run1
n 1. qaçış, qaçma; to come at a ~ qaçaraq gəlmək; to be on the ~ all day bütün günü hərəkətdə olmaq; to keep smb. on the ~ 1) bir kəsə dayanmağa imkan verməmək; 2) bir kəsə rahatlıq verməmək; to break into a ~ qaçmaq, qaçmağa üz qoymaq; 2. qısa səfər / səyahət; a ~ to London Londona qısa səfər / səyahət; 3. reys, marşrut; ship’s ~ gəminin marşrutu / reysi; 4. müddət, dövr, vaxt, çağ; a ~ of success / of good luck müvəffəqiyyət / uğur dövrü; a ~ of wet / bad weather yağmurluq / pis hava dövrü; 5. tiraj (kitab və s. haq.); a ~ of three thousand (copies) üç min nüsxə tiraj; 6. sürü; dəstə (heyvan və s. haq.); 7. karvan, sürü (balıq haq.); a ~ of fish balıq karvanı / sürüsü; 8. tələb, tələbat; a ~ on a book kitaba tələb; There is a great run on this novel Bu romana böyük tələb var;
◊ at a ~ dalbadal, bir-birinin ardınca / dalınca
run2
adj 1. maye, duru, əridilmiş; ~ butter əridilmiş yağ; ~ metal əridilmiş metal; 2. süzülmüş; ~ honey süzülmüş bal
run3
v (-nn-) I Əsas fel kimi: 1. qaçmaq; to ~ fast / slowly / like a deer cəld / yavaş / ceyran kimi qaçmaq; to ~ out of the room otaqdan bayıra qaçmaq; to ~ after smb. bir kəsin dalınca qaçmaq; He cannot run because he has a weak heart Onun ürəyi zəif olduğundan qaça bilmir; 2. qovmaq; sürmək (mal-qaranı); to ~ cattle heyvanı sürmək (örüşə); 3. qaçıb getmək, qaçıb qurtarmaq; to ~ from smb. / smth. bir kəsdən / şeydən qaçmaq; 4. hərəkət etmək, getmək; Trams run on rails Tramvay rels üstündə gedir; 5. ötmək, keçmək (vaxt haq.); Time runs fast Vaxt tez ötür / keçir; 6. yayılmaq, bürümək; A rumour ran through the town Şayiə bütün şəhərə yayıldı; 7. uzanmaq; to ~ north and south şimala və cənuba / quzeyə və güneyə uzanmaq; 8. çəkmək; to ~ a fence round a house evin ətrafına hasar çəkmək; 9. axmaq, axıb getmək, tökülmək; xəfif-xəfif axmaq; The River Kür runs into the Caspian Sea Kür çayı Xəzər dənizinə axır / tökülür; 10. ərimək; The ice-cream began to run Dondurma əriməyə başladı; 11. tökmək; to ~ water / wine / milk into a glass stəkana su / şərab / süd tökmək; 12. fırlanmaq; A wheel runs Təkər fırlanır; 13. rəhbərlik / başçılıq etmək (müəssisəyə və s.); to ~ a factory fabrikə rəhbərlik etmək; 14. idarə etmək; to ~ the house evi idarə etmək; to ~ a car maşın idarə etmək; 15. qoymaq, aparmaq (təcrübə haq); He’ll run this experiment O bu təcrübəni aparacaq; 16. işləmək (maşın haq.); The motor runs smoothly Mühərrik rahat işləyir; 17. məruz qalmaq (riskə, təhlükəyə və s.); to ~ risks riskə məruz qalmaq, risk etmək; 18. səsə qoyulmaq, seçkidə iştirak etmək (vəzifə tutmaq üçün); to ~ in an election seçkidə iştirak etmək; to ~ for parliament / for president parlament / prezident seçkilərində iştirak etmək; 19. əritmək (metalı); 20. təsadüfən rast gəlmək; to ~ across smb. / smth. bir kəsə / şeyə təsadüfən rast gəlmək; I ran across him in the Street Mən təsadüfən ona küçədə rast gəldim
v (-nn-) II Bağlayıcı fel kimi: 1. olmaq, təşəkkül tapmaq, əmələ gəlmək; to ~ cold soyumaq; to ~ dry qurumaq; to ~ high 1) qalxmaq; 2) dalğalanmaq, ləpələnmək (dəniz haq.); The sea runs high Dəniz dalğalanır; 3) coşmaq, şiddətlənmək (ehtiras haq.); Passions / Feelings ran high Ehtiraslar / Hisslər coşdu; 2. qalxmaq, artmaq (qiymət haq.); to ~ low 1) aşağı enmək / düşmək; 2) tükənmək, qurtarmaq; Supplies ran low Ehtiyatlar tükəndi / qurtardı; to ~ hot qızmaq; 3. olmaq; -dır, -dir, -dur, -dür; The apples ran large / big this year Bu il almalar iridir / böyükdür;
◊ to ~ the streets sahibsiz / kimsəsiz olmaq (uşaq haq.); to ~ (a) temperature qızdırması yüksək olmaq; I think I am running a temperature Mənə belə gəlir ki, mənim qızdırmam qalxır; to ~ smb. into difficulties bir kəsi çətinliyə salmaq