Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəz paltolu Madonna
Xəz Paltolu Madonna — Səbahəddin Əlinin 1943-ci ildə nümayiş etdirdiyi bir romanıdır. İlk olaraq Həqiqət qəzetində 18 dekabr 1940-8 fevral 1941 (çıxmadığı günlər: 8-10,14,15 yanvar 1941) tarixində "Böyük Hekayə" başlığı altında 48 bölüm olaraq nəşr olunmuşdur. Səbahəddin Əli, Xəz paltolu Madonna əsərini ikinci dəfə əsgərlik etdiyi Böyükdərədə çadırda yazmışdı və elə həmin gün əsəri qəzetə təqdim etməyə çalışmış, romanı yazdığı günlərdə atdan düşüb sağ qol biləyindən xəsarət aldıqdan sonra, qolunu şüşədə isidilən suya qoyub yazmağa davam etmişdir. == Mövzusu == Romanın baş qəhrəmanları Mariya Puder və Raif bəydir. Raif bəy özünə qapanmış, melanxolik, səssiz və xarici dünyaya uyğunlaşa bilməyən bir xarakterdir. Həyatı boyunca bir çox çətinliklərə boyun əymiş, haqsızlığa məruz qaldıqda belə buna qarşı çıxmamışdır. Sevmədiyi bir qadınla ailə həyatı qurmuş, bir ailəyə sahiblənmişdir. Öz həyatına özü istiqamət verə bilməmiş, başqalarının istədiyi bir insan olaraq həyatını davam etdirmişdir. Həyatında həqiqətən yaşadığını hiss etdiyi yalnız bir xatirəsi olmuşdur və bunu gündəliyinə qeyd etmişdir. == Xarakterlərin xüsusiyyətləri == Raif bəy: Əsas obrazdır.
Palto
Palto — Paltar, kostyum və s. üstündən geyilən uzun üst geyimi.
Bakı platosu
Bakı platosu — Abşeron yarımadasının cənubunda sinklinal plato. == Ərazisi == Bakı platosu Bakı mildasını əhatə edir. Plato cənub-şərqdən Bakı buxtası, qərbdən Yasamal dərəsi -Xocasən gölü, şimaldan Böyükşor gölü, şərqdən Bülbülə və Zığ gölləri ilə sərhədlənir. Bakı platosunun sahəsi təqribən 180 kvadrat kilometr, hündürlüyü 236 metrədəkdir (Badamdar dağında). == Tektonik quruluşu == Tektonik cəhətdən Qərbi Abşeron sinklinal zonasının törəmə Bakı muldasına uyğundur; əsasən Abşeron yaşlı gilli əhəngdaşlarından təşkil olunmuşdur. Plato Bakı buxtasına tərəf yönəlmiş amfiteatr formasındadır. Kənar yamacları sıldırım və qismən terraslı, daxili yamacları isə maili və daha yaxşı terraslaşmışdır. Bibiheybət, Bayıl, Badamdar, Yasamal, Alatava, 1–9-cu mikrorayonlar, 8-ci kilometr, Əhmədli, Günəşli, Zığ yaşayış massivləri Bakı platosu üzərində salınmışdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə.
Buduq platosu
Buduq platosu — Azərbaycan Respublikasıda, Böyük Qafqaz sıra dağlarına daxil olan Yan silsilə ərazisində, Qudyalçay ilə Qaraçay arasında yerləşir. Qaytarqoca və Şuduq silsilələrindən dağ arası çökəkliklərlə ayrılır. Uzunluğu təqribi 12, eni 5 km təşkil edir. Hündürlüyü 1200 metrdir. Yura və Təbaşirin əhəng daşlarından ibarətdir. Səthi qərbdən şərqə meyilli, uçurumludur. Subalp çəmənlikləri vardır. Otlaq və biçənək kimi istifadə olunur.
