Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pirnəq (Nir)
Pirnəq (fars. پيرنق‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 231 nəfər yaşayır (52 ailə).
Perneb türbəsi
Perneb türbəsi — Qədim Misirin V Sülalə dövrünə aid tikili olub, fironlar Cedkara İsesi və Unas tərəfindən təxminən e.ə. 2381–2321 ci illərdə tikdirildiyi güman edilir. Türbə ilk dəfə 1907 ci ildə Sakkarada pilləli Coser ehramından şimalda, Qahirədən 30 km cənubda aşkar edilmiş, 1913 cü ildə Misir hökumətindən Metropoliten muzeyi tərəfindən satın alınmışdır. Perneb firon ailəsinə məxsus saray əyyanı olmuş, adının mənası "hökmdarım mənə yetişdi" deməkdir. Onun qəbiri vəzir Şepsesrenin qəbiri ilə bitişik olduğundan güman edilir ki, vəzir onun oğludur. Perneb türbəsi bir neçə yeraltı kameradan və kirəcdaşdan olan mastabadan ibarətdir. Mastaba isə özlüyündə qurbangah kapellasına və davamı zirzəmiyə keçən ikinci dərəcəli kameraya bölünür. Əsas ibadətgahda üzəri rəngli reliyeflərlə bəzədilmiş yalançı qapı vardır. Burada Perneb üstündə ərzaq və digər mallar olan masa arxasında oturmuş vəziyyətdə təsvir edilmişdir.
Zırnel dağı
Zırnel dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 2575,1 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Keçəldağ yüksəkliyindən (hünd. 3118,9 m) cənub-şərqə istiqamətlənmiş Təkəlik qolundan cənub-qərbə ayrılan eyniadlı şaxəsində zirvə. Kükü kəndindən 3,3 km şimal-şərqdədir. Erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət eyniadlı subvulkanik kütləyə uyğun gələn, şimal və qərb yamacları sıldırımlı, günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir. Zirvə və yamaclarında şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.
İvan Pıryev
İvan Aleksandroviç Pıryev (rus. Иван Александрович Пырьев; 17 noyabr 1901 — 7 fevral 1968) — rus sovet rejissoru, ssenarist və aktyoru. SSRİ Kinematoqrafçılar İttifaqının banisi və ilk sədri. SSRİ xalq artisti (1948). Altıqat Stalin mükafatı laureatı (1941, 1942, 1943, 1946, 1948, 1951). 1956-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. == Həyatı == İvan Pıryev 1901-ci ildə indiki Altay diyarının Kamen kəndində anadan olmuşdur. 1904-cü ildə atası davada həlak olmuş, İvan babasının himayəsində qalmışdır. 1915-ci ildə Pıryev kəndin digər gəncələri ilə birgə müharibəyə yollanır. Döyüşlərdə iki dəfə yaralanır, göstərdiyi igidliklərə görə 3-cü və 4-cü Georgi ordeni ilə təltif olunur.
IREX
IREX (International Research & Exchanges Board) — beynəlxalq qeyri-kommersiya təşkilatı olub təhsilin keyfiyyətinin yüksəldilməsi, müstəqil medianın gücləndirilməsi və plüralist vətəndaş cəmiyyətinin inkişafı məqsədi ilə liderlik və innovativ proqramlar təklif edir.
Pioner
Pioner 10
Pireney
Pireney yarımadası (digər adı İberiya yarımadası, port. , isp. , qalis. , astur. Península Ibérica, bask Iberiar penintsula, araq. Peninsula Iberica, kat. península Ibèrica, estr. península Ibérica, fr. péninsule Ibérique, lat. Iberia Paeninsula) — Avropanın cənub-qərbində yerləşən və İspaniya, Portuqaliya, Andorra, Cəbəllütariq və Fransa ərazisinin kiçik bir hissəsini əhatə edən yarımada.
