OLDUQCA
OLİMPİYA
OBASTAN VİKİ
Olimpiada
Olimpiya oyunları — Beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsi. Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi Baron Pyer de Kuberten təklif etmişdir . Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi. Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı. Qədim Yunanıstanda Olimpiya oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı.
Olimpiada oyunları

42-ci Şahmat Olimpiadası
42-ci Şahmat Olimpiadası (bəzən Bakı Şahmat Olimpiadası adlanır) — Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən təşkil olunmuşdur. Olimpiadaya Açıq və Qadınlar turniri və şahmat oyununu təbliğ etmək üçün nəzərdə tutulmuş bir sıra tədbirlər daxil olunmuşdur. Tədbir 2016-cı il 1–14 sentyabr tarixlərində Bakıda keçirilmişdir. Şahmat Olimpiadası Azərbaycanda ilk dəfə keçirilsə də, Azərbaycan daha əvvəl güclü turnirlərə, o cümlədən, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş illik Şəmkir Beynəlxalq Şahmat Turnirinə və 2015-ci ildə Şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etmişdir. Tədbirdə iştirakçılarının ümumi sayı 1587 nəfər idi. Açıq turnirdə 894, Qadınlar turnirində isə 693 nəfər iştirak etmişdir. Qeydiyyatdan keçmiş komandaların sayı — açıq bölmədə 180 ölkədən 175-i, Qadınlar bölməsində isə 142 ölkədən 138-i iştirak etmişdir. Hər iki bölmədə komandan iştirakı rekordları qeyd olunmuşdur. Eritreya, Kosova və Cənubi Sudan ilk dəfə turnirdə iştirak etmişdir. Tədbir Bakı Kristal Zalında keçirilmişdir.
Beynəlxalq Fizika Olimpiadası
Beynəlxalq Fizika Olimpiadası (IPHO — International Physics Olympiad) – ilk dəfə 1967-ci ildə Polşanın Varşava şəhərində keçirilmiş yarış. Olimpiadada hər ölkədən 2 rəhbərin başçılığında 5 şagird iştirak edir. Bununla yanaşı hər ölkə müşahidəçilərlə də təmsil olunur. Olimpiada adətən iyul ayının ortalarında, hər dəfə fərqli bir ölkənin təşkillatçılığı altında keçirilir və ümumi 9–10 günü əhatə edir. Hazırkı prezidenti Prof Rajdeep Singh Rawatdır. == Yarışın strukturu == 1. Hər komanda yalnız orta məktəb şagirdlərindən ibarət olmaqla 5 nəfərdən artıq olmamalıdır. Universitet tələbələrinin iştirakına icazə verilmir. Hər komandaya 2 rəhbər başçılıq edir. 2.
Beynəlxalq İnformatika Olimpiadası
Beynəlxalq İnformatika Olimpiadası (BİO) (ing. International Olympiad in Informatics (IOI) ~ ru. Международная олимпиада по информатике ~ tr. Uluslararası Bilgisayar Olimpiyatları) – orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən beynəlxalq yarış. BİO-nun keçirilmə ideyası 1987-ci ilin oktyabrında Parisdə YUNESKO-nun 24-cü konfransında Bolqarıstanlı riyaziyyat professoru Blaqovest Sendov tərəfindən irəli sürülüb. 1989-cu ilin mayında YUNESKO-nun sponsorluğu və təşkilatçılığı ilə 1-ci Beynəlxalq İnformatika Olimpiadası Bolqarıstanın Pravets şəhərində keçirilib. Beynəlxalq İnformatika Olimpiadası hər il keçirilir. Hər bir iştirakçı ölkənin nümayəndə heyətinin tərkibinə komandanın rəhbəri, onun müavini və dördədək şagird daxil ola bilər. Şagirdlərin cari olimpiada ilinin iyul ayının 1-dək 20 yaşı tamam olmamalı və onlar əvvəlki olimpiada ilinin sentyabr-dekabr aylarında orta ümumtəhsil məktəblərində oxumuş olmalıdırlar. Ölkə komandasının tərkibinə informatika üzrə milli olimpiadaların qaliblərini, yaxud beynəlxalq olimpiada öncəsi xüsusi seçim turundan keçmiş şagirdləri daxil etmək məsləhət görülür.
Beynəlxalq İnformatika Olimpiadası (BİO)