Ennedi platosu
Ennedi platosu — Çadın şimal-şərqində, Qərbi Ennedi və Şərq Ennedi regionlarında yerləşir. Çadda yerləşən, Ennedi massifi olaraq bilinən dağlar qrupunun bir hissəsi hesab olunur. Ennedi Böyük Səhranın ortasında külək və temperatur eroziyası ilə yaranmış bir qum daşı divarıdır. Bundan əlavə ovçular və toplayıcılar (e.ə. 5.000-4.000 ) və maldarlar (e.ə. 4000 ildən etibarən) bu ərazidə məskunlaşmışlar. Ennedi bölgəsi əsasən mal-qara təsvir olunan qaya sənətinin geniş kolleksiyası ilə də tanınır. Çünki bu heyvanlar əsas maliyyə, ətraf mühit və mədəni təsir mənbəyi rolunu oynayırdı. Buradakı təsvirlər təxminən 7000 il əvvələ aiddir. Bu gün ərazidə yağışlı aylarda Ennedinin daimi kəndliləri olan, quru mövsümdə isə ərazidən köçən iki yarı köçəri qrup var.
Kelsk platosu
Kelsk platosu-(gürc. ყელის ზეგანი, oset. Хъелы фæз)- Qafqazda vulkanik plato. Sönmüş vulkanların və vulkanik gölləri məskəni. == Coğrafi mövqeyi == Dəniz səviyyəsindən 2600–3300 m- hündürlükdə Baş Qafqaz silsiləsinin cənub hissəsində, Belaya Araqvi çayının sahilində Cənubi Osetiya ərazisində yerləşir. Qərbdən tranqafqaz magistralı ilə kəsişir. Şərqdən isə Krestov silsiləsi ilə kəsişir, hansı ki, Hərbi Gürcüstan yolunun kənarından keçir. Şimalında Trusovsk dərəsi ilə sərhədlənir ki, onu da Kazbek yaylasından ayırır. == Sönmüş vulkanları == Xorisar 3736 m Şadilxox Şarxox Mepiskalo 3519 m Narvanxox 3247 m == Gölləri və çayları == Platonun qərb hissəsində Keli gölü, mərkəzi hissəsində Arcvebistva gölü, şərqində isə Keliçad gölü yerləşir. Platodan bir çox çaylar başlanğıcını götürür.
Kergelen platosu
Kergelen platosu — su altı vulkanik plato Hind okeanı və Cənub okeanının bir hissəsini əhatə edir. Dünyanın ən iri su altı platolarından biridir. Avstraliyadan 3 min km cənub-qərbdə yerləşir. Dərinliyi 1-4 min metr arasında dəyişir. Plato Qondvananın ayrılmasından sonra, 120 milyan il öncə vulkanik püskürmələr zamanı formalaşmışdır. Onun formalaşması 25 il davam etmişdir. Geoloji araşdırmalar göstərir ki, plato 40 milyon il ərzində okean sərthindən yuxarıda olmuşdur. Kömür qalıntıları onu deməyə əsas verir ki, Gec təbaşir dönəmində plato meşələrlə örtülü idi. Xüxurları Avstraliya və Hindistan plitələrinin suxurları ilə eyni olduğundan onu demək olar ki, onlare nə zamansa bitişik olmuşlar. Hazırda plato okean səthində Kergelen, Herd adası və Makdonald adaları kimi adaları əmələ gətirir.
Monqol platosu
Monqol platosu — Orta Asiyanın şərqində, 700 – 2500 km ölçüdə geniş yayla. Təxminən 2.6 milyon km² bir ərazini əhatə edir (təxminən 1,4 milyon km² Çinin ərazisinə düşür). Qobi səhrası tərəfindən iki hissəyə bölünür - şimal hissəsi Monqolustanda, cənubu isə Çinin Daxili Monqolustan bölgəsində yerləşir. == Coğrafiya == Yayla şimal-qərbdən Altay, Tannu-Ola və Sayan dağları, şimaldan Xentey öndağlığı ilə, cənubdan Tarim çökəkliyi, qərbdən Sintszyan-Uyğur Muxtar Rayonunun Cunqar hövzələri ilə həmsərhəddir. Yaylasın hündürlüyü 915 ilə 1525 m arasında dəyişir. Ulan-Batorun şərqindən cənuba, Çin ilə sərhədə doğru, Monqol platosunun hündürlüyü tədricən azalır. Ən yüksək nöqtə Munx-Xayrxan-Ula (4362 m) dağıdır. Zirvə Monqol Altay silsiləsində yerləşir. Gobi Altay silsiləsi yaylanın qərb hissəsi boyunca uzanır. Platonun dəniz və okeanlardan uzaqlığı onun iqliminə öz təsirini göstərir.
