Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parkur
Parkur (fr. parkour, parcours, parcours du combattant - "məsafə", "maneə həddi" sözünün təhrif olunmuş forması) — bir qayda olaraq şəhər şəraitində yerdəyişmə, maneələri aşma sənəti. Parkurla məşğul olanların bir çoxu bunu həyat üslubu kimi qəbul edir. Hərəkatın ideoloqları Devid Bell və Sebastyan Fukandır. Hazırda bir çox ölkədə fəal şəkildə müəyyən birliklər və şəxslər tərəfindən təbliğ olunur və inkişaf etdirilir. Parkurun mahiyyətində hərəkət və müxtəlif səciyyəli maneələrin dəf olunması durur. Bu maneələr memarlıq abidələri (məhəccərlər, hasarlar, divarlar və s.) də, xüsusi hazırlanmış konstruksiyalar (məşqlər və tədbirlər zamanı istifadə olunan) da ola bilər.
Craig Parker
Craig Parker (12 noyabr 1970) — Yeni Zelandiyalı aktyor. == Həyatı == Babası Birləşmiş Krallığın ordusunda xidmət edərkən Şotlandiyanın Edinburq şəhərindən Ficiyə köçmüşdür. Parker təkcə şotland nəslinə mənsub deyil. Onun babaları arasında Qal, Danimarkalı, ingilis və Kelt mənşəyi var. Parkerin dünyada atanınması Üzüklərin Hökmüdarı film seriyasındakı Haldir rolu olmuşdur. Bu uğurlu nəticənin ardınca 2008–2010-cu illər arasında Legend of the Seeker adlı serialda qaranlıq Darken Rahl rolunu canlandırmışdır. Yenə Sam Raimi və Robert Tapert tərəfindən çəkilən Spartak: Qan və Qum və Spartak: İntiqam seriallarında romalı komandir Qay Klavdi Qlaber rolunu canlandırmışdır.
Filip Parker
Filip Parker (20 iyun 1960, ABŞ) — INSEAD-ın elmi idarəetmə üzrə professoru; dünyanın ən sürətlə yazan yazıçısı; 200 mindən çox kitabın müəllifi. == Yazma texnologiyası == Filip Parker internetdən axtarışla götürülən informasiya ilə şablonla kitab yazmaq metoduna patent almış və bu üsulla indyə qədər 200 mindən çox kitab çap etdirmişdir. Onun tək ayaqqabılar haqqında 188, şamlar haqqında isə 219 kitabı vardır.
Piter Parker
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.
Robert Parker
Robert Parker — Amerika yazıçısı, detektiv romanlar müəllifi Yazıçıya dünya şöhrətini detektiv Spenser haqqında silsilə romanlar qazandırmışdı. Parkerin son romanı 2010-cu ilin fevralında işıq üzü görəcək. Robert Parker 77 yaşında qəflətən vəfat edib.
Çarli Parker
Çarli Parker(ing. Charles (Charlie) "Bird" Parker, Jr., 29 avqust 1920[…], Kanzas-Siti[d], Kanzas – 12 mart 1955[…], Nyu-York, Nyu-York ştatı və ya Manhetten, Nyu-York ştatı) — amerika caz saksofonçusu bəstəkarı, bibop üslubunun yaradıcısı. == Həyatı və yaradıcılığı == 1930-cu illərin sonunda ABŞ-nin Kanzas şəhərində əvvəlcə eksperiment xarakteri daşıyan modern-caz və ya bibop üslubu yaranır. Bibopda əsas diqqət orkestrin həmahəng səslənməsinə deyil, müxtəlif alətlərin solo ifasına yetirilir. 40-cıların məşhur cazmenləri saksafonçalan Çarli Parker və trubaçalan Dizzi Gillespi bibopa dünya şöhrəti gətirirlər. Çarli Parkerin modern-cazın inkişafında oynadığı rolu çox vaxt Lui Armstronqun ənənəvi caz sahəsindəki xidmətlərinə bərabər tuturlar. Dizzi Gillespinin kəşflərindən biri də caza Afrika, Kuba ritmlərini daxil etməsidir.
