OLİMPİYA

[yun.]: olimpiya oyunları олимпиададин къугъунар (къадим Грецияда: Зевс тӀвар алай аллагьдин тӀварцӀихъ Олимпия шегьердин мукьув гьар кьуд йисалай садра кьиле тухудай къугъунар, гьакӀни спортдин вири жуьрейрин арада кьиле тухудай вирихалкьарин акъажунар).
OLİMPİADA
OLİMPİYAÇI
OBASTAN VİKİ
Fişt Olimpiya Stadionu
Fişt Olimpiya Stadionu (rus. Олимпийский стадион «Фишт») – Rusiyanın Soçi şəhərində yerləşən stadiondur. Stadion Soçi Olimpiya Parkında yerləşir və öz adını Fişt dağından götürmüşdür. 2014 Qış Olimpiya Oyunları üçün tikilən stadion 40000 tamaşaçı tutumuna malik idi. Stadion oyunların açılış və bağlanış mərasimlərinə ev sahibliyi etmişdir. Stadion ilk tikildiyi vaxt qapalı bir idman kompleksi olaraq tikilmişdi. Lakin 2016-cı ildə görülən işlərdən sonra stadion üstü açıq bir futbol stadionuna çevrildi. Stadion 2017 FİFA Konfederasiyalar Kuboku və 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmişdir. == Tarixi == Stadionun dizayn layihəsi Populous və BuroHappold Engineering şirkətləri tərəfindən hazırlanmışdır. Stadionun dam örtüyü 36500 kv.
Helsinki Olimpiya Stadionu
Helsinki Olimpiya Stadionu — (fincə: Helsingin olympiastadion, isveçcə: Helsingfors Olympiastadion) Finlandiyanın ən böyük stadionu. 1952-ci ildə Helsinki Olimpiya oyunlarıda burada keçirilmişdir. Hal-hazırda Finlandiya milli futbol komandasının stadionudur. Finlandiya bu stadionda son matçını 11 oktyabr 2008 tarixində Azərbaycan ilə oynamışdır.
Olimpiya
Olimpiya bu mənaları ifadə edə bilər:
"Olimpiya" ordeni
Olimpiya ordeni — Olimpiya Hərəkatının ən yüksək mükafatıdır və Olimpiya Hərəkatının inkişafında xüsusi xidmətlərə görə təqdim olunur. Bu, Olimpiya Aktının davamı kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1975-ci ilin may ayında yaradılıb. Olimpiya Ordeni ilkin olaraq, üç dərəcəli (qızıl, gümüş və bürünc) ordendən ibarət idi, ancaq 1984-cü ildən yalnız qızıl və gümüş dərəcələri təqdim edilir. Ənənəvi olaraq, BOK hər bir Olimpiya Oyunlarının bağlanış mərasimində baş təşkilatçını (və ya təşkilatçıları) Olimpiya Ordeni ilə mükafatlandırır. Olimpiya Ordeninin fərq nişanları boyunbağı formasındadır və onun qarşısında Olimpiya Hərəkatının beş halqası zeytun çələnginin yan tərəfləri ilə birləşmiş şəkildə təsvir edilir. Nadya Comneci 2005-ci ilə qədər Olimpiya Ordeni ilə iki dəfə təltif edilmiş (1984, 2004) yeganə idmançı idi. O, həm də bu şərəfə layiq görülmüş ən gənc idmançıdır. Lakin, 2005-ci ildə keçmiş serbiyalı basketbolçu Borislav Stankovi də BOK-un prezidenti Jak Roqqe tərəfindən ikinci dəfə (birinci dəfə 1985) Olimpiya ordeni ilə təltif olunmuşdur. == Qızıl Olimpiya ordeni ilə təltif olunan bəzi şəxslər == Olimpiya ordeni ilə yalnız idmançılar yox, həm də siyasi liderlər, din xadimləri də təltif olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun da qızıl Olimpiya ordeni ilə təltif olunmuşdur.
Mister Olimpiya
Mister Olimpiya — Bodibildinq idmanı üzrə ən əhəmiyyətli turnir. Ümumdünya bodibildinq və fitnes federasiyası (IFBB) tərəfindən keçirilir. Joe Veyder tərəfindən təşkil olunmuş bu turnir ilk dəfə 1965-ci ilin 18 sentyabrında Nyu-Yorkda, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Yarşın keçirilməsində məqsəd idmançıların il boyu formada olmasını saxlamaq və maddi baxımdan gəlir əldə edə bilməsi idi. Peşəkar idmançıların qatıldığı bu turnir 1998-ci ildən qaydalara əsasən hər il sentyabr ayında Las-Veqas şəhərində keçirilir. İlk vaxtlar turnirdə ancaq Mister Dünya, Mister Amerika və Mister Kainat yarışlarının qalibləri iştirak edə bilərdi. Hal-hazırda Mister Olimpiya turnirinə əvvəlik illin ilk 6-lığı əldə edənlər, Arnold Classic turnirinin ilk 6-lığı, Nyu-York Pro turnirinin ilk 5-liyi, istənilən Qran-Pri yarışlarının ilk 3-lüyü dəvət olunur.. Əyər 2000-ci ildə keçirilmiş turnirin mükafat fondu 230 min, qalibə verilən pul mükafatı 100 min dollar idisə, 2013-cü ilin Mister Olimpiya yarışının mükafat fondu artıq 1 milyon dollar olmuşdur. Qalib isə 250 min dollar qazanmışdır.. Turnir iki hissədən ibarətdir: 1.
