Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Peçeneq–Kiyev münasibətləri
Şərqi Avropa düzənliklərinə tam sahib olan ruslarla ilk qarşılaşmaları 915-ci ilə aid edilir. Rus salnaməçilərinin yazdığına görə, «Kiyev knyazı ilə barışıq imzalayan peçeneqlər Dunaya doğru getdilər». Bizans tarixçiləri rusların peçeneqlərsiz heç nəyə qadir olmadıqlarını - nə ticarət etməyi, nə də vuruşa bilmədiklərini yazırıdılar. 944-cü ildə Kiyev knyazı İqor peçeneqlərlə hərbi ittifaq quraraq, Bizans üzərinə birgə yürüş təşkil etdi. Yürüşün qarşısını almaq üçün Bizans imperatoru Roman müttəfiqlərə «qızıl doldurulmuş arabalar vermək məcburiyyətində qaldı». Peçeneqlər Kiyev knyazı Svyatoslavın 965-ci ildə Xəzər xaqanlığı üzərinə yürüşündə də fəal iştirak etdilər. Svyatoslavın 3 il sonra Xəzər xaqanlığı üzərinə peçeneqlərsiz yürüş təşkil etməsi ona baha başa gəldi. Kiyevi mühasirəyə alan peçeneqlər şəhər əhalisindən xeyli xərac aldılar. 971-ci ildə Svyatoslav yenə peçeneqlərdən xəbərsiz Dunay Bulqarıstanına qarətçi yürüş təşkil etdi. Dikbaş Kiyev knyazının bu hərəkətinin cəzası daha ağır oldu.
Peçeneqlər
Peçeneqlər (türk. Becěnek, qədim yunan. Πετσενέγοι, или Πατζινάϰαι, lat. Pacinac, qədim rus. — печэнегъ) — oğuz tayfalarından biri, tarixi mənbələrdə "beçeneqlər" də adlandırılır. == Tarixi == Göytürklərin qərb qanadını meydana gətirən onoklardan meydana gələn Peçeneqlər, VI əsrdə Issık gölü və Balxaş gölü ətrafında yaşadıqları güman olunur. VIII əsrdə Oğuzların təzyiqiylə qərbə köç etmiş peçeneqlər, X əsrdə Qara dəniz və Balkanlara gəldilər. Qara dənizin şimalında və Balkanlarda XI əsrin sonlarına qədər əhəmiyyətli bir güc oldular. Xanlıq səviyyəsində bir dövlət də (860–1091) qurublar. Don-Kubat bölgəsində xanlıq yaradan peçeneqlər, ruslarla döyüşərək onlara ağır zərbələr vururdular.
Pəçənək dili
Pəçənək dili — peçeneqlər tərəfindən danışılan Oğuz qrupuna aid bir türk dilidir. Pəçənəklər Orta Asiyadan Avropaya gəlmişlər və Balkanlara yerləşmişlər. Bizansa axınlar etmişlər Pəçənək Xanlığını qurmuşlar. Daha sonra Pəçənək Xanlığı Bizanslılar tərəfindən yıxılmışdır.
Pyotr Zaxarov Çeçenes
Pyotr Zaxarov Çeçenes (rus. Пётр Захарович Захаров-Чеченец; 18 sentyabr 1816, Dadi-yurt[d] – 15 sentyabr 1846, Moskva) — Rusiyalı çeçen rəssam. Onun XIX əsrdə çeçenlər içərisindəki tək rəssam olduğu düşünülür. == Həyatı == 1819-cu ildə Qafqaz müharibəsi zamanı rus qoşunları çeçen kəndi Dadiyurtda ölmüş bir qadın və ölümcül yaralanmış üç yaşlı körpəni tapdı. Rusiya ordusunun baş komandanı Aleksey Petroviç Yermolov həkimlərin onu xilas etməyin mümkünsüz olduğunu deməsinə baxmayaraq,körpəni xilas etmək üçün mümkün olan hər şeyi etməyi əmr etdi. Bütün ehtimallara rəğmən körpə sağ qaldı. Körpə böyüdülməsi üçün kazak Zaxar Nedonosova verildi. Bu kazak adından körpə soyadını və atasının adını aldı. Daha sonra Pyotr etnik kimliyini göstərmək üçün onun soyadına “çeçenes” sözünü əlavə etdi. Yeddi yaşında Pyotr Aleksey Petroviç Yermolovun əmisi oğlu, Gürcüstan Qrenader alayının komandiri, general-mayor Pyotr Yermolov tərəfindən övladlığa götürüldü.
Pələngə
Pələngə (fars. پلنگه‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 213 nəfər yaşayır (67 ailə).
