Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elif Pektaş
Elif Pektaş (1946, İstanbul – 28 fevral 2003, İstanbul) ― Türk kino aktyorudur.
Mihri Pektaş
Mihri İffət Pektaş (1895, Bursa, Xudavəndigar vilayəti – 14 iyul 1979) ― türk siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci, 6-cı və 7-ci parlamentində Malatya seçki dairəsinin millət vəkili (deputat) kimi fəaliyyət göstərib. Mihri İffət 1895-ci ildə Bursada anadan olub. Atası Yusuf Bahattin bəy, anası İclal xanımdır. O, gənc ikən ailəsi İstanbula köçüb və İffət ibtidai təhsilini Kadıköyün Kızıltoprak səmtindəki Zühtü Paşa İptidasında alıb. İffət 1908-1916-cı illərdə Amerika Qızlar Kollecində oxuyub. Kollecdə dərs aldığı müəllimlər arasında Nakiye Elgün, Tofiq Fikrət, Fazıl Əhməd və Rıza Tofiq də olmuşdur. İffət məktəbi bitirdikdən sonra həmin məktəbdə türk dili müəllimi kimi işləyib. O, bu dövrdə məktəbdə tarix müəllimi işləyən Hüseyn Pektaşla 1917-ci ildə evlənmiş və bu evlilikdən övladları Necla (1918) və Süveyda (1919) dünyaya gəlmişdir. Övladlarının doğulması ilə əlaqədar müəllimliyə qısa ara verən Mihri Pektaş 1921-ci ildə Bezmialem qız liseyində ingilis dilini tədris etməyə başlayıb.
Bektaş xan
Bektaş xan Qorci (vəfatı 1639) olaraq da bilinən Bektaş xan I Şah Səfinin (1629-1642) dövründə 1631-1638-ci illəri arasında Bağdad qubernatoru (bəylərbəyi) vəzifəsini icra edən Səfəvi məmuru və qulamı. 1623-39-cu illərdə davam edən Osmanlı-Səfəvi müharibəsi zamanı Osmanlılar şəhəri ələ keçirdikdə onun vəzifəsi 1638-ci ildə başa çatdı. == Tərcümeyi-hal == Bektaş xan Mirimanidze sülaləsinin üzvü idi, bu sülalənin üzvləri I Şah Abbasın hakimiyyətinin (1588-1629) gəlişi ilə Səfəvi sıralarında durmadan yüksəlmiş, lakin əvvəllər də nüfuzlu vəzifələr tutmuşdu. Bacısı oğlu Səfiquli xanın (Mirman Mirimanidze) ölümündən sonra onun yerinə Bağdad qubernatorluğuna Bektaş xan keçdi. Bektaş xan əvvəlki mühasirələrdə zədələnmiş istehkamları xeyli təmir etdi. O, həmçinin düşmənin divarlara yaxınlaşmaması üçün də geniş tikinti işləri aparmışdır. 1638-ci il tarixli Osmanlı mühasirəsi zamanı Bektaş xan sərt müqavimət göstərdi və şəhərin ələ keçirilməsinə qədər təxminən altı həftə çəkdi. Bektaş xan Bağdadın süqutundan bir il sonra vəfat etdi. == İstinadlar == == Mənbələr == Bengio, O.; Litvak, Meir. The Sunna and Shi'a in History: Division and Ecumenism in the Muslim Middle East.
Bektaş xan Türkman
Bektaş xan Türkman və ya Kaxetiyalı Bektaş xan (? - ö. 1615) — Səfəvi dövlətinin hərbi xadimi və Kaxetiyanı idarə etmək üçün təyin olunmuş ilk Qızılbaş. == Həyatı == Bektaş xannı atası nüfuzlu Qızılbaş əmirlərindən olan Məhəmməd xan Türkman, anası isə Kaxetiyanın hakimi olan II Aleksandrın qızıdır. II Aleksandr eyni zamanda Konstantinin atasıdır və Konstantin də Bektaşın bacısı ilə evlənmişdir. Beləliklə, Konstantin və Bektaş həm qayın-kürəkən olmaqla yanaşı, həm də dayı-bacı oğlu olmuşdurlar. Professor Hirotake Maedaya görə, bu cür evliliklər Şah I Abbasın siyasəti nəticəsində meydana gəlmişdir. Belə ki, şahın siyasətinin məqsədi gürcü və Qızılbaş elit ailələri arasında evliliklər meydana çıxarmaqla, qan qohumluğu yaratmaq idi. Ənənəvi olaraq Təbriz hakimliyi edən Türkman tayfası mənsubu olan Bektaş Şah I Abbasın əmri ilə Kaxetiyaya göndərildi. Onu bu təyinat zamanı Şahzadə Konstantın və Türkamn tayfasından olan döyüşçülər müşayiət edirdi.
