Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Leksika
Leksika (q.yun. τὸ λεξικός) – Sözün Lüğət Tərkibini öyrənir. Dilin əsas vahidlərindən biri sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini təşkil edir. Leksika yunan sözüdür: lexikos – lüğət, loqos – təlim deməkdir. Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Başqa sözlə desək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir.
Passiv təlim
Passiv təlim — Təlim prosesində müəllim dərsin aparıcı siması və idarəedicisi, şagirdlər isə onun göstərişlərinə sözsüz əməl edən passiv dinləyicilər — obyektlərdir. Bu formalı prosesdə tərəflər arasında əlaqə daha çox suallar, yoxlama işləri və test tapşırıqları vasitəsilə saxlanılır. Müasir təlim texnoloqlarına görə passiv metod dövrümüzün ən səmərəsiz metodudur. Onun müsbət cəhəti isə müəllimin dərsə asan hazırlaşmasına və məhdud zaman çərçivəsində daha çox tədris materialı təqdim etməsinə imkan yaratmasıdır. Ona görə hələ də bir çox müəllim bu metoda üstünlük verir. Mühazirə-dərs bu metodun ən yayılmış formasıdır.
Bankda passiv əməliyyatları
Passiv əməliyyatlar banklar tərəfindən vəsaitlərin cəlb olunması və onun resurslarının formalaşması üzrə əməliyyatlardır. Banklardan passiv əməliyyatları nəticəsində onların resursları formalaşır. Kommersiya banklarının resursları iki mənbədən ibarətdir. a) şəxsi (xüsusi) vəsaitlər;b) cəlb olunmuş vəsaitlər. Xüsusi vəsaitlərin tərkibinə səhmdar kapital, ehtiyat və digər fondlar, bölüşdürülməmiş mənfəət və digər mənbələr daxildir. Bankın xüsusi kapitalı onun fəaliyyətinin birinci günündən əsaslandığı dayaq rolunu, həmçinin onun, sonuncu müdafiə xətti rolunu oynayır. Passiv əməliyyatların tərkibində aşağıdakı əsas qrupları almaq olar: 1)Hüquqi və fiziki şəxslərdən əmanət və depozitlərin (tələbolunanadək, müddətli və s.) qəbulu, hüquqi şəxslərə hesablaşma, cari və digər hesabların açılması və aparılması; 2)Kommersiya bankalarından və Mərkəzi bankdan kreditlərin alınması (banklararası kreditlər); 3)Qiymətli kağızların emissiyası (depozit sertifikatları, vefsellər və s.) Dünya bank təcrübəsinə əsasən cəlb olunmuş vəsaitlər toplanma üsuluna görə 2 qrupa bölünür – 1)depozit 2)depozitdən kənar vəsaitlərə bölünür. Banklar tərəfindən cəlb olunmuş vəsaitlər, depozitlər, onunla bağlı əməliyyatlar isə depozit əməliyyatları adlanır. Depozit – müəyyən məqsədlə və ya saxlanmaq üçün kredit təşkilatına verilən pul vəsaiti və qiymətli kağızlardır. Iqtisadi məzmununa və istifadə müddətlərinə görə depozitlər iki qrupa ayrılır: 1) Tələbolunanadək depozitlər 2)müddətli depozitlər Tələbolunanadək depozitlər onun sahibi tərəfindən bank hesablarına köçürülən və onun sahibinin ehtiyac yarandıqda tələb etdiyi depozit formasıdır.