Olimpiya (Mane)
Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdi. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane klassik tabloların əksinə heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccübləndilər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkdi. Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi.
Olimpiya (Vaşinqton)
Olimpiya (ing. Olympia) — ABŞ-də şəhər , Vaşinqton ştatının və Terston dairəsinin inzibati mərkəzi. Pyucet körfəzinin cənubundakı Deşut çayının ağzında, avropalıların gəlməsindən əvvəl ərazidə Luşucid dilinin ləhcələrində danışan qəbilələr yaşayırdı. Bölgəyə ilk məlum ağların ziyarəti 1792-ci ildə, Vankuver Ekspedisiyasından olan tədqiqat gəmilərinin heyət lideri Peter Pyucetin adını verdiyi körfəzi xəritələşdirdiyi zaman baş verdi. Rus və İspan tədqiqatçıların Pyucetdən xeyli əvvəl bölgəyə getmələrinə dair az dəlillər mövcuddur, lakin onların açıq sənədli dəlilləri yoxdur. İngilis Hudson's Bay Company 1841-ci ildə sahildə bir ticarət məntəqəsi qurdu, lakin ertəsi il Hindistan hücumları səbəbiylə evakuasiya edildi. 1846-cı ildə Edmund Silvester və Levi Smit birlikdə şəhərin mərkəzi olan torpaqlarını elan etdilər. 1851-ci ildə ABŞ Konqresi, Washington Territory daxilində Pyucet-Saund Gömrük Bölgəsini yaratdı və Gömrük İdarəsi Olympiyaya yerləşdi. Oreqon cığırını izləyən məskunlaşanlar sayəsində şəhərin əhalisi durmadan artdı; 1853-cü ildə sakinlərin bir iclasında, şimal-qərbdəki Olimpiya dağ silsiləsinə görə Olimpiya adı verildi. Həmin il Olympia, Vaşinqton ərazisinin paytaxtı oldu.
Olimpiya (dəqiqləşdirmə)
Olimpiya bu mənaları ifadə edə bilər:
Olimpiya (tablo)
Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdi. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane klassik tabloların əksinə heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccübləndilər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkdi. Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi.
Olimpiya Himni
Olimpiya Himni(yun. Ολυμπιακός Ύμνος, Olympiakós Ýmnos)- opera bəstəkarı Spiridon Samaras tərəfindən yunan şair Kostis Palamasın şeirinə bəstələnmiş xor kantatasıdır. Həm şair, həm də bəstəkar Beynəlxalq Olimpiya Komitəsinin ilk Prezidenti olmuş yunan Dimitrios Vikelasın seçimi idi. Himn Yunanıstanın paytaxtı Afinada 1896-cı il Yay Olimpiya Oyunlarının açılış mərasimidə ilk dəfə ifa olunmuşdur. Samaras və Palamas tərəfindən bəstələnmiş bu himn 1958-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində baş tutmuş 54-cü Beynəlxalq Olimpiya Konqresində Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmi Olimpiya Himni elan edilib. 1960-cı ildən bəri bu himn hər bir Olimpiya Oyunlarının açılış və bağlanış mərasimində istifadə olunur.
Olimpiya Muzeyi
Olimpiya Muzeyi- Bakı, Nərimanov, Olimpiya 5 ünvanında yerləşir. 2001-ci il martın 27-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş inzibati binasında yerləşən Olimpiya muzeyinin açılışı olmuşdur. Eksponatların bir hissəsi, üzərində olimpiya rəmzləri olan müxtəlif suvenirlər, xalçalar, saatlar, vımpellər və s. bəxşişlərdən ibarətdir. Burada Azər-baycanın adlı-sanlı idmançılarının Olimpiya Oyunlarında, Dünya və Avropa çempiona-tlarmda qazandıqları medallar, fəxri fərmanlar, diplomlar, kuboklar muzeyin ən qiymətli eksponatları kimi qorunub saxlanılır.Ekspozisiyadakı idman mövzulu qrafika, yağlı boya ilə işlənmiş əsərlər və heykəltaraşlıq işləri muzeyi daha da zənginləşdirir. MOK-un nəşr etdiyi aylıq "Olimpiya" jurnalı, həftəlik "Olimpiya dünyası" qəzetinin bütün nüsxələri Azərbaycan Olimpiya Hərəkatının güzgüsü kimi muzeydə saxlanılır. Muzeyimizdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq, Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante, AOK-un texniki əməkdaşlıq Komissiyasmm sədri xanım Ovinilla Limberq, Dünya və Avropa idman federasiyalarmm prezidentləri və digər mötəbər şəxslər olmuşdular.