Pirkax
Pirqax (Pirgah, Pirqaxbinə) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Pirlər
Pirlər (əvvəlki adı: Xramort) — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xocalı rayonunun Xramort kənd inzibati-ərazi vahidi tərkibindəki Xramort kəndi Pirlər kəndi, Xramort kənd inzibati-ərazi vahidi Pirlər kənd inzibati-ərazi vahidi adlandırılmışdır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pirlər kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Oykonim Xram (yarğan) və art (arxa tərəf, aşırım) komponentlərindən düzəlib, "yarğanın arxa tərəfi" deməkdir. == Tarixi == 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. == Coğrafiyası və iqlimi == Kənd dağ ətəyi ərazidə yerləşir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Pirlər kəndinin əhalisi 403 nəfər təşkil edirdi.
Pirqax
Pirqax (Pirgah, Pirqaxbinə) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Girnə
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Pirey
Pirey (yun. Πειραιάς Pireás, q.yun. Πειραιεύς Peiraieus) Yunanıstanda Attika coğrafi regionuna bağlı bir liman kəndidir. Pirey Afina şəhərinin mərkəzindən 12 km məsafədə, dəniz sahilində yerləşir. 2001 əhali statistikalarına görə Pireyin əhalisi 175.697 nəfərdir. Pirey Yunanistanın üçüncü böyük və Afinadan sonra Attika ərazisinin ikinci böyük bələdiyyəsinə sahibdir.
Atlantik Pireney
Atlantik Pireney (fr. Pyrénées-Atlantiques, keçmiş Basses-Pyrénées — Aşağı Pireney, bask Pirinio Atlantikoak, oks. Pirenèus Atlantics) — Fransanın cənub-qərbində yerləşən, Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 64. İnzibati mərkəzi — Po, ən böyük şəhərləri Bayonna, Biarrits, Anqlet. Əhali - 674 908 nəfər (departamentlər arasında 36-cı yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 7645 km². Pireney dağının dağlıq ərazisində yerləşən departament Atlantik okeanına qərbdə daxil olur. Departamentin ərazisində Adur, Bidassoa, Nivel, Uabia və digər çaylar axır. Departamentə 3 rayon, 52 kanton və 547 kommun daxildir.
Cənubi Pireney
Cənub-Pireneylər (fr. Midi-Pyrénées, oks. Miègjorn-Pirenèus, qask. Mieidia-Pirenèus) — Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir. Əsas şəhəri Tuluzadır (650 min nəfər). Bölgə əhalisini ümumi sayı — 2 903 420 nəfər (2011-ci ildə bölgələr arasında 8-ci yer). == Coğrafiya == Ərazi: 45 348 km². Keçmiş bölgənin ərazisindən Adur, Aryej, Qaronna və Lo çayları axır. == İnzibati bölgü == Bölgəyə bu departamentlər daxil idi: Jer, Aryej, Averon, Yuxarı Qaronna, Yuxarı Pireneylər, Lo, Tarn və tarn və Qaronna.
Henri Pirenn
Henri Pirenn (fr. Henri Pirenne; 23 dekabr 1862, Vervye — 25 oktyabr 1935, Ukkel) —Belçika tarixçisi. == Həyatı == Daha 24 yaşında Gent Universitetinde professor oldu. Birinci dünya müharibəsində almanlara qarşı savaşarkən əsir düşdü və sürgünə göndərildi. Belçika Kraliyyet Akademiyası üzvü oldu. Daha çox iqtisadi və sosial tarixlə ilgiləndi. Ən önəmli əsəri, yeddi cildlik Belçika Tarixi (Histoire de la Belgique), 1899-cu və 1932-ci illər arasında çap olundu. Avropaya aid bir tarixin kökənlərini ortaya qoyan Məhəmməd və Charlemagne (Mahomet et Charlemagne, 1935) və Orta əsr şəhərlərinin (1926) yaranmasını açıqlayan tezisləri məşhurdur. Ona sıx yönəldilən bir əsasnamə həddən aşırı Belçika milliyetçiliyi aparmasıydı. Belçikanın quruluşunu Verdun müqaviləsinə qədər dayandırır, bu iddiasıyla çarpazlaşmamaq üçün Liege Prensliyi kimi önəmli tarixi siyasi təşkilatları görməzdən gelirdi.