Passiv optik şəbəkə
Passiv optik şəbəkə (ing. Passive Optical Network; PON) — son müştərilərə genişzolaqlı şəbəkəyə çıxışı təmin edən fiber-optik telekommunikasiya texnologiyası. Onun arxitekturası, buraxılış zolağının enini son nöqtələr arasında bölmək üçün enerjisiz (passiv) fiber-optik ayırıcılardan istifadə edərək bir optik lifin son nöqtələrə xidmət etdiyi nöqtədən-nöqtəyə topologiyasını həyata keçirir. Passiv optik şəbəkələr çox vaxt İnternet xidmət provayderi (ISP) və onun müştəriləri arasında son mil adlanır. Əksər fiber ISP-lər bu texnologiyaya üstünlük verir. == Komponentlər və xüsusiyyətlər == Passiv optik şəbəkə xidmət provayderinin mərkəzi ofisindəki OLT-dən, passiv optik ayırıcılardan və son istifadəçilərə yaxın olan bir sıra ONU və ya ONT-lərdən ibarətdir. PON nöqtədən nöqtəyə arxitektura ilə müqayisədə tələb olunan fiber və mərkəzi ofis avadanlığının miqdarını azaldır. Passiv optik şəbəkə fiber-optik giriş şəbəkəsinin bir formasıdır. Əksər hallarda aşağı axın siqnalları çoxlu fiberləri paylaşan bütün binalara yayımlanır. Şifrləmə dinləmənin qarşısını ala bilər.
Massiv
Massiv – bir adla adlandırılmış nizamlanmış kəmiyyətlər yığımıdır. Massivin hər bir elementinə müraciət onun öz nömrəsi ilə olur. Yəni hər bir elementin öz nömrəsi var. Bu nömrəyə massivin indeksi deyilir. Hər elementin massivdə vəziyyəti onun indeksi ilə müəyyən olunur. Buna görə də massiv nizamlanmış olur. == Həmçinin bax == Kompüter Fayl == Mənbə == KAZIMOV TOFİQ, f.-r.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, "Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları (Üçüncü mühazirə)".
Meksika
Meksika (isp. México) ya da rəsmi adı ilə Meksika Birləşmiş Ştatları (isp. Estados Unidos Mexicanos) — Şimali Amerikada ölkə, paytaxtı Mexiko şəhəri, sahəsi 1,972,550 km², əhalisinin sayı 2015-ci il hesablamalarına görə 119,530,753 nəfərdir. Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. İspan dilli ölkələr arasında əhalisinin sayına görə ilk yeri tutsa da, Latın Amerikası ölkələri arasında əhalisinin sayına görə 2-ci yerdədir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ, qərbdən və cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunmuşdur. Meksika 3 ölkə ilə həmsərhəddir – ABŞ, Beliz və Qvatemala. Monterrey, Guadalajara, Puebla, Juárez, Tijuana, Nezahualcóyotl, Chihuahua və Leon Meksikanın ən böyük şəhərlərinidir. == Coğrafiyası == Hazırda Meksikanın ərazisi 1,972,550 kvadrat kilometrdir, ərazisinin böyüklüyünə görə Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir.
Meksika ardıcı
Meksika ardıcı (lat. Juniperus ashei) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Meksika bayrağı
Meksika bayrağı — Meksikanın Dövlət bayrağı
Meksika dalğası
1986-cı ildə Meksikada futbol üzrə dünya çempionatı keçiriləndə meksikalı azarkeşlər çiyin-çiyinə verərək stadionda möhtəşəm bir dalğa yaratmışdılar ki, bu terminin yaranması da onunla bağlıdır.
Meksika erməniləri
Meksika erməniləri (erm. Հայերը Մեքսիկայում; isp. armenia en México) — Şimali Amerika qitəsində yerləşən Meksikada məskunlaşmış erməni əsilli əhali. Meksikaya ermənilərin kütləvi gəlişi 1910–1928-ci illər aralığında baş vermişdir. == Tarixi == Meksikaya gəlmiş ilk ermənilərdən biri 1672-ci ildə Fransisko Martin adlı şəxs olmuşdur. Don Pedro de Zárate adlı bir digər erməni isə 1723-cü ildə İspan qalyonunun tərkibində Çindən Sakit okeanın sahilində yerləşən liman şəhəri Akapulko səfər etmişdir. 1897-ci ildə Meksika prezidenti Porfirio Diasın təklifi ilə ölkənin şimalında yerləşən Tamaulipas ştatında ermənilərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün torpaq sahəsinin ayrılması planlaşdırılsada, təklif icra olunmamışdır. Erməni icmasının Meksikada əsas fəaliyyətləri Erməni soyqırımından sonrakı dövrlərə təsadüf edir. 1921–1928-ci illərdə Meksika hökümətinin miqrantlara qarşı açıq qapı siyasətinin tətbiq etməsindən faydalanan ermənilər öz saylarını bu qanunun hesabına artırmağa çalışırdılar. İqtisadi baxımdan ölkənin zəifləməsindən sonra erməni icmasının üzvləri Amerika Birləşmiş Ştatlarına yaxın olan ərazilərə köçməyə başladı.
