Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pifaqorçular məktəbi
Pifaqorçulár məktəbi (və ya ittifaqı) — Qədim Yunanıstanda e. ə. VI—IV əsrlərdə yaranmış dini-fəlsəfi cəmiyyət. Samosatalı Pifaqorun adı ilə adlanırdı. Pifaqor Güney İtaliyanın Krotona şəhərində dini-fəlsəfi cəmiyyət yaratmış və ona başçılıq etmişdir. Orada tərbiyə edilən gənclər bilikləri ilə seçilmiş və onlar gələcəkdə yüksək vəzifələr tutmaq üçün hazırlanırdı. Bu birliyin fəaliyyətinin bir çox məqamları həmçinin gizli saxlanılmış, onun barəsində məlumatlar cəmiyyətə açıqlanmırdı. Yeni üzvlər “Pifaqorçular ittifaqına” yalnız müəyyən edilmiş sınaqları keçdikdən sonra girə bilərdilər. Ancaq bir sürə sonra Krotonada siyasi durum gərginləşmiş, şəhər sakinləri pifaqorçuların gizliliyindən ehtiyat edərək onları təqib etməyə başlamışdılar. Bu təqiblər zamanı pifaqorçuların mərkəzi dağıdılmış, onlardan bir çoxları öldürülmüşdür.
Pifaqorçuluq
Hissi obrazlar vasitəsilə əldə edilən bilikdən anlayışlardan istifadə edən intellektual biliyə kecidin əsas mərhələlərindən biri Yunanlar ücün Pifaqorçuluq təlimi olmuşdur. Bu təlimin yaradıcısı b.e.ə 6cı əsrin ikinci yarısında yaşamiş Qədim Yunan filosofu Pifaqor idi. O, hesab edirdi ki, " Ədəd " bütün mövcudatın başlanğıcıdır. O, hesab sırası ilk 4 rəqəmi hesab etmişdir,10 rəqəmi isə idealdır.Pifaqor ədələrin qarşılıqlı münasibətini də tədqiq etmişdir.Pifaqor ilk dəfə əsaslandırmışdır ki, düzbucaqlı üçbucaqda hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir.(Pifaqor Teoremi) Pifaqora Görə Din və Əxlaq cəmiyyəti nizamlamağın əsas atributlarıdır.Pifaqor göstərirdi ki, bədən öləndən sonra Ruh onu tərk edir,başqa bədənə keçir və yenidən yerə qayıdır.O deyirdi ki,ruh ilk dəfə olaraq hədsiz dərəcədə xoşbəxt ölkədə Ali ruhda yaşayır,sonra zindana ,yəni insanın bədəninə keçir və yerə enir.Ruhun bu dünyadakı davranışı onun bədən öləndən sonrakı taleyini müəyyənləşdirir.
Pifaqor
Samoslu Pifaqor ya da Pithaqoras, Pisaqor, Pitaqor (yun. Πυθαγόρας ὁ Σάμιος, lat. Pythagoras, təxminən m. ö. 570 – 490) — ilk qədim yunan filosoflarından biri olmuşdur, Pifaqorçuluğun yaradıcısı idi. Pifaqor haqqında bütün bilgilər onun ardıcılları tərəfindən verilmişdir. O, Samos şəhərində dünyaya gəlmişdir. Sonra isə Cənubi İtaliyanın Krotona şəhərinə köçmüşdür. Bir çox araşdırmaçılar hesab edirlər ki, onun öz əsərləri olmamışdır. Ancaq antik tarixçi Diogenes Laertius yazmışdır ki, o "Tərbiyə haqqında", "Dövlət haqqında" və "Təbiət haqqında" adlı dövrümüzə gəlib çatmayan kitabların yazarı olmuşdur.
Pifaqor nəzəriyyəsi
Pifaqor teoremi– planimetriyada düzbucaqlı üçbucaqda tərəflər arasındakı münasibətləri ifadə edən teoremdir. Yunan riyaziyyatçısı Pifaqorun adı ilə adlandırılmışdır. Mənbələr Pifaqordan əvvəl bu teoremin başqa xalqlar tərəfindən bilindiyini göstərir. Nəzəriyyə belə ifadə olunur: Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a 2 + b 2 = c 2 {\displaystyle a^{2}+b^{2}=c^{2}\,} vəya, c-ni tapmaq üçün: c = a 2 + b 2 . {\displaystyle c={\sqrt {a^{2}+b^{2}}}.\,} Pifaqor teoremi sahə anlayışının köməyi ilə aşağıdakı kimi ifadə olunur: Düzbucaqlı üçbucaqda hipotenuz üzərində qurulmuş kvadratın sahəsi katetlər üzərində qurulmuş kvadratların cəminə bərabərdir. Pifaqor teoreminin tərs teoremi də doğrudur. Bu teoremdə düzbucaqlı üçbucağın iki tərəfi məlum, bir tərəfi isə naməlum olur.
