Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Astragalus verus
Astragalus verus (lat. Astragalus verus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda və İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Chimonanthus verus
Chimonanthus praecox (lat. Chimonanthus praecox) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin calycanthaceae fəsiləsinin chimonanthus cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şərqi Çində, Yaponiyada geniş yayılmışdır. == Botaniki təsviri == 2–3 hündürlükdə yarpağını tökən koldur. Gövdələri yuxarıya doğru düz qalxır. Cavan budaqları tüklü, birillik budaqları isə çılpaq, bozumtul-yaşıl və ya qəhvəyi rəngdədir. Tumurcuqları iti, kirəmit şəklində düzülmüş pulcuqludur. Yarpaqları yumurtavari və ya yumurtavari-neştərvari, uc tərəfdən sivri, qaidəsi dairəvi və ya pazvaridir, uzunluğu 7–20 sm, eni isə 3,5–7 sm-dir. Təzə əmələ gəlmiş yarpaqları tüklü olub, sonradan çılpaqlaşır, hər iki tərəfdən parıldayan açıq-yaşıl rəngdədir. Saplaqları 0,5–0,8 sm uzunluqdadır.
Mark Annius Verus Sezar
Mark Anni Ver Sezar(may 162 – 10 sentyabr 169, Roma) (162 və ya 163–169) - Roma imperatoru Mark Avreli və imperatriça  Anniya Qaleriya Faustinanın 13 uşağından 12-cisi. == Həyatı == Mark Anni Ver 162-ci və ya 163-cü illərin axırlarında Mark Avreli və Anniya Qaleria Faustinanın oğlu olaraq doğuldu . Atası Mark Avrelinin adı olduğu üçün ona Mark Anni Ver adı verildi. 12 oktyabr 166-cı ildə romalıların Lusi Verin  Partiya müharibəsindəki  zəfərini  qeyd etdikləri bir ziyafətdə qardaşı Kommod ilə birlikdə Roma İmperatorluğunun ortaq varisləri olaraq sezar oldular. O zaman Anni üç, Kommod beş yaşında idi . Bu qədər gənc yaşda ilk dəfə belə açıq bir miras bəyanı edilmişdi. Varislərin getdikcə artdığı vaxtda vəzifələrdə təlim aldığı ənənəvi  cursus honorumdan əhəmiyyətli bir yayınmanı göstərirdi. Bu sistemdə varislər vəliəhdliyə bağlı olaraq taxta çıxır, imperator olmaq mövzusunda dərslər alırdılar. Anni qulağının altında olan bir şişin  çıxarıldığı əməliyyatın yaratdığı fəsadlar səbəbindən 10 sentyabr 169-cu ildə yeddi yaşında öldü. Ölümü Kommodu tək varis olaraq buraxdı . Atası Mark Avreli dövlət işlərinə davam edərkən beş gün müddətində bu itginin yasını tutdu.  Avreli Yupiter Oksimus Maksimusun oyunları davam etdiyi üçün yas tutmağı ilə oyunları yarıda kəsməməyinin lazım olduğunu müdafiə etdi .
Vərəsə (film)
"Vərəsə" (ing. The Heiress) — rejissor Uilyam Uaylerin filmi. == Məzmun == Ketrin Sloper sadə və utancaq bir qızdır. Atası onunla bağlı öz ümidsizliyini gizlətmir. Bir gün Ketrin Morris Taunsendlə tanış olur. Qız Morrisin ona olan diqqətini o dəqiqə hiss edir. Sadə Ketrin Morrisə dəlicəsinə vurulur və onlar evlənməyi planlaşdırırlar. Ketrinin atası elə düşünür ki, Morris Ketrinlə ancaq onun mirasını ələ keçirmək üçün əlaqə qurub. Ata, Morrisə ərə gedəcəyi halda qızını mirasdan məhrum edəcəyini deyir. Ketrin olanlara fikir vermir və Morrislə gizli qaçmağı planlaşdırır.
Vərəsə (film, 1949)
"Vərəsə" (ing. The Heiress) — rejissor Uilyam Uaylerin filmi. == Məzmun == Ketrin Sloper sadə və utancaq bir qızdır. Atası onunla bağlı öz ümidsizliyini gizlətmir. Bir gün Ketrin Morris Taunsendlə tanış olur. Qız Morrisin ona olan diqqətini o dəqiqə hiss edir. Sadə Ketrin Morrisə dəlicəsinə vurulur və onlar evlənməyi planlaşdırırlar. Ketrinin atası elə düşünür ki, Morris Ketrinlə ancaq onun mirasını ələ keçirmək üçün əlaqə qurub. Ata, Morrisə ərə gedəcəyi halda qızını mirasdan məhrum edəcəyini deyir. Ketrin olanlara fikir vermir və Morrislə gizli qaçmağı planlaşdırır.
Yağışdan sonra Overdə mənzərə
"Yağışdan sonra Overdə mənzərə" (fr. Paysage d'Auvers après la pluie, nid. Landschap bij Auvers na de regen) və yaxud "Arabayla və qatarla mənzərə" (fr. Paysage avec chariot et train, nid. Landschap met rijtuigje en trein) — məşhur holland rəssamı Vinsent van Qoqun 1890-cı ildə çəkdiyi rəsmi. Moskvada yerləşən A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinə məxsusdur. XIX–XX əsr Avropa və Amerika ölkələrinin incəsənət qalereyasında saxlanılır. Rəsmin ölçüləri 72 x 90 sm-dir. == Rəsmin tarixçəsi == "Overdə yağışdan sonra peyzaj" rəsmi 1890-ci ildə, rəssamın ölümündən əvvəl çəkilmişdir. Sonra o, qardaşı Teoyaya keçib.