marsel FK
Olimpik Marsel FK (fr. Olympique de Marseille) — Fransa futbol klublarından biri. 1992/1993 mövsümündə UEFA Çempionlar Liqasının finalında İtaliyanın Milan komandasına 1:0 hesabı ilə qalib gəlib. UEFA Çempionlar Liqası: 1 1992/93 1-0 vs. Milan Fransa Liqası Çempionluğu: 9 1936/37; 1947/48; 1970/71; 1971/72; 1988/89; 1989/90; 1990/91; 1991/92; 2009/10. Fransa Kuboku: 10 1923/24; 1925/26; 1926/27; 1934/35; 1937/38; 1942/43; 1968/69; 1971/72; 1975/76; 1988/89. Fransa Liqası Kuboku: 3 2009/10; 2010/11; 2011/12. Fransa Super Kuboku: 2 2010; 2011.
Olimpik Sarayevo FK
Olimpik Sarayevo – Bosniya və Herseqovinanın futbol klubu.
Olimpik Şüvəlan FK
Şüvəlan FK — Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən peşəkar futbol klubu. AMMK (1996-2005) Olimpik (2005-2009) Olimpik-Şüvəlan (2009-2010) AZAL (2010 -2017) Şüvəlan FK (2017-) "Olimpik-Şüvəlan" futbol klubu adı ilə 1996-cı ildə yaradılıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb.
Joao Avelanj adına Olimpik stadion
Joao Avelanj adına Olimpik stadion (port. Estádio Olímpico João Havelange) — Braziliyanın ən böyük beşinci stadionudur. Rio-de-Janeyro şəhərində yerləşir. Braziliyalı sabiq FİFA prezidenti Joao Avelanjın adını daşıyır. Tamaşaçı tutumu 60,000 nəfərdir. "Botafoqo" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı ilk dəfə 2007-ci ildə olmuşdur. Olimpiya standardlarına uyğunlaşdırıldıqdan sonra 2016-cı ildə yenidən açılışı olmuşdur.
Nilton Santos adına Olimpik stadion
Joao Avelanj adına Olimpik stadion (port. Estádio Olímpico João Havelange) — Braziliyanın ən böyük beşinci stadionudur. Rio-de-Janeyro şəhərində yerləşir. Braziliyalı sabiq FİFA prezidenti Joao Avelanjın adını daşıyır. Tamaşaçı tutumu 60,000 nəfərdir. "Botafoqo" klubu ev oyunlarını bu stadionda keçirir. Açılışı ilk dəfə 2007-ci ildə olmuşdur. Olimpiya standardlarına uyğunlaşdırıldıqdan sonra 2016-cı ildə yenidən açılışı olmuşdur.