Pətənək
Pətənək — quşların mədə hissəsi. == Mətbəxdə == Pətənək Azərbaycan milli mətbəxində geniş istifadə olunur. Toyuq pətənəyindən qovurma da hazirlanir.Hazırlanma qaydasi:Toyuq pətənəyi isti suda dəfələrlə yuyulduqdan sonra,3-4 saat bişirilir.3-4 saat bişirildikdə yumşaqlaşmış pətənək kərə yağında qovrulur.
Pələng
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Pəşəng
Pəşəng (Fars: پشنگ / Pashang) - Firdovsinin Şahnamə əsərində əfsanəvi Turan xaqanı. Alp Ər Tonqanın (Əfrasiyabın) atası və Tur xanın nəvəsi. == Həyatı == Həyatı haqqında məlumatlar fars şairiFirdovsinin Şahnamə adlı əsərində mövcuddur. Şahnamədə Pəşəng xan haqqında çox məlumat yoxdur və sadəcə Turan xaqaxı Əfrasiyabın (Alp Ər Tonqanın) atası və İran kralı Fəridunun üç oğlundan ( digər oğulları: Səlm və İrəc ) biri olan Turun nəvəsi kimi qarşımıza çıxır.
Kücənəq (Meşkinşəhr)
Kücənəq (fars. كوجنق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,487 nəfər yaşayır (514 ailə).
Mətənəq (Bostanabad)
Mətənəq (fars. متنق‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 498 nəfər yaşayır (115 ailə).
Kağız pələng
Kağız pələng (Çincə: 紙老虎; zhilaohu) — güclü görsənən,əslində isə zərərsiz olan obyektləri təsvir etmək üçün istifadə olunan Çin dilində ifadədir.Bu ifadə təhdid kimi görünən lakin özlüyündə zəif olan şeyləri təsvir etmək işlədilir. Çin lideri Mao Tszedun ABŞ və onun təmsil etdiyi imperializmini eyni zamanda bütün qərb blokunu bu ifadə ilə eyniləşdirmişdi.
Pələng (tank)
Panzerkampfwagen VI (“Zirehli müharibə vasitəsi VI”, ləqəb: Tiger tələffüzü və ya Tiger I), — İkinci dünya müharibəsində Üçüncü Reyx tərəfindən istehsal olunan ağır tank. Adı Ferdinand Porsche tərəfindən qoyulmuşdur. Zamanının ən yaxşı tanklardan biri idi. Çox möhkəm zirehə və yaxşı bir topa sahib olduğu üçün düşmənlərinin qorxusu idi (xüsusilə Qərb cəbhəsində). Şərq cəbhəsindəki öz zamanının yüksək səviyyədə texnologiyaları ilə təchiz edilmiş T-34 və KV-1 / 2,3 tanklarına qarşı çıxarılmışdır. Müharibənin sonlarına yaxın bir Tiger tankına 20 ədəd M4 Sherman tankının hücum edildiyi görülmüşdür. Tiger'ların itki verməsinin səbəbi düşmənlər deyil kompleks mexaniki səhvlər idi. Buna görə çoxu Tiger tankı düzəlməz halda sıradan çıxdığı üçün heyəti tərəfindən tərk edilmiş halda tapılmışdır. Tankın hərəkət mənzili 110–195 km arasında dəyişmişdir. Hal-hazırda bu tankdan cəmi bir ədədi Bovinqton tank muzeyində orijinal və işlək vəziyyətdədir.
Pələng iqtisadiyyatı
Pələng iqtisadiyyatı (ing. Tiger economy) — yaşayış standartların artması ilə ölkə iqtisadiyyatının sürətli inkişafı. Bu termin ilk dəfə Cənubi Koreya, Sinqapur, Honkonq və Tayvan üçün istifadə edilmişdir (Dörd Asiya pələngi). Belə ki, pələng Asiya simvolikasında əhəmiyyətli sayılır. 1990-cı illərdə bu termin İrlandiya Respublikasına ("Kelt pələngi") tətbiq edilmişdir. Daha sonra Dubay, Rumıniya, Slovakiya və Baltik ölkələri pələng iqtisadiyyatını təkmilləşdirmişlər.1960-cı illərdə Filippin, Şri Lanka və Myanma "Asiyanın Pələngi" iqtisadiyyatları kimi qəbul edilirdi, çünki hər üç ölkə yüksək inkişaf edirdi. Bununla belə, daxili problemlər hər üç ölkənin iqtisadiyyatının zəifləməsinə gətirib çıxardı.1990-cı illərdə və yenidən 2000-ci və 2010-cu illərdə qısamüddətli tənəzzüldən sonra İsrailin sürətli iqtisadi inkişafı ona pələng iqtisadiyyatı kimi şöhrət qazandırdı və bir qəzetdə "İbrani pələngi" termini adlandırıldı.Banqladeş, Dörd Asiya Pələnginin 1960–1990-cı illər arasında sənayeləşmə yolu ilə bir çox oxşarlıqlar daşıyan yüksək iqtisadi artımı və sənayeləşməsi səbəbindən son illərdə yeni yaranan "Asiya pələngi" kimi təsvir edilmişdir.Digər pələng iqtisadiyyatı Ermənistanın iqtisadiyyatıdır. Ermənistanın 2007–08-ci il maliyyə böhranına qədər göstərdiyi diqqətəlayiq, çox vaxt ikirəqəmli iqtisadi artıma görə o, Qafqaz pələngi kimi ortaya çıxdı. İqtisadi sabitlik, mülayim fiskal kəsir və xarici borc, habelə yoxsulluq səviyyəsinin aşağı düşməsi bu dövrdə davamlı iqtisadi artımın nəticəsi olmuşdur. == Oxşar == Latın Amerikasında sərbəst ticarətə və azad bazarın inkişafına yönəlmiş sürətlə inkişaf edən və inkişaf etməkdə olan iqtisadiyyatlar Meksika, Çili, Peru və Kolumbiyadan ibarət [[Sakit Okean Pumalar adlanır.
