Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pəyam
Yam və ya Pəyam (fars. پيام‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,389 nəfər yaşayır (336 ailə).
Pəyam Sadiqiyan
Pəyam Sadiqiyan (fars. پیام صادقیان‎, 29 fevral 1992) — İran futbolçusu, İran milli futbol komandasının oyunçusu. == Həyatı == Pəyam Sadiqiyan 1992-ci ildə İranın Təbriz şəhərində anadan olub.
Beyram
Bayram və ya Beyram — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,520 nəfər və 1,469 ailədən ibarət idi.
Meyham
Meyham-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Meyham-i Süfla (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Perqam
Pergamon — İzmir ilinə aid Pergama ilçəsinin mərkəzində qurulu antik şəhərin adıdır. UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına salınmışdır. Pergamon keçmişdə Misya bölgəsinin önəmli mərkəzlərindən biri idi. E.ə. 282–133 illər arasında Pergamon Krallığının paytaxtı olubdu. Pergamo adı bir söyləncə görə qəhrəman olan Pergamosdan gəlir. Pergamosun Teuthrania kralını öldürdükdən sonra şəhəri ələ keçirdiyi və öz adını verdiyi deyilir. Başqa bir mənbəyə görə də Teuthrania Kralı Grynos Savasta Pergamosdan yardım istəmiş, zəfərdən sonra iki şəhər tikdirərək birinə onun şərəfinə Pergamon, digərinə isə Gryneion adını vermişdir. Yazılı mənbələrdə Pergamondan ilk dəfə E.ə. 4-cü yüzilliyin əvvəllərində qeyd edilir.
Peyzaj
Peyzaj (fr. Paysage, pays - ölkə) ya da Mənzərə (fars. منظره‌‎)— təsviri incəsənətdə landşaftın, təbii mənzərənin rəsmi. Dənizin tabloda əks olunduğu mənzərələr isə "marina" adlanır, onu çəkənlər isə "marinist". == Azərbaycanlı peyzajistlər və əsərləri: == Səttar Bəhlulzadə (1909-1974) - "Suraxanının qədim odları" (1971), "Gülüstan" (1965), "Qızbənövşəyə gedən yol" (1953), "Göyçay" (1972), "Bilgəh" (1962), "Torpağın arzusu" (1963) və s., Bəhruz Kəngərli (1892-1922) - "Türbə" (1919), "Naxçıvan, Sınıq minarəli məscid" (1920), "Nuhun məzarı" (1921), "Naxçıvanda rus kilsəsi" (1920), "Atabəyin türbəsi" (1919) və s., Nəcəfqulu İsmayılov (1923-1990) və b.
Eyham
Eyham — kinayə məqsədilə işlənən ikibaşlı söz, incə işarə. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində İsgəndərin, Cəfər Cabbarlının "Sevil"ində Gülüşün dilində dəfələrlə belə eyhamlar işlənmişdir.
Pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Ajda Pekkan
Ajda Pekkan (12 fevral 1946[…], İstanbul) — Türkiyəli pop müğənni və aktrisa. Türkiyədə, Türk pop musiqisinin "Superstar"ı olaraq tanınır. == Həyatı == Əsl adı Ayşe Ajda Pekkandır. Türk hərbi zabit və bir evdar qadın ailəsində anadan olmuşdur. Uşaqlığı Şakir dəniz bazasında keçib. Uşaqlığı Gölcük, Kocaelində keçmişdir. O, İstanbulda qızlar üçün elit Fransız Liseyini bitirib. Uşaqlıqdan müğənni olmaq arzusunda idi. Sənətinə 1965-ci ildə Türkiyədə başladı. 1970-ci illərdə Avropada tanınmağa başladı.