Meksika inqilabı
Meksika inqilabı (isp. Revolución mexicana) və ya Meksikada vətəndaş müharibəsi (isp. Guerra civil mexicana) — 1910-1917-ci illərdə Meksika tarixində baş vermiş vətəndaş müharibəsi. Porfirio Dias diktaturasına qarşı üsyan kimi başlanmış və yeni konstitusiyanın qəbul edilməsi ilə sona çatmışdır. Vətəndaş müharibəsi dövründə əhalinin arasında müxtəlif mənbələrə görə 500.000 nəfərdən 2.000.000 qədər əhali, 1910-cu ildə isə ölkə əhalisi 15.000.000 nəfər olub.. == Mərhələləri == Tədqiqatçılar Meksika inqilabını dörd mərhələyə bölürlər: Birinci mərhələ (1910-cu ilin noyabrından 1911-ci ilə qədər) Porfirio Dias diktaturasının devrilməsidir. Liberal torpaq sahibləri və sahibkarlar, işçilər və kəndlilər, liberal-demokrat liderlərin siyasi rəhbərliyi altında vahid bir cəbhə kimi çıxış etdi. İnqilabın ikinci mərhələsində (1911-ci ilin mayından 1913-cü ilə qədər) liberal demokratlar hakimiyyətdə idi, lakin inqilabçı qüvvələr arasında birliyin olmaması əks-inqilabçı çevrilişə gətirib çıxardı. Üçüncü mərhələ (1913-cü ilin fevralından 1914-cü ilin iyununa qədər) konstitusiya rejiminin bərpasıdır. İnqilabçılar yenidən birləşmiş cəbhədə çıxış etmiş, kəndli kütlələrinin rolu artmışdır.
Meksika körfəzi
Meksika körfəzi (isp. Golfo de México) — dünyanın doqquzuncu böyük su həcmi. Əsasən Şimali Amerika materiki və Kuba adası ilə əhatə olunub. Meksika körfəzi hövzəsi təxminən oval formasındadır və şərqdən qərbə qədər uzunluğu 1500 km-dir. Körfəz Atlantik okeanın bir hissəsidir və onu okeandan ABŞ və Kuba arasındakı Florida boğazı, Karib dənizindən isə Meksika və Kuba arasındakı Yukatan boğazı ayırır. Ən dərin yeri 4.384 metrdir. Meksika körfəzi ən yüksək temperaturlu suya malik su hövzələrindən biridir. == Geologiyası == Meksika körfəzini tədqiq edən alimlərin ümumi gəldiyi nəticəyə görə, körfəz Trias dövrünə kimi mövcud olmayıb. Bəzi dənizlərin adı səhvən körfəz yazılıb. Bunların içərisində Meksika körfəzi vardır.
Meksika mətbəxi
Meksika mətbəxi — Qarğıdalı, lobya, meyvə növləri və müəyyən bitki növləri ümumiyyətlə zəngin bitki örtüyünə malik olan bu isti, topik ölkə mətbəxində mühüm rol oynayır. Meksikada çox müxtəlif regional mətbəxlər var. İspan mətbəxinin təsiri Meksikanın şimalında yayılıb. Yerli əhalinin mətbəxi cənubdadır. == Tarixi == Meksika bütün dünyada yayılmış kakao, vanil, avokado, yerfıstığı, pomidor, çili və qarğıdalının yaradıcısıdır. Demək olar ki, Meksikada bir çox yeməklər qarğıdalı ilə hazırlanır. Qarğıdalı o qədər mühümdür ki, Asteklər tərəfindən qarğıdalı tanrısı olaraq ucaldılıb. İkinci isə ədviyyat kimi istifadə olunan çilidir. Meksikada ev heyvanı kimi it saxlanılır. Meksikada Qabaq çiçəyi Flor de Calabaza hind inciri adlandırılır.