Nehrəm platosu
Nehrəm platosu – Babək rayonu ərazisində dağlıq massiv. Arazın sol sahilində, Naxçıvan və Əlincə çaylarının aşağı axınları arasındadır. Ən yüksək zirvəsi Noxuddağdır (1677,6 m). Səthi nisbətən hamar və pilləlidir. Cənub-qərb yamacı sıldırım pillələrdə Arazın dərəsinə düşür. Ümumi uzunluğu 18 km, maksimal eni 10 km-dir. Trias, Yura, Üst Təbaşir, Eosen, Oliqosen və Miosen yaşlı süxurlardan təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentinin şimal-şərq qanadını və Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb hissəsinə uyğun gəlir.
Okean platosu
Okean platosu- (rus. плато океанское, ing. oceanic plateau) 2500-3000 metr dərinlikdə yerləşən düzən relyef, abissal düzənliklərə doğru dik yamacla düşür. Platonun hamar səthi tektonik pillələr, vulkan və fay tipli sualtı dağlarla mürəkkəbləşmiş olur.
Trnovo platosu
Trnovo platosu, Trnovo yaylası və ya Trnovo meşəsi (sloven. Trnovski gozd) ― Dinar dağlarının şimal-qərb hüdudlarında yerləşən karst platosu. Yayladakı əhəmiyyətli karst formalaşmalarına buz mağaraları daxildir. Platonun şərq hissəsində 385 metr (1,263 ft) enində və 1,550 metr (5,090 ft) uzunluğundakı Böyük Paradana buz mağarası (sloven. Velika ledena jama v Paradani) yerləşir. Trnovo platosunda üç təbiət qoruğu mövcuddur: Böyük Paradana buz mağarası; Qolak zirvələri (1 495 m) və Ladin dərəsi (sloven. Smrekova draga); Smrecye meşə qoruğu; == Ərazi == Platoda tektonik fəaliyyətlərin təsiri olduqca aydın görünür. Ərazidə bir çox çökəklik, vadi, kiçik karst polyeləri və keçmiş çay vadilərinin qalıqları var. Pliosen dövründə çaylar tektonik qalxmaları aşındırmış və dərələri doldurmuşdur. Yaylada həmçinin Pliosen buzlaşmasının da izləri qalmışdır.
Ufa platosu
Ufa platosu — Cənubi və Orta Uralda yerləşən plato. İnzibati baxımdan Başqırdıstan, Perm diyarı və Sverdlovsk vilayəti ərazisinə daxildir. Başqırdıstanın əsasən şimal-qərb ərazilərini əhatə edir. Ufa platosunun uzunluğu şimaldan cənuba 265 km-dir. Platonun uzunluğu 350—450 metrdir (ən hündür nöqtəsi 517,9 m). Şərqdən pilləvari hündürlüklə bitir. Burada hündürlük 100 metrdir. Qərbdə hündürlük azalır və Şərqi Avropa düzənliyində itir. Bir vaxtlar Ufa platosu okeanın dibində olmuşdur. Bu səbəbdən müxtəlif materiallardan təşkil olunmuşdur.
Vorinq platosu
Vorinq platosu — Orta-Okean silsiləsinin tərkib hissəsini təşkil edir. Şimal Buzlu okean ərazisində yerləşir. Plato başlanğıcını Skandinaviya yarımadasından götürür və qərbə istiqamətlənir.
Vulkan platosu
Vulkan platosu – (rus. вулканическое плато, ing. volcanic plateau, lava plateau) vulk. püskürmələri zamanı iri həcmli lava axınlarının qədim rel­yefin çala-çuxurlarını doldu­raraq əmələ gətirdiyi yüksək düzənlik (Qarabağ vulkanik yaylasında bir çox platolar, Şm. Amerikada Ko­lumbiya platosu, Yeni Zelandi­yadakı bəzi platolar).
Çukot platosu
Çukot platosu — böyük Orta-Okean silsiləsinə daxil silsilə Şimal Buzlu okean ərazisində yerləşir. İl boyu buzla örtülü olur. Çukot platosu Alyaskanın Barrou burnundan başlayaraq 800 km uzanır. Plato «Şimal qütbü-2» (1950—1951) elmi ekspedisiyasının fəaliyyəti nəticəsində aşkarlanmışdır.