Hacı Bektaş Vəli
Hacı Vəli Bektaşi (1209, Nişapur – 1271, Nevşəhər) — mütəssəvüf. == Fəaliyyəti == Bektaşiliyi yarıməfsanəvi türk sufisi xorasanlı Hacı Vəli Bektaşın adı ilə bağlayırlar. Monqollar Səlcuqilər dövləti və xilafətin qalıqlarını dağıdandan sonra o, Kiçik Asiyaya mühacirət edib. Hacı Bektaşın öz ruhani silsiləsini Əhməd Yəsəvidən götürdüyü və onun vasitəsilə imam Museyi-Kazıma çıxdığı deyilir. Hacı Bektaşın əsərləri qalmadığınıdan onun təlimi haqda bitkin bir fikir yürütmək çox çətindir. Ərəb dilində "Məqalət" adlı əsərin müəllifi olduğu deyilir. Amma bu kitabın orijinalı qalmayıb. Bir zamanlar Hacı Vəlinin digər gəzərgi dərvişlər kimi qələndəriyyə təmayüllü olduğu ehtimal olunur. Bu, sonralar Bektaşilik təriqətində bir çox izlər buraxıb. Qələndəriyyə hinduist və buddist ənənələrindən təsirlənib.
Hacı Bektaş Vəli kompleksi
Hacı Bektaş Vəli kompleksi — Nevşəhər ilinin Hacıbektaş ilçəsində yerləşən ələvi mədəniyyət abidəsi. 13-cü əsrdə sufilərin müqəddəsi Hacı Bektaş Vəlinin xanəgahı kimi qurulmuşdur. Onun vəfatından sonra burada onun məqbərəsi inşa edildi. Mustafa Kamal Atatürkün Avropa islahatları və 1925-ci ildə Bektaşi ordeninin Albaniyaya sürgün edilməsindən sonra kompleks bağlandı və 1964-cü ildə muzey olaraq açıldı. Kompleksin xanəgahı Türkiyənin ilk "Kral tipli" xanəgahı hesab olunur. İndiki dövrdə də yüz minlərlə ələvilər, Bektaşilər, hətta Türkiyə və Albaniya sünniləri kompleksi ziyarət edirlər. Hər il avqust ayında burada böyük festivallar keçirilir. 2012-ci ildə Hacı Bektaş Vəli kompleksi UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına əlavə olundu. 2019-cu ildə təxminən 600 min adam tərəfindən ziyarət edilən muzey, Türkiyənin ən çox ziyarət edilən səkkizinci muzeyidir.
Uğur Pəkdaş
Uğur Pəkdaş (türk. Uğur Pektaş; 16 aprel 1979, İstanbul) — Türkiyə aktyoru.
Hacı Bəktaş Vəli
Hacı Vəli Bektaşi (1209, Nişapur – 1271, Nevşəhər) — mütəssəvüf. == Fəaliyyəti == Bektaşiliyi yarıməfsanəvi türk sufisi xorasanlı Hacı Vəli Bektaşın adı ilə bağlayırlar. Monqollar Səlcuqilər dövləti və xilafətin qalıqlarını dağıdandan sonra o, Kiçik Asiyaya mühacirət edib. Hacı Bektaşın öz ruhani silsiləsini Əhməd Yəsəvidən götürdüyü və onun vasitəsilə imam Museyi-Kazıma çıxdığı deyilir. Hacı Bektaşın əsərləri qalmadığınıdan onun təlimi haqda bitkin bir fikir yürütmək çox çətindir. Ərəb dilində "Məqalət" adlı əsərin müəllifi olduğu deyilir. Amma bu kitabın orijinalı qalmayıb. Bir zamanlar Hacı Vəlinin digər gəzərgi dərvişlər kimi qələndəriyyə təmayüllü olduğu ehtimal olunur. Bu, sonralar Bektaşilik təriqətində bir çox izlər buraxıb. Qələndəriyyə hinduist və buddist ənənələrindən təsirlənib.