Tej Parker
Tej Parker — Forsaj franşizasından uydurma personaj. Ludakris tərəfindən canlandırılıb. Dominik Torettonun cinayət təşkilatında iştirak edir. Öz qarajı var.
Kevin Parker
Kevin Riçard Parker (20 yanvar 1986 və ya 1986, Sidney) — avstraliyalı müğənni, musiqiçi, bəstəkar və prodüser. Psixodelik mahnılar buraxdığı Tame Impala layihəsi ilə tanınır. Kevin dörd albom buraxıb: Innerspeaker (2010), Lonerism (2012), Currents (2015) və The Slow Rush (2020). O, 13 "ARIA Musiqi mükafatı" qazanıb, bundan əlavə iki "APRA mükafatı" və "Brit mükafatı"na layiq görülüb, həmçini dörd dəfə "Qremmi" mükafatına namizəd olub.Tame Impala-dan əlavə Kevin 2009–2011-ci illərdə Avstraliya musiqi qrupu Pond-un təbilçisi olub. Prodüser kimi o, Mark Ronson, Ledi Qaqa, Rihanna, Kanye Vest, Gorillaz, Trevis Skot, Melody's Echo Chamber, və The Flaming Lips ilə əməkdaşlıq edib. == Həyatı == Kevin Parker Avstraliyanın Sidney şəhərində dünyaya gəlib, lakin uşaqlığının böyük qismini Qərbi Avstraliyada yerləşən Pertdə keçirib. Kevinin atası Cerri Rodeziyalı, anası Rosalind isə Cənubi Afrikalıdır. O, üç yaşında olarkən valideynləri boşanıb.
Parker (film, 2013)
Parker 2013-cü ildə çəkilmiş döyüş filmidir. Rejissoru Taylor Hackford, ssenari müəllifi isə Con J. Maklaflindir. Baş rollarda Jason Statham və Jennifer Lopez oynamışdırlar. Film Incentive Filmed Entertainment, Sierra Pictures və Sidney Kimmel Entertainment kinostudiyalarında çəkilmişdir. Filmin musiqi tərtibatçısı David Buckley olmuşdur. == Süjet xətti == Parker peşəkar oğrudur. Onun son dərəcə qəti və ciddi qaydaları mövcuddur. Nəhayət, o, böyük bir soyğun etmək istəyir və işlər bundan sonra inkişaf etməyə başlayır. == Aktyor heyəti == Jason Statham - Parker Jennifer Lopez - Leslie Rodgers Michael Chiklis - Melander Wendell Pierce - Carlson Clifton Collins Jr.
Parker Solar Probe
Parker Solar Probe — ABŞ-nin Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) “ Parker Solar Probe ” peykini Günəşə göndərib.Florida ştatının Kanaverel kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır.Parker Solar Probenin yeddi il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord yaxın məsafədə - 8.86 Günəş radiusu və ya 6.1 milyon kilometr yaxınlaşması planlaşdırılır.Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.
Piter Parker (dəqiqləşdirmə)
Piter Parker — Hörümçək-adam personajının əsl adıdır. Piter Parker adı aşağıdakı şəxslərə də aid ola bilər: Ser Piter Parker (1924–2002) – Britaniya Dəmir Yolları Şurasının sədri (1976–1983). Piter Parker (fizikaçı) (1804–1888) – Çinə Avropa tibb metodlarını gətirmiş missioner. Ser Piter Parker, I baronet (1721–1811) – Britaniya admiralı və parlament üzvü, Admiral Nelsonun dostu. Ser Piter Parker, II baronet (1785–1814) – ingilis hərbi-dəniz zabiti. Piter Parker (hakim) (1959) – Avstraliya kriket hakimi. Piter Parker – "The Dandy" komiksində Piterin Poket Babası personajının nəvəsi. == Həmçinin bax == Pit Parker (1895–1991) – Kanada radio spikeri.