Bədri Baykam
Bədri Baykam (türk. Bedri Baykam; 26 aprel 1957, Ankara)- türk rəssam. == Həyatı == 1957-ci ildə Ankara da CHP millətvəkili Dr. Suphi Baykam və Memar Mutahhar Baykamın ikinci uşağı olaraq dünyaya gəldi. İki yaşında rəsim çəkməyə başladı. Altı yaşında Ankara, Bern və Cenevrə də ilk əsərlərini sərgilədi. 1960-cı illərdə Avropa və Amerikanın bir çox mədəniyyət mərkəzlərində sərgilər açdı, sərgiləri böyük maraq gördü. İstanbul Fransız Məktəbində oxuyan Bədri Baykam 1975-ci ildə Parisə köçdü. Sorbonne Universitetində iqtisadiyyat təhsili alan Bədri Baykam, bu fakültədən masterdə aldı. Parisdə eyni vaxtda L'Actorat adlı özəl məktəbdə aktyorluq təhsilidə aldı.
Dimitris Pelkas
Dimitris Pelkas (26 oktyabr 1993) — Yunanıstanlı futbolçu. Fənərbaxça klubunun Yarımmüdafiəçisidir. == Futbol Kariyerası == === Paok === PAOK Saloniki-nin alt qruplarında futbolçuluq üçün təhsil almışdır. Pelkas, debutu 2 Avqustda Avropa Liqasında Apostolos Giannou ilə birlikdə gələn Bnei Yehuda-ya qarşı etdi. İlk peşəkar qolunu Bnei Yehuda ilə evdə 4-1 qazandıqda vurdu. Liqada 3 sentyabr 2012-ci ildə Atromitos ilə oyuna çıxdı. 22 Avqust 2013-cü il tarixində Pelkas, Futbol Liqasında oynayan PAOK FK-dan icarə əsasında Apollon Kalamarias ilə bir illik müqavilə imzaladı. 14 qol vuran və 10 məhsuldar ötürmə verən Pelkas klubun ən yaxşı futbolçularından biri idi. 7 iyul 2014-cü ildə Pelkas, Portuqaliyanın Primeira Ligasında oynayan PAOK FK-dan icarəyə götürərək Vitória ilə yeni bir illik müqavilə imzaladı. Vitória ona oyun zamanına zəmanət verdi və Pelkas bir çox oyunda fərq yaratdı.
Henri Pelham
Henri Pelham (ing. Henry Pelham, 26 sentyabr (6 oktyabr) 1694 – 6 mart 1754[…] və ya 1754, London) — Britaniyanın dövlət xadimi, viqilər partiyasının üzvü, Britaniyanın 3-cü baş naziri. == Bioqrafiya == Henri Pelham siyasətçi ailəsində anadan olub. 1717-ci ildə o, Siford şəhərindən parlamentə üzv qəbul olunur. 1724-cü ildən Robert Uolpolun hökumətinə daxil olur və istefasına qədər orada qalır. Partiyaların koalisiyası sayəsində Pelem 1743-cü ildə Böyük Britaniyanın baş naziri, Birinci və Kansler Xəzinadar lordu olur. Birinci il real hakimiyyət dövlət katibi Con Karteleta məxsus olsa da, hökumətin sonrakı vacib fəaliyyətində əsas rolu Pelem və onun böyük qardaşı Tomas Pelem-Holls oynayır. Pelemin hakimiyyəti dövründə Böyük Britaniya bir neçə kolonial müharibələrdə iştirak etmişdir. Ən əsas hadisələrdən biri 1752-ci ildə təqvimin dəyişilməsi oldu. Belə ki, Böyük Britaniya qriqorian təqvimi qəbul etdi.
II Heysam
Heysəm ibn Məhəmməd (IX əsr, Şamaxı – X əsr) — Şirvanşahlar dövlətinin üçüncü hökmdarı, Şirvanşah Məhəmməd ibn Heysəmin oğlu, Əli ibn Heysəmin atasıdır.Üçüncü Şirvanşah Heysəm ibn Məhəmməd ibn Heysəm "atası kimi, Cənubi Dağıstanda "kafir" qonşuları ilə vuruşmuşdur. O, bir neçə kəndi Dərbənd qazilərinə vəqf vermişdi; bütün məhsulu daşıyıb yığmaq və əl-Babın korluq çəkən sərhəd vilayətlərinin sakinləri və qazilər arasında paylamaq üçün paytaxtında anbarlar tikdirmişdi.