Köhnə Pirçəm
Köhnə Pirçəm (az.-əbcəd کؤهنه پیرچم‎, fars. پرچم قدیم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 106 nəfər yaşayır (30 ailə).
Pioner 10
Pioner 10 (ing. Pioneer 10) və ya Pioner F — 1972-ci ildə astoroid qurşağının xaricinə səyahət etmiş ilk insansız kosmik gəmi. 3 mart 1972-ci ildə buraxılmışdır. Pioner 10 uluzlararası səyahət üçün hazırlanmışdır. Pioner 10-un içinə insan şəkilli qızıl disk yerləşdirilmişdir. Pioner 10 1983-cü ildə Günəş sistemini tərk edərək ulduzlararası səyahətə başlamışdır. == Hazırlanması == Pioner 10 1969-cu ildə dizayn edilmişdir. Əsas məqsəd kimi Yupiterin öyrənilməsi görülürdü. Kosmik gəmi TRV üsulu ilə hazırlanmışdır. Öz kütləsi 258 kq, yanacağının və alətlərinin kütləsi uyğun olaraq 30 və 27 kq idi.
Pioner 11
Pioner 11 və ya Pioner G (ing. Pioneer 11, Pioneer G) — NASA tərəfindən 6 aprel 1973-cü ildə göndərilən kosmik gəmi. Gəminin vəzifəsini Yupiter və Günəş sisteminin xarici səthinə səyahət təşkil edir. Yalnız Yupiterə səyahət edən Pioner 10-dan fərqli olaraq Pioner 11 həmçinin Saturna da səyahət etmişdir. Yupiter səyahətini bitirdikdən sonra Günəş sisteminin xaricinə yol alaraq səyahətini davam etdirən Pioner 11 təxminən 4 milyon il sonra Oxatan bürcünün yaxınlığından keçəcək. Alimlərin təxminlərinə görə gəmi Yer kürəsindən, hətta Günəşdən də daha uzun müddət həyatda qalacaq. == Pioner lövhələri == Pioner 10 və Pioner 11 avtomatik planetlərarası stansiyalar vasitəsilə üzərində xüsusi mesajlar qeyd edilmiş lövhələr daşıyır. Hər ikisindəki lövhələr eynidir. Əgər yerdən kənar sivilizasiyalar varsa, onlar bu sonsuz uçuş zamanı Pionerlə qarşılaşacaq və mesajları görə biləcək. Lövhədə insan təsvirlərindən başqa hidrogen atomunun strukturu və Günəş sisteminin qalaktikamızdakı koordinatını göstərən rəsm də mövcuddur.
Pioner adası
Pioner adası — Şimal Torpağı arxipelaqının şimal-qərbində yerləşir. Sahillərini Kara dənizinin suları yuyur. İnzibati cəhətdən Rusiyayanın Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarına daxildir. == Coğrafiyası == Arxipelaqın qərb hissəsində yerləşir. Komsomoles adasından eni 4–9 km plan Yunıy boğazı , Oktyabr İnqilabı adasında isə eni 9–14 km olan Qırmızı Ordu boğazı ilə ayrılır. Sahəsi 1522 km²təşkil edir. Uzunluğu 58 km, eni 25 km təşkil edir. Adanın cənub-şəqində yarımada yerləşir ki, onun uzunluğu 7 km, eni isə 5 km olur. Adadan qərbdə Krupskoy adası yerləşir. Adanın böyük hissəsində sahillər nisbətən hündürdür.