Robert Parker evi
Robert Parker evi — Amerika Birləşmiş Ştatlarının İllinoys ştatında, Çikaqo ətrafındakı bir evdir. Ev 1892-ci ildə Amerikalı memar Frank Lloyd Rayt tərəfindən tərtib edilmişdir və Raytın erkən işlərinin bir nümunəsidir. Daşınmaz əmlak agenti Tomas H. Geyl onu inşa etdi və həmin il Robert P. Parkerə satdı. Evi Rayt tərəfindən müstəqil olaraq tərtib edilmişdir. Parker evi ABŞ-nin federal olaraq qeydə alınan tarixi rayonuna töhfə verən bir əmlak olaraq siyahıya alınmışdır. == Tarixi == Robert P. Parkerin evi, Amerika memarı Frank Lloyd Rayt tərəfindən "Butleq evləri" kimi tanınan Çikaqo prospektindəki Oak Parkdakı üç evdən biridir. Memar Luis Sullivan Rayta öz evinin və studiyasının tikintisi zamanı borc pul vermişdir. Parker evi xüsusilə Tomas H. Geyl evinə bənzəyir. Evlər 1892-ci ildə Raytın qonşusu Valter Qeyl üçün spekulyativ bir şəkildə qurulmuşdur. Sullivan digər layihələr haqqında biləndə 1892-ci ilin sonu və 1893-cü ilin əvvəllərində Raytı işdən azad etmişdir.
Sara Cessika Parker
Sara Cessika Parker (ing. Sarah Jessica Parker, 25 mart 1965) — ABŞ aktrisası. == Həyatı == == Maraqlı faktlar == Sara Cessika Parker hal-hazırda karyera və ailə arasında uğurla balans yaratmağa qadir olan qadın rolunda bir filmdə rol alsa da, real həyatda məşhur aktrisa öz gözəlliyinin qayğısına qalmaqda təsəvvür etməyəcəyiniz qədər acizdir. Verdiyi müsahibədə Parker demişdir: "Mən makiyaj edə bilmirəm. Mən demək olar ki, heç vaxt öz dırnaqlarımı boyamıram və demək olar, heç zaman saçıma forma vermirəm. Son 10 ildə mən dırnaqlarımı cəmisi iki dəfə cilalamışam. Vəssalam! Mən yalnız iş zamanı manikür etdirirəm. Saçlarımı qurulamağı bacarmıram. Sadəcə, bunu necə etmək lazım olduğunu bilmirəm.
Arktur
Arktur Günəşdən 37 işıq ili uzaqlıqdadır və görünən ulduz ölçüsü -0.05-dir. Arktur nəhəng ulduzunun spektral sinfi K1.5 IIIpe olaraq təyin olunur. Diametri Günəşin dimametrindən 20 dəfə böyük olub , Günəşdən 180 qat daha çox enerji şüalandırır. == Müşahidəsi == Arktur, -0.05 vizual ulduz ölçüsünə malik olub Göy sferinin Şimali yarımkürədə ən parlaq ulduz və gecə səmada isə Sirius (m= -1.46), Kanopus (m= -0.72) və Tolimakdan (m= -0.27) sonra dördüncü parlaq ulduzdur. α Sentavırın (Tolimakın) komponentləri ayrılıqda Arkturdan daha zəifdir.Arktur göy ekvatorundan 19 ° şimalda yerləşdiyinə görə Yer kürəsinin hər iki yarımkürəsində görünə bilir. Ulduz, 27 Aprel gecəsi gecə yarısı və 10 İyun səhər saat 9: 00-da kulminasiya edir, şimal baharı ya da cənub payızında müşahidə olunur. Şimali Yarımkürəsində, Arkturu tapmağın asan yolu, Böyük Ayı bürcünün quyruğunu təqib etməkdir (Səkil 1). Bu yoldan davam edərək əvvəlcə Naxırçı bürcünü daha sonra Arkturu müşahidə edə bilərik. Potolomey Arktrunu subrufa (latın dilində qırmızımtıl) olaraq təsvir etmişdir. Onun B-V rəng indeksi +1,23-dür, təxminən Polluks (B-V +1.00) və Əldebaran (B-V +1.54) aralığında.