Perqam kitabxanası
Perqam kitabxanası — Türkiyənin Perqam antik şəhərində yerləşən qədim dünyanın ən vacib kitabxanalarından biri. == Perqam şəhəri == Ellinizm dövründən bir müddət əvvəl qurulmuş Perqamum və ya Perqam Anadoluda yerləşən əhəmiyyətli bir qədim yunan şəhəri idi. Bu şəhər artıq müasir Türkiyənin Berqama ilçəsinin ərazisində yerləşir. Attalidlər sülaləsinin idarə etdiyi şəhər Perqam hökmdarı II Eumenesin dövründə inzibati mərkəz olaraq məşhurlaşdı və Makedoniya ilə əlaqələrini kəsərək Roma Respublikası ilə ittifaq qurdu. II Eumenesin (197-160) hakimiyyəti dövründə Perqam 200 min nəfərdən çox əhalisi olan varlı, inkişaf edən bir şəhər idi. Mədəni olaraq yalnız İsgəndəriyyə və Antioxiya şəhərləri ilə rəqabət aparırdı. Bu zaman heykəltəraşlıq və memarlığın bir çox vacib əsərləri, o cümlədən Böyük Perqam qurbangahı istehsal edildi. II Eumenesin oğlu III Attalusun vəfatından sonra 133-cü ildə Perqam Roma Respublikasına verildi. Konstantinopolun süqutundan sonra Perqam Osmanlı imperiyasının bir hissəsi oldu. Perqam Əhdi-Cədiddə də vacib bir şəhər idi və Müqəddəs Yəhya tərəfindən Vəhy Kitabında Vəhy Yeddi Kilsəsindən biri olaraq açıq şəkildə xatırlandı.
Perqam muzeyi
Perqam muzeyi (alm. Pergamonmuseum‎) — Berlindəki Muzeylər adasındakı beş muzeydən biri. Muzey Alfred Messel tərəfindən tərtib edilmiş və Lüdviq Hoffmanın rəhbərliyi altındakı inşaat 1910-cu ildə başlamış, 20 il sonra, 1930-cu ildə tamamlanmışdı. Perqam altarı, Miletin bazar qapısı, İştar darvazası və bu tikililərə aid əsərlər, həqiqi yerlərindən toplanaraq, Perqam muzeyində yenidən birləşdirilmiş, muzeyin adını bütün dünyada məşhurlaşdırmışdı. Sərgilənən digər əsərlər bunlardır; Afina Perqam məbədinin girişi, Perqamdan Afina heykəli, Hələb otağıdır. Bundan əlavə, türk çinilərindən nümunələrdə (İznik saxsısı) vardır. Xüsusilə Berqama və Miletdən alınan əsərlər ilə yaradılan kolleksiyanın Almaniyaya qanuni olaraq gətirilib-gətirilməməsi ilə bağlı müzakirələr aparılır. Türkiyə hökuməti, bu əsərlərin çoxunun Türkiyədə yarandığı üçün, kolleksiyanın qaytarılması mövzusunda Almaniya hökumətinə müraciət etmişdir. Muzeyi ildə təxminən 850,000 nəfər ziyarət edir. 2007-ci ildə 1.135,000 insan tərəfindən ziyarət edildi və Almaniyanın ən çox ziyarət edilən sənət muzeyi oldu.
