Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Peşrov
Peşrov (Pişro) — Şirvan aşıq mühitinə məxsus hava növü və onun oxunuş tərzi. Şirvan aşıq məclislərində birinci ustadnamə “Peşrov” havası ilə ifa olunur, ikinci ustadnamə oxunmur, yalnız söylənilir, üçüncü ustadnamədə isə hər hansı bir “Şikəstə” havasından istifadə edilir. “Peşrov” sırf dastan yaradıcılığı ilə bağlı meydana gəlmiş janrdır. “Peşrov”un müstəqil hava şəklində ifa olunmasına baxmayaraq, onun əsas funksiyası məclisin açılışı ilə bağlıdır. Səciyyəvidir ki, klassik türk musiqi növü olan “fasıl”ın da instrumental müqəddiməsi “Pişro” adlanır. Şirvan aşıq mühitində “Peşrov”un bir janr kimi təkmilləşməsində Aşıq Mirzə Bilalın və zurnaçalan Əli Kərimovun əvəzsiz xidmətləri olmuşdur. Peşrov havalar silsiləsinə “Şirvan peşrovu”, “Çobanyaylağı peşrov”, “Eyvazı”, “Şur peşrov”, “Kərəm peşrov”, “Koroğlu peşrov”, “Qafiyə peşrov”, “İbrahimi”, “Əlicadi peşrov”, “Hicazi peşrov”, “Qobustan peşrov”, "Bilal peşrov” daxildir.
Pirrol
Pirrol (C4H5N) – beşüzvlü bir azot atomundan ibarət heterotsiklik aromatik birləşmədir. == Ümumi məlumat == Zəif turşu xassəsinə malikdir.Sümük yağında (heyvan mənşəli sürtkü yağı), eləcə də daşkömür qatranında olur . Pirrol həlqələri hemoqlabin tərkibində də vardır. == Alınması == Qarışıq pirrollar Paal-Knorr reaksiyasına əsasən alınır. Yəni 1,4 diketonların amonyakla və ya aminlərlə reaksiyası nəticəsində alınır.Laboratoriyada ammonium duzlarının turş (qalaktozanın oksidləşməsindən asanlıqla alınır) mühitdə pirolizindən alınır: == Xassələri == Rəngsiz, xloform iyli, havada tündləşən , yüngül hidroskopik , suda qismən, lakin üzvi həlledicilərdə yaxşı həll olan maddədir. Qələvi metallar və onların amid duzları ilə maye ammonim mühitində reaksiyaya daxil olur. Qrinyar reaktivləri ilə analoji reaksiyalar baş verir. Nəticədə N-maqnezium duzları əmələ gəlir. RX+Mg → RMgXPirrol zəif turş –NH- (pKa17,5 suda) xassəyə malikdir. Hidratlaşma nəticəsində pirolidin əmələ gəlir.
Pirron
Pirron (yun. Πύρρων, təq. e. ə. 360-cı illər – təq. e. ə. 270-ci illər) — qədim yunan filosofu, skeptisizmin yaradıcısı. Peloponnesus yarımadasının Elida şəhərindən idi. == Şübhəçilik fəlsəfəsi == Diogenes Laertius Pirronun dünyagörüşü haqqında xəbər vermişdir.
Kirov (Kirov)
Kirov — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Girov
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Kirov
Kirov (Kirov) — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir.
Pirop
Pirop — mineral, piralspit seriyasından qranat Mg3Al2[SiO4]3. == Haqqında == Pirop - saf pirop təbiətdə rast gəlmir. Pirop adətən 40 mol. %-ə qədər almandin komponenti, 10-20 mol. %-dək qrossulyar komponentinin qarışığı olur. Spessartin komponentinin miq­­darı 2 mol. %-dən çox olmur. Rəngi çəhrayı-qırmızı, bənövşəyidən qarayadək; n=1,705-1,760. X.ç. 3,58-3,75, a=11,543-11,580 A°.