Hektar
Hektar — 1 hektar 10000 m²-a bərabərdir. 1795-ci ildə metrik sistem təqdim olunanda ar – 240 m² və hektar – 240 m və ya 1/140 km² qiymətləndirildi.
Nektar
Nektar – bitki nektarlığından ifraz edilən şəkərli şirə. Nektar şəkərli (saxaroza, qlükoza, fruktoza) sulu məhlulu olub, tərkibində az miqdarda spirtlər, azotlu və aromatik maddələr, mineral duzlar, turşular, fermentlər var. Bir çox bitkilər (canavargiləsi, gəvən, rododendron, qaraçöhrə və s.) zəhərli Nektar ifraz edir. Nektar arıların və b. həşəratların qidasına daxildir. Nektar bal arılarının bal yığımının əsas hissəsini təşkil edir. Çiçəklərin nektarı ilə qidalanan quşlar. Bitkinin tozlanmasında böyük rol oynayır. Nektarın tərkibi bitkidən bitkiyə fərqlənir. · alma — 46—53 % · gilas — 46—49 % · moruq — 35—64 % · motmotu — 35—42 % · qırmızı qarağat — 32—40 % · qarağat — 22—37 % Məsələn, at şabalıdının nektarı yalnız saxarozadan, rapsın nektarı isə yalnız qlükoza və fruktozadan ibarətdir.
Pentan
Pentanlar (q.yun. πέντε – beş) — Alkanlar sinfindən doymuş karbohidrogen. Bir molekulunda 5 karbon atomu var. 3 izomeri var: TM — Tədqiqat metodu MM — Motor metodu Pentan təbii qazın konsentratlarından, neftdən, karbon-oksid (CO) və hidrogenin (H2) sintezindən alınmış karbohidrogenlərdən alınır.
Tektam
Tektam (Teksaf, Teytam, Tektay; q.yun. Τέκταμος və ya Τέκσαφος, Τεύταμος, Τεκταῦος, Τεκταῖος) — qədim yunan mifologiyasında personaj. O, Dorun oğlu, Ellinanın nəvəsidir. Diodorun məlumatına görə, eolların və pelasqların başçısı olan Tektam Kritə keçərək adanın padşahı olur. Bu, Kritə köçən qəbilələrin üçüncüsüdür. Başqa bir versiyaya görə, Tektam dorilərin və axeylərin başçısı idi. O, Asterinin oğlu Krefeyin qızı ilə evlənmişdir. Yupiterin peyki Avropa üzərindəki Tektam xətti onun adını daşıyır.
Pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Pektin maddələri
Pektin maddələri - uron turşusunun törəmələri olmaqla, həyat üçün vacib hesab olunan bir çox biopolimerlərin tərkibinə daxildir. Pektin maddələri bitkilərdə və bəzi su yosunlarında, əsasən isə meyvə və tərəvəzin tərkibində vardır. Pektin maddələrinə protopektin, pektin, pektin turşuları aid edilir. Интернет-сайт Международной ассоциации производителей пектина (International Pectin Producers Association) (ing.) Дополнительная информация о свойствах, производстве и применении пектина. Производство и применение пектинов Arxivləşdirilib 2011-05-15 at the Wayback Machine — Интернет-страница о пектинах Лаборатории фундаментальных и прикладных исследований качества и технологий пищевых продуктов ФГБОУ ВПО «Московский государственный университет пищевых производств». | Радиационный мониторинг жителей и их продуктов питания в Чернобыльской зоне Беларуси | Чернобыльская катастрофа УДК 621.029.553.5 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Пектин на сайте «Калоризатор» E440 — Пектин на сайте «Про добавки» Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Hacı Bəktaş Vəli kompleksi
Hacı Bektaş Vəli kompleksi — Nevşəhər ilinin Hacıbektaş ilçəsində yerləşən ələvi mədəniyyət abidəsi. 13-cü əsrdə sufilərin müqəddəsi Hacı Bektaş Vəlinin xanəgahı kimi qurulmuşdur. Onun vəfatından sonra burada onun məqbərəsi inşa edildi. Mustafa Kamal Atatürkün Avropa islahatları və 1925-ci ildə Bektaşi ordeninin Albaniyaya sürgün edilməsindən sonra kompleks bağlandı və 1964-cü ildə muzey olaraq açıldı. Kompleksin xanəgahı Türkiyənin ilk "Kral tipli" xanəgahı hesab olunur. İndiki dövrdə də yüz minlərlə ələvilər, Bektaşilər, hətta Türkiyə və Albaniya sünniləri kompleksi ziyarət edirlər. Hər il avqust ayında burada böyük festivallar keçirilir. 2012-ci ildə Hacı Bektaş Vəli kompleksi UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına əlavə olundu. 2019-cu ildə təxminən 600 min adam tərəfindən ziyarət edilən muzey, Türkiyənin ən çox ziyarət edilən səkkizinci muzeyidir.