Olimpiya Oyunları
Olimpiya oyunları — Beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsi. Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi Baron Pyer de Kuberten təklif etmişdir . Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi. Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı. Qədim Yunanıstanda Olimpiya oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı.
Olimpiya Park
Olimpiya Park — CAR-ın Rustenburq şəhərində yerləşən çoxfunksiyalı stadiondur. Stadionu 2010 FİFA Dünya Kubokunun keçirildiyi stadionlardan biri olan Kral Bafokenq stadionu ilə səhv salmaq olmaz. Hal-hazırda stadion futbol və reqbi oyunları üçün daha çox istifadə olunur. Stadiondan 2010 FİFA Dünya Çempionatında iştirak edən yığmalar üçün məşq meydanı kimi istifadə olunurdu. 1995 Reqbi üzrə Dünya Çempionatı zamanı qrup mərhələsinin üç oyunu bu stadionunda keçirilib. Stadionda qeyri-rəsmi ABSA Premyer Liqa oyunları keçirilir.
Olimpiya Yolu
Olimpiya Yolu ümumiyyətlə isə Uembli Yolu kimi tanınan bu yol İngiltərənin paytaxtı London şəhərində yerləşən Uembli Park metro stansiyasına və Uembli stadionu tərəfə bağlayan yoldur. Stadionda keçirilən bütün tədbirlərdən öncə minlərlə tamaşaçı məhz bu yoldan istifadə edərək stadionun girişinə yaxınlaşır. Məhz bu yol London metropolitenindən çıxarkən stadiona tərəf yönələn ən asan yoldur. Uembli Yolu İkinci dünya müharibəsindən sonra alman əsirlər tərəfindən bir neçə il ərzində tikilmişdr və bu əsirlər bu günə qədər Böyük Britaniya tərəfindən nəzarət altındadır. Başlanğıcda onlar Londonda keçirilmiş 1948 Yay Olimpiya Oyunları ərzində işləri görməkdən qəsdən boyun qaçırdılar lakin sonradan onların vəzifəsi mətbuatda yayımlanmış tənqidi yazı səbəbiylə dəyişdirildi; "Bunu fərz etmək olar ki, Əmək Nazirliyi könülsüz olan qul əməyinin yerli və xaricdən gələn ziyarətçilərin gözü qarşısında istifadə etmədən öncə çox dərindən düşünəcək." Əvəzində onlar daha az göz pnündə olan tikinti obyektlərində çalışdırıldılar.
Olimpiya akvilegiyası
Olimpiya akvilegiyası (lat. Aquilegia olympica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Hündürlüyü 60 sm-ə qədər olan, yuxarı hissəsində budaqlanmış, vəzili-tükcüklü, çoxillik ot bitkisidir. Gövdəsi 60 sm hündürlükdədir. Yarpaqları ikiqat üçərdirlər, üstdən tünd yaşıl, altdan bozumtul rəngli, kökətrafı uzun saplaqlı, gövdə qısa saplaqlı, yuxarıdakılar kiçilmiş, oturaq, üç yerə bölünmüşdür. Çiçəkləri tək, 5–10 sm diametrində, uzun vəzili çiçək saplağında yerləşmiş, göy rəngli olub, ağ büküşlü və tükcüklüdür. Ləçəklərin ayası dəyirmi, ağ, qurtaracağında ensizkonusvari,uzunluğu 1-2 sm olan, qarmaqşəkilli əyilmiş mahmızlıdır. Toxumları qara, xırda qırışlıdır. Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun və Iyul aylarına təsadüf edir.