Piroq
Piroq Türk mətbəxiın ənənəvi ləzzətlərindəndir. Osmanlı dövründə məşhur olan piroq balkan ölkələrində də məşhurdur. Piroq təməl maddəsi kövrəkdir. İstəyə görə kövrəknın içinə pendir, qıyma, ispanaq ya da daha dəyişik tərəvəzlər qoyularaq hazırlanar. Türkiyə:Börek Yunanıstan: Burékki (μπουρέκι) ya da Píta (πίτα) Albaniya: Byrek ya da Boureg Bolqarıstan: Banisa (Çuşka Byurek. Ayrıca ağ pendirlə doldurulmuş bibər [Çuşka].) Bosniya və Herseqovina: içində nə tapıldığına əlaqəli olaraq adı fərqlidir:Burek- ət, kartof və soğan.Bundavera- balqabaqlı,Zeljanica- ispanaqlı,Krompiruša- kartoflu Sirnica- pendirli.
Aleksandr Petrov
Aleksandr Petrov (Sovet İttifaqı Qəhrəmanı) — Sovet İttifaqı Qəhrəmanı (26 oktyabr 1944). Aleksandr Petrov (basketbolçu) — sovet basketbolçusu, Olimpiya oyunlarının ikiqat mükafatçısı.
Andrey Petrov
Andrey Petrov (bəstəkar) — məşhur sovet-rus kino bəstəkarı. Andrey Petrov (atlet) — Özbəkistanlı marafonçu.
Dmitri Petrov
Dmitri Yuryeviç Petrov (Дмитрий Юрьевич Петров; d. 16 iyul 1958) – tərcüməçi, pedaqoq.
Kirilo Petrov
Krilo Petrov (22 iyun 1990, Kiyev) — Neftçi PFK-da çıxış dən ukraynalı futbolçu
Oleq Peşkov
Oleq Anatoliyeviç Peşkov (3 avqust 1970, Kosixa[d], Altay diyarı – 24 noyabr 2015, Əl-Laziqiyyə mühafəzəsi) — Suriya üzərində vurulan Su-24 təyyarəsinin komandiri, podpolkovnik. Rusiya Federasiyası qəhrəmanı. == Həyatı == 3 avqust 1970-ci ildə doğulub. 24 noyabr 2015-ci ildə vəfat edib. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib.
Pieros Sotiriu
Pieros Sotiriu (yun. Πιέρος Σωτηρίου; 13 yanvar 1993[…], Nikosiya) — Kipr futbolçusu, Bolqarıstan Birinci Peşəkar Futbol Liqasında çıxış edən "Ludoqorets"in hücumçusu. == Klub karyerası == Pietros Sotiriu Nikosiya təmsilçisi "Olimpiakos" klubunun yetirməsidir. O, 19 mart 2011-ci ildə Kipr Birinci divizionunda "Doksa" ilə matçda debüt etmişdir. Sotiriu "Olimpiakos" heyətində ilk qolunu 18 sentyabrda "APOEL"ə qarşı oyunda vurmuşdur. O, 2013-cü ilin yayında "APOEL"ə transfer olmuşdur. Sotiriu 29 avqustda Avropa Liqasının təsnifat mərhələsində Belçikanın "Zülte Varegem" komandası ilə oyunda debüt etmişdir. Həmin mövsüm o, Kiprdə çempion olmuş və Kipr kubokunu qazanmışdır. Sotiriu 2014-cü ildə "Ayiya Napa" ilə matçda "APOEL" heyətində ilk qolunu vurmuşdur. O, klubu ilə daha üç dəfə çempion olmuşdur.