Pələng köpəkbalığı
Pələng köpəkbalığı (lat. Galeocerdo cuvier) – лarxarinkimilər dəstəsindən balıq növü. Akulanın pələnglərdəki kimi zolaqlara malik olduğuna görə bu adı almışdır. Pələng köpəkbalığı bütün dünyada geniş yayılmışdır və okeanlarda olduğu kimi, sahil sularına yaxın yerlərdə də yaşayırlar. Uzunluqları 5 m-ə çatmasına baxmayaraq, daha uzun fərdlərinə də rast gəlinir. Pələng köpəkbalıqları diribala doğanlardır. Doğulan balaların sayı 40-a qədər çata bilir. Kütlələri 570–750 kq arasında dəyişir. Pələng akulaları balıq, delfin, molyusk, tısbağa, dəniz ilanları, eləcə də leşlə qidalanırlar. Dəniz akulaları insanlar üçün potensial təhlükəli varlıqlar hesab olunurlar.
Pələng pişikləri
Pələng pişiyi (lat. Leopardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Pələng pişiyi
Pələng pişiyi (lat. Leopardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Pələng (hərbi birləşmə)
"Pələng" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Pələng" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Pələng" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli mayor Zaur Rəhimovdur. == Tarixi == "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 11 nəfər şəhid olmuşdur, 39 nəfər isə yaralanmışdır.
Pələng II (tank)
Panzerkampfwagen VI Ausf. B (Pz.Kpfw. VI Ausf. B / Zirehli müharibə vasitəsi VI Ausf. B, ləqəb: Tiger II) — Alman ordusunda II. Dünya müharibəsi dövründə ağır tank sinifində xidmət etmişdir. Sonderkraftfahrzeug 182 (Sd. KFZ. 182). Əvvəllər amerikalı əsgərlər “King Tiger”, İngilislər “Royal Tiger” olaraq xitab edirdilər və Almanlar da “King Tiger” (mənası Kral Tiger, yəni Kral Pələng) sözünün Alman tərcüməsi olan Königstiger (Almanca'daki mənası: Benqal pələngi) adını istifadə etməyə başladılar. Bu tank ən əhəmiyyətli xüsusiyyəti Tiger I tankının zireh qalınlığı ilə Panther tankının zireh yamacı xüsusiyyətlərinin bir yerdə birləşməsi idi. Tiger II tankının şassisindən Jagdtiger adlı tank qatilinin istehsalında istifadə edilmişdir .
Pələng dərili cəngavər
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. == Tarixçə == Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. == İdeya və məzmunu == Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Pələng köpək balığı
Pələng köpəkbalığı (lat. Galeocerdo cuvier) – лarxarinkimilər dəstəsindən balıq növü. Akulanın pələnglərdəki kimi zolaqlara malik olduğuna görə bu adı almışdır. Pələng köpəkbalığı bütün dünyada geniş yayılmışdır və okeanlarda olduğu kimi, sahil sularına yaxın yerlərdə də yaşayırlar. Uzunluqları 5 m-ə çatmasına baxmayaraq, daha uzun fərdlərinə də rast gəlinir. Pələng köpəkbalıqları diribala doğanlardır. Doğulan balaların sayı 40-a qədər çata bilir. Kütlələri 570–750 kq arasında dəyişir. Pələng akulaları balıq, delfin, molyusk, tısbağa, dəniz ilanları, eləcə də leşlə qidalanırlar. Dəniz akulaları insanlar üçün potensial təhlükəli varlıqlar hesab olunurlar.