Olimpiya andı
Olimpiya andı— Olimpiya oyunlarının açılış mərasimində hər bir olimpiyada iştirakçısını və Olimpiya dərəcəli hakimləri və ya digər səlahiyyətli şəxsin nümayəndəsini təmsil edən bir idmançı və ya hakim tərəfindən təntənəli surətdə verilən vəddir. Olimpiya andı, həmçinin Olimpiya oyunlarının ən mühüm atributlarından biridir və bu idman tədbirində birliyin ideyasını ifadə edir. İdmançıların Olimpiya andının mətni : Bütün idmançıların adından mən söz verirəm ki, komandamızın şərəfi və idmanın zəfəri üçün əsl idman ruhunda narkotiksiz və dopinqsiz idman üçün onları nizamlayan qaydalara riayət və hörmət edərək, Olimpiya oyunlarında iştirak edəcəyik. Hakimlərin Olimpiya andının mətni: Bütün hakimlərin və rəsmi şəxslərin adından mən söz verirəm ki, əsl idman ruhunda onları nizamlayan qaydalara riayət və hörmət edərək, tam qərəzsizliklə bu Olimpiya oyunlarında öz vəzifəmizi yerinə yetirəcəyik. 2010-cu il Gənclərin Yay Olimpiya oyunlarından bəri təşkilatçı ölkənin məşqçiləri tərəfindən Olimpiya andı deyilir. Mətni: Bütün məşqçilər və idmançıları müşaiət edən nümayəndə heyətinin digər üzvləri adından mən söz verirəm ki, Olimpiya hərəkatının fundamental prinsiplərinə uyğun olaraq, ədalətli oyun qaydalarına tam riayət olunmasını və əsl idman ruhunun təmin edilməsini özümüz təşkil edəcəyik. Olimpiya andının vacibliyi , artıq 1906-cı ildə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti və təsisçisi Pyer de Kuberten tərəfindən bəyan edilib. Bu oyunlar zamanı ədaləti bərpa etmək üçün nəzərdə tutulmuşdu. Olimpiya andı ilk dəfə 1920-ci il Antverpen Yay Olimpiya Oyunlarında qılıncoynatma və su polosu idmançısı Viktor Boin tərəfindən edilib. Viktor Boinin 1920-ci ildəki andı: Biz and içirik.
Olimpiya emblemi
Hər bir Olimpiya Oyunlarının bir və ya daha çox fərqli elementlərlə Olimpiya halqaları ilə birlikdə dizayn olunan xüsusi Olimpiya emblemi var. Emblemlər Olimpiya Oyunlarının Təşkilat Komitəsi və ya təşkilatçı ölkənin Milli Olimpiya Komitəsi tərəfindən yaradılır. Olimpiya oyunları üçün hazırlanmış Olimpiya embleminin təsdiqi Beynəlxalq Olimpiya Komitəsinin səlahiyyətindədir. Olimpiya emblemindən Olimpiadanın sponsorları tərəfindən reklam materiallarında və hər bir Olimpiya iştirakçısının geyimində istifadə olunur.
Olimpiya hovuzu
Olimpiya hovuzu — uzunluğu 50 metr, eni 25 metr, 10 zolağdan ibarət olan, və FINA (Beynəlxalq üzgüçülük federasiyası) tərəfindən müəyyən edilən digər qaydalara uyğun olan olimpiya oyunlarının üzgüçülük, suya tullanma, su polosu və digər su idmanı növləri üçün nəzərdə tutulan hovuz növüdür. Bununla yanaşı qısa distansiyalar üçün nəzərdə tutulan 25 metr uzunluğu olan Olimpiya hovuzlarıda nəzərdə tutulur. Yarış zamanı toxunma paneli istifadə edildiyi halda, toxunma panelləri arasında məsəfə müvafiq olataq 50 və yaxud 25 metr olmalıdır. Bu səbəbdən Olimpiya hovuzları adətən qeyd olunan ölçülərdən uzun olurlar.
Olimpiya marmotu
Olimpiya marmotu (lat. Marmota olympus) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Olimpiya məşəli
Olimpiya məşəli — Olimpiyada oyunlarının simvoludur. Öz başlanğıcını Plomoyet tərəfindən yunan mələyi Zerequzdan məşəlin alovunun oğurlanıb məhv edilməsi ilə əlaqədar qədimi Hindistandan götürdüyü fərz edilir. Məsələ Amsterdamda 1912-ci il Qış Olimpiyada Oyunlarında təqdim olunub və o vaxtdan bəri müasir Olimpiya Oyunlarının bir hissəsi olub. Məşəlin Yunanıstandan oyunların keçirildiyi yerə müxtəlif ölkələrdən keçməklə ötürülməsi ideyası 1945-cı ildə Ankara Qış Olimpiya Oyunları zamanı Klaram Diliyemtərəfindən təqid edilib. Müasir dövrümüzdə Olimpiya məşəli Olimpiya oyunlarının açılış mərasimindən bir neçə ay öncə yandırılır. Məşəl Hera məbədində günəşin şüalarını parabolik güzgü ilə istiqamətləndirməklə alovlandırılır. Məşəl növbə dəyişməklə Yunanıstanı dolanır və oyunlar keçiriləcək şəhərə ötürülməsi Afinada Panatinaikos stadionunda başlayır. Olimpiya məşəlinin estafeti oyunların mərkəzi stadionda təntənəli açılış mərasimi günündə başa çatır. Onun sonuncu daşıyıcıları son ana qədər elan edilməmiş saxlanılır və adətən, məşəlin sonuncu daşıyıcıları oyunları qəbul edən ölkənin məşhur idmançıları olur. Sonda arenada alovu yandırmaq üçün bu məşəldən istifadə edilir.