Peyami Safa
Peyami Safa (2 aprel 1899, Fateh – 15 iyun 1961, İstanbul) — əsasən romanları ilə məşhur olan türk yazıçısı. "Sərvər Bədi" təxəllüsü ilə də çıxış etmiş yazıçı jurnalistika sahəsindəki işləri və cəmiyyət həyatına dair fikirləri ilə də tanınır. == Həyatı == Şair İsmayıl Safanın oğlu kimi anadan olub. Atasının Sivasda sürgündə ölməyinin ardınca, 1901-ci ildə — 2 yaşında yetim qalmış və "Yetimi-Safa" adı ilə xatırlanmışdır. 8 yaşından 17 yaşınacan ağır sümük xəstəliyi keçirmişdir. Həkimlər onun qıçını kəsmək istəmiş, amma Peyami buna icazə verməmişdir. Yazıçının "Doqquzuncu cərrahiyyə palatası" romanını həmin günlərindən bəhs edir. Xəstəlik və müharibə səbəbilə təhsilini davam etdirə bilməmiş və anasına baxmaq üçün Vəfa idadiyyəsindəki təhsilini yarımçıq buraxmışdır. Keteon mətbəəsində işləməyə başlamışdır. Daha sonra Rəhbəri-İttihad məktəbində müəllimlik etmişdir.
Peykər Sultan
Peykər Sultan (tam titulu: Banui Dövran, Nəvvab'i-Naibəyi-Səfəviyyə Peykər Sultan Səfəvi) (1537-1598)— Səfəvi Sultanı, Şahbanu, Seyid Baqi Yəzdinin və Xanış Sultan Səfəvinin qızı. == Həyatı == Peykər Sultan 1537-ci ildə İsfahanda dünyaya gəlmişdir.Atası məşhur xanlardan Seyyid Nurəddin Neymətullah Baqi Yəzdi, anası isə Şah I İsmayılın qızı Xanış Sultan idi. Uşaq yaşlarından gözəlliyi ilə seçilmiş Peykər Sultan ara-sıra ailəsi ilə birgə paytaxt Qəzvinə gedər, bu səfalı diyardan gəlmək istəməz, bu gözəl yerlərdə ara sıra 'Pəri Peykər' ləqəbi ilə şeirlər yazarmış. Lakin dayısı qızı olan Pərixan Sultan ilə heç yola getməz, hər zaman mübadisə edərmişlər.Həddi-bülüğa çatmış Peykər Sultan anasının təkidi ilə dayısı oğlu Şah I Təhmasibin 2-ci oğlu II İsmayıl ilə 1555-ci ildə ailə həyatı qurur. Beləlilkə, Xanış Sultan ilə İsmayıl Mirzənin anası Şahbanu Məvzili Sultan ilə ittifaq yaranır. Xanış Sultan bütün bunları Məhinbanu Sultanın olan nüfuzunu sarsıtmaq və yerinə keçmək üçün edirdi. Çünki onlar, əsasında, ögey idilər və Pərixan Sultan onun yanında yetişirdi. Lakin bu səadət çox sürmür. Əvvəlcə 1564-ci ildə anası Xanış Sultan vəfat edir. İsmayıl Mirzə atasının əmri ilə Qəhqəhə qalasına zindana salınır.
Peyman Keşavarz
Peyman Keşavarzi Nəzərloo (fars. پیمان کشاورزی نظرلو‎ , 6 mart 1995-ci il təvəllüdlü) İranlı bir futbolçudur.İran pro-liqası traktor komandasının müdafiəçisi kimi çıxış edir. == Karyera == İran komandası Traktor Sazi akademiyasında başladı. 2014-cü ildə əsas komandaya yüksəldi və 1 oyun keçirdi. 5 ili Traktör, Maşın Sazi, Esteghlal Ahvaz və Göstəriş Polad ilə birlikdə İranda oynadı. 2019-cu ildə Azərbaycanın Sumqayıt komandasına qoşuldu.Peyman Keşavarz da 2020-ci ildə Səbail komandasına qoşuldu və bir il orada oynadıqdan sonra ilk komandası Traktora qayıtdı.