Kor Şahmat Olimpiadası
Kor Şahmat Olimpiadası korlar üçün beynəlxalq şahmat yarışıdır. Yarışda komandalar bir-birilərinə qarşı oynayırlar, hər 4 ildən bir keçirilir və Beynəlxalq Brayl Şahmat Assosasiyası (ing. International Braille Chess Association) tərəfindən maliyyələşdirilir. Gözdən əlillər arasında keçirilən ən böyük idman yarışıdır. == Tarix == 1958-ci ildə Almaniyanın Raynbraytbax şəhərində keçirilən korlar üçün şahmat turniri korlar üçün şahmat olimpiadasının keçirilməsi üçün ilk təşəbbüs idi. Turnirin qalibi Beynəlxalq Brayl Şahmat Assosasiyasının qurucusu Reqinald Volter Bonham oldu. İlk rəsmi Kor Şahmat Olimpiadası 1961-ci ildə Almaniyanın Meşed şəhərində keçirildi. Yarışda 8 komanda 122 oyun keçirdi və Yuqoslaviya komandası qalib gəldi. 3-cü Kor Şahmat Olimpiadası 1968-ci ildə İngiltərənin Weymouth şəhərində keçirildi, 20 komanda yarışdı. Yarışın qalibi Rusiya komandası oldu, Yuqoslaviya komandası isə ikinci yeri tutdu.
Münhen Olimpiadası
Ophrys apifera var. olimpiadae
Arı qaş səhləbi (lat. Ophrys apifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır.
Şahmat Olimpiadası
Şahmat Olimpiadası - hər iki ildən bir keçirilən beynəlxalq şahmat turniri. Turnirin əsası 1924-cü ildə Parisdə qoyulmuşdur. Amma ilk iki turnir qeyri-rəsmi olmuşdur. Rəsmi turnir ilk dəfə 1927-ci ildə Londonda keçirilmişdir. Hazırda yarış FİDE-nin təşkilatçılığı ilə baş tutur. 1976-cı ildə siyasi səbəblər üzündən turnirin İsrailin Hayfa şəhərində keçirilməsinə etiraz əlaməti olaraq bəzi dövlətlər yarışdan imtina etmiş və Liviyanın paytaxtı Tripolidə qeyri-rəsmi turnir keçirmişdirlər. 2016-cı ildə turnir Azərbaycanın paytaxtı Bakıda, 2018-ci ildə isə Gürcüstanın Batumi şəhərində keçiriləcəkdir.
Beynəlxalq Türkcə Olimpiadaları
Beynəlxalq Türkcə Olimpiadaları və ya əvvəlki adı ilə Xaricilər üçün Türk Dili Turniri — ilk dəfə 2003-cü ildə təşkil edilmiş və dünyanın hər yerindən şagird və müəllimlərin iştirak etdiyi bir turnir. Olimpiada çərçivəsində Türkiyəyə gətirilən tələbələr türkcə mahnı və şeirlər söyləyib, xalq rəqslərini ifa etmişlər. Bu çərçivədə xaricdəki Gülən məktəblərində türkcə təhsil verildiyi, türkcənin tədris edildiyi iştirakçılara göstərilmişdir. Türk və ana dili olmayanlar üçün fərqli müsabiqə kateqoriyaları var. == Avropa Dil Mükafatı == 2007-ci il Avropa Dili Mükafatı Beynəlxalq Türkcə Olimpiadası layihəsinə görə Avropa Birliyinin Təhsil və Gənclər Proqramları Mərkəzi tərəfindən Beynəlxalq Dil Tədris Assosiasiyasına verilmişdir.
Olimpiadalar
Olimpiya oyunları — Beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsi. Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi Baron Pyer de Kuberten təklif etmişdir . Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi. Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı. Qədim Yunanıstanda Olimpiya oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı.

Digər lüğətlərdə