Ajda Pekkan
Ajda Pekkan (12 fevral 1946[…], İstanbul) — Türkiyəli pop müğənni və aktrisa. Türkiyədə, Türk pop musiqisinin "Superstar"ı olaraq tanınır. == Həyatı == Əsl adı Ayşe Ajda Pekkandır. Türk hərbi zabit və bir evdar qadın ailəsində anadan olmuşdur. Uşaqlığı Şakir dəniz bazasında keçib. Uşaqlığı Gölcük, Kocaelində keçmişdir. O, İstanbulda qızlar üçün elit Fransız Liseyini bitirib. Uşaqlıqdan müğənni olmaq arzusunda idi. Sənətinə 1965-ci ildə Türkiyədə başladı. 1970-ci illərdə Avropada tanınmağa başladı.
Rauf Denktaş
Rauf Denktaş (27 yanvar 1924, Pafos, Pafos rayonu[d] – 13 yanvar 2012[…], Şimali Nikosiya) — Şimali Kipr Türk Respublikasının qurucusu və 1-ci prezidenti. 1.5 yaşı olarkən anasını itirib. Atası Mehmet Raif bəydir. Nənə və babası tərəfindən böyüdülərək 1930-cu ildə təhsil üçün İstanbula göndərildi. Arnavutköydə yerləşən ibtidai sinifdən orta məktəbə qədər təhsil verən Fevzi Ati internat məktəbində oxumağa başlayır. Orta məktəbi bitirdikdən sonra Kiprə geri dönərək 1941-ci ildə Lefkoşa İngilis Məktəbinən məzun oldu. Məzun olduqdan sonra Fazıl Küçüyün ''"Halkın Sesi"'' qəzetində məqalələr yazmağa başladı. Daha sonra bir müddət Mağusada tərcüməçilik, məhkəmələrdə məmurluq və ingilis məktəbində müəllimlik etdi. 1944-cü ildə Lincolns İnn-də hüquq təhsili almaq üçün Birləşmiş Krallığa getdi. 1947-ci ildə adaya geri dönüb hüquqşünaslığa başladı.
Rövşanə Bektaşi
Rövşanə Ağasəfqızı - 6 may 1979-cu ildə anadan olmuşdur. Azərbaycan telejurnalisti, filologiya elmləri namizədidir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 2009-cu ildən ANS TV-də fəaliyyətə başlayıb. O, qadın problemlərinə yönəlik "İncə maraqlar" verilişini aparmışdır. 2009-cu il sentyabrın 19-da Rövşanə Ağasəf qızı bu layihə ilə ilk dəfə ANS-in efirində çıxış edib. O, 2013-cü ildə Təkamül və İnteqrasiya İctimai Birliyinin "Mətbuatın dostu" mükafatına layiq görülmüşdür. ANS TV-də Kamran Həsənli ilə birlikdə "Bazar Səhəri" verilişinin aparmışdır. Hazırda isə "Yoldaş Rövşanə" verlişinin aparıcısıdır. Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.