Meksika məxluqu
Meksika məxluqu - 2007-ci ildə Meksikada bir fermerin qarşılaşarkən qorxduğu üçün suda boğduğu, sifəti insana, bədəni kərtənkələyə bənzəyən, Meksika və Kanadada uzun müddət laboratoriya analizlərində DNT-sı aşkarlana bilməyən qəribə məxluq. İspan alimi Hose Antonio bu məxluqun DNT-sini öyrənə bilib. Onun hüceyrələrində nukleosit tapılıb. Alimə görə, bu, elmə məlum olmayan heyvan deyil, 99,99 faiz başqa planetlərdən gəlmiş bir canlıdır. İspan alim bu yadplanetlinin göz və qulaq quruluşunu öyrənib. Məlum olub ki, onun insanla müqayisədə müdhiş duyma qabiliyyəti var. Bu canlı ilə qarşılaşan meksikalı fermer keçirdiyi həyəcanın təsiri ilə onu bir neçə saat suyun altında saxlayıb. Həmin varlıq bir neçə saat suda yaşadıqdan sonra ölüb. Normal halda isə yer üzündə quruda yaşayan heç bir canlı bu qədər suda sağ qala bilmir. Digər qəribə olay budur ki, bu məxluqu öldürən meksikalı fermer bir müddət sonra qəribə şəraitdə ölüb.
Meksika pesosu
Meksika pesosu (isp. Peso mexicano) — Meksika dövlətinin valyutası. Meksikanın milli pul vahidi olan Meksika pesosu (işarəsi: $ kodu: MXN) dünyada ən çox ticarət aparılan pul vahidlərindən biridir. MXN kodundan əvvəl MXP kodu Meksika pesosunun göstərilməsi üçün istifadə olunub. Peso 100 sentavosdan ibarətdir. 20 aprel 2009-cu ildə 13.4102 Meksika Pesosu 1 ABŞ dollarına bərabər olub. == Beynəlxalq istifadəsi == ABŞ-nin Meksika sərhəddinə yaxın yerlərində xüsusilə marketlərdə Meksika pesosu ilə alış-veriş etmək mümkündür lakin digər Amerika şəhərlərində peso alış-verişdə istifadə edilmir.
Meksika qaraçöhrəsi
Meksika qaraçöhrəsi (lat. Taxus globosa) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Meksika qızılquşu
Meksika qızılquşu (lat. Falco mexicanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Meksika suzambağı
Meksika suzanbağı (lat. Nymphaea mexicana) – suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. == Sinonimləri == Castalia flava (Leitn. ex A.Gray) Greene Castalia mexicana (Zucc.) J.M.Coult. Leuconymphaea flava (Leitn. ex A.Gray) Kuntze Leuconymphaea mexicana (Zucc.) Kuntze Nymphaea flava Leitn. ex A.Gray Nymphaea lutea Treat Nymphaea planchonii Casp.
Meksika suzanbağı
Meksika suzanbağı (lat. Nymphaea mexicana) – suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. == Sinonimləri == Castalia flava (Leitn. ex A.Gray) Greene Castalia mexicana (Zucc.) J.M.Coult. Leuconymphaea flava (Leitn. ex A.Gray) Kuntze Leuconymphaea mexicana (Zucc.) Kuntze Nymphaea flava Leitn. ex A.Gray Nymphaea lutea Treat Nymphaea planchonii Casp.
