VƏRƏSƏ

is. [ ər. ] köhn. rəs. Ölən bir adamdan sonra yaxın qohumluq və ya vəsiyyət yolu ilə onun mülk və malına sahib olan şəxs(lər); varis(lər).
Vərəsə arasında dava … vaqe olubdur. M.F.Axundzadə.
Sərdar Rəşidin vərəsələri ev şeylərini öz aralarında təqsim etdikdən sonra, orada Mahru üçün heç bir şey qalmırdı. M.S.Ordubadi.

2. məc. Bir işi davametdirici.
İndi mən o babamın gənc bir vərəsəsiyəm; Yeni həyatda onun davam edən səsiyəm. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VƏRƏSƏ VƏRƏSƏ (bir şəxsin ölümündən sonra, onun mülkünə sahib olan adam) Vərəsə arasında dava vaqe olubdur (M
VƏRƏSAT
VƏRƏSƏLİ
OBASTAN VİKİ
Vərəsə (film)
"Vərəsə" (ing. The Heiress) — rejissor Uilyam Uaylerin filmi. == Məzmun == Ketrin Sloper sadə və utancaq bir qızdır. Atası onunla bağlı öz ümidsizliyini gizlətmir. Bir gün Ketrin Morris Taunsendlə tanış olur. Qız Morrisin ona olan diqqətini o dəqiqə hiss edir. Sadə Ketrin Morrisə dəlicəsinə vurulur və onlar evlənməyi planlaşdırırlar. Ketrinin atası elə düşünür ki, Morris Ketrinlə ancaq onun mirasını ələ keçirmək üçün əlaqə qurub. Ata, Morrisə ərə gedəcəyi halda qızını mirasdan məhrum edəcəyini deyir. Ketrin olanlara fikir vermir və Morrislə gizli qaçmağı planlaşdırır.
Vərəsə (film, 1949)

Vərəsəlik
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir.İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. == Mənbə == a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.). Brill Academic Publishers.

Digər lüğətlərdə