İsveçrə platosu
İsveçrə platosu - İsveçrənin əsas landşaft tiplərindən biridir. İsveçrənin 30% burada yerləşir. Alp dağlarının cənub-şərqində yerləşir. Hündürlüyü dəniz səviyyəsindən 400-600 m-dir. Bura İsveçrənin ən çox əhalinin məskunlaşdığı zonadır. == Coğrafiyası == Platonun şimal və şimal-qərbi Yur dağları ilə əhatələnib. Platonun cənub-qərb hissəsi Cenevrə və Nevşat gölləri ilə əhatələnir. İsveçrə sərhəddi 300 km uzunluğu platodan keçir. Enliliyi qərbdən şərqə azalır. Cenevrə yaxınlığında platonun eni 30 km-dir.
Şahdağ platosu
Şahdağ platosu və ya Şahdağ yastanı — Böyük Qafqazda plato. Yan silsiləsinin Azərbaycan Respublikası ərazisində ən yüksək hissəsi. Qusar çayının dərəsi ilə Qızılqaya platosundan ayrılır. Yura və Təbaşir sistemlərinin çöküntülərindən təşkil olunmuşdur. Hündürlüyü 4243 metrə (Şahdağ zirvəsi) qədərdir. Alp və subalp çəmənlikləri, 1 kv. km-dən çox sahəsi olan buzlaqları var. == Mənbə == "Şahdağ platosu" məqaləsi. Azərbaycan Sovet Ensiklopediyası, X cild, Bakı, 1987, səh. 476.
Antti Palola
Antti Palola (fin Antti Palola; 1 may 1959, Finlandiya) — Finlandiya Əməkçilərinin Konfederasiyasının rəhbəri (2013-cü ildən). == Həyatı == 1 may 1959-cu ildə Finlandiyanın Kaarlela şəhərində anadan olmuşdur. 2005–2013-cü illərdə "Pardia"nın rəhbəri olmuşdur.2013-cü ilin dekabr ayında Finlandiya Əməkçilərinin Konfederasiyasının rəhbəri seçilmişdir.
Paltau çayı
Paltau çayı — Bostanlık rayonundan axan dağlıq çaydır (saydır). Özbəkistan Respublikasının Daşkənd vilayətində yerləşən çaydır. Çatkalanın sağ qolunu əmələ gətirir. Yazın sonunda və başlanğıcda Çarvak su anbarına tökülür. Paltau çayının sahilində olan Obi-Raxmat mağarası arxeoloji tapıntıları ilə məşhurdur. Çayın sağ sahilində yerləşmişdir. == Təsviri == Çayın mənbələri Kokyusk dağ silsiləsinin qollarında yerləşmişdir. Çayın mənbəyi bilavasitə dövlət sərhədinə (Qırğızıstanla) yaxındır. Axının əsas istiqaməti cənub-qərb istiqamətindədir. Paltau çayının yuxarı axını ilə Çatkala iki kilometrlik avtomobil körpüsü salınmışdır.
Pilotlu kosmik gəmi
Kosmik gəmi — kosmosa uçmaq üçün istifadə edilən nəqliyyat vasitəsi, gəmi və ya aparatdır. Kosmik gəmilərin məqsədlərinə kommunikasiya, Yerin müşahidəsi, meterologiya, naviqasiya, kosmosda koloniyaların yaradılması, planetlərin tədqiq edilməsi və insan və yüklərin daşınması daxildir. Əsas hərəkətverici element kimi adi raket mühərriklərindən istifadə edilir. Günəş şüaları ilə işləyən mühərriklərdən hələ istifadə edilmir. Kosmik gəmilər yerə enmə qabiliyyətinə görə fərqlənirlər. Onlardan bir qismi paraşütlərlə (Soyuz, Vostok), digərləri isə bir başa yerin atmosferini keçdikdən sonra adi təyyarə kimi yerə enə bilirlər (məsələn Spase Shutle, Buran). Paraşütlə düşən kosmik gəmi hissəsinə stabilləşdirici aerodinamik forma verilir. Bu onların atmosferə daxil oduqdan sonra hərəkətini tənzimləyir.