Sərdar Denktaş
Sərdar Denktaş (türk. Serdar Denktaş) — Şimali Kipr Türk Respublikasında siyasətçi və dövlət xadimi. Demokrat Partiyasının lideri, 1990-cı ildən etibarən ŞKTR Məclisinin üzvü, 2014-2016-cı illərdə Xarici İşlər Naziri, 2016-2019-cu illərdə Baş nazirin müavini və maliyyə naziri. Şimali Kipr Türk Respublikasın qurucusu və ilk Prezidenti Rauf Denktaşın oğludur. 2020-ci il Şimali Kipr Türk Cümhuriyyəti prezidenti seçkilərinə müstəqil namizəd olaraq qatılmışdır. Sərdar Denktaş 1959-cu ildə qismən tanınan Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın ailəsində anadan olub. İngiltərədəki "London Printing Collec"də tipoqrafiya kursunu bitirdikdən sonra Kardiff Universitetinə iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Lakin təhsilini tamamlaya bilməmiş və Kiprə dönmüşdür. Tezliklə Kipr Kredit Bankının baş direktoru vəzifəsinə təyin edilmişdir. 1990-cı ildə parlament seçkilərində Serdar Denktaş Lefkoşa mandatı üçün Milli Birlik Partiyasından seçki siyahısına girmişdir.
İlle Tuktaş
İlle Tuktaş (çuvaş Илле Тукташ; 29 iyul 1907 və ya 3 (16) avqust 1907 – 20 yanvar 1957, Çeboksarı) — XX əsrin görkəmli çuvaş şairi, nasiri, folklorçu, Çuvaş Yazıçılar Birliyinin sədri (1945-1946), Çuvaş Respublikasının dövlət himninin müəllifi İlya Semyoniviç Tuktaş 29 iyul 1907-ci ildə Çuvaş Respublikasının Alikovo rayonunun Böyük Tuktaş kəndində çuvaş türkü ailəsində anadan olmuşdur. İbtidai məktəbi Böyük Tuktaş kəndində, səkkiz illik məktəbi Krasnoçetayskda bitirmişdir. On beş yaşında ikən gəncllər hərəkatında fəal iştirak etmişdir. 1925-ci ildə Alikovoda komsomol komitəsinin katibi olur. 1926-1928-ci illərdə İlleTuktaş Çeboksarı partiya məktəbində oxumuşdur. Sonra “Gənc kəndli” (Çамрăк хресчен) qəzeti və “Hazır ol” (Хатĕр пул) jurnalının redaksiyasında işləmişdir. 1930-1932-ci illərdə Samara şəhərində çıxan "Kolxozçu" qəzetinin məsil katibi olmuşdur. İlya Semenoviç, M. İsayev, İ.V.Viktorov və V.Z. İvanov-Paymen ilə birlikdə, “Orta Volqa” (Вăтам Атӑл) antologiyasının nəşrinə böyük əmək sərf etmişdir. Daha sonra Çuvaş Kitab Nəşriyyatında, Çuvaşiya Elmi-Tədqiqat İnstitutunda çalışmışdır. 1942-1944-cü illərdə II Dünya savaşı cəbhələrində hərbi müxbir olmuşdur.
Ruhsar Pekcan
Ruhsar Pekcan (1958) — Türkiyəli bürokrat və Türkiyənin keçmiş Ticarət naziri. Ruhsar Pekcan 1958-ci ildə Manisanın Dəmirçi rayonunda anadan olub. İstanbul Texniki Universitetinin Elektrik fakültəsini bitirdikdən sonra magistratura təhsilini də burada tamamlayıb. Əmək fəaliyyətinə 1981-ci ildə Türkiyə Sənaye İnkişaf Bankında başlamış və özəl sektorda müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildə o, Karon Engineering-in qurucu ortaqlarından biri oldu. O, nazirliyə gələnə qədər bu şirkətin icraçı direktoru olub. Pekcan üç dövr DEİK-Türkiyə-Suriya İş şurasının sədri vəzifəsində çalışıb. O, həmçinin Xarici İqtisadi Əlaqələr şurasının Türkiyə-İordaniya İş şurasının sədri və Türkiyə-İraq və Türkiyə-Liviya İş şuralarının icraçı heyətinin üzvü kimi fəaliyyətini davam etdirib. O, 9 iyul 2018-ci ildə Ruhsar Pekcan ticarət naziri təyin edilib. Pekcan Zehra Zümrüd Səlcuqla qurulan yeni hökumətdə iki qadın nazirdən biri olub.