Pyotr Şirşov
Pyotr Şirşov (25 dekabr 1905, Dnepr və ya Rusiya imperiyası – 17 fevral 1953, Moskva, rus. Пётр Петрович Ширшов) — Sovet dövlət xadimi, hidrobioloq və qütb tədqiqatçısı, professor, coğrafiya elmləri doktoru (1938), SSRİ Elmlər Akademiyasının akademiki (1939). Sovet İttifaqı Qəhrəmanı (1938). Xalq Komissarı, sonra SSRİ Hərbi Dəniz Qüvvələri naziri (1942–1948). İndi onun adını daşıyan SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun ilk direktoru. == Həyatı == Pyotr Petroviç Şirşov 1905-ci il dekabrın 25-də Yekaterinoslav (Dnepropetrovsk) şəhərində anadan olub. Atası Pyotr Petroviç Şirşov dəmir yolu mətbəəsində çapçı işləyirdi. Ana — İrina Yakovlevna Useviç — ev təsərrüfatını idarə edirdi, bəzən tikişlə pul qazanırdı. 1908-ci ildə kiçik qardaşı Dmitri anadan oldu. İbtidai təhsilini Dnepropetrovsk məktəbində almışdır.
Qriqori Petrov
Qriqori Petrov (hərbçi)
Stanislav Petrov
Stanislav Petrov (rus. Станислав Евграфович Петров) (7 sentyabr 1939, Vladivostok, RSFSR, SSRİ – 19 may 2017, Fryazino, Moskva vilayəti)-Rus Strateji Roket Qüvvələrinin sabiq polkovnik-leytinantı. 26 sentyabr 1983-cü ildə radarlarda ABŞ-nin SSRİ-yə qarşı kütləvi raket hücumuna başladığını görür. Əvvəlki təcrübələrinə əsaslanaraq bunun komputerlərin səhvi ola biləcəyini düşünür və rus ordusunun proseduralarına məhəl qoymayaraq gözləməyə qərar verir. Onun bu qərarı hərbçi karyerasını bitirsə də, SSRİ tərəfindən ABŞ-yə ediləcək nüvə hücumunun qarşısını almaqla nüvə müharibəsinin baş verməsini önləyir. == Həyatı == Tam adı ilə Stanislav Evgrafovich Petrov 7 sentyabr 1939-cu il tarixində Vladivostok şəhəri yaxınlığında anadan olmuşdur. Atası Yevqraf II Dünya müharibəsi zamanı Hava qüvvələrində xidmət etmişdir. Anası isə tibb bacısı olmuşdur. Sovet hava qüvvələri nəzdində Kiyev Yüksək Texnologiyalar kollecinə daxil olan Petrov 1972-ci ildə buranı bitirmiş və Sovet Havadan Müdafiə Qüvvələrinə qəbul edilmişdir. 1970-ci illərin əvvəllərində o NATO ölkələrinin ballistik raket hücumlarını aşkar etmək üçün nəzərdə tutulan erkən xəbərdarlıq sisteminə nəzarətçi vəzifəsinə təyin olunur.
Svetoslav Petrov
Svetoslav Petrov (bolq. Светослав Петров; 12 fevral 1978, Dobriç[d]) — keçmiş bolqar futbolçu, yarımmüdafiəçi mövqeyində çıxış edib. Hazırda Bolqarıstanın "Dobruca" klubunun baş məşqçisidir. == Həyatı == === Klub karyerası === Petrov doğulduğu Dobriç şəhərini təmsil edən "Dobruca" klubunun yetirməsidir. Peşəkar karyerasını da 1996-cı ildə məhz burada başlayıb. 1999-cu ilə qədər "Dobruca" klubunda çıxış edib. Bu müddət ərzində komandanın heyərində 59 oyun keçirib. 2000-ci ildə "MOİK Sofiya" komandasına keçib. İlk mövsümündə komandanın heyətində 13 oyun keçirib, 2 qol vurub. "MOİK" mövsümü ikinci yerdə bitirb.