Polad pələng əməliyyatı
Polad pələng əməliyyatı (ing. Operation Steel Tiger) — Vyetnam müharibəsi zamanı Vyetnam Demokratik Respublikasından (Şimali Vyetnam) Vyetnam Respublikasında (Cənubi Vyetnam) hərbi səylərini dəstəkləmək üçün cənub-şərqi Laos vasitəsilə cənuba doğru hərəkət edən Vyetnam Xalq Ordusunun (VXO) yaraqlılarının və təminatının sızmasına qarşı hədəflənmiş ABŞ-nin 2-ci hava diviziyası, daha sonra 7-ci hava qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin 77 saylı işçi qrupunun havadan müdaxiləsi. Ho Şi Min cığır sisteminin bombalanması 14 dekabr 1964-cü ildə Barrel-Roll əməliyyatının gəlişi ilə başlamışdı. Cənubi Vyetnamda fəaliyyət göstərən alay ölçülü VXO birliklərinin qurulmasına dair artan ABŞ kəşfiyyatı bu ölkədə Amerika hərbi varlığının artması və Yuvarlanan ildırım əməliyyatının başlaması səbəbiylə Vaşinqton və Sayqondakı Amerika planlaşdırıcıları Laosun cənub-şərqinin bombardman edilməsinə qərar vermişdilər. 11 noyabr 1968-ci ildə "Polad pələng" və "Pələng köpək" birləşdirilmiş və Komando ov əməliyyatı adlandırılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Littauer, Raphael and Normon Uphoff, eds, The Air War in Indochina. Boston: Beacon Press, 1972.
Pələng köpək əməliyyatı
Pələng köpək əməliyyatı (ing. Operation Tiger Hound) —Vyetnam müharibəsi zamanı 5 dekabr 1965-ci ildən 11 noyabr 1968-ci ilə qədər Laosun cənub-şərqində məxfi formada həyata keçirilən, ABŞ-nin 2-ci hava diviziyası, daha sonra 7-ci hava qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin 77 saylı işçi qrupunun havadan müdaxilə kampaniyası. Əməliyyatın məqsədi Vyetnam Demokratik Respublikasından (Şimali Vyetnam) Laosun cənub-şərqində Ho Şi Min cığırı vasitəsilə Vyetnam Xalq Ordusunun (VXO) Vyetnam Respublikasının (Cənubi Vyetnam) şimal vilayətlərinə göndərdiyi təchizat axınının qarşısını almaq idi. Qərargah 1 aprel 1966-cı ildə Yeddinci hava qüvvələri tərəfindən əvəzlənənə qədər bu missiyalar əvvəlcə 2-ci hava diviziyası tərəfindən idarə olunurdu. 11 noyabr 1968-ci ildə "Pələng köpək" və "Polad pələng" birləşdirilmiş və Komando ov əməliyyatı adlandırılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Littauer, Raphael and Norman Uphoff, eds, The Air War in Indochina. Boston: Beacon Press, 1972. Schlight, John, A War Too Long. Washington DC: Center of Air Force History, 1993. Van Staaveren, Jacob, Interdiction in Southern Laos: 1960–1968.
"Pələng" Xüsusi Təyinatlı Dəstəsi
"Pələng" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Pələng" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Pələng" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli mayor Zaur Rəhimovdur. == Tarixi == "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 11 nəfər şəhid olmuşdur, 39 nəfər isə yaralanmışdır.
Pələng Səlim (film, 1978)
"Pələng Səlim" filmi — Rejissor Coşiynin malayalam dilində və 1978-ci ildə çəkdiyi Hindistan filmi. == Film haqqında == Film Rejissor Coşiynin ilk ekran işidir.
Pələng cırmağı (film, 1991)
Pələng cırmağ (ing. Tiger Claws) — 1991-ci ildə döyüş janrında çəkilən filmdir. Filmin büdcəsi qiymətləndirməylə 2,500,000 Kanada dollarıdır. Bu büdcənin qoyulmasında Calal Merhinin böyük rolu vardır. Filmin bir çox səhnələri "Shapiro-Glickenhaus Entertainment" şirkətinin büdcə problemi səbəbindən ayrı-ayrılıqda 3 aya çəkilmişdir. == Məzmun == Bir çox döyüş ustalarını qəddarlıqla öldürən qatil axtarışdadır. Onun axtarış işi Linda Mastersona həvalə edilir. Onun köməkçisi isə Terek Riçardsdır. Terek bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılmış və bu vəzifəni geri qaytarmaq üçün yeni vəzifəsinin üstəsindən gəlməlidir. Onlar naməlum səbəbdən öldürülmüş döyüş ustalarının bədənlərində pələng cırmağına bənzər izləri müşahidə edirlər.
Pələng dərili cəngavər (dəqiqləşdirmə)
Pələng dərili cəngavər - Şota Rustavelinin XII əsrdə tatar-bulqar yazılı eposunun (IX əsr) əsasında yazdığı epik poema. Pələng dərili cəngavər (balet) - Aleksi Maçavarianinin eyniadlı əsər əsasında yazdığı balet.