peçeneqcə 2021
peçenye
OBASTAN VİKİ
Peçeneqlər
Peçeneqlər (q.türk Becěnek, q.yun. Πετσενέγοι, və ya q.yun. Πατζινάϰαι, lat. Pacinac, q.rus печэнегъ) — oğuz tayfalarından biri, tarixi mənbələrdə "beçeneqlər" də adlandırılır. Göytürklərin qərb qanadını meydana gətirən onoklardan meydana gələn Peçeneqlər, VI əsrdə Issık gölü və Balxaş gölü ətrafında yaşadıqları güman olunur. VIII əsrdə Oğuzların təzyiqiylə qərbə köç etmiş peçeneqlər, X əsrdə Qara dəniz və Balkanlara gəldilər. Qara dənizin şimalında və Balkanlarda XI əsrin sonlarına qədər əhəmiyyətli bir güc oldular. Xanlıq səviyyəsində bir dövlət də (860–1091) qurublar. Don-Kubat bölgəsində xanlıq yaradan peçeneqlər, ruslarla döyüşərək onlara ağır zərbələr vururdular. 915-ci ildə başlayan və 1036-cı ilə qədər davam edən rus- peçeneq müharibələri, ruslara ağır itkilər verdi.

Digər lüğətlərdə