Vsevolod Petrov
Vsevolod Alekseyeviç Petrov (21 fevral 1896 – 1955) — sovet paleobotaniki, sovet spor-tozcuq metodunun yaradıcılarından biri, biologiya elmləri namizədi, Leninqradın Petroqrad rayon sovetinin deputatı (1928–1931-ci illərdə). "Dağlıq Qarabağın etnobotanikası" monoqrafiyasının müəllifi.Petrov Azərbaycanda beş ekspedisiya keçirdi. 1934-cü ildə Araz sahilində, Karyagino (indiki Füzuli) yaxınlığında qədim Roma XII Fulminata legionu qeyd edən latın daş yazısı aşkar etmiş, lakin yazının məlum olduğuna inanaraq ona heç bir əhəmiyyət verməmişdir. 1939-cu ildə monoqrafiyanı tamamlamaq üçün bir il SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Botanika İnstitutunun ştatlı əməkdaşı olmuş, burada eyni vaxtda yerli arxeoloji ərazilərdən olan bitki qalıqlarının təhlili ilə məşğul olmuşdur. 1940-cı ildə onun “Dağlıq Qarabağın etnobotanikası” adlı monoqrafiyası nəşr olunub. Orada botanika və təsərrüfat istifadəsi baxımından Dağlıq Qarabağ bitkilərinin 100 növü təsvir verilmiş, həmçinin onlarla bağlı müxtəlif kult və inanclar barədə etnoqrafik məlumat var.
Yevgeni Petrov
Yevgeni Petroviç Katayev (Petrov) (30 noyabr (13 dekabr) 1902, 30 noyabr (13 dekabr) 1903 və ya 30 noyabr 1903, Odessa, Rusiya imperiyası – 2 iyul 1942[…] və ya 2 aprel 1942, Rostov vilayəti) — Sovet yazıçısı. == Həyatı == 13 dekabr 1903-cü ildə Odessada doğulub. 1920-ci ildə gimnaziyanı bitirdikdən sonra Moskvaya köçən (1923) Yevgeni Petrov jurnalistika ilə məşğul olmağa başlayır. 1925-ci ildə "Qudok" qəzetinin redaksiyasında İlya İlflə tanış olduqdan sonra birgə əməkdaşlıq nəticəsində bir neçə felyeton və "12 Stul" və "Qızıl Dana" povestlərini yazmışdır. 2 iyul 1942-ci ildə Sevastopoldan Moskvaya uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuşdur.
Şirşov gölü
Melkoe gölü — Frans-İosif Torpağı arxipelaqının daxil olan, Harli adasında yerləşən göl. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın şimalında Astronomik burnunun yaxınlığında yerləşir. Gölə buzlaqdan axar tökülür. Ondan isə bir axar dənizlə birləşir. Göl yaxınlığında rəsədxana vardır. Professor Pyotr Şirşovun şərəfinə adlandırılmışdır.
Şirşov silsiləsi
Şirşov silsiləsi — sualtı silsilə Berinq dənizində, 170—171° ş. u boyunca yerləşir. Şirşova silsiləsi Olyotor yarımadasından başlayaraq 670 km cənuba istiqamətlənir. Şimalda eni 200 km, cənubds isə 25 km təşkil edir. Cənuba doğru Bauers silsiləsinə keçir. Silsilə Təbaşir dövrü vulkan məşəlli suxurlardan təşkil olunmuşdur. Silsilə öz adını məşhur sovet alimi Pyotr Pyotroviç Şirşovun şərəfinə adlandırılmışdır.