Carcur
Carcur — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Darfur
Darfur (region) (ərəb. دار فور‎; «fur xalqının torpağı») — Sudanın qərbində region, etnik münaqişə zonası - Darfur münaqişəsi. 1994-cü ildə Şimali Darfur, Qərbi Darfur və Cənubi Darfur ştatlarına bölünüb. Darfur (yaylaq) — Qərbi Sudanda Çad gölü ilə Ağ Nil arasında yaylaq. Darfur (şəhər, Minnesota) — Minnesota (ştat) şəhər, ABŞ. Darfur sultanlığı — XVI əsrin əvvəlindən 1916-cı ilədək müasir Sudan ərazisində mövcud olmuş sultanlıq.
Marker
Marker — özünün mürəkkəb mənbəsi olan qələm və adətən keçə kimi bir məsaməli, preslenmiş liflərdən hazırlanmış bir ucu var
Parsua
Parsua, Parşuaş və ya Parsumaş — e.ə. 860–600-cü illərdə Urmiya gölü yaxınlığında, Zamua (əvvəllər Lullubi) ilə Ellipi çarlıqları arasında, Zaqros dağlarının mərkəzində, Sənəndəcin cənub-qərbində mövcud olmuş qədim çarlıq. Çarlığın adı qədim İran sözü olan "*Parsava" sözündən gəlir və mənasının sərhəd olduğu ehtimal olunur.
Panthera pardus pardus
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Artur
Artur — Dünyada çox işlədilən ad və soyad. == Ədəbiyyatda == Kral Artur == Bu adı olan tanınmış insanlar == Artur Bleyk — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. Artur Braziliano Maya — Braziliya futbolçusu Artur Cefri — avstraliyalı şərqşünas Artur Con Robin Qorell Milner — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış britaniyalı alim. Artur de Qobino — Fransız yazıçı və diplomat. Artur Dryuri — FİFA prezidenti Artur Henderson — İngiltərənin Xarici İşlər Naziri Artur Keli — İngilis riyaziyyatçısı Artur Klark — İngilis fantastı, yazıçı Artur Konan Doyl — ingilis yazıçı, Artur Kostler — Macarıstanlı jurnalist, araşdırmaçı yazar və tarixçi. Artur Qayton — Amerika fizioloqu Artur Leist — alman yazıçısı. Artur Lenk — İsrailin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri Artur Lyuis —iqtisadçı. Artur Makdonald — Kanadalı astrofizik. Artur Mas — Kataloniya əyalətinin 129-cu prezidenti. Artur Miller — ABŞ dramaturqu.
Bakur
Bakur — qədi türk dillərində bək "knyaz" "qəbilə başçısı" və ur (uru) "oğlan uşağı", bütünlükdə "Bəy – oğul" mənasında. Erməni tədqiqatçıları bu Bakur adını yəhudilərdə Bəkor "ilkin", "ilk doğulan" (ərəblərdə Bəkir) adı hesab edir və onun Qafqaz Albaniyasına xristian dini ilə gətirildiyini yazırlar. Bu səhvdir. III əsrdə şimaldan Gürcüstana gəlmiş türkdilli çinlilərin başçısının adı Çin-Bakur (çin sözü türkcə "qüvvətli" deməkdir, məsələn, Çin-Timur və b.) idi. Eranın ilk əsrlərində nəinki şimalda yaşayan türk xalqları, heç Zaqafqaziya xalqları xristian deyildilər. Qədim türkcə bakur həm də "böyük" mənasındadır, bəlkə də Bakur məhz "adsanca böyük" deməkdir.
Parus
Arıquşu (lat. Parus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Parux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi.1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Allium parvum
Allium parvum (lat. Allium parvum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Bulbophyllum parvum
Bulbophyllum parvum (lat. Bulbophyllum parvum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.