Rektal prolaps
Rektal prolaps — Düz bağırsağın anusdan xaricə çıxmasıdır. Rektal prolaps anal sfinkter əzələlərinin zəifləməsi ilə əlaqədar inkişaf edir. Düz bağırsağın sallanması cərrahi xəstəliklərin 0,2–0,9%-ni, ptoktoloji xəstəliklərin isə 3–5%-ni təşkil edir. Qadınlarda kişilərə nisbətən 6 dəfə çox rast gəlir (80%). Adətən 4 yaşa qədər uşaqlarda müşahidə olunur.
Rektal qanaxma
Rektal qanaxma — Anal kanaldan öz-özünə qan gəlməsi, defekasiya və ya gücənmə zamanı qan xaric olunması hadisəsidir. Yoğun bağırsağın anal kanala yaxın sol hissəsindən qanaxmalar açıq və parlaq qırmızı rəngli olur. Yoğun bağırsağın sağ yarısından qanaxma tünd rəngdə, mədə və onikibarmaq bağırsaqdan qanaxmalar isə qara rəngdə, qəhvə çöküntüsünə bənzər (melena) olur.
Semiramis Pekkan
Semiramis Pekkan (30 sentyabr 1948, İstanbul) — türk müğənni və kinoaktrisası. Semiramis Pekkan 30 sentyabr 1948-ci ildə İstanbulda dünyaya gəlib. Böyük bacısı məşhur sənətçi Ajda Pekkandır. Semiramis Pekkan kino karyerasına 1964-cü ildə rejissor Tunç Başaranın çəkdiyi "Kara Memed" filmi ilə başlayıb. 1968-ci ildə musiqi karyerasına başlayan sənətçi sonrakı illərdə iki dəfə Altın Plak Mükafatına layiq görülür. Lakin evləndikdən sonra kino və musiqi karyerasına son qoyur. 2022-ci ildə 54 illik uzun fasilədən sonra müğənni sənətə geri dönür və onun vizit kartı sayılan "Bana Yalan Söylediler" mahnısını yeni versiyada ifa edir. Bu günlər rəsmi youtube kanalında Semiramis Pekkan həm də həyatına dair maraqlı video paylaşımları edir.
Ektaz dövrü
Ektaz dövrü və ya Ektaz — (yun. ἔκτασις (éktasis) - "uzadılmaq" deməkdir) Mezoproterozoy erasında ikinci geoloji dövrdür və 1400 milyon il əvvəldən 1200 milyon il əvvələ qədər davam etmişdir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Geoloji olaraq bu dövr platforma örtüklərinin davamlı genişlənməsi ilə xarakterikdir. Cinsi çoxalmanın ilk dəlilləri bu dövrə aid edilir. Kanadanın Somerset adasında tapılmış 1.2 milyard illik ov formalaşmalası Ektaz dövrünün sonundan başlayır. Bu, ilk taksonomik olaraq həll edilmiş eukariot olan Bangiomorpha pubescens (qırmızı yosunların növü) çox hüceyrəli filamentlərinin mikrofosillərini ehtiva edir. Bu mürəkkəb bir çoxhüceyrəli orqanizm üçün vacib bir xüsusiyyət olan cinsi çoxalma nümayiş etdirən ilk orqanizm idi. Mürəkkəb çoxhüceyrəlilər orqanizmlərin koloniyaları şəklində yaşayan "sadə" çoxhüceyrəlilərdəndən fərqlənir. Həqiqi çoxhüceyrəli orqanizmlər müxtəlif funksiyalar üçün ixtisaslaşdırılmış hüceyrələrə sahibdirlər.
Neşet Ertaş
Nəşət Ərtaş (1938, Çicəkdağı[d], Kırşəhər ili – 25 sentyabr 2012) — Türk ozan. Abdal musiqiçi olaraq da tərif edilir. Bozkırın Tezenesi olaraq da bilinir. Kırşehir Abdallarındandır. Nəşət Ərtaş 1938-ci ildə Çiçəkdağında doğulub. 25 sentyabr 2012-ci ildə İzmirdə vəfat edib.