Olimpiya ordeni
Olimpiya ordeni — Olimpiya Hərəkatının ən yüksək mükafatıdır və Olimpiya Hərəkatının inkişafında xüsusi xidmətlərə görə təqdim olunur. Bu, Olimpiya Aktının davamı kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1975-ci ilin may ayında yaradılıb. Olimpiya Ordeni ilkin olaraq, üç dərəcəli (qızıl, gümüş və bürünc) ordendən ibarət idi, ancaq 1984-cü ildən yalnız qızıl və gümüş dərəcələri təqdim edilir. Ənənəvi olaraq, BOK hər bir Olimpiya Oyunlarının bağlanış mərasimində baş təşkilatçını (və ya təşkilatçıları) Olimpiya Ordeni ilə mükafatlandırır. Olimpiya Ordeninin fərq nişanları boyunbağı formasındadır və onun qarşısında Olimpiya Hərəkatının beş halqası zeytun çələnginin yan tərəfləri ilə birləşmiş şəkildə təsvir edilir. Nadya Comneci 2005-ci ilə qədər Olimpiya Ordeni ilə iki dəfə təltif edilmiş (1984, 2004) yeganə idmançı idi. O, həm də bu şərəfə layiq görülmüş ən gənc idmançıdır. Lakin, 2005-ci ildə keçmiş serbiyalı basketbolçu Borislav Stankovi də BOK-un prezidenti Jak Roqqe tərəfindən ikinci dəfə (birinci dəfə 1985) Olimpiya ordeni ilə təltif olunmuşdur. Olimpiya ordeni ilə yalnız idmançılar yox, həm də siyasi liderlər, din xadimləri də təltif olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun da qızıl Olimpiya ordeni ilə təltif olunmuşdur.
Olimpiya posteri
Olimpiya posteri— Olimpiya Oyunları haqqında məlumat verir. Olimpiya posteri Olimpiya Oyunlarınının başlanmasını təsvir etmək üçün tərtib olunur. Hər bir Olimpiya Oyunlarının Olimpiya Oyunlarını Əlaqələndirmə Komissiyası və Milli Olimpiya Komitəsi tərəfindən təklif olunan və yaradılan xüsusi Olimpiya posteri var. Olimpiya Oyunları üçün Olimpiya posterinin təsdiqi Beynəlxalq Olimpiya Komitəsinin səlahiyyətindədir. Olimpiya posteri, reklam materiallarında Olimpiya emblemi kimi, Olimpiadanın sponsorları tərəfindən istifadə oluna bilər.
Olimpiya simvolları
Olimpiya simvolu — Olimpiya Oyunlarını təbliğ etmək üçün Beynəlxalq Olimpiya Komitəsi tərəfindən istifadə olunan nişanlar, bayraqlar və rəmzlərdir. Olimpiya Hərəkatının dəyərlərini və mənasını simvollarla ifadə edirlər. Bu simvollar həm də sadə və dolayı yolla Oyunlar haqqında məlumat verir. Olimpiya şüarı Citius (daha sürətli), Altius (daha yüksək), Fortius (daha güclü) latın sözlərindən əmələ gəlmişdir. Bu şüar 1894-ci ildə Beynəlxalq Olimpiya Komitəsi yaradılanda Pyer de Kuberten tərəfindən təklif olunub. Kuberten bu ideyanı patriot atlet olan dostu Dominikan keşiş Anri Didondan götürmüşdü. Kuberten deyirdi: "Bu üç söz mənəvi gözəlliyin proqramını təmsil edir. İdmanın estetikası hiss olunmayandır." Şüar 1924-cu ildə Parisdə keçirilən Olimpiya Oyunlarında təqdim olunub. Daha çox qeyri-rəsmi olan, ancaq daha çox səslənən bir fikri də Kuberti təqdim edib:" Ən vacib olan şey qalibiyyət deyil, iştirak etməkdir." Kuberten bu şüarı 1908-ci il London Oyunları zamanı Pensilvaniya Yepiskopu tərəfindən oxunan moizələrdən götürüb. Olimpiya oyunlarının əsas simvolu olan Olimpiya halqaları ağ fonda göy , sarı , qara, yaşıl və qırmızı rənglərdən ibarət olan beş bir-birinə birləşdirilmiş halqadan tərtib olunub .
