Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Polkovniku nikto ne pişet
"Polkovniku nikto ne pişet" (rus. Полковнику никто не пишет, azərb. Polkovnikə məktub yoxdur‎). Həmçinin — "Polkovnik" (rus. Полковник) — Belarus və Rusiya rok qrupu olan "Bi-2"nin mahnısı. Rusiya-ABŞ birgə istehsalı olan "Qardaş 2" filminin saundtrekinə, həmçinin qrupun ikinci studiya albomuna daxil edilmişdir. Bu mahnı qrupa geniş populyarlıq qazandırıb. == Tarixi == === Mətn və musiqi === Mahnının mətni Qabriel Qarsiya Markesin "Yüz ilin tənhalığı" və "Polkovnikə məktub yoxdur" əsərlərinin motivləri əsasında yazılıb. Yeqor Bortnikin (Lyova Bi-2) dediyinə görə, mahnının adının Markesin romanından götürülməsinə səbəb, onunla Aleksandr Umanın (Şura Bi-2) uşaqlıqda yazıçının əsərlərini sevərək oxumaları olub. O, həmçinin bildirib ki, qismən istisna olmaqla, mahnının romanla birbaşa əlaqəsi yoxdur: onların mahnısı yalnız kitabdakı əhvali-ruhiyyəni saxlayır.