Pifaqorçular məktəbi

Pifaqorçulár məktəbi (və ya ittifaqı)Qədim Yunanıstanda e. ə. VI—IV əsrlərdə yaranmış dini-fəlsəfi cəmiyyət. Samosatalı Pifaqorun adı ilə adlanırdı.

Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Pifaqor Güney İtaliyanın Krotona şəhərində dini-fəlsəfi cəmiyyət yaratmış və ona başçılıq etmişdir. Orada tərbiyə edilən gənclər bilikləri ilə seçilmiş və onlar gələcəkdə yüksək vəzifələr tutmaq üçün hazırlanırdı. Bu birliyin fəaliyyətinin bir çox məqamları həmçinin gizli saxlanılmış, onun barəsində məlumatlar cəmiyyətə açıqlanmırdı. Yeni üzvlər “Pifaqorçular ittifaqına” yalnız müəyyən edilmiş sınaqları keçdikdən sonra girə bilərdilər.[1]

Ancaq bir sürə sonra Krotonada siyasi durum gərginləşmiş, şəhər sakinləri pifaqorçuların gizliliyindən ehtiyat edərək onları təqib etməyə başlamışdılar. Bu təqiblər zamanı pifaqorçuların mərkəzi dağıdılmış, onlardan bir çoxları öldürülmüşdür. Pifaqorun da o hadisələrdə öldürüldüyü güman edilir. Ancaq başqa xəbərlərə görə o, baş vermiş hadisələrdən üzülərək özünü aclığa məruz qoyaraq ölmüşdür.

Sağ qalan pifaqorçular isə şəhərdən qaçaraq antik dünyanın müxtəlif bölgələrində məskunlaşmış və fəaliyyətlərini davam etdirmişdirlər. Pifaqorun özündən heç bir əsər qalmamışdır. Onun təlimi ardıcılları tərəfindən V - VI-cı yüzilliklərdə sistemləşdirilib təqdim edilmişdir.

Zaman keçdikcə pifaqorçuluq platonçuların təlimi ilə qarışmışdır. Yalnız Roma imperiyası dönəmində “yeni pifaqorçuluq” cərəyanı meydana gəlmiş, müəyyən bir müddət ərzində fəaliyyət göstərmişdir.

Mənəvi prinsipləri

[redaktə | mənbəni redaktə et]

Pifaqorun ideyaları bir çox məqamlarda mistikaya yaxın idi. Ona görə də, sonralar onun məktəbinin ənənələrini yeni-platonçu filosoflar davam etdirmişdilər. Pifaqor bir sıra mənəvi və əxlaqi prinsiplər də irəli sürmüşdür. Onun təliminə görə insanlar yetkinliyə doğru inkişaf etməlidir. Buna da yalnız gözəlliyə, eləcə də faydalı şeylərə yönəlməklə çatmaq mümkündür. Məhz, pifaqorçular Yunanıstanda ilk dəfə “Kamil insan” ideyasını irəli sürmüşdülər. Bu da sonralar başqa dinlərdə və fəlsəfi təlimlərdə təkrarlanmışdır. Pifaqora görə kosmosun gözəlliyi yalnız mənəvi cəhətdən yetkin və intizamlı insan üçün açılır. Həyatın mənası da kosmosun ahənginin insan həyatında əks olunmasıdır.

Pifaqor məktəbinin təliminə görə biliyin mənbəyi vardır. Bunu da “matemata” adlandırırlar. Onun hikmətini isə yalnız yüksək məqama çatmış müdriklər bilir. Onlar bu biliyi özləri bildikləri kimi öyrəncilərinə ötürürdülər. Öyrəncilər də bu bilikləri sual vermədən dəlilsiz qəbul etməli idilər. Buna da “akusmata” deyirdilər.[2] Bu prinsiplər sonralar dinlərin, mistik təriqətlərin, mənəvi qardaşlıqların qaydalarında təkrarlanmışdır.

Pifaqorçular günəşə himn oxuduğu zaman - Fyodor Bronnikov

Pifaqorçular sərt həyat tərzi keçirdirdilər. Səhər tezdən dururdular və ilk olaraq hansı işləri görəcəklərini düşünürdülər. Sonra dəniz qırağına çıxıb günəşin doğmasına müşahidə edirdilər, idmanla məşğul olurdular. Onlar əqli fəaliyyətə xüsusi fikir verirdilər.

Günorta çağlarında axşama qədər əməklə, quruculuq işləri ilə məşğul idilər. Axşamlar isə tanrılarına ibadət edib, günlərini yekunlaşdırıb yuxuya gedirdilər.

Göründüyü kimi, pifaqorçular özlərinin həm fiziki, həm də mənəvi inkişafına diqqət yetirirdilər.

Pifaqorçular həm də ruhların bir bədəndən başqasına köçməsinə (reinkarnasiyasına) inanırdılar.[3] Onların fikrincə, hər şey bəlli vaxtdan sonra dünyaya yenidən gəlir və əslində yeni olan heç nə yoxdur. Ruh günahlarının ağırlığına görə, bədəndə qalmağa məhkumdur. Məqsəd də onu bədəndən azad etməkdir. Buna görə də mənəvi həyat keçirmək və heyvanların ətini yeməmək gərəkdir. Burada hind dünyagörüşü ilə bənzərliklər vardır.

Hakimiyyətə münasibət

[redaktə | mənbəni redaktə et]

Pifaqorçular hakimiyyət məsələlərinə də diqqət yetirirdilər. Onların fikrincə toplum hakimiyyətsiz yaşaya bilməz. Ən yüksək hakimiyyət tanrılara məxsusdur. Onlara hamı ibadət etməlidir. Tanrılardan sonra hökmdardar, sayğılı insanlar, ata-ana və nəhatət qanunun aliliyi gəlir. Bütün bunlar iyerarxik bağlılıqdadır.

Pifaqorçular özlərini elitar insanlar kimi hazırlamış və gələcəkdə hakimiyyətə gəlmək, cəmiyyətin aristokratiyasını təşkil etmək məqsədini güdmüşdürlər.[4] Bu baxımdan onları mason tipli ilk gizli təşkilat da adlandırmaq olar.

Pifaqorçuların kosmoqonik (dünyanın quruluşu) baxışlarına görə, hər şey 4 ünsür: od, su, yerhavadan yaranmışdır. Yer isə kürə şəklindədir.[5] O sonsuz və əbədi boşluqdan yaranıb və o boşluqla nəfəs alır. Bunun sonu olaraq dünya genişlənir və daralır. Bu səbəbdən də məkan, zaman, göy cisimləri və onların hərəkəti yaranır. Dünyanın mərkəzində od, Zevsin məbədi, təbiətin qanunu (fatum ya da loqos) durur. Sonra isə oddan yaranmış və onun ətrafında fırlanan yer, planetlər və ulduzlar gəlir. