Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oynağanlar
Oynağanlar (lat. Callitrichidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin quruburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Şahmat oynayan ölüm
«Şahmat oynayan ölüm» (isv. Döden spelar schack) — rəssam Albertus Piktorun təqribən 1480-ci illərdə çəkdiyi, özünün və İsveçdəki Töbü kilsəsinin ən məşhur freskası. == Tarixi == Töbü kilsəsinin inşaat prosesi XIII əsrin axırlarında sona çatmışdır. Kilsənin keşiş cübbələrinin saxlandığı yeri XIV əsrdə tamamlanmış, tağtavanı isə XV əsrin ortalarında yenilənmişdir. Kilsənin dörd dənə qövsşəkilli tağı var. 1480-ci illərdə Albertus Piktor onların üzərində rəsm əsərləri çəkmişdir. Kilsənin freskaları 1787-ci ildə, daha sonra isə 1992–1993-cü illərdə restavrasiya edilmişdir. İkinci restavrasiya zamanı freskaların komponentləri üzərində ətraflı şəkildə araşdırma aparılmışdır.«Şahmat oynayan ölüm» freskası kilsənin pilləkənlərinin üzərində, orqanın da yerləşdiyi tağtavanının qərb hissəsindədir. Bu freskanın müəllifi Albertus Piktor və onun beş nəfərlik atelyesidir. == Qalereya == == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Svanberg, Jan med bidrag av Öberg, Jan.
Nağan
Nağan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Nağan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,928 nəfər və 1,210 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Yonatan Levit
Yonatan Levit (15 noyabr 1997-ci ildə anadan olub) — İsraili təmsil edən kişi badmintonçu.
Yonatan Netanyahu
Yonatan Netanyahu (ivr. ‏יונתן נתניהו‏‎ 13 mart 1946, Nyu-York, Nyu-York ştatı – 4 iyul 1976, Entebbe, Mərkəz bölgəsi (Uqanda)) — İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi olan Sayeret Matkalın zabiti, Polkovnik-leytenant. Yonatan Netanyahu 1976-cı ilin 4 iyul tarixində Uqandanın Entebbe şəhəri yaxınlığında yerləşən eyni adlı hava limanında İsrail ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gercəkləşdirilmiş girovların xilas edilməsi əməliyyatında iştirak etmiş və girov götürülən 106 nəfərdən, 102 nəfəri xilas edilmişdir.
Yonatan Rosin
Yonatan Rosin (d. 28 mart 2000) — İsrailli üzgüçü. Yonatan Rosin İsraili 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Yonatan Rosin birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:45.8 saniyəlik nəticə ilə 29-cu yeri tutdu və yarışı başa vurdu.
Bilək-əldarağı oynağı
Bilək-əldarağı oynaqları (lat. articulationes carpometacarpeae) — ikinci sıra bilək sümükləri ilə beş daraq sümükləri əsaslarının birləşməsindən əmələ gəlmiş oynaqdır. Ancaq bunlardan baş barmağın bilək-əldarağı oynağı ayrıdır. Qalan dörd bilək-əldarağı oynaqlarının kapsulu və boşluğu ümumidir. Oynaqda iştirak edən sümüklərin oynaq səthləri qeyri-müntəzəm şəkildə olurlar, ancaq deşinci daraq sümüyünün əsası və qarmaqlı sümüyün distal səthi yəhərə bənzəyir. Oynaq kapsulu gərginləşmiş (V daraq sümüyü nahiyəsində azaddır) və lat. ligamenta caropometacarpea palmaria, dorsalia et interossea; ligamentametacarpea palmaria vasitəs ilə mıhkəmlənmişdir. Oynaq boşluğu biləkarası oynaqlarla daraq sümükləri əsasları arasında əmələgələn əldarağı oynaqlar — lat. articulationes intermetacarpae ilə birləşir. Bunlar yastı oynaqlardır.
Bud-çanaq oynağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Mil-bilək oynağı
Joynagar
Jaynagar Majilpur — Hindistanda şəhər. Əhalisi 25922 nəfərdir (2011).
Paynaqan
Syanqan
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. == Etimologiya == Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Nyaqan
Nyaqan — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Oynaq
Oynaq - Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yerinə oynaq deyilir. Qısaca oynaq, sümüklərin bir-birlərinə bağlandıqları yerlərə deyilir. Oynaqlarımız, sümüklərimizi bir-birinə bağlayaraq hərəkət etməmizə imkan verər. Barmaqlarımızda oynaqlarımız olmasaydı, hər hansı bir obyekti tuta bilməzdik. Qıçlarımızdakı oynaqlarımız olmasaydı, oturub qalxa bilməzdik, gedib qaça bilməzdik. Onurğamızı və sinə qəfəsimizi meydana gətirən sümüklər arasında da oynaqlar vardır. Lakin bu oynaqlar, əl və ayaqlarımızdakı qədər hərəkətli deyil. Bu bölgələrdəki oynaqların hərəkətləri məhduddur. Bunun yanında kəlləmizdə olan oynaqlar, heç hərəkət etməzlər.