Peyman Keşavarzi
Peyman Keşavarzi Nəzərloo (fars. پیمان کشاورزی نظرلو‎ , 6 mart 1995-ci il təvəllüdlü) İranlı bir futbolçudur.İran pro-liqası traktor komandasının müdafiəçisi kimi çıxış edir. == Karyera == İran komandası Traktor Sazi akademiyasında başladı. 2014-cü ildə əsas komandaya yüksəldi və 1 oyun keçirdi. 5 ili Traktör, Maşın Sazi, Esteghlal Ahvaz və Göstəriş Polad ilə birlikdə İranda oynadı. 2019-cu ildə Azərbaycanın Sumqayıt komandasına qoşuldu.Peyman Keşavarz da 2020-ci ildə Səbail komandasına qoşuldu və bir il orada oynadıqdan sonra ilk komandası Traktora qayıtdı.
Peyğan (Kəleybər)
Peyğan (fars. پيغان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 785 nəfər yaşayır (178 ailə).
Pyerre Peynau
Pyerre Peynau (9 fevral 1890 — 12 iyun 1962) — Fransalı keçmiş peşəkar velosiped yarışçısı. Pyerre Peynau Fransanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Pyerre Peynau birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. 14:49:59.4 saniyəlik nəticəsi ilə 92-ci yeri tutdu.
Sema Peyman
Sema Peyman (3 fevral 1960, İstanbul) — Türkiyə qadın rəssamı. == Həyat və karyera == Sənətçi 3 fevral 1960-cı ildə İstanbulda çox köhnə Qara dəniz ailəsinin qızı olaraq anadan olub. Peyman toxuculuq sənayesində çalışaraq, uşaqlıqdan rəssamlıqla maraq və istedadını üstələyərək, bəzi rəssamlardan aldığı xüsusi hazırlıqdan sonra, 1993-cü ildən impressionist üslubunda işləməklə peşəkar mənada rəssamlıq sənətinə keçmişdi.Sonrakı illərdə o, öz bədii karyerasını davam etdirərək, yeni əsərlər hazırlamaqda davam edən, realist üsluba keçərək Kuşadasına, İzmirə, Kappadokiyaya və İstanbula gedən rəssamların sərgilərini təşkil etdi. At, pişik, it temalı ev heyvanlarının fotoşəkilləri, sənətkarın əsərlərində tərtib etdiyi, bəzən insanların şəkillərinə diqqət çəkir.O, iş adamı və turist Rasi Peymanla evlidir və uşaqları yoxdur.
Seykan tuneli
Seykan tuneli — Yaponiyanın Honşu və Hokkaydo adalarını birləşdirən dünyanın ən uzun dəmir yolu tuneli. Uzunluğu 53,85 km olan tunelin 23,3 kilometrlik hissəsi dənizin altından keçir. Tunel ən dərin yerində dəniz səviyyəsindən 240 metr aşağıda, dəniz yatağından isə 100 metr dərinlikdə yerləşir.Hazırda dünyanın ən böyük və ən dərin dəmir yol keçidi olan Seykan liderliyi İsveçrənin Qotard baza tunelinin 2016-2017-ci illərə nəzərdə tutulan açılışına qədər qoruya biləcək. Tunelin tikintisinə 1955-ci ildə 5 sərnişin bərəsinin tufanlı havada batması və 1430 sərnişinin həlak olmasından sonra qərar verilib. 9 il davam edən layihələndirmə işlərindən sonra, tunelin tikintisi 1964-cü ildə başlayaraq 1988-ci ildə başa çatmış və o dövrün qiymətləri ilə 538,4 milyard yenə (3,6 milyard ABŞ dolları) başa gəlmişdir. Tunelin açılışı 13 mart 1988-ci ildə baş tutmuş və həmin il tunel 3,1 milyon sərnişinə xidmət etsə də, 1999-cu ildə sərnişinlərin sayı 1,7 milyon olmuşdur. == İstinadlar == == Xarici keçidlər == The Seikan Tunnel — Aomori Prefekturasının Rəhbərliyi.