Pioner proqramı
Pioner proqramı-planetar kəşfiyyat üçün nəzərdə tutulan Amerika Birləşmiş Ştatlarının pilotsuz kosmik uçuşlar seriyasından biridir.Proqramda bu cür missiyaların sayı var, amma ən məşhuru xarici planetləri tədqiq edən və Günəş sistemi ni tərk edən Pioner 10 və Pioner 11 idi.Pioner 10 və Pioner 11 bəlkə bir gün yadplanetlilər tərəfindən tapılacağı ümidi ilə üzərində kişi və qadın təsviri və kosmik zondların mənşəyi və yaradıcıları haqqında informasiya olan qızıl lövhə daşıyırlar. == Ad == İlk zondu adlandırmaq Air Force eksponatlarının baş dizayner kimi tanınan Stiven A.Saliqaya həvalə edilmişdir.O brifinqdə olanda kosmik gəmi infraqırmızı yoxlama cihazı olan alət kimi təsvir edilmişdir.Saliqa ad üçün çox fikirləşdi və Pioner adını təklif etdi. == Erkən Pioner missiyaları == Ən erkən pioner missiyalarının məqsədi birinci kosmik sürəti əldə edərək Yer kürəsini tərk edilməsi və Ayın müəyyən qədər öyrənilməsindən ibarət idi.Bu köhnə NACA nın təşkil ediyi NASA tərəfindən həyata keçirilən ilk iş idi.Bu missiya ABŞ Hərbi Hava Qüvvələri və Ordusu tərəfindən həyata keçirilmişdir. === Able kosmik zondları (1958-1960) === Əsas missiyalar və mötərizədə onların alternativ adları aşağıda verilmişdir. Pioner 0 (Tor-Able 1,Pioner) məhv oldu (Buraxılışdan 77 saniyə sonra) 17 avqust 1958 Pioner 1 (Tor-Able 2,Piner I) Aya çatmadı (üçüncü mərhələ uğursuz oldu) 11 oktyabr 1958 Pioner 2 (Tor-Able 3,Pioner II) geri qaytarıldı (üçüncü mərhələ uğursuz oldu) 8 Noyabr 1958 Pioner P-1 (Atlas-Able 4A, Pioner W),zond itdi 24 Sentyabr 1959 Pioner P-3 (Atlas-Able 4, Atlas-Able 4B, Pioner X) Ay zondu,buraxılışın yerinə yetirilməməsi uğursuz oldu 26 Noyabr Pioner 5 (Pioner P-2, Tor-Able 4, Pioner V) Yer və Venera arasındasındakı planetlərarası kosmik fəzanın tədqiqi 11 Mart 1960 Pioner P-30 (Atlas-Able 5A, Pioner Y) Ayın orbitinə çata bilmədi 25 Sentyabr 1960 Pioner P-31 (Atlas-Able 5B, Pioner Z) (yuxarı mərhələ uğursuz oldu) 15 Dekabr 1960 === Juno II Ay zondları (1958–1959) === Pioner 3—buraxılış səhvi səbəbi ilə Aya çatmadı 6 Dekabr 1958 Pioner 4—birinci kosmik sürət əldə edildi 3 Mart 1959 == Son Pioner missiyaları (1965–1978) == Beş il sonra erkən Pioner missiyaları sona çatdı və NASA-nın Ames Tədqiqat Mərkəzi yeni missiyalar seriyasını adlandırmaq üçün Pioner adını istifadə etdi.Bu missiyada Yupiter və Saturn missiyalarından əvvəl ilkin olaraq daxili günəş sistemi hədəflənmişdir.Missiya uğur əldə edərək 5 il sonra olacaq Voyacer proqramına nəzərən çox aşağı keyfiyyətli şəkillər göndərdi.1978-ci ildə proqramın sonunda, Pioneer Venus Orbiter və Multiprobe zondları ilə daxili günəş sistemindən geri döndü. Yeni missiyalar Pionner 6-dan başlayaraq nömrələndi (mötərizədə alternativ adları sonra buraxılış tarixləri verilmişdir). === Pioner 