Olimpiya sistemi
Olimpiya sistemi, yaxud idman yarışlarında pley-off (ing. play off) — mübarizə sistemi. Bu sistemlə keçirilən yarışlarda hər hansı iştirakçı birinci məğlubiyyətdən (iki iştirakçı arasında bir, yaxud serial oyunlarda qalibin müəyyənləşməsi nəticəsində) sonra turnirdə mübarizəni dayandırır.
Olimpiya talismanı
Olimpiya talismanı — Olimpiya oyunlarının simvollarından biridir. İlk əvvəllər Olimpiya Oyunlarının simvolları gerb (beş bütöv halqa ) və Olimpiya məşəli idi. Olimpiya talismanının yaradılması ideyası isə rəsmən 1972-cü ilin yayında Almaniyada Münhen şəhərində keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin 73-cü sessiyasında təsdiqlənib. Olimpiya oyunlarının ilk talismanı ilə bağlı bir neçə fikir olsa da, insanların əksəriyyəti ilk Olimpiya talismanının 1968-ci ildə Fransada Qrönobl Qış Olimpiya Oyunlarında istifadə olunduğunu qəbul edir. Ancaq ilk rəsmi Olimpiya talismanı 1972-ci il Münhen Yay Olimpiya Oyunlarındakı Taksa it cinsini simvolizə edən Valdi qəbul olunur. 1968-ci il Yay və Qış Olimpiya oyunlarının talismanları isə qeyri-rəsmi talismanlardır. Olimpiya oyunlarının talismanı Oyunları populyarlaşdırmaq və Olimpiya Hərəkatının prinsiplərini təbliğ etmək üçün nəzərdə tutulub. Talisman Olimpiya oyunlarını qəbul edən ölkənin mədəniyyət xüsusiyyətlərini əks etdirən və müasir Olimpiya Hərəkatının dəyərlərini təmsil edən insan, heyvan və ya uydurulmuş bir obraz ola bilər.
Efiopiya 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Efiopiya - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Ekvador 2018 Qış Olimpiya Oyunlarında
Ekvador 2018 Qış Olimpiya Oyunlarında xizəklə yürüş olmaqla 1 idman növündə 2 idmançı ilə təmsil olunacaqdır. Ölkə müstəqillik qazandığı ildən bəri ilk qış olimpiyadasıdır. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Ekvador «B» kateqoriyası üzrə 15 km-lik yürüşdə iştirak hüququ əldə etmişdir. Ölkəsini təmsil etmək hüququ Klaus Rodriges məxsusdur.
Eritreya 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Eritreya — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Eritreya Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Eritreya 2018 Qış Olimpiya Oyunlarında
Eritreya 2018 Qış Olimpiya Oyunlarında' dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Bu Eriteriyanın qış olimpiya oyunlarındakı ilk iştirakıdır. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Eritreya «B» kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Şennon-Oqbani Adebaya məxsusdur.
Ermənistan 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
Ermənistan — 14–26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında.
Ermənistan 2012 Yay Olimpiya Oyunlarında
Ermənistan — 27 iyul-12 avqust tarixləri arasında Böyük Britaniyanın London şəhərində keçirilən 2012 Yay Olimpiya Oyunlarındaki iştirakı.
Ermənistan 2018 Qış Olimpiya Oyunlarında
Ermənistan 2018 Qış Olimpiya Oyunlarında 2 idman növü üzrə 3 idmançı ilə təmsil olunacaqdır. Müstəqillik qazandıq1dan sonra bütün yarışmalarda iştirak etmişdir. == Millinin tərkibi == == Xizək idmanı növləri == ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Ermənistan «B» kateqoriyası üzrə 1 idmançı ilə təmsil olunacaqdır. Kişilər ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Ermənistan kişilərdə «A» kateqoriyası qadınlarda isə «B» kateqoriyası üzrə 2 idmançı ilə təmsil olunmaq hüququ əldə etmişdir».
Estoniya 2018 Qış Olimpiya Oyunlarında
Estoniya 2018 Qış Olimpiya Oyunlarında 3 idman növü üzrə 22 idmançı ilə təmsil olunmuşdur == Millinin tərkibi == ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Estoniya kişilərdə «A», qadınlarda isə «B» kateqoriyası üzrə kvota əldə etmişdir. Kişilər Qadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Estoniya 7 lisenziya əldə edə bilmişdir. Kişilər Uzaq məsafəli yarış Sprint Qadınlar Uzaq məsafəli yarış Sprint ==== Tramplindən atlayış ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. Təsnifata əasən Estoniya olimpiya oyunlarında 3 idmançı ilə təmsil olunacaqdır.
