PEÇENEQ

Bu sözü bacanaq kəlməsi ilə bağlayırlar. Peçeneqlər 915-1034-cü illərdə Rusiyanın cənubunda at oynatmışlar. Ruslar onlardan qorxduqları üçün qohum (ba­canaq) olmağa çalışmış, onlara qız vermişlər. Rus dilindəki брак (əsli: birik­mək) sözü də bununla bağlı yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

PDF
PEDO…
OBASTAN VİKİ
Peçeneq–Kiyev münasibətləri
Şərqi Avropa düzənliklərinə tam sahib olan ruslarla ilk qarşılaşmaları 915-ci ilə aid edilir. Rus salnaməçilərinin yazdığına görə, «Kiyev knyazı ilə barışıq imzalayan peçeneqlər Dunaya doğru getdilər». Bizans tarixçiləri rusların peçeneqlərsiz heç nəyə qadir olmadıqlarını - nə ticarət etməyi, nə də vuruşa bilmədiklərini yazırıdılar. 944-cü ildə Kiyev knyazı İqor peçeneqlərlə hərbi ittifaq quraraq, Bizans üzərinə birgə yürüş təşkil etdi. Yürüşün qarşısını almaq üçün Bizans imperatoru Roman müttəfiqlərə «qızıl doldurulmuş arabalar vermək məcburiyyətində qaldı». Peçeneqlər Kiyev knyazı Svyatoslavın 965-ci ildə Xəzər xaqanlığı üzərinə yürüşündə də fəal iştirak etdilər. Svyatoslavın 3 il sonra Xəzər xaqanlığı üzərinə peçeneqlərsiz yürüş təşkil etməsi ona baha başa gəldi. Kiyevi mühasirəyə alan peçeneqlər şəhər əhalisindən xeyli xərac aldılar. 971-ci ildə Svyatoslav yenə peçeneqlərdən xəbərsiz Dunay Bulqarıstanına qarətçi yürüş təşkil etdi. Dikbaş Kiyev knyazının bu hərəkətinin cəzası daha ağır oldu.
Peçeneqlər
Peçeneqlər (türk. Becěnek, qədim yunan. Πετσενέγοι, или Πατζινάϰαι, lat. Pacinac, qədim rus. — печэнегъ) — oğuz tayfalarından biri, tarixi mənbələrdə "beçeneqlər" də adlandırılır. == Tarixi == Göytürklərin qərb qanadını meydana gətirən onoklardan meydana gələn Peçeneqlər, VI əsrdə Issık gölü və Balxaş gölü ətrafında yaşadıqları güman olunur. VIII əsrdə Oğuzların təzyiqiylə qərbə köç etmiş peçeneqlər, X əsrdə Qara dəniz və Balkanlara gəldilər. Qara dənizin şimalında və Balkanlarda XI əsrin sonlarına qədər əhəmiyyətli bir güc oldular. Xanlıq səviyyəsində bir dövlət də (860–1091) qurublar. Don-Kubat bölgəsində xanlıq yaradan peçeneqlər, ruslarla döyüşərək onlara ağır zərbələr vururdular.

Digər lüğətlərdə

апплика́ция витаминотерапи́я гражданове́дение допре́жь не к ме́сту нетривиа́льный одиссе́я подбере́зник бесхи́тростность вито́й диспансе́рный поджима́ть показать ку́зькину мать просемафо́рить радиобу́й коллака exodontist huh incautiously nucleolus моление поспевать пропустить размягчаться сварщик