Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Outline
Outline Çevrə, kontur – Obyektin yalnız qıraqlarını göstərən qrafik görüntü. Konspekt, xülasə, icmal – mətndəki bütün xırdalıqlara toxunmadan başlıca məqamların təqdim olunması üsulu. İnsanlar yüzillər boyu icmalı kağız üzərində qeyd etmişlər, ancaq kompüter bu prosesi iki yolla asanlaşdıra bilər. Birincisi, mətn prosessorunda öncə sənədin icmalını hazırlayıb, sonra geri qayıdıb bir-bir bölümləri doldurmaqla. İkincisi, proqram təminatları yalnız vacib məqamları göstərib, qalan yerləri gizlətmək imkanına malikdir. İstifadəçi bir bölümlə işləyərkən qalan bölümlərin detalları, yazılmış olsalar da, ekrandan uzaqlaşdırıla bilər. İcmal I.Heyvanların təsnifatı A.Məməlilər 1.İtlər və canavarlar a.Ev heyvanları b.Vəhşi heyvanlar 2.Pişiklər a.Ev pişikləri b.İri pişiklər 3.Primatlar B.Quşlar İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Outline nedir?
Şefika Kutluer
Şəfiqə Qutluər, Sehrli fleyta (Sihirli Flüt) ləqəbli Türkiyəli fleyta sənətkarıdır. Türkiyə Respublikası Dövlət Sənətkarıdır. 2010-cu ildən görə ki Şefika Kutluer adına Beynəlxalq Festivalı baş verir. Ankarada doğulmuşdur. Anası institut məzunu bir ev xanımıdır, atası Prizrəndən (bugünkü Kosovo) köçmüş bir mağaza sahibkarıdır. Atasının dostu Ulvi Cemal Erkin sayəsində instrumental musiqi təhsilinə başlayıb. 1979-cu ildə Ankara Dövlət Konservatoriyasını bitirib. Müxtəlif müfakatların və kompakt disklərin sahibidir.
Outlet mərkəzlər
Outlet mərkəzlər — şoppinq məkanı Xaricdə outlet mərkəzlər məşhur şoppinq məkanına çevrilirlər. XX əsrin 70-ci illərində ABŞ-də yaranan və 90-cı illərin sonunda məşhurluğun zirvəsinə çatan outlet mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90% çatan endirimlərlə əldə edə etmək olur. 2011-ci il fevralın 1-də Bakı Avtovağzal Kompleksində Baku Outlet Park fəaliyyətə başlayıb. 8500 m² ərazidə fəaliyyət göstərən "Zara", "H&M", "Pull&bear", "Bershka", "Stradivarius", "Adidas", "Nike", "Reebok", "Puma" və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə əldə etmək mümkündür. Baku Outlet Park açılışının ilk günlərindən alıcıların rəğbətini qazanıb. Gələcəkdə mərkəzdə təqdim olunan brendlərin siyahısını daha da artırmaq planlaşdırılır.
Kutilər
Kutilər və ya qutilər – b.e.ə.2202/2201-ci ildən b.e.ə. 2109-cu ilədək Cənubi Azərbaycan ərazisində məskunlaşmış qədim tayfa ittifaqlarından biri. == Kuti dili == Kuti dilinin mənşəyi barədə dəqiq fikir söyləmək mümkün deyil. Elamşünaslığın yaradıcılarından olan Q.Hüsing İran dağlıq yaylasının qərbində və mərkəzində məskunlaşan xalqların (elamlıların, lullubilərin, qutilərin və kassilərin) eyni dil ailəsinə mənsub olduqlan fikrini irəli sürdü. Sonralar bu fikir digər nüfuzlu alimlər tərəfindən qəbul olundu və bu dil ailəsini şərti olaraq “Zaqro-Elam”, “Kaspi” və ya “Kaspi-Elam” adlandırmaq təklif olundu. 1944-cü ildə İ.Gelb bu dillərin Subartunun hurrilərə qədərki əhalisinin dili ilə qohum olduğu fikrini irəli sürdü. İ.Konteno kuti dilinin Kiçik Asiyanın ölü dilləri ilə qohumluğunun tərəfdarı idi. 1960-cı illərdə U.Henning “Kuti” etnonimini kuçi (İrandilli toxarlara verilən ad) tayfa adı ilə eyniləşdirməyi təklif etdi. Sovet və Rusiya tarixşünaslığında kuti dilini Şimal-şərqi Qafqaz dil qrupuna aid etmişlər. Güman olunur ki, kutilərin dil qalıqlan hazırda Azərbaycan və Gürcüstanda yaşayan udinlərin dilində qorunub saxlanmışdı.
Qutilər
Kutilər və ya qutilər – Cənubi Azərbaycan ərazisində məskunlaşmış qədim tayfalardan biri. Mənbələrdə kutilərin adlarının ilk dəfə çəkilməsi e.ə. XXIII əsrə aiddir. Kutilərin məskunlaşdığı ərazilər mənbələrdə "Qutium" adlandırılır. Kutilər iri tayfa ittifaqı idilər və əsas məşğuliyyətləri maldarlıq idi, amma əkinçiliklə də məşğul olurdular. E.ə. 2200-cü ildə kutilər Akkad üzərinə hücum etdilər və hökmdar Naram-Sueni öldürdülər, Mərkəzi və Cənubi Mesopotamiyanı (Sumeri) ələ keçirdilər. Kuti "hökmdar"ları burada yüz ilədək hakimiyyətdə oldular. Kuti "hökmdar"ları tayfa başçıları idilər və müəyyən müddətə seçilirdilər. E.ə.
Utilər
Utilər – Qafqaz Albaniyasında yaşamış və Alban tayfa ittifaqında daxil olan ən böyük tayfalardan biri. İ. P. Petruşevski Qəbələ rayonunun Nic kəndində yaşayan udinlər qədim albanların qalıqları olduğu fikrini irəli sürmüş, digər tədqiqatçılar – S.T.Yeremyan, Z.İ.Yampolski, Z.M.Bünyadov, Q.A.Klimov, A.Q.Şanidze, İ.H.Əliyev, V.L.Qukasyan, F.Məmmədova onunla həmfikir olmuşdurlar. Ancaq etnoqraf Q. Qeybulayev bugünkü udinlərin Dağıstandilli tayfaların birinin qalıqları olduğunu və utiləri alban etnosu, yəni Alban dövlətini yaradan və etnik adı alban olanlar ilə eyniləşdirilmənin doğru olmadığını yazmışdır. Strabon Atropatenada – Midiya dağları adlanan dağlıq ərazidə Xəzərin cənub qərbində alban və uti tayfalarının yanaşı yaşadığını qeyd edir və bu da alban və uti adlarının müstəqil tayfaların adları olduğunu deməyə əsas verir. 1958-ci ildə erməni tarixçisi S.T.Yeremyan qədim alban dilinin udin dili olduğunu yazmış, gürcü tarixçisi A.Q.Şanidze də udinlərin erməni tarixi ənənəsində albanların varisləri hesab edildiyini göstərmişdir. Alban tarixçisi Moisey Kalankatlının – Alban ölkəsinin tarixi əsərində Albaniyada 5 mahalın Uti adlandığı göstərilir: Qarabağın dağlıq hissəsində – Artsakda, Bərdə zonasında, Girdimanın Xalxal şəhəri (indiki Qazax- Ağstafa rayonunları ərazisində) zonasında və Azərbaycanın şimal – qərbində. Qiyasəddin Qeybullayev qeyd edir ki, tədqiqatçıları çaş – baş salan da budur. Əgər mahalların hamısında indiki Dağıstandilli udinlərin əcdadları yaşamışsa, onda əlbəttə deməliyik ki, onlar Albaniyanın ən böyük tayfası idi. İqrar Əliyev belə də yazmışdır: "Utilər Albaniyada aparıcı tayfa idilər". Sonra bu fikri V. L. Qukasyan təkrar etmişdir: "Uti – udinlər alban tayfa ittifaqında aparıcı rola malik idi." Qiyasəddin Qeybullayev isə bu fikrə etiraz edərək qeyd edir ki, bu belə deyil.
Şəfiqə Qutluər
Şəfiqə Qutluər, Sehrli fleyta (Sihirli Flüt) ləqəbli Türkiyəli fleyta sənətkarıdır. Türkiyə Respublikası Dövlət Sənətkarıdır. 2010-cu ildən görə ki Şefika Kutluer adına Beynəlxalq Festivalı baş verir. Ankarada doğulmuşdur. Anası institut məzunu bir ev xanımıdır, atası Prizrəndən (bugünkü Kosovo) köçmüş bir mağaza sahibkarıdır. Atasının dostu Ulvi Cemal Erkin sayəsində instrumental musiqi təhsilinə başlayıb. 1979-cu ildə Ankara Dövlət Konservatoriyasını bitirib. Müxtəlif müfakatların və kompakt disklərin sahibidir.
Bütlər kitabı
Bütlər kitabı Ərəb alimi Hişam ibn əl-Kalbi (737–819) tərəfindən yazılmış "Bütlər" kitabı (Kitab al-Əznəm), İslam əvvəli ərəb dinini, tanrılarını və ibadətlərini təsvir edir . Mətn İslam əvvəli ərəb dininin tənqidini edir və ərəblərin Kəbənin qurulmasından bəri olduqları vəziyyəti dini sui-istifadə məsələsinə aydınlıq gətirir. Kitab, "İslam əvvəli ərəblərin bütpərəstliyi" ilə şirkin (çoxtanrılığın) müəyyənləşdirilməsində təsirli oldu. Misir filoloqu Əhməd Zaki Paşa mətni aşkar etdi; Dəməşqdəki hərracda yeganə əlyazmanı satın aldı və onun geniş kolleksiyasındakı əlyazmalardan olan yazı 1934-cü ildə ölümündən sonra dövlətə bağışlanıb. Zaki Paşa XIV Beynəlxalq Şərqşünaslar Konqresində öz kəşfini açıqladı . == İstinadlar == == Tərcümələr == Faris, Nabih Amin (1952). Hishām Ibn-Al-Kalbi, The Book of Idols or The Kitāb al-Aṣnām. Princeton: Princeton UP. English translation. == Əlavə Ədəbiyyat == H. S. Nyberg. "Bemerkungen zum Buch der Götzenbilder von Ibn al-Kalbi." Lund: Svenska Institut i Rom.