OYNAMAQ

Dilimizdə kökü itmiş sözlər var: ayır, ayrıl, ayırd; yaşınmaq, yaşmaq; yu­xarı, yoxuş, yüksək; ayıq, ayıl; gizlə, gizli; darıx, darılmaq, darğın; yaxın, yo­vuş; asqır, öskür; əksik, əksil və s. Bunlardan biri də oyna sözüdür. Burada etimon oy (mənbələrdə играть açıqlanıb) kəlməsidir və ayrılıqda işlədilmir. Qədim mənası “hərəkət etmək” deməkdir. Oy feilindən oyun ismi və ondan isə oynamaq (əsli: oyunamaq) feili əmələ gəlib (oynaq sözünü xatırlayın). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

OYMAQ1
OYNAŞ

Digər lüğətlərdə