Petrov işi
Petrov işi — 1954-cü ildə DTK zabiti Vladimir Petrovun Sovet İttifaqının Kanberradakı səfirliyindən qaçması ilə bağlı Soyuq Müharibə illərində Avstraliyada baş vermiş casus hadisəsi. Bu ayrılma Kral Komissiyasına səbəb oldu və nəticədə yaranan mübahisə İşçi Partiyasının parçalanmasına gətirib çıxartdı. == Arxa plan == Petrov, nisbətən kiçik diplomatik statusuna baxmayaraq, (1954-cü ildə) KQB-nin, Sovet məxfi polisinin polkovniki, həyat yoldaşı isə Daxili İşlər Nazirliyinin (MVD) zabiti idi. Petrovlar 1951-ci ildə Sovet Təhlükəsizlik İdarəsinin rəisi Lavrenti Beriya tərəfindən Kanberra səfirliyinə göndərilmişdi. 1953-cü ilin martında İosif Stalinin ölümündən sonra Beriya Stalinin xələfləri tərəfindən həbs edilmiş və güllələnmişdi və Vladimir Petrov yəqin ki, Sovet İttifaqına qayıtsa, "Beriya adamı" kimi "təmizlənəcəyi"ndən qorxurdu. == Sığınma == Petrov Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı (ASIO) ilə əlaqə saxladı və siyasi sığınacaq müqabilində Sovet casusluğunu sübut etməyi təklif etdi. Bu ayrılma, təxminən iki ilə yaxındır Petrovu yetişdirən, onunla dostluq edən və onu Sidneyin King's Cross bölgəsində fahişələrə baş çəkməyə aparan polşalı həkim və musiqiçi və yarımştat ASIO agenti Maykl Bialoquski tərəfindən təşkil edildi. Bialoquski Petrovu ASIO-nun yüksək rütbəli zabiti Ron Riçardsla tanış etdi, o, Petrova sığınacaq və səfirlikdən özü ilə gətirə biləcəyi bütün sənədlərin müqabilində 5000 funt sterlinq təklif etdi. Potensial qaçqınların "Kabin Namizədləri" kimi qeyd edilməsinin standart təcrübəsinə əsasən, Petrovun qaçmasının planlaşdırılmas 11 saylı Əməliyyat Kabini olaraq təyin olunduqdan sonra qısa müddət ərzində Əməliyyat Kabin 12 olaraq kodllandırıldı. Petrov 3 aprel 1954-cü ildə ölkəni tərk etdi.
Viktor Petrov
Viktor Platonoviç Petrov (ukr. Віктор Платонович Петров; təxəllüsləri V. Domontoviç (ukr. В. Домонтович) və Viktor Ber (ukr. Віктор Бер); 10 oktyabr 1894, Dnepr – 1969[…] və ya 8 iyun 1969, Kiyev —Ukrayna və SSRİ yazıçısı, filosofu, sosial antropoloqu, ədəbiyyatşünası, arxeoloqu, filoloqu, etnoqrafı, tarixçisi və kulturoloqu. O, Valerian Pidmogilnı ilə birlikdə Ukrayna intellektual roman janrının, eləcə də romanlaşdırılmış bioqrafiyanın yaradıcılarından biri hesab olunur. Petrov indiki dövrdə yazıçı kimi xatırlansa da, sağlığında o, ilk növbədə alim olmuşdur. O, arxeologiya, antropologiya, tarix, fəlsəfə və ədəbiyyat üzrə məqalələr yazmışdır. Petrov eyni zamanda, 1930-cu illərin sonlarından sovet kəşfiyyatçısı olmuşdur. == Həyatı == Viktor Platonoviç Petrov 10 oktyabr 1894-cü ildə Rusiya imperiyasının Yekaterinoslav şəhərində (indiki Ukraynanın Dnepr şəhəri) kahin ailəsində anadan olmuşdur. Onun uşaqlığı Odessada keçmişdir.
Dirov (İran)
Dirov (fars. ‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 567 nəfər yaşayır (202 ailə).
Piskop
Piskop (fr. Piscop) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Ekuan. Əhalisi — 755 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalda, Serji belediyyənin 21 km şərqdə yerləşir.