Okanaqan (xalq)
Okanaqan və ya Okanoqan — ABŞ və Kanadanın sərhədində yaşayan xalq. == Ümumi məlumat == Okanaqanlar özlərini syilks də adlandırırlar. Onlar ABŞ-də Vaşinqton ştatında, Britaniya Kolumbiyasında və Kanadada yaşayırlar. Okanaqan vadisi onların əsas yurd yeridir. Onlar Daxili selişlərin etnoloji və linqvistik qruppudurlar. Okanaqan Spokan, Sinkist, Nez-Perse, Pend-d’oreyl (kalispel), Şusvap (sekvepemk) və Nlakapamuk (tompson) xalqlarına yaxındır.
Oynaqlı birləşmə
Oynaqlı birləşmə — əlaqəli valların bir-birinə nisbətən 70 dərəcəyə qədər dönməsi zamanı böyük fırlanma momentinin ötürülməsini təmin edən mexanizmdir. Avtomobillərdə qabaq təkərlərlə ötürmə arasında, nadir hallarda isə arxa təkərlrədə tətbiq edilir. İdarə zamanı qabaq təkərlədə fırlanma oxuna nzərən dönmə bucağı dəyişdiyindən burada moment ötürməsi yalnız oynaqlı birləşmənin köməyi ilə mümkündür. Birləşmə 6 kürədən, təkərlə birləşən xarici üzük, ötürmə valı ilə birləşən daxili üzükdən ibarətdir. Tətbiq zamanı daimi yağlanmanı tələb edir. Yalnız ətraf mühitdən tam təcrid olunduğu halda əlverişli tətbiqi mümknüdür.
Syanqan rayonu
Syanqan Xüsusi İnzibati Rayonu. Syanqan rayonu Çjutszyan çayının mənsəbindən şərqə, Cənub-Şərqi Çinin dəniz sahillərində yerləşir, və Quandun əyaləti ilə bilavasitə həmsərhəddir. Buraya Syanqan adası, Tszyulun və Yeni ərazilər daxildir. Bu rayon – Çinin ən qədim ərazisi sayılır. 1840-cı ildə İngiltərə tiryək müharibəsinə başladı və Çinə soxuldu, 1842-ci ildə isə Tsin hökumətini "Nankin müqaviləsini" imzalamağa və Syanqanı güzəştə getməyə məcbur etdi. 1856-cı ildə İngiltərə ikinci tiryək müharibəsinə başladı və 1860-cı ildə Tsin hökumətini "Pekin müqaviləsini" imzalamağa məcbur etdi. Bu müqaviləyə əsasən ona Tszesyantsze küçəsi ilə məhdudlaşdırılan Tszyulun yarımadasının cənub qurtaracağı güzəşt edilirdi. 1894-cü il Çin-yapon müharibəsindən sonra ingilis hökuməti, imperialist dövlətlərin Çinin bölüşdürülməsi uğrunda mübarizə apardığı zaman, vəziyyətdən istifadə edərək, Tsin hökumətini 1898-ci ildə "Syanqan rayonunun genişləndirilməsi haqqında Konvensiya"nı imzalamağa məcbur etdi, buna uyğun olaraq Böyük Britaniya Tszesyantsze küçəsindən başlamış Şençjenyee çayının cənub sahilinədək Tszyulun yarımadasının şimal hissəsini yaxınlıqdakı 200-dən çox ada ilə birlikdə ("Yeni ərazi" adlandırılan ərazilər) 99 illiyinə (30 iyun 1997-ci ilədək) icarəyə götürdü. Adı çəkilən hər üç müqavilə İngiltərənin silahlı müdaxiləsinin nəticəsi idi. Çin xalqı heç zaman onları qəbul etmədi.
Onaqa (Mortal Kombat)
Onaqa (ing. Onaga) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. "Əjdahalar imperatoru" ləqəbi ilə tanınan Onaqa, Şao Kanna Yeraltı dünyanı zəbt etməyə kömək etmişdi.
Üzük-qalxanabənzər oynaq
Üzük-qalxanabənzər oynaq (lat. articulatio cricothyreoideum) — qırtlağa aid oynaq. Qalxanabənzər qığırdağın hər bir aşağı buynuzu üzüyəbənzər qığırdağın üzərindəki lat. facies articularis thyreoidea ilə birləşərək üzük-qalxanabənzər oynağı əmələ gətirir. Sağ və sol üzük-qalxanabənzər oynaqlar bir vaxtda işlədikləri üçün quraşdırma oynaqlardan hesab olunur. Bunların bir ümumi frontal oxu var. Qalxanabənzər qığırdaq bu oxun başına hərəkət edərək gah çalovabənzər qığırdaqdan uzaqlaşır gah da ona yaxınlaşır. Qalxanabənzər qığırdağın aşağı kənarı ilə üzüyəbənzər qığırdağın qövsü arasında orta xətdə lat. lig. cricothyreoideum adlanan bağ çəkilmişdir.
Üzük-çalovabənzər oynaq
Üzük-çalovabənzər oynaq (lat. articulatio cricoarytenoidea) — qırtlağa aid oynaq. Üzük-çalovabənzər oynaq çalovabənzər qığırdağın əsasındakı lat. facies articularis cricoidea üzüyəbənzər qığırdağın səfhəsi üzərindəki lat. facies articularis arytenoidea ilı birləşməsindən əmələ gəlmişdir. Bu oynağın kapsulu nazikdir və arxa tərəfdən bir bağ — lat. lig. cricoarytenoideum posterius vasitəsilə möhkəmlənmişdir. Çalovabənzər qığırdaq bu oynaqda öz oxunun başına hərlənərək önə, arxaya, içəri və bayır tərəfə hərəkət edir.