Pifaqor stəkanı
Pifaqor stəkanı – Samos adasından olan qədim yunan filosofu Pifaqorun ixtirası. Bu stəkan hədiyyəlik əşya, zarafat vasitəsi kimi istifadə olunurdu. Şərabı stəkanın içində şaquli vəziyyətdə durmuş dirəyin başına qədər doldurduqda qeyri-adi heç nə baş vermir, lakin maye çubuğu keçdikdə son damlasına qədər stəkandan boşalır. Bunu dirəyin içindəki boru təmin edir. Pifaqor stəkanı məşhur atalar sözünə-"çox istəyən azdan da olar" ifadəsinə allüziyadır və, adətən, tamahkar şəxslərə dərs vermək məqsədilə istifadə olunurdu.
Pifaqor teoremi
Pifaqor teoremi– planimetriyada düzbucaqlı üçbucaqda tərəflər arasındakı münasibətləri ifadə edən teoremdir. Yunan riyaziyyatçısı Pifaqorun adı ilə adlandırılmışdır. Mənbələr Pifaqordan əvvəl bu teoremin başqa xalqlar tərəfindən bilindiyini göstərir. Nəzəriyyə belə ifadə olunur: Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a 2 + b 2 = c 2 {\displaystyle a^{2}+b^{2}=c^{2}\,} vəya, c-ni tapmaq üçün: c = a 2 + b 2 . {\displaystyle c={\sqrt {a^{2}+b^{2}}}.\,} Pifaqor teoremi sahə anlayışının köməyi ilə aşağıdakı kimi ifadə olunur: Düzbucaqlı üçbucaqda hipotenuz üzərində qurulmuş kvadratın sahəsi katetlər üzərində qurulmuş kvadratların cəminə bərabərdir. Pifaqor teoreminin tərs teoremi də doğrudur. Bu teoremdə düzbucaqlı üçbucağın iki tərəfi məlum, bir tərəfi isə naməlum olur.
Samoslu Pifaqor
Samoslu Pifaqor ya da Pithaqoras, Pisaqor, Pitaqor (yun. Πυθαγόρας ὁ Σάμιος, lat. Pythagoras, təxminən m. ö. 570 – 490) — ilk qədim yunan filosoflarından biri olmuşdur, Pifaqorçuluğun yaradıcısı idi. Pifaqor haqqında bütün bilgilər onun ardıcılları tərəfindən verilmişdir. O, Samos şəhərində dünyaya gəlmişdir. Sonra isə Cənubi İtaliyanın Krotona şəhərinə köçmüşdür. Bir çox araşdırmaçılar hesab edirlər ki, onun öz əsərləri olmamışdır. Ancaq antik tarixçi Diogenes Laertius yazmışdır ki, o "Tərbiyə haqqında", "Dövlət haqqında" və "Təbiət haqqında" adlı dövrümüzə gəlib çatmayan kitabların yazarı olmuşdur.
Pifaqor mağarası
Pifaqor mağarası yun. Σπηλιά του Πυθαγόρα və ya yun. Σπηλιά Πυθαγόρα) — Yunanıstanda, Samos adasının ən hündür dağı olan Kerkis dağının yamaclarında yerləşən mağara. Adanın xalq ənənəsinə görə, mağara Pifaqorun bir vaxtlar yaşadığı və e.ə. VI əsrdə dərs dediyi yer olduğuna inanılır. Mağara dəniz səviyyəsindən təxminən 300 metr yüksəklikdə, Maratokampos kəndindən qərbdə yerləşir. Pifaqorun adanın tiranı Polikratın qəzəbindən xilas olmaq üçün şəhərdən mağaraya çəkildiyinə inanılır. Onun həm orada yaşadığı, həm də tələbələrinə dərs dediyi düşünülür. Ərazidəki bulağın da onu içməli su ilə təmin etdiyi bildirilir.