Bərtaş
Bərtaş (digər adı: Bürtaş) — sülalə Bərtaş Xəzər dənizinin şimalında və Volqa çayının şərqində yaşayan bir nəsil – sülalə olmuşdur. Ərəb coğrafiyaşünaslarının yazdığına görə, bu nəslin yaşadığı yer də Bərtas və ya Bürtaş adlanırmış. == Tarixi == Bir sıra tədqiqatçıların fikrincə, VIII-X əsrin I-ci rübündə B.Donets-Don çay arasındakı meşə-çöl zonasında, xəzərlər ilə Volqaboyu bulqarları arasında yaşamışlar. Saltovo-Mayats mədəniyyətinin meşə-çöl (alan-as) variantının arxeoloji abidələri onlarla əlaqələndirilir. Xəzər xaqanlığının tələbi ilə zəruri olduqda 10 min nəfərə qədər silahlanmış süvari çıxarırdılar. 965 ildə Kiyev knyazı Svyatoslavın Xəzər xaqanlığına yürüşü zamanı darmadağın edilmişlər. Bundan sonra şm. və şm.-ş.-ə, Volqaboyu bulqarları və mordvaların ərazisinə köçmüşlər. Digər mülahizəyə (A.X.Xalikov və b.) görə, B.eramızın I-ci minilliyinin sonlarında Sura və Mokşa çayları hövzəsində təşəkkül tapmışlar.' XII-əsrin əvvələrində rus salnamələrində B.(mordvalar və çeremislərlə yanaşı) Kiyev knyazlarından asılı xalq kimi qeyd olunurlar; 1380 ildə B. Kulikova vuruşmasında (1380) iştirak edən bəylərbəyi Mamayın qoşununun tərkibində idilər. XVI-XVII əsrlərin akt sənədlərində B. Mordva və Meşşera diyarlarında gəlmələr kimi qeyd edilirlər.
Pectis
Pectis (lat. Pectis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Pelotas
Pelotas — Braziliyanın cənub əyalətində yerləşən və Rio-Qrandı-du-Sul qraflığında yerləşən şəhər.Şəhərin ümumi əhalisi 346,452 nəfərdir. Şəhərin əsası 1812-ci il iyulun 7-də qoyulub. Rayonun iqlimi: subtropik. Köppen təsnifatına görə iqlim Cfa kimi təsnif edilir. 2005-ci ildə ümumi daxili məhsul 2644,670 min real təşkil etmişdir (Braziliya Coğrafiya və Statistika İnstitutunun məlumatları). 2005-ci ildə adambaşına düşən ümumi daxili məhsul 7721 real təşkil etmişdir (Braziliya Coğrafiya və Statistika İnstitutunun məlumatları). 2000-ci ilə kimi İnsan İnkişafı İndeksi 0,816-dır (BMT-nin İnkişaf Proqramının məlumatları).
Peltast
Peltast (q.yun. πελταστής) — Qədim dünyada yüngül silahlanmış piyada. Hoplitdən fərqli olaraq peltast ağır qalxan və qılıncla silahlanmırdı və falanqaya düzlənmirdi. Peltastların vəzifəsi düşmənin sırasını pozmaq və hoplitlərin hucumu üçün şərait yaratmaqdan ibarət idi, buna görə onlar yay-ox, sapan, atmaq üçün yüngül nizələrlə silahlanırdılar. Adətən döyüşü peltastlar başlayırdı, onlar düşmənin üzərinə ox, nizə, daş yağdırırdı. Bundan sonra sıraları pozulmuş düşmənə hoplitlər tərəfindən hucum edilirdi. История Древнего Мира. Расцвет древних обществ.
Pietas
Pietas — Qədim Romada əxlaqın əsaslarından biri. Bu, Roma dinində tanrılara, ölkəyə və qohumlara, xüsusən də valideynlərə hörmət və onlara sadiq bağlılığın personafikasiyası olmuşdur. Romada e.ə. 189-cu ildə tikilmiş və pietasa həsr olunmuş məbəd var idi. Pietas tez-tez sikkələrdə xurma budağı və əsa daşıyan qadın fiquru kimi və ya qurbangahın üzərinə buxur tökən matrona kimi təsvir olunurdu.
Pəstah
Pəstah - hər hansı bir üsulla emal olunan hissələrə deyilir. Emal üsulu burada heç bir rol oynamır. Pəstah dedikdə həm də tam hazır olmayan maşın hissələri nəzərdə tutulur. Onlar metaldan və qeyri metallardan hazırlana bilir. Hazırlanma üsulu nisbətən kobud olub ilkin həndəsi formanın və mexaniki xassələrin verilməsinə xidmət edir. Burada adətən təzyiq altında emal üsullarından istifadə edilir. Əliyev, R.R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s.
