Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yenidən axıtma
Yenidən axıtma yazılı mətnin yenidən düzləndirilərək sətirlərin sonlarının səviyyələrinin nisbətən yaxınlaşdırılması. Məsələn, Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Mətni yenidən axıtmadan sonra aşağıdakı şəklə düşür: Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Yenidən axıtmadan sonra sətirlərin sayı dəyişdiyindən, səhifə sonu simvollarının da yeri dəyişilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Yenidən formatlama
Yenidən formatlama — Tətbiqi proqramlarda: sənədin tərtibatında dəyişiklik, yəni şrift kimi stilistik detalların əvəzlənməsi, elementlərin quraşdırılması, abzasların düzləndirilməsi, başlıqların seçdirilməsi və s. 2. Verilənlərin saxlanması sahəsində: diskin təkrar formatlanması (onun işə hazırlanması), bu zaman oradakı informasiyanın hamısı məhv olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenidən yükləmək
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Yenidən Səfərə (1972)
== Filmin heyəti ==
Yenidən başlatmaq düyməsi
Yenidən başlatmaq düyməsi (ing. Reset button) – elektrik enerjisiylə təchizatı kəsmədən kompüteri yenidən başlatmaq üçün nəzərdə tutulmuş düymə. IBM əsaslı kompüterlərin əksəiyyətində yenidən başlatmaq düyməsi sistem blokunun qabaq panelində yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenidən giriləbilən kod
Reentrant code ~ реентерабельный код ~ yineli girilebilen kod ~ yenidən giriləbilən kod – bir neçə proqramın eyni zamanda istifadə edə bildiyi proqram kodu. Məsələn, hansısa proqram yenidən giriləbilən kodu icra edən zaman başqa bir proqram onun icrasını durdura bilər və sonra onu birinci proqram üçün yenidən başlada, yaxud kəsildiyi yerdən davam etdirə bilər. Əməliyyat sisteminin xidməti proqramlarının çoxu yenidən giriləbilən kod kimi yaradılıb ki, bu da bütün çalışan proqramlara xidmət etmək üçün onun təkcə bir kopyasını yaddaşa yükləməyə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Almaniyanın yenidən birləşdirilməsi
Almaniyanın birləşdirilməsi (alm. Deutsche Wiedervereinigung‎) və ya vahid Almaniyanın bərpası (alm. Herstellung der Einheit Deutschlands‎) — 3 oktyabr 1990-cı ildə AFR konstitusiyasına əsasən, ADR-Qərbi Berlinin AFR-in tərkibinə daxil olması ilə vahid Almaniya Federativ Respublikasının yaradılması. Proses 2 may 1989-cu ildən 15 mart 1991-ci ilə qədər davam etmişdir. Almaniyanın birləşdirilməsinin elan edildiyi gün Alman Birlik Günü elan edilmiş (alm. Tag der deutschen Einheit‎) və bundan sonra milli bayram kimi qeyd edilməyə başlanmışdır. Birləşmə prosesinin bir parçası kimi Berlin şəhərinin şərq və qərb hissələri də bir şəhər halında birləşdirilmiş və sonda ölkənin paytaxtı olmuşdur. Almaniya Sosialist Birlik Partiyası tərəfindən idarə edilən Şərqi Almaniyanın hökuməti 2 may 1989-cu ildən etibarən sarsılmağa başlamışdı. Bu tarixdə Macarıstan Avstriya ilə olan sərhədini açmış və bu Dəmir Pərdədə "dəlik açılmasına" səbəb olmuşdu. Sərhəd hələ də qounurdu, lakin Panavropa pikniki və Şərq blokuna məxsus olan ölkələrin qətiyyətsiz reaksiyası qarşısıalınmaz hərəkatın işə düşməsinə səbəb oldu.