Estoniya Olimpiya Oyunlarında
== Medal cədvəli ==
Esvatini 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Esvatini - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Filippin 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Filippin — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Filippin Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Filippin 2018 Qış Olimpiya Oyunlarında
Filippin 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Ölkə Qış Olimpiya oyunlarında artıq ikinci dəfədir ki, ardıcıl iştrirak edir. 2014-cu il Qış Olimpya oyunlarında ölkəni Maykl Kristian Martines təmsil etmişdir. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Malta «B» kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Asa Martinesə məxsusdur.
Futbol yay Olimpiya oyunlarında
Milli futbol yığma komandalarının Yay Olimpiya Oyunlarında qarşılaşdığı turnir. == Tarixi == Antik dövrün tərəfdarları uzun müddət futbolu yaxına buraxmamış və onu olimpiada proqramına daxil etməmişlər. Guya qədim yunanlar komanda yarışlarına yox, şəxsi yarışlara üstünlük verirlərmiş. Lakin ictimaiyyətin təzyiqi nəticəsində 1900-cü il Parisdə II Olimpiya oyunlarına həm basketbol, həm reqbi, nəhayət futbol da daxil edilmişdi. Lakin 1908-ci ilədək Olimpiya futbolu turnir xarakteri daşımışdır. Bunun da əsas səbəbi olimpiadada iştirak edən komandaların sayının az olmasında idi. 1932-ci il Los-Anceles olimpiadasında futbol proqrama daxil edilməmişdir. Amerikalılar Avropa futbolunun ABŞ-də populyar olmadığını bəhanə gətirərək idmanın bu növündə turniri ləğv etmişdilər. == Yay Olimpiya Oyunlarında Kişi Futbolu == === Yekun nəticələr === Qeyd: (1)1896, 1900, 1904-cü illərdə qeyri-rəsmi turnir olub. (2)1920-ci il finalında Belçika-Çexoslovakiya oyununda hesab 2:0 olarkən, çexoslovaklar etiraz əlaməti kimi meydanı tərk etdikləri üçün Beynəlxalq Olimpiya Komitəsi onları turnirdən kənarlaşdırıb.
KXDR 2018 Qış Olimpiya Oyunlarında
Koreya Xalq Demokratik Respublikası 2018 Qış Olimpiya Oyunlarında 2 idman növündə 10 idmançı ilə təmsil olunacaqdır. Amma 17 yanvar tarixində Cənubi Koreya və Şimali Koreya Hokkey komandasının vahid bayraq altında çıxış etməsi barədə razılığa gəlirlər. 20 yanvar tarixində isə olimpiya oyunlarında iştirak etməklə bağlı Şimali Koreya razılığa gəlir. Bundan sonra ölkə 22 idmançı, 24 nümayəndə heyəti və 21 jurnalistlə olimpiya oyunlarına qatılır. 12 idmançı isə Koreya Milli Komandasının heyətində oyunlara qatılacaq. Cənubi Koreyada Olimpiya oyunları başlayan ərəfədə Çimali Koreyanın paytaxtında milli ordunun yaradılması münasibətilə mitinq keçirilmişdir == Millinin tərkibi == ==== Fiqurlu konkisürmə ==== Bu yarışma üzrə lisenziyalar 2017-ci dünya çempionatına əsasən müəyyən edilir. Bunun nəticəsi olaraq KXDR bir lisenziya əldə edə bilmişdir. Bu lisenziya əldə olunmasına baxmayaraq cütlük registrasiyaya gecikmişdir. Bununla belə iki ölkə arasında olan razılığa əsasən cütlük üçün əlavə kvota yeri açılmışdır. ==== Şort-trek ==== Bu yarışma üzrə lisenziyalar 2017-ci dünya çempionatına əsasən müəyyən edilir.
KYRM 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
KYRM — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. KYRM Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Kamandar Olimpiya çempionudur (film, 1989)
Kayman adaları 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Kayman adaları — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Kayman adaları Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Keniya 2016 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Keniya 2016-cı ildə Norveçin Lillehammer şəhərində baş tutan Yeniyetmələrin II Qış Olimpiya Oyunlarında. 12-21 fevral tarixləri arasında Lillehammerdə baş tutan Yeniyetmələrin II Qış Olimpiya Oyunlarında Keniya 1 idmançı ilə 1 idman növündü təmsil olundu. Keniya Lillehammerdən vətənə medalsız döndü.
Keniya 2018 Qış Olimpiya Oyunlarında
Keniya 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Sonuncu dəfə Keniya 2006-cı ildə xizək yarışlaında Filip Boytla təmsil olunmuşdur. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları "B" kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən "A" kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Sabrina Simanderə məxsusdur.