Palto (hekayə)
"Palto" (rus. Шинель) 1842-ci ildə nəşr olunan Ukrayna əsilli rus müəllif Nikolay Qoqolun qısa bir hekayəsidir. Hekayə və müəllifinin rus ədəbiyyatı üzərində böyük təsiri olmuşdur. Ejen Melxior de Voqyue (tez-tez Fyodor Dostoyevski ilə səhv salınıb) Rus realist yazıçıları haqqında bir sitatda ifadə edildiyi kimi: "Hamımız Goqol'un" Palto"sundan çıxdıq." 1941-ci ildə yazıçı Vladimir Nabokov bunu "İndiyə qədər yazılmış ən böyük rus hekayəsi" adlandırdı. Hekayə müxtəlif səhnə və film süjetinə uyğunlaşdırılmışdır. == Xülasə == Hekayə Rusiyada Sankt-Peterburqdakı yoxsul hökumət katibi Akaki Akakiyeviç Başmaçkının (rus. Акакий Акакиевич Башмачкин) həyat və ölümündən bəhs edir. Akaki işinə bağlı olsa da, şöbəsində zəhməti ilə az tanınır. Bunun əvəzinə, kiçik katiblər onu ələ salırlar və bacardıqları vaxt onu yayındırmağa çalışırlar. Onun iplik paltoları tez-tez zarafatların əsası olur.
Rokas atolu
Rokas atolu (port. Atol das Rocas) — Atlantik okeanın ərazisində Braziliyaya məxsus Riu-Qrandi-du-Norti ştatı ərazisində, Natal şəhərindən 260 km şimal-şərqdə, Fernandu-di-Noronya arxipelaqından 145 km şimal-qərbdə yerləşir. == Coğrafiya == Atol vulkanik mənşəyə malikdir. Atlantik okeanın cənubunda yerləşən yeganə atoldur. Sahəsinə görə dünyanın ən böyük atollarından biridir. Atoll ovalvari formaya malik olub, 3,7 km uzunluğa, 2,5 km enə malikdir. Daxilində yerləşın laqunun 6 metr dərinliyi vardır. Sahəsi 7,1 km²-dir (laqun). Atolla daxil iki adanın sahəsi (Cemitério cənub-qərbdə, Farol Cay şimal-qərbdə) 0,36 km² təşkil edir. Farol Cay adasında ən hündür nöqtə 6 metrdir.
Neftin aztolu birləşmələri
Neftin azotlu birləşmələri – alifatik, aromatik aminlərin, həmçinin heteroaromatik birləşmələrin mürəkkəb qarışığıdır. Onların ən sadə nümayəndələrindən biri RNH2. == Birləşmənin aqreqat halı == Bu birləşmələrin alçaqmolekullu nümayəndələri qaz, yüksəkmolekullu nümayəndələri isə mayelərdir. == Neftin tərkibində azotun miqdarı == Neftin tərkibində azotun miqdarı 1%- dən artıq olmur. Neft yatağından asılı olaraq bu faiz azalır. Azotlu birləşmələr yüksək temperaturda qaynayan fraksiyalarda və əsasən ağır qalıqlarda konsentrə olunub. Məsələn, Balaxanı neftinin distillatlarında azotun miqdarı: kerosində 0,015, qazoylda 0,081, maşın yağında 0,16, ağır silindr yağında 0,313, yüngül silindr yağında 0,418, qudronda 1,027% təşkil edir. Azotlu birləşmələrin əsas hissəsi neftdən 50-600C temperaturda 40 %-li sulfat turşusu ilə etil spirtinin qarışığı vasitəsi ilə çıxarılır. == Azotlu birləşmələrin qrupları == Azotlu birləşmələr iki böyük qrupa bölünür: azotlu əsaslar və neytral azotlu birləşmələr. == Azotlu əsaslar == Azotlu əsaslar – bir(bəzən iki) halqada azot atomunun əvəzolunması nəticəsində alınan və üçə qədər halqası olan heterotsiklik əsaslardır.
Pilotlu kosmik uçuş proqramı
Pilotlu kosmik uçuş proqramı, heyəti insan olan və bəlkə insanları sərnişin kimi də daşıyan kosmik uçuşlara verilən addır. Bu robotik kosmik gəmilər, kosmik zondlardan və ya uzaqdan idarə olunan peyklərdən fərqlidir.
Sakit okean ağqabıq paltusu
Sakit okean ağqabıq paltusu (lat. Hippoglossus stenolepis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin kambalalar fəsiləsinin paltus cinsinə aid heyvan növü.