6,7,8 və 9-planetlərarası fəza "hava şəbəkəsi" === Pioner 6,7,8 və 9 kosmik aparatları Pioner 6 (Pioner A) 1965-ci il Dekabr Pioner 7 (Pioner B) 1966-cı il Avqust Pioner 8 (Pioner C) 1967-ci il Dekabr Pioner 9 (Pioner D) 1968-ci il Noyabr Pioner E-uğursuz buraxılış 1969-ci il AvqustPioner 6 və Pioner 9 Günəşdən 0.8 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də orbital orbital periodları Yer ilindən qısadır. Pioner 7 və 8 günəşdən 1.1 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də onların orbital periodları Yer ilindən uzundur. === Xarici Günəş sistemi missiyaları === Pioner 10 (Pioner F)—Yupiter,Ulduzlararası mühit 1972-ci il Mart ayında buraxılıb Pioner 11 (Pioner G)—Yupiter,Saturun,Ulduzlararası mühit 1973-cü il Aprel ayında buraxılıb Pioner H Pioner 10 və 11-ə oxşar idi.Heç vaxt buraxılmadı. === Pioner Venera layihəsi === Pioner Venara orbiter (Pioner Venera 1, Pioner 12) 1978-ci May ayında buraxılıb.
Pireney dağları
Pireney dağları (fr. Pyrénées, isp. Pireneos) — Fransa ilə İspaniya arasında dağ sistemi.
Pireney xıncalausu
Pireney yarımadası
Pireney yarımadası (digər adı İberiya yarımadası, port. , isp. , qalis. , astur. Península Ibérica, bask Iberiar penintsula, araq. Peninsula Iberica, kat. península Ibèrica, estr. península Ibérica, fr. péninsule Ibérique, lat. Iberia Paeninsula) — Avropanın cənub-qərbində yerləşən və İspaniya, Portuqaliya, Andorra, Cəbəllütariq və Fransa ərazisinin kiçik bir hissəsini əhatə edən yarımada.
Pörnək (Puldəşt)
Pörnək (fars. پورناك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 599 nəfər yaşayır (150 ailə).
Pörnək oymağı
Pörnək oymağı — Türkman elinin böyük qollarından biri. == Tarixi == Pörnək oymağı Ağqoyunlu tayfa birliyinə qatılırdı. Bu dövlətin süqutundan sonra Pörnək oymağı Mosullu oymağı ilə birləşib Türkman elini yaratdılar. Türkman eli Qızılbaşlar tayfa birliyinə qatılırdılar. Cənubi Azərbaycanda, Təbriz civarında məskunlaşmışdılar. Bu oymağın bir qolu Xorasana köçüb, Məşhəd ətrafında yerləşdi. Pörnək oymağı uzun illər Təbriz bəylərbəyiliyini idarə etmişdilər. Bu oymaqdan xeyli tanınmış şəxsiyyət çıxıb. == Mənbə == Ənvər Çingizoğlu. Türkman eli.
Rhynchocyon cirnei
Xallı xortumlu itciyəz (lat. Rhynchocyon cirnei) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Yuxarı Pireney
Yuxarı Pireney (fr. Hautes-Pyrénées, oks. Hauts Pirenèus, Auts Pirenèus) — Fransanın cənub-qərbində yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 65. İnzibati mərkəzi — Tarb. Əhalisi — 237 945 nəfər (departamentlər arasında 84-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Sahəsi — 4464 km². Əsasən dağlıq ərazidir. Departamentə 3 rayon, 34 kanton və 474 kommun daxildir. == Tarixi == Yuxarı Pireney — 1790-cı ilin mart ayında yaradılmış ilk 83 departamentdən biridir.