Xosrov
Xosrov (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Pskov
Pskov (rus. Псков) — Rusiya Federasiyasının şimal-qərbində şəhər. == Ümumi məlumat == Pskov şəhəri mühüm sənaye mərkəzidir. Maşınqayırma (elektrik avadanlığı, radio detalları, süni və sintetik lif istehsalı üçün maşınlar və s.), yüngül(xüsusilə kətan emalı) sənaye inkişaf etmişdir. Pskovun mərkəzi hissəsində Kreml (Troitsa kilsəsi ilə) yerləşir. Miroj (təqribən 1156), İvan (1243), Snetoqor (1310) ən qədim tikililərindəndir. 1941 - 1944-cü illərdə şəhər demək olar ki, tamamilə dağıdılmış, müharibədən sonra bərpa, yenidənqurma işləri aparılmış, yaşayış evləri və ictimai binalar tikilmişdir. == Tarixi == Pskov şəhərinin salnamələrdə ilk dəfə adı 903-cü ildə çəkilib. 1348 — 1510-cu illərdə müstəqil Pskov respublikasının paytaxtı olub. 1510-cu ildə Böyük Moskva knyazlığına birləşdirilmişdir.
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.
İsnov
İsnov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == İsnov oyk., sadə. Quba r-nunun Zərqava i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. İstinov adının təhrif formasıdır. Kəndin ərazisində müalicə əhəmiyyətli çoxlu min. bulaq var. Keçmişdə bu bulaqların yaxınlığında müalicə üçün hovuzu əvəz edən novlar düzəldilirdi. Bunun üçün çala qazılır, içərisi daşla hörülürdü. Bulaqların suyu arxla bu novlara doldurulur, kənarda qızdırılmış daşlar oraya tökülürdü.
Barbara Liskov
Barbara Liskov (ing. Barbara Liskov; 7 noyabr 1939, Los-Anceles, Kaliforniya) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim. == Həyatı == 7 noyabr 1939-cu ildə anadan olmuşdur. Liskov 2008-ci ildə proqramlaşdırma dillərinin və sistem dizaynının nəzəri və praktiki əsasları sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Bıstrov burnu
Bıstrov burnu — Cekson adasının şimal-qərbində yerləşir. Koordinatları:81°19′50″ şm. e. 55°40′50″ ş. u.. Bu ad 1963-cü ildə L. S. Qooruxoy tərəfindən (Arktika və Antarktida elmi-araşdırma İnstitutunun əməkdaşı) tərəfindən təklif edilmişdir. Burun dahi rus poleontoloqu Aleksey Nıstrovun şrəfinə adlandırılmışdır (1899—1959). Burun De-Lonq körfəzi sahilində yerləşir. Ondan bir qədər aralıda yerləşən Norveç burnunda Frans-İosif Torpağı arxipelaqının şərqində yerləşir. Burunda quş koloniyasına rast gəlmək mümkündür.
Bıstrov qayası
Bıstrov qayası — Antarktida, Kraliça Mod Torpağı, Voltat dağ massivində yerləşən qaya. Koordinatları: 71°47′ c. e. 12°34′ ş. u.. İlk dəfə Sovet Antarktika ekspedisiyası zamanı 1961-ci ildə xəritəyə salınmışdır. Qaya rus paleontoloqu Aleksey Petroviç Bıstrovun şərəfinə adlandırılmışdır. Bu ad 23 noyabr 1966 ildə Beynəlxalq komisiya tərəfindən təstiqlənmişdir.