Seytas
Seytas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Seytas kəndi dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Ermənistanın Aqvan və Danzaver kəndlərindən qaçıb gəlmiş ailələr Seytas adlanan köhnə kənd yerində salmışdılar. Kəndin adı 1933-cü ildə Seytaş şəklində qeydə alınmışdır. Güman etmək olar ki, kənd dağların əha¬təsində yerləşdiyi üçün sey (orta, mərkəz) və taş (daş, qaya) komponentlərindən ibarət olub, “dağların ortası” mənasındadır.
Tekzas
Texas — ABŞ-nin cənubunda yerləşən ştat. ABŞ-də ərazi böyüklüyünə görə Alyaskadan sonra 2-ci yeri tutur (696 241 km2) əhalisinə görə isə Kaliforniyadan sonra 2-ci yerdədir. (26 956 958 nəfər) Texas Amerikanın kənd təsərrüfatı, maldarlıq, təhsil, neft-qaz və kimya sənayesi, maliyyə institutlarının mərkəzlərindən biridir. Ştatın paytaxtı — Ostindir. ABŞ ştatları arasında abbreviaturası — "TX"-dir. Avropadan olan İspanlar və digər köçkünlər məskunlaşmazdan əvvəl Texasın müasir ərazisi müxtəlif Hindu tayfalarının yaşayış yeri idi: Apaça, Atakapa, Bidai, Caddo, Komançi, Çeroki, Kayova, Tonkara, Viçita və Karankava. Apaçilər 1870-ci illərdə Texası tərk etd. Onlar ştatın xeyli ərazisini tutan son hindilər idilər. Hal-hazırda ABŞ hökuməti Texasın üç yerli tayfasını — Alabama və Kuşat tayfasını, Kikapu tayfasını və İslet Del Sur Pueblo Saliko qəbiləsini tanıyıb. 1519-cu ildə Texas sahili boyunca ilk dəfə Meksika Körfəzinin sahil xəttini xəritəyə çəkən İspan dənizçisi Alonso Alvarez de Pineda keçib.
Peqas
Peqas (bürc)
Kim Petras
Kim Petras (27 avqust 1992, Bonn, Şimali Reyn-Vestfaliya) — Los-Ancelesdə fəaliyyətə başlayan Alman müğənni, bəstəkar. 2021-ci ildə Amigo və Republic Records ilə müqavilə bağlamazdan əvvəl o, 2016–2020-ci illər arasında sahibi olduğu BunHead Records vasitəsilə müstəqil olaraq mahnılar buraxmışdır. Petras musiqi yazmağa yeniyetməlik yaşlarından başladı, 2011-ci ildə "One Piece of Tape" adlı debüt mini albomunu buraxdı. Müstəqil olaraq 2017-ci ildə "I Don't Want It at All" adlı beynəlxalq debüt sinqlini buraxdı, həmin mahnı Spotify-da bir neçə viral musiqi hit-paradlarında birinci yerə çıxdı. Mahnı Billboard-da hit olan "Feeling of Falling" (Cheat Codes ilə), "Heart to Break" və "1, 2, 3 Dayz Up" (Sophie ilə birlikdə) kimi sinqllarla davam etdi. Erkən uğurunun ardınca "Petras Era 1" kimi tanınan qeyri-rəsmi rəqəmsal sinqllar kolleksiyasını buraxdı. Petras 28 iyun 2019-cu ildə "Clarity" adlı debüt albomunu buraxdı. Rekorddan əvvəl doqquz həftəlik tanıtım kampaniyası keçirildi, bu müddət ərzində o, vizual lirik video ilə həftədə bir sinql buraxdı. "Clarity" musiqi tənqidçilərindən bəyənmə qazandı, Heatseekers Chart-da yeddinci, Müstəqil Albomlar cədvəlində isə 26-cı yerə çıxdı. Bunun ardınca Petras, 2019-cu ilin oktyabr ayında ikinci studiya albomu olan "Turn Off the Light"-ı buraxdı.
Penias Tentani
Penias Tentani (2 iyun 1996) — Zimbabveli peşəkar kişi BMX velosipedçisi. Penias Tentani Zimbabveni beynəlxalq yarışlarda təmsil edir. Penias Tentani 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 40.051 saniyəlik nəticəsi ilə 85-ci yeri tutdu.