Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəsilmə emalçısı
Kəsilmə emalçısı ( ing. interrupt handler (IH) ~ ru. обработчик прерываний ~ tr. kesme işleyici) – müəyyən kəsilmələri emal etmək üçün yerinə yetirilən xüsusi prosedur. Hər bir kəsilmə növü müəyyən prosedurla bağlıdır. Kompüter yaddaşının aşağı ünvanlarında hər bir kəsilmə üçün uyğun prosedurların ünvanlar cədvəli saxlanılır. Bu ünvanlar göstəricilər (POINTERS) və ya vektorlar (VECTORS) adlandırılır, çünki onlar kəsilmə emalçılarının başlanğıcını göstərir. Proqramçılar sistemdə olan kəsilmə emalçıları toplusunu əvəzləmək və ya genişləndirmək üçün özlərinin kəsilmə emalçılarını yarada bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəsilmə nöqtəsi
==Kəsilmə nöqtəsi== Kəsilmə nöqtəsi-– proqramın vəziyyətinin, dəyişənlərin qiymətlərinin proqramçı tərəfindən öyrənilməsi məqsədilə proqramın çalışmasının durdurulduğu nöqtədir. Kəsilmə nöqtəsi sazlanma prosesində qoyulur və istifadə olunur: bunun üçün proqramın mətnində bir neçə yerdə hər hansı keçid, çağırış və ya tələ (HOOK) komandası qoyulur ki, idarəetməni sazlama proqramına ötürsün == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kəsişmə sindromu
Kəsişmə sindromu – iltihab nəticəsində saidin distal nahiyəsində mil sümüyündən 6–8 sm proksimal hissədə yaranan ağrı və ödem.
Vəsimə İsmayılqızı
İsinmə hərəkəti
İsinmə hərəkəti — nümayiş və ya praktikadan əvvəl həyata keçirilir. Atletlər, müğənnilər, aktyorlar və başqaları əzələlərini istifadə etmədən əvvəl qızdırırlar. Bu güclü hərəkətlər üçün əzələləri hazırlayır. İstilik hərəkətləri əzələləri spazmalardan və zədələrin qarşısını alır.
Şeyx Həsinə
Şeyx Həsinə Vazid (benq. হাসিনা ওয়াজেদ, 28 sentyabr 1947[…]) – Banqladeşin Baş naziri (1996–2001, 2009-dan bəri), 2009-cu ildən "Avami Liq" partiyasının lideri Fəridpur vilayətində (dəqiqliklə, 1995-ci ildə yaradılmış Tonqiparə əyaləti) anadan olub. Müstəqil Banqladeşin ilk başçısı (1971–1975-ci illər), ölkədə "millət atası" adlanan Şeyx Mucibur Rəhmanın qızıdır. 1969-cu ildə Dəkkə şəhərində tələbə iğtişaşlarında iştirak edib. 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda gedən müharibə zamanı Pakistan işğalçı ordusu tərəfindən həbs edilib. 15 avqust 1975-ci ildə hərbi çevriliş zamanı Şeyx Mucibur Rəhman və onun 20-yə yaxın ailə üzvləri sui-qəsdçilər tərəfindən öldürülmüşdür; Şeyx Həsinə həmin vaxt Almaniya Federativ Respublikasında olmuş, bütün ailə üzvlərindən təkcə o və çevriliş zamanı Banqladeşdə olmayan bacısı da sağ qalmışdır. 1981-ci ildə, hələ xaricdə ikən atasının əvvəllər rəhbərlik etdiyi – "Avami Liq" partiyasının başçısı seçilmişdir. Həmin ildə Banqladeşə qayıtmışdır. Əvvəl hərbi rəhbər, sonra isə ölkənin başçısı olmuş Ərşad pejiminə və onun idarəçiliyuinə qarşı qatı müxalifətdə kütləvi etiraz aksiyasının təşkilatçısı olmuş, dəfələrlə həbs edilmişdir. 1991-ci ildə Ərşad hakimiyyətdən getdikdən və demokratik idarəetmə sisteminin bərpasından sonra, onun rəhbərlik etdiyi "Avami Liq", Halidə Ziyanın başçılıq etdiyi Bangladeş Milli Partiyasının parlament seçkilərində uduzdu.