II Xosrov
II Xosrov (klassik mənbələrdə ona aid edilən “Aparvez” ləqəbi sonrakı dövrlərdə dəyişikliyə uğrayaraq “Pərviz” şəklində işlədilməyə başlamışdır.), “Müzəffər” (pəhl. 𐭧𐭥𐭮𐭫𐭥𐭣𐭩 Husrō(y); həmçinin Xusrav Parvēz, خسرو پرویز Xosrov Parviz; 570-ci illər, Ktesifon – 28 fevral 628, Ktesifon, Sasanilər İmperiyası) - Sasanilər imperiyasının 590-628-ci illərdə hakimiyyətdə olmuş sonuncu böyük şahı. O, IV Hörmüzün (579-590) oğlu, I Xosrovun (531-579) nəvəsidir. II Xosrov müsəlmanların Yaxın Şərqdə hakimiyyəti ələ keçirməsindən əvvəl uzun müddətli hakimiyyətdə olmuş sonuncu fars hökmdarıdır ki, onun ölümündən beş il sonra ərəblər bütün keçmiş Sasanilər imperiyası ərazisini ələ keçirmişlər. Hakimiyyətinin ilk dövrlərində taxtını itirən II Xosrov Bizansın köməyi ilə onu geri qaytarmış, bu hadisədən on il sonra isə Əhəmənilərin ənənəvi siyasətini davam etdirərək, Yaxın Şərqdəki zəngin Roma (Bizans) əyalətlərini işğal etməyə çalışmışdır; Onun hakimiyyətinin əsas hissəsi Bizansla müharibələr, Bəhram Çubin və Vistəhm kimi üsyançılarla mübarizədə keçmişdir. Firdovsinin yazdığı “Şahnamə” və Nizami Gəncəvinin (1141-1209) yazdığı “Xosrov və Şirin” əsərlərində Xosrovun həyatının daha romantik olan uydurma versiyası işlənmişdir ki, bununla da Xosrov farsdilli ədəbiyyatın (sonradan həm də türkdilli ədəbiyyatın) əsas qəhrəmanlarından biri olmuşdur. “Xosrov və Şirin” əhvalatında sonradan Sasani məlaikəsi olmuş Şahzadə Şirin və II Xosrovun məhəbbət macərası, uzun mübarizə və çətinliklərdən sonra qovuşmaları təsvir edilmişdir. == Bioqrafiyası == === Erkən həyatı === II Xosrov təxminən 570-ci illərdə dünyaya gəlmişdir; atası IV Hörmüz, anası isə Parfiyanın yeddi böyük sülaləsindən biri olan İspahbudan sülaləsindən olan qadındır; həyatının ilk dövrlərində qardaşları Vinduyə və Vistəhmin ciddi təsiri olmuşdur. === Şəxsiyyəti və bacarıqları === Tarixçi Təbəri II Xosrovu belə təsvir edir: Əfsanəyə görə, Xosrov Pərvizin içində 3000 konkubina saxlanılan şəbistanı olmuşdur. === Taxta gəlməsi === Xosrov, əmiləri Vistəhm və Viduyə tərəfindən törədilmiş saray çevrilişi nəticəsində atası IV Hörmüzün kor edilərək hakimiyyətdən uzaqlaşdırılmasından sonra hakimiyyətə gətirilmişdir.
I Xosrov
I Xosrov Ənuşirəvani (ölməz ruhlu)(ərəb qaynaqlarında "Qubaz"; 501, Ərdistan, Sasanilər İmperiyası – 579, Ktesifon, Sasanilər İmperiyası) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı. == Həyatı == Ənuşirvan qonşu Bizansla uğurlu müharibələr aparmış, 570-ci ildə isə onun ordusu Yəməni tutmuşdur. Ənuşirvan atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dovlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir. Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər öz dövlət quruculuğunda istifadə etmişlər. Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur.Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır. Orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan tərəfindən eramızın VI əsrində inşa edilmişdir. Hətta Yaqut əl-Həməvi "Mucəm əl-Buldan" əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçıvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir. Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir. Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər. Lakin onlar inşa tarixini Bəhram Çubinin vaxtında deyil, ondan əvvəl hakimiyyətdə olmuş I Xosrov Ənuşirəvanın hakimiyyəti zamanı olduğunu göstərmişlər.