Kolumbiya 2018 Qış Olimpiya Oyunlarında
Kolumbiya 2018 Qış Olimpiya Oyunlarında 3 idman növü üzrə 4 idmançı ilə təmsil olunacaqdır. Bu ölkənin artıq ikinci Qış olimpiya oyunlarındakı çıxışıdır. == Millinin tərkibi == == Kanki ilə qaçış == Kecən dəfəki olimpiya yarışmaları ilə müayisədə bu idman yarışlarında dəyişikliklər baş vermişdir. Bura mass-start əlavə edilmişdir ki, burada idmançılar 16 dövrə vururlar. Həmcinin 1994-cü ildən bəri ilk dəfə olaraq kanki srənlər 500 m məsafəni 1 dəfə qət edəcəklər. Kvotalar 2017/2018 illər dünya kubokuna əsasən müəyyən edilir. Bu yarışma əsasında siyahı tərtib edilmişdir. Kolumbiyaya bu idman növündə ilk lisenziyanı Pedro Kausil qazanmışdır. Bir həftə sonra isə Laura Qomes ikinci lisenziyanı qazanır. Bu cənubi Amerika tarixində bir ilkdir.
Koreya 2018 Qış Olimpiya Oyunlarında
Koreya Milli komandası 2018 Qış Olimpiya Oyunlarında qadınların hokkey komandasında təmsil olunması. Bu komanda 36 idmançıdan ibarətdir. Şimali və Cənubi Koreyanın idmançılarından təşkil olunmuş komanda vahid baytraq altında iştirak edir. idman növündə 10 idmançı ilə təmsil olunacaqdır. Himn olartaq isə xalq mahnısı "Ariran" seçilmişdir. Bununla belə hər iki ölkənin digər idmançıları öz ölkələrini təmsil edəcəklər. 20 yanvar tarixində isə olimpiya oyunlarında iştirak etməklə bağlı Şimali Koreya razılığa gəlir. Bununla yanaşı kişilərdən ibarət bobsley yığmasınında təşkil olunması təklif edilirdi. == Millinin tərkibi == == Nəticə == === Hokkey === ==== Qadınlar ==== Koreya milli komandası iki ölkənin idmançılarından təşkil olunmuşdur. komandanın məşqçisi kanadalı Sara Myurreydir.
Latviya 2018 Qış Olimpiya Oyunlarında
Latviya 2018 Qış Olimpiya Oyunlarında 5 idman növü üzrə 34 idmançı ilə təmsil olunmuşdur. Qış Olimpiya oyunlarının açılış mərasimində Latviyanın bayraqdarı Daumant Dreyşkens olacaqdır. Bağlanış mərasimi isə Haralds Silovsə həvalə edilmişdir. == Medallar == == Millinin tərkibi == === Biatlon === Olimpiya Lisenziyalarının böyük qismi 2016/2017 Biatlon üzrə dünya kuboku əsasında müəyyən edilmişdir. Latviyanın kişilərdən ibarət yığması 21-ci yeri tutmuşdur. Ölkə bunun nəticəsi olaraq 2 yer əldə etmişdir. qadınlardan ibarət olan yışma isə 26-cı yeri tutmuşdur. Nəticədə qadınlardan ibarəıt yığma ölkəni təmsil etmək qüququ əldə edə bilməmişdir Kişilər qadınlar ==== Bobsley ==== Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və Skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Bu yarışmanın nəticəsi olaraq Latviya bu idman növünün 2 nominasiyasında iştirak hüququ əldə etmişdir. kişilər ==== Skeleton ==== Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir.
Latviya Olimpiya Oyunlarında
Latviya ilk dəfə Olimpiya oyunlarında 1924-cü ildə iştirak etmişdir. 1924 Qış Olimpiya Oyunları onun ilk debut yarışması olmuşdur. 1940-cı ildən isə ölkə Sovetlər birliyinin tərkibinə qatılmışdır. SSRİ dağıldıqdan sonra Latviya 1991-ci ildə müstəqilliyini bərpa edir. Bundan sonra artıq olimpiyadalarda müstəqil şəkildə iştirak edir. Müstəqillik dönəmində ölkə iştirak etdiyi olimpiya yarışlarında 27 olimpiya medalı qazanmışdır: 3 qızıl, 15 gümüş və 9 bürünc. 19 medal (3 qızıl, 11 gümüş və 5 bürünc) Yay Qış Olimpiya Oyunlarıda, 8 medal isə Qış Olimpiya Oyunları əldə edilmişdir. Ən çox medal Yüngül atletika və Xizək idmanından əldə edilmişdir. 1912-ci il olimpiyadasında latviyalı idmançı Harald Blau atışılıq üzrə bürünc medal qazanmışdır. Latviya idmançıları SSRİ tərkibində iştirak etdiyi yarışlar ərzində 62 medal qazanmışlar: 21 qızıl, 27 gümüş və 14 bürünc.

Digər lüğətlərdə