Meksika tamanduası
Meksika tamanduası (lat. Tamandua mexicana) — heyvanlar aləminin dişsiz məməlilər dəstəsinin qarışqayeyənlər fəsiləsinin tamandua cinsinə aid heyvan növü. == Görünüşü == Meksika tamanduasının başı və gövdəsi 77 sm, quyruğu 40 ilə 67 sm arasındadır. Ağzı uzun və əyridir. Ağız boşluğu 40 sm uzunluğu olan dilə sahibdir və kiçik bir diametrə malikdir. Heyvanlar arxa tərəfində tünd zolaqlara sahibdirlər. Çiyinlər və bədən nahiyyəsi tünd rəngdədir. Bədənin qalan hissəsi daha açıqdır. Demək olar ki, ağdan qəhvəyi rəngə qədər çalarlar vardır. Meksika tamanduası anal vəzinin ifraz etdiyi güclü bir qoxu ilə seçilir və bu səbəbdən "meşə iylənmişi" ləqəbini almışlar.
Meksika tarixi
Meksika tarixi Şimali Amerikanın cənub hissəsində yerləşən bir ölkə olan Meksikanın üç min illik dövrünü əhatə edir. İlk dəfə 13.000 il əvvəl sivilizasiyalar tərəfindən kəşf edilmişdir.Ərazi 16-cı əsrdə ispanlar tərəfindən işğal edilməzdən əvvəl Meksika hinduları və asteklər kimi tanınan yerli sivilizasiyalar mövcud idi. 1519-cu ildə Meksikanın ən köklü yerli sivilizasiyaları ispanlarla qarışmağa başladı və Avropa Mədəniyyətini mənimsəməyə doğru irəlilədi. Ölkə dünyanın ən çox ispandilli bölgəsi olsa da, yerli Amerika dilləri baxımından Şimali Amerikanın əksəriyyətinə də ev sahibliyi edir. Üç əsr ərzində İspaniya İmperiyasının bir hissəsi olan ölkə, ispan dilinin, eləcə də katolikliyin və Qərb mədəniyyətinin təsirinə məruz qalmışdır. Uzun mübarizədən sonra Meksika 1810-cu ildə İspaniyadan müstəqilliyini elan etdi. 1846-cı ildə Meksika-Amerika müharibəsinin başlaması ilə Meksika iki illik müharibədə ərazisinin demək olar ki yarısını ABŞ-yə verdi. Daha sonra 19-cu əsrdə Fransa Meksikanı işğal etdi (1861) və Maksimilian taxtına salaraq İkinci Meksika İmperiyasını qurdu. Lakin bu rejim 1867-ci ilə qədər davam etdi. Yarım əsrlik iqtisadi durğunluq və siyasi xaosdan sonra 1884-cü ildə hakimiyyəti ələ keçirən Porfirio Diaz dövlətin gücünü idarə etdi, cəmiyyəti və iqtisadiyyatı modernləşdirdi.
Meksika şəhərləri
Massiv (dəqiqləşdirmə)
Massiv (geoloji termin) - termin
Meksika əhalisi
Meksika əhalisi 126,014,024 nəfərdir ki, bu da ispandilli ölkələr arasında ən böyük, Latın Amerikasında Braziliyadan sonra ikinci, dünyada isə onuncu yerdədir və bu yaxınlarda əhalinin sayına görə Yaponiyanı geridə qoyur. 20-ci əsrdə Meksika əhalisi 1940-1980-ci illər arasında ildə təxminən 3% artaraq 13,6 milyondan 97,5 milyona yüksəldi. Bu artım tempi o dövrdə inkişaf etməkdə olan ölkələr üçün ümumiləşdirilmiş, demoqrafik keçid kimi təsnif edilmiş və 1970-ci illərdən kontraseptiv siyasətin qəbul edilməsinə səbəb olmuşdur. Bu tendensiya yavaşlasa və son illərdə orta illik artım tempi 1,5%-dən aşağı olsa da, demoqrafik keçid hələ də davam edir və Meksikada gənclərin böyük əhalisi var. Ölkənin ən sıx məskunlaşdığı şəhər 8,7 milyon əhalisi olan paytaxt Mexiko şəhəridir (2005), şəhərin metropoliten ərazisi isə 20,137 152 nəfərlə (2010) ölkənin ən sıx məskunlaşdığı şəhərdir. Əhalinin təqribən 50%-i Meksikanın 59 metropoliyasından birində yaşayır. Siyahıyaalmaların hazırlanmasına cavabdeh olan qurum Milli Statistika və Coğrafiya İnstitutudur (INEGI). Daxili İşlər Nazirliyindən asılı olan Milli Əhali Şurası (CONAPO) demoqrafik hadisələrlə bağlı məlumatların təhlili, qiymətləndirilməsi və sistemləşdirilməsinə cavabdeh olan qurumdur. Yerli Xalqların İnkişafı üzrə Milli Komissiya (CDI) digər məsələlərlə yanaşı, Meksikanın yerli xalqlarının tədqiqatı və sosial-demoqrafik və linqvistik təhlilinə cavabdehdir.