Lester Pirson
Lester Bouls "Mayk" Pirson (23 aprel 1897[…], Toronto – 27 dekabr 1972[…], Ottava) — Kanadalı alim, dövlət xadimi, əsgər, baş nazir və diplomatı,1957-ci ildə Süveyş böhranını həll etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təcili Qüvvələrini təşkil etdiyinə görə Nobel sülh mükafatı laueratı. 1963-cü ildən 1968-ci ilə qədər Kanadanın 14-cü baş naziri, 1963-cü və 1965-ci illərdə keçirilən seçkilərdən sonra iki dəfə arxa-arxaya Liberal azlıq hökumətinin başçısı olmuşdur. Pirsonun baş nazir olduğu dövrdə,onun Liberal azlıq hökumətləri universal səhiyyə, tələbə kreditləri, Kanada pensiya planı, Kanada ordeni və Kanada bayrağını təqdim etdi. Onun Liberal hökuməti Kanadanın silahlı qüvvələrini də birləşdirdi. Pirson, Bilinqualizm və Bikurturalizm üzrə Kral Komissiyasını çağırdı(iki dil rəsmi dövlət dili olaraq qəbul edildi), və Kanadanı Vyetnam müharibəsindən kənarda saxladı. 1967-ci ildə, onun hökuməti,heç istifadə edilməmiş və 1976-cı ildə ləğv edilmiş faktiki olaraq Kanadada edam cəzasını bir neçə kapital cinayətinə məhdudlaşdıraraq ləğv edən Bill C-168-i qəbul etdi. Bu nailiyyətləri ilə, Birləşmiş Millətlər Təşkilatında və beynəlxalq diplomatiyada təməlqoyma işləri ilə birlikdə Pirson ümumiyyətlə XX əsrin ən nüfuzlu Kanadalılar sırasındadır və Kanadanın ən böyük baş nazirləri sırasında yer alır. == Erkən həyatı,ailəsi və təhsili == Pirson Ontario (indiki Torontonun bir hissəsi),Yorkun Nyutonbruk şəhərində,Anni Sarahın və metodist nazir (sonradan Birləşmiş Kanada Kilsəsi) Edvin Artur Pirsonun oğlu olaraq anadan olub. O,Veyqhan Vayter Pirson və Marmadyuk Pirsonun qardaşı idi. Lester Pirsonun atası,gənc ailəni,burada Yanq-Strit Orora metodist kilsəsində nazir olduğu Torontonun şimalındakı Orora(Ontario), şəhərinə köçürdü.
Nasir Xosrov
Nasir Xosrov və ya Əbu Muin Nasir ibn Xosrov ibn Faris əl-Kabadyani əl-Mərvəzi (fars. ناصرخسرو‎, 1004, Kubadiyan[d] – təq. 1088, Bədəxşan) — İran şairi. == Həyatı == 1004-cü ildə Kubadiyanda doğulub. 1088-ci ildə Yamqanda vəfat edib. == Yaradıcılığı == Şərqin görkəmli şair və mütəfəkkiri Nasir Xosrovun (1004–1088) "Səfərnamə" əsəri müəllifin ziyarət məqsədilə Xorasandan Məkkəyə qədər olan yolu piyada gedib-qayıtdığı yeddi illik müşahidələrinin məhsuludur. [[Fayl:SafarNamehNaserKhosrou.jpg|thumb|SafarNamehNaserKhosrou]] Nasir Xosrov doğrudan da filosof adlandırılmağa layiq şairdir. Bu şair bir tərəfdən dərin və incə mənalı söz ustası, bir tərəfdən etirazlardan üstün fikir sahibi, digər tərəfdən isə güclü dini əqidəyə malik bir şəxsiyyət olub. O, həmin dini etiqadlarına əsasən bu barədə ağız açmamalı idi, amma bütün bunlara baxmayaraq, onun divanında da bu məsələ ilə bağlı şeirlər vardır ki, onları bir növ əyləncə və zarafat və yaxud da "dəllal arif" hesab etmək lazımdır. O, bir şeirində belə deyir: Mənası: İlahi, əgər hamını gözəl yaratsaydın nə olardı?