Peyk
Peyk — kosmosda başqa bir obyekt ətrafında müəyyən trayektoriya ilə fırlanan obyektdir. Süni və təbii peyklər mövcuddur. Beynəlxalq Astronomiya İttifaqının 24 avqust 2006-cı ildəki qərarına əsasən mərkəzi cisim (planet, asteroid) ətrafında fırlanan, trayektoriyasının mərkəzi bu cismin daxilində yerləşən obyektlərə peyk demək olar. Əgər fırlanan obyektin mərkəzi kənarda yerləşərsə onda həmin obyekt peyk adlanmır və onlar iki və ya daha artıq planetdən ibarət olan sistemin tərkib hissəsi kimi qəbul edilir. Dünyanın peyki Aydır Ümumiyyətlə, "peyk" sözü kosmosa atılan və kosmosda Dünya ya da başqa bir cisim ətrafında hərəkət edən bir maşını ifadə edir. 1957-ci ildə Sovetlər Birliyi, Dünyaya orbitdəki ilk insan istehsalı peyk olan Sputnik 1-i başlatdı. Bu qeyri-adi müvəffəqiyyət, astronavtları Aya aparıb kosmos araşdırmalarına hakim olan ilk ölkə olması üçün Amerika və Rusiya arasındakı yarışa başlamışdı. Sputnik, dünya səviyyəsində radio operatorları tərəfindən duyulabilən davamlı bir beep siqnalı Verdi. Dünya və ay təbii peyklərə nümunədir. Minlərlə süni və ya insan istehsalı peyk, Dünyanın ətrafında dönür.
Adi pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Penka təpəsi
Penka təpəsi — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 217 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır.Təpə ətli yarpağı olan və İspaniyada yetişən penkanın adını daşıyır. == Yerləşməsi == Penka təpəsi 62°36′04″ c. e. 61°07′23″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Start təpəsindən 2.77 km cənub-şərqdə, Dulo təpəsindən 2.28 km cənub-şərqdə, Battenberq təpəsindən 1.93 km cənub-şərqdə, Varadero təpəsindən 2.15 km şimal-qərbdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al.
Pəyhan
Pəyhan (erm. Փայահան; P’ayahan, Payagan, Bakavank) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 31 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, dəniz səviyyəsindən 1850 m yüksəklikdə yerləşir. Adı sonradan dəyişdirilərək Nor Astghaberd (erm. Նոր Աստղաբերդ) edilib. == Tarixi == XVI yüzilliyin 90-cı illərində tərtib olunmuş «Urud və İsgəndər qalası livasının sicil dəftəri»ndə kəndin adı «Pakhan» kimi qeyd olunur. 1918-ci ildə kənd əhalisi erməni silahlı birləşmələri tərəfindən deportasiyaya məruz qalaraq, dekabr ayında qarlı Zəngəzur dağlarını aşaraq Naxçıvana qaçmışlar. 1919-cu ildə kəndlərinə qayıdan pəyhanlılar yenidən qaçqınlıqla üzləşərək bu dəfə Zəngilan rayonuna pənah aparmışlar. 1922-ci ildə Azərbaycan və Ermənistanda Sovet hökumətinin qurulmasından sonra Pəyhan camaatından yalnız 70 nəfəri öz dədə-baba yurdlarına qayıtmışdır. Pəyhan kolxozu 1931-ci ildə yarandılmış, 1937-ci ildə Keypəşin kolxozu, 1952-ci ildə isə Acıbac kolxozu Pəyhan kolxozuna birləşdirilmişdir.
Bəyram (Soyuqbulaq)
Bəyram (fars. بيرم‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 292 nəfər yaşayır (41 ailə).
Pərham Maqsudlu
Pərham Maqsudlu — İranlı qrosmeyster şahmatçı. 2017-ci ildə İran Şahmat Çempionu və 2018-ci ildə Dünya Gənclər Şahmat Çempionu oldu.