Kəsilmə sorğusu xətləri
Kəsilmə sorğusu xətləri( ing. interrupt request lines (IRQ) ~ ru. линии запроса прерывания ~ tr. kesme isteği hatları) – kəsilmələri (xidmət haqqında sorğuları) qurğulardan (məsələn, giriş-çıxış portlarından, klaviaturadan, disksürəndən) mikroprosessora göndərən aparat vasitələri kanalları. Kəsilmə sorğusu xətləri kompüterin aparat vasitələrində quraşdırılıb və onlara müxtəlif səviyyəli öncəliklər (prioritetlər) verilib, buna görə də mikroprosessor daxil olan kəsilmənin nisbi vacibliyini müəyyənləşdirə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Eşitmə
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Eşitmə borusu
Yevstax və ya eşitmə borusu (lat. tuba auditiva (Eustachi)) — keçmişdə ona lat. salpinx auditivae deyilirdi. Orta hesabla 3,3 sm uzunluğunda boru olub, təbil boşluğunu udlağın burun hissəsi ilə birləşdirir; istiqaməti bayır tərəfə, dala və yuxarıyadır; üfüqi səthi ilə 40° və orta səthlə təxminən 45° bucaq təşkil edir. İki dəliyi vardır: 1) təbil boşluğuna açılan dəliyi — lat. ostium tympanicum tubae auditivae təbil boşluğunun ön divarında yerləşir və 2) udlağa açılan dəliyi — lat. ostium pharyngeum tubae auditivae udlağın burun hissəsinin yan divarında, aşağı burun balıqqulağının dal uc səviyyəsində olur; burunun udlaq dəliyi, adətən. qapalı olur, hər udma aktında açılır. Eşitmə borusu iki hissəyə bölünür: sümük hissə — lat. pars osseatubae auditivae və qığırdaq hissə — lat.
Sesine-Parize
Sesine-Parize (fr. Seyssinet-Pariset) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38485. Kommunanın 2007-ci il üçün əhalisi 12582 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 209 ilə 1 565 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 3 km şimal-qərbdə yerləşir.
Böyük Peşnıye adaları
Böyük Peşnıye adaları — Altı adadan ibarət olan arxipelaq. Ən iri adaları Pesçanıy və Kaminin adalarıdır. Xəzər dənizinin şimalında, Ural çayı mənsəbinə yaxın ərazidə yerləşir. İnzibati cəhətdən Qazaxıstanın Atırau vilayəti ərazisinə daxildir. Peşnıye və ya Peçnıye adı ilə tanınır. Adalar dəniz suyunun qalxması nəticəsində meydana gəlmişdir. Palas 1769-cu ilə əraziyə gələrkən vaxtı ilə mövcud olan yarımadanının suyun dibində olduğunu görmüşdür. 1730-cu ildən yarımadaya quru əlaqəsi tamamən itmişdir. 1809-cu ildə suyun səviyyəsi endiyindən yarımada yenidən yaransada suyun qaxması ilə yarımada adalara çevrilmişdir.
Müvazinət-eşitmə üzvü
Müvazinət-eşitmə üzvü — İnsanlar eşitmə sayəsində özlərinin əmək və ictimai fəaliyyətində bir biri ilə əlaqə saxlayır, başqalarının təcrübəsini şifahi nitq vasitəsilə öyrənirlər. Onlar daim müxtəlif səslər aləmində yaşayırlar. İnsanın eşitmə analizatoru saniyədə 16-20 min dəfəyədək dəyişən, yəni 16-20 min hersə bərabər səs dalğalarını ayırd etmək qabiliyyətinə malikdir. 20 min hersdən yuxarı səs dalğaları ultrasəs sahəsinə 16 hersdən aşağı səs dalğaları isə infrasəs dalğaları sahəsinə aiddir. 1000-3000 hers hədlərində insan qulağı maksimal həssalığa malikdir. Eşitmə analizatoru aşağıdakı üç hissədən təşkil olunmuşdur: daxili qulağın reseptor sahəsi, eşitmə siniri və beyin qabığının eşitmə nahiyəsi. Daxili qulaqda eşitmə reseptorları ilə yanaşı, müvazinət hissiyatının reseptorları ilə yanaşı, müvazinət hissiyatının reseptorları da yerləşmişdir. Xarici qulaq-qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir. Xarici qulaqla orta qulaq arasında təbil pərdəsi yerləşmişdir. Orta qulaq kiçik kamera şəklindədir.
Sainte-Périne - Rossini - Chardon-Lagache xəstəxanası
San Perin xəstəxanası (fr. hôpital Sainte-Périne - Rossini - Chardon-Lagache) — Paris-də yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique – Hôpitaux de Paris-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 1807-cu ildə yaradılmışdır.