Frederik Passi
Frederik Passi (fr. Frédéric Passy; 20 may 1822[…], Paris – 12 iyun 1912[…], Nöyi-sür-Sen) — Fransız iqtisadçı. Barışa doğru mübarizəni fəal dəstəkləmiş, ilk Nobel Sülh Mükafatına (1901) Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının qurucusu Anri Dünanla birgə layiq görülmüşlər. == Həyatı == Fransız Dövlət Şurası'nda nəzarətçi olaraq çalışdıqdan (1846-1849) sonra yazıları və konferanslarıyla müxtəlif iqtisadi islahatların reallaşdırılmasını müdafiə etməyə başladı. Bir çox xeyriyyə işinin təşkilatçılığında vəzifələndi. Yaxından tanıdığı ingilis iqtisadçılar Riçard Kobden və Con Braytın liberal fikirləri istiqamətində sərbəst ticarətin aktivlərindən oldu. Krım müharibəsi(1853-1856) əsnasında sülhün təmin edilməsi üçün cəhdlər etdi. 1867-ci ildə "Le Temps" jurnalında yayımlanan çağırışıyla Fransa və Prussiya krallığı arasındakı müharibənin qabağını aldı. Həmin il, sonradan Fransa Beynəlxalq Rəyçilər Dərnəyi olaraq bilinən Beynəlxalq Sülh Birliyini qurdu. Fransız-Alman müharibəsindən (1870-1871) sonra, Alsas-Lorrayna tərəfsizlik statusu verilərək müstəqilliyinin tanınmasını təklif etdi.
Aleksiya
Disleksiya — beyin qabığının zədələnməsi nəticəsində oxumaq (qiraət) qabiliyyətinin itməsidir.Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər.Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər..
Cessika
Cessika — ad. Cessika Mauboy — Avstraliya müğənnisi, söz yazıçısı və aktrisası. Cessika Steffens — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Cessika Muskat — Malta müğənnisi və aktrisası.
Leksikon
Leksikon (en. lexicon) – dildə olan sözlərin toplusu. Proqramlaşdırma dillərinin leksikonunu identifikatorlar, açar sözlər, sabitlər (konstantlar) və s. təşkil edir; leksikonun bu elementlərinin birləşəbilmə üsulları dilin sintaksisini əmələ gətirir. = Ədəbiyyat = İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Meksiko
Mexiko (isp. Ciudad de México, astek Āltepētl Mēxihco) — Meksikanın paytaxtı. 2009-cu ilin əhali siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8.84 milyon nəfər olmuşdur.
Pəktika
Pəktika vilayəti (puşt. پکتیکا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Pəktika vilayəti ölkənin cənub-şərqində yerləşir. Vilayətin sahəsi 19 482 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 393.8 min nəfərdir. İnzibati mərkəzi Şaran şəhəridir. == Rayonlar == Vilayət 15 rayona bölünür: Bərməl Dilə Gəyan Gümal Mətaxan Nikə Omnə Ürgun Sərhövzə Sərubi Şərənə Vazəxva Vürməmey Yəhyaxil Yusufxil Ziruk == Əhalisi == Əhalisinin mütləq əksəriyyəti puştun dilində, 5 kəndin əhalisi (15 min nəfər) özbəkcə və 4 kəndin əhalisi (5 min nəfər) digər dillərdə danışır.