Yenidən Birləşmə Günü
Yenidən Birləşmə Günü (vyet. Ngày Thống nhất), həmçinin Qələbə Günü (Ngày Chiến thắng), Qurtuluş Günü (Ngày Giải phóng və ya Ngày Giải phóng miền Nam) və ya rəsmi adı ilə Cənubun Qurtuluşu və Milli Birləşmə Günü (Ngày Giải phóng miền Nam, thống nhất đất nước) — Vyetnamda 30 aprel 1975-ci ildə Şimali Vyetnam və Vyetkonq qüvvələrinin Cənubi Vyetnamın paytaxtı Sayqonu (indiki Hoşimin şəhəri) ələ keçirməsi və bununla da Vyetnam müharibəsinə son qoyması hadisəsini qeyd edən dövlət bayramı. Hadisə milli seçkilərdə baş verən birləşməyə doğru keçid dövrünün başlanğıcı olmuşdur. 2 iyul 1976-cı ildə yenidən birləşmə üçün keçirilən milli seçki nəticəsində Cənubi Vyetnam və Şimali Vyetnam birləşməsindən müasir Vyetnam yaranmışdır.Bəzi xaricdəki Vyetnam icmalarında bu gün Sayqonun süqutu, Qara Aprel (Tháng tư đen), Milli Utanc Günü (Ngày quốc nhục) və ya Milli Nifrət Günü (Ngày quốc hận) kimi qeyd olunur.
Yenidən Rifah Partiyası
Yenidən Rifah Partiyası və ya qısaca YENİDEN REFAH (həmçinin YRP) — Türkiyə Respublikasında 23 noyabr 2018-ci ildə Fatih Ərbakanın rəhbərliyində qurulan Milli Görüş ideologiyasında fəaliyyət göstərən sağ yönümlü, islamçı siyasi partiya. Onun rəsmi abbreviaturası partiya nizamnaməsinə görə "Yenidən Rifah"dır.
Sincan yenidən təhsil düşərgələri
Sincan yenidən təhsil düşərgələri (uyğ. Qayta terbiyelesh lagérliri قايتا تەربىيەلەش لاگېرلىرى, çin. ənən. 再教育营, pinyin: zàijiàoyùyíng, ing. Xinjiang re-education camps) — Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda 2014-cü ildən başlatdığı və insanların toplama düşərgələrinə yığılması ilə müşahidə olunan kompaniyasına verilən ad. Dövlətin bu siyasəti bölgədə Çen Quanquonun 2016-cı ilin avqust ayında rəhbərliyə təyin edilməsindən sonra daha da sərtləşmişdir.Bu düşərgələr gizli saxlanılır və hüquqdan kənar formada idarə olunur. Xeyli sayda Uyğur bu düşərgələrə heç bir məhkəmə və istintaq olmadan həbs edilmişdir. Yerli dairələrin bildirdiyi məlumata görə, yüz minlərlə Uyğur və digər müsəlman etnik azlıqlar bu düşərgələrə həbs edilmişdir. Bu düşərgələrin ekstremizm və terrorizm əleyhinə olduğu bildirilir.Yüz minlərlə uyğurun, Qazaxın, Qırğızın, Hueyin (müsəlman olan etnik çinlilər) və digər etnik müsəlman-türkün, habelə, xarici vətəndaşlar olan xristianların, qazaxların da belə düşərgələrdə saxlanılması barədə məlumatlar vardır. BMT və bir çox beynəlxalq təşkilatlar yenidən təhsil düşərgələrində 1–3 milyon arası insanın saxlanıldığını bildirmişdir.2018-ci ilin oktyabr ayının 24-də BBC yenidən təhsil düşərgələri barədə ətraflı araşdırma hazırlamış və bu araşdırmada Çinin "doğru düşüncə" adlandırdığı məqsədinə çatmaq üçün "gizlədilmiş düşərgələri" nə dərəcədə artırdığını göstərmişdir.Çinin bu siyasəti beynəlxalq akademik jurnallar tərəfindən mədəni soyqırım adlandırılmışdır.
Sintszyan yenidən təhsil düşərgələri

Səni yenidən görmək (kitab)
Səni yenidən görmək - fransız yazıçısı Mark Levi tərəfindən yazılmış kitab. == Məzmun == Ürəyiniz geridə qalsa, mütləq qayıdacaqsınız... Mark Levinin milyonlarla satılan “Kaş ki doğru olsaydı” romanının davamı olan “Səni yenidən görmək” birincisi qədər sürprizlərlə dolu bir nağıldır. Uğurlu memar Artur və idealist həkim Lauren arasındakı sevgi qaldığı yerdən davam edir; Onların fantaziya ilə reallıq arasında fırlanan həyatları yenidən San-Fransiskoda kəsişir. Gücünü itirməyən sevgiləri növbəti dəfə gözlənilməz maneələrlə qarşılaşır. "Həyat sizə ikinci bir şans versəydi, ondan maksimum istifadə etmək üçün risk edərdinizmi?" Marc Levy bu suala cavab axtararkən xəyallarını itirmiş çağımızın insanlara sevginin vəsfini təqdim edir.
Yenidən səfərə (film, 1972)
== Filmin heyəti ==
On iki raund 2: Yenidən yüklənmə
12 Raund 2: Yenidən yüklənmə, 2013 -cü ildə çəkilmiş Amerika filmidir. Filmin rejissoru Roel Reine olmuşdur və filmdə baş rolu WWE güləşçisi Randy Orton oynamışdır. == Süjet xətti == Nik Malloy adi bir təcili yardım işçisidir. Həmkarı Jay ilə başqa bir mübarizəyə girişən Nick, özünün məkrli psixopat Patrick Hellerin oyununa cəlb olunduğunu görür. Nik telefonla Hellerin əmrini yerinə yetirməlidir, əks halda cinayətkar arvadını öldürəcək. Tezliklə məlum olur ki, Heller həyat yoldaşının qatilindən bir tibb işçisinin köməyi ilə intiqam almaq istəyir.
Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik (Azərbaycan)
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik — Azərbaycan Respublikası Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır.2021-ci ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021 tarixli Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik ləğv edilib və agentliyin balansındakı əmlak ANAMA-nın balansına verilib. == Tarixi == === Direktorları === Məmmədоv Əli Abdulla оğlu — 1997-2021 == Missiyası == Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərə külli miqdarda maddi ziyanın vurulmasını, həmin ərazilərdə dinc əhalinin əmlaklarının talanmasının kütləvi xarakter daşıdığını və ölüm təhlükəsi nəticəsində ata-baba torpaqlarını tərk edən qaçqınlara gələcəkdə öz yerlərinə qayıtmaqları üçün normal şəraitin yaradılması zərurətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır. Dövlət Komissiyası üzərinə düşən vəzifələrin yerinə yetrilməsində Azərbaycan Respublikasının Prezidenti qarşısında cavabdehdir və fəaliyyəti haqqında mütəmadi olaraq ona hesabat verir. Dövlət Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, habelə bu Əsasnaməni rəhbər tutur. Dövlət Komissiyası öz fəaliyyətini müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqəli şəkildə həyata keçirir. Dövlət Komissiyasının əsas vəzifəsi hərbi işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasını təşkil etməkdir. Dövlət Komissiyası, müharibə nəticəsində Azərbaycan Respublikasının torpaqlarına, yaşayış məntəqələrinə və digər obyektlərə dəymiş zərərin müəyyənləşdirilməsi, dağılmış obyektlərin bərpa edilməsi və yenidən qurulması proqramlarının layihələrinin tərtib edilməsi üçün müvafiq orqanlara tapşırıq verir. Komissiya, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, habelə aidiyyatı olan ictimai birlikləri cəlb etməklə, işçi orqan tərəfindən hazırlanmış bərpa və yenidənqurma proqramlarının layihələrini müzakirə edir və onları təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Bərpa və yenidənqurma proqramını həyata keçirmək məqsədi ilə vəsait toplanması üçün beynəlxalq təşkilatlar, xarici dövlət və qeyri-dövlət qurumları ilə ardıcıl iş aparılır. Respublika büdcəsi və beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsait hesabına maliyyələşdirilən hüquqi şəxs statusuna malik olan işçi orqan yaradılır.
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

Torpağın şorlaşması
Torpağın şorlasması - quru qalıq üzrə duzlar 0,25 %-dan cox və yaxud zəhərli duzların çəkisi 0,1 %-dan çox olduqda. Bunlar su çəkimi üzrə əldə edilir. == Genezisi == Şorlaşma genezisinə görə fərqlanir: Allüvial-çöküntülərdə torpağın şorlaşmasi - çayətrafı və gölətrafı terrasların torpaqlarında minerallaşması qrunt suların yer sathina yaxın olmasi va buxarlanma nəticəsində səthdə duzların toplanmasıdır. Dellüvial-prolüvial çöküntülərdə torpaqların şorlaşması - dağ sistemlərinin şleyflərində yayılmışdır. Göstərilən ərazida suayrıci və dağ ətəklərinə düşən atmosfer yağıntıları yer səthinə yaxın duzları həll edərək özu ilə bərabər dağətəyi düzanlik sahəlarinə aparır. Burada toplanan rnüxtalif duzlar torpaq va qruntun duzlasmasına sabab olur. == Növləri == Torpağın sodalı-sulaftlı şorlasması - torpağın şorlasrnası, torpaqda natrium bikarbonat va natrium karbonatın kəskin çoxalmasi ila fərqlənir (su çəkimi üzra 0,06 % HCO 3 və daha çox). Torpağın sodalı-sulfatlı şorlasması - torpağın şorlasması, torpaqda natrium bikarbonat va natrium karbonatla yanaşı, sulfatların miqdanrının üstünlüyü ilə fərqlənir. Torpağın sulfatlı şorlasması - torpağın şorlasması sulfatın miqdarı digər duzların miqdarından kəskin şəkildə üstündür. Torpağın xloridli-sulfatlı şorlasması - torpağın şorlasması, Torpaqda sulfat va xlorid digər duzlardan çox olmasına gorə fərqlənir.
Orijinal-maket
Orijinal-maket (camera-ready)– nəşriyyat sistemlərində: sənədin hazırlanmasının elə mərhələsidir ki, onda bütün mətbəə elementləri, qrafik görüntülər öz yerlərində olur və çap xidmətinə verilə bilər. Çap xidməti orijinal-marketin fotoşəklini çəkir və bu fotoşəkillərdən çap formalarının hazırlanmasında istifadə edir. Bəzi səhifə bağlama proqramları elementləri əl ilə düzməklə və quraşdırmamaqla sənədi icra edilməyə tam hazır vəziyyətə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenigün
Yenigün — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.
Yenikənd
Kəndlər AzərbaycandaYenikənd (Ağdaş) — Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Yenikənd (Ağsu) — Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Yeni kənd (Ağstafa) — Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Yenikənd (Goranboy) — Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Yenikənd (Göyçay) — Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Yenikənd (Xocavənd) — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Yenikənd (İsmayıllı) — İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Yenikənd (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Yenikənd (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Yenikənd (Oğuz) — Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Yenicə
Yenicə (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Yenicə (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Orijinal video animasiya
"OVA" (yap. オーブイエ) və ya OAV — Original Video Animation sözünün abbreviaturası), Yaponiyada anime serialının xüsusi növü.
Yenikənd (Ağdaş)
Yenikənd — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Yenikənd (Ağsu)
Yenikənd — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Əhali == Əhalisi 300 nəfərdir.
Yenikənd (Goranboy)
Yenikənd — Azərbaycan Respublikasının Goranboy rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Yenikənd kəndi Qaraçinar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yenikənd kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 289 nəfər əhali yaşayır.
Yenikənd (Göyçay)
Yenikənd (əvvəlki adı: Şükürlü) — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Yenikənd kəndi Məlikkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kürdşaban kəndi olmaqla, Kürdşaban kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Şükürlü olmuşdur. Sovet hakimiyyəti illərində adı dəyişdirilmiş və rəmzi olaraq belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 272 nəfər yaşayır.
Yenikənd (Gədəbəy)
Yenikənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Gərgər kənd inzibati ərazi dairəsində kənd. Yenikənd Gərgər bələdiyyəsinə baxır. == Toponimikası == Yenikənd kəndi orta dağlıq qurşaqdadır. Həmçinin Gədəbəy rayonunun Çobankənd kənd inzibati ərazi dairəsində də Yenikənd adında kənd vardır. 29 may 2015-ci ildə həmin kəndin adı Qızılqaya kəndi adlandırılıb. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 409 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Yenisey
Yenisey (rus. Енисе́й), (evenk Ионесси "böyük su", xak. Ким, tıva Улуг-Хем "böyük çay", və Ene-Say (Ana-çay), nen. Енся’ ям’ — Dünyanın və Rusiyanın ən uzun və gursulu çaylarından biri. Şimal Buzlu okeannın Kara dənizinə tökülür. Çayın uzunluğu 3487 km təşkil edir. == Adı == Bəziləri bu adın evenklərin "İonnesi" sözündən törəmısini bildirərək böyük su olmasını deyir. Sibiryaklar çayı "Yenisey Ata" adlandırırlar == Coğrafiyası == Böyük Yenisey və Kiçik Yenisey çaylarının birləşməsindən meydana gələn çay. Çayın uzunluğu 3487 km, Kiçik Yeniseylə birlikdə isə 4287 km, Böyük Yeniseylə birlikdə 4092 (4123) km təşkil edir. Su yolunun uzunluğu: İder çayı — Selenqa — Baykal gölü — Anqara çayı — Yenisey olaraq 5550 km təşkil edir.
Aqşin Yenisey
Aqşin Yenisey (1978, Cəlilabad) — Azərbaycanlı yazıçı, şair, publisist.[mənbə göstərin] == Həyatı == Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir. Azad Yazarlar Ocağının üzvü olub. Aqşin Yenisey bir müddət siyasətçi Bədrəddin Quliyevin rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının üzvü olmuşdur. == Ailəsi == Şair Aqşin Yenisey yazıçı Aysel Əlizadə ilə ailəli olub, bir qızı var.Şairin ikinci həyat yoldaşı Turana Rəsulovadır. 2014-cü ilin əvvəlindən Turana Rəsulova Almaniyaya köçüb orada yaşayır və aprel ayında oğlu Almaniyada doğulub. Bununla da Aqşin Yenisey ikinci dəfə oğul atası olub. == Yaradıcılığı == Aqşin Yeniseyin ilk kitabı 2000-ci ildə dərc olunub – "Unutmaq sözünün şəkli". 2005-ci ildə ikinci şeirlər kitabını – "Sizin eradan əvvəl"i çap etdirən Aqşinin qələmə aldıqları türk, gürcü, fransız dillərinə tərcümə edilib.
Böyük Yenisey
Böyük Yenisey (tıva Бии-Хе́м) — Yeniseyin sağ qolu olan, Tıva Respublikasından axan çay. Tıva dilindəki Biy-Xem adı "böyük çay" mənasını verir. Uzunluğu 605 km, hövzənin sahəsi 56.800 km²-dir. Mənsəndən 285 km məsafədə gəmiçilik üçün yararlıdır. Böyük Yenisey başlanğıcını 1521 m yüksəklikdən götürür. Başlanğıcı Qara-Balıq gölündən başlayır. Çayın sululuğunun yüksək olması, relyefinin özünəməxsus tutma hövzəsini təşkil edən Toca çökəkliyini əhatə etməsi ilə izah olunur. Çay çoxlu sayda qol qəbul edir. Bunlardan ən böyükləri sağ tərfdən ona tökülür: Toora-Xem, Hamsara, Sıstıq-Xem. Böyük Yeniseyin hövzəsi, şimal və şərqdə Tuvanın Buryatiya, İrkutsk vilayəti və Krasnoyarsk diyarı ilə inzibati sərhədləri olan dağlıq bir bölgədir.
Fəridən şəhristanı
Fəridən şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Daran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 81,622 nəfər və 20,215 ailədən ibarət idi.
Kiçik Yenisey
Kiçik Yenisey çayı (tıva Каа-Хем) — Tuva Respublikasında böyük bir çay, Yenisey hövzəsinə aiddir. Hövzəsinin sahəsi 58,700 km²-dir. Tuvan dilindən tərcümədə Kaa-Xem çayının adı "kiçik çay" deməkdir. Demək olar ki, bütün hövzəsi boyunca dağlıq ərazidən axır. == Hidrometriya == Kiçik Yeniseyin axması 23 il ərzində (1974–1999) Qızıldakı nəzarət-ölçü stansiyasında müşahidə edilmişdir. Bu dövrdə Qızılda qeydə alınan orta illik axın 59849 km² hövzə üzrə 410 m³/s olmuşdur. Bu Tuva kontekstində yüksək hesab edilə bilən illik ortalama 221 mm yağışa uyğundur. Çaylar üçün qidalanmanın əsasən mənbəyi yüksək Sayan dağlarında qar və buzlaqların əriməsi ilə təmin edilir. Yay yağışı yaz-yay aylarında, may-avqust aylarında düşür. Pik axını iyun ayında hövzənin zirvələrində qar və buzun kütləvi əriməsi zamanı baş verir.