DRIVE

drive1

n 1. getmə, gəlmə (miniklə); sürmə; 2. gəzmə, gəzinti, gəzintiyə çıxma (maşında və s.); to go for a ~ gəzintiyə çıxmaq (miniklə); 3. qovma; təqib etmə, izləmə (düşməni, ovu və s.); 4. hərb. hücum; zərbə; 5. tələsmə, qaçaqaç, qaç-qov; the constant ~ of work işdə daim tələsmə / qaçaqaç; 6. amer. kampaniya (ictimai); ~ for signatures imza toplamaq üçün kampaniya; 7. bir arzunu / istəyi təmin etmə; meyl; a strong sexual ~ cinsi əlaqəyə meyl, cinsi əlaqə istəyi

drive2

v 1. sürmək, idarə etmək; to ~ a car / a tram, etc. maşın / tramvay və s. sürmək; to learn to ~ maşın sürməyi öyrənmək; He drives a taxi O, taksi sürür; 2. sürmək (mal-qaranı çölə); to ~ cattle mal-qaranı çölə sürmək, mal-qaranı örüşə aparmaq; 3. qovmaq; çıxarmaq; to ~ the clouds buludları qovmaq; 4. vurmaq, çalmaq, mıxlamaq; to ~ a wedge paz çalmaq; to ~ a nail home / to the head 1) mıxı axıra qədər çalmaq / vurmaq; 2) işi sona / axıra çatdırmaq; işi qaydaya salmaq; 5. d.d. uzatmaq; to ~ smth. to the last minute bir şeyi son dəqiqəyə qədər uzatmaq; 6. izləmək, dalınca düşmək, qovlamaq (vəhşi heyvanı); to ~ game ov quşunu izləmək; to ~ the invaders across the border istilaçıları ölkədən qovmaq; 7. etmək, aparmaq (iş və s. haq.); to ~ a trade ticarət etmək; 8. çəkmək, tikmək, salmaq (yol və s.); to ~ a railroad dəmir yolu çəkmək;

◊ to ~ a quill / a pen yazmaq, yazıçı olmaq; to ~ smb. to the wall bir kəsi divara dirəmək

DRIPSTONE
DRIVEL
OBASTAN VİKİ
Google Drive
Google Drive (köhnə adıyla Google Docs) — 12 oktyabr 2006-cı ildə Google tərəfindən fəaliyyətə başlayan bulud xidməti. Google Driveda hər cür musiqi, şəkil, sənəd, video və ya fərqli formatları saxlaya bilərsiniz. Bu fayllara online olaraq fərqli kompüterlərdən, telefonlardan ya da tabletlərdən dərhal istifadə edə bilərsiniz. Googlenin bulud xidməti olan Google Drive, hər istifadəçisinə pulsuz 15 GB yer verir. Bundan əlavə daha yüksək həcmdə Google Drivedan yer almaq mümkündür.
10050 Cielo Drive
10050 Cielo Drive — ABŞ-da Los-Ancelesin Benedikt Kanyon ərazisində yerləşən, yaranmasından bu günə qədər müxtəlif hadisələrə şahid olmuş məşhur imarət. Bu imarətdə müxtəlif dövrlərdə bir sıra məşhur incəsənət adamı yaşamışdır. Bir çox insanın həyatını alt-üst edən evin tarixçəsi olduqca maraqlıdır. Bu ev 1969-cu ildə rejissor Roman Polanskinin həyat yoldaşı aktrisa Şaron Teytin və dostlarının ölümü ilə yaddaşlarda qalmışdır. Amma bu tarixə qədər və bu tarixdən sonra da ev bir sıra hadisələrin şahidi olmuşdur. == Ünvanı == İmarətin yerləşdiyi küçənin adı dəfələrlə dəyişikliyə məruz qalmışdır. "10050 Cielo Drive" hazırda "10066 Cielo Drive" küçəsi kimi tanınır. Maraqlı bir oxşar məqam da var: bu küçədən bir az aşağıda "10048 Cielo Drive" məhəlləsindəki imarətlər görünüş baxımdan bu imarətə olduqca bənzərdir. Bu binaları çox zaman qarışıq salırlar. Amma "Twin House" kimi tanınan həmin imarətlər isə "The Bedrock Properties" adlanır.
Driver
Sürücü (ing. Driver) — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM),video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluettoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. === Sürücülərin xassələri === Adətən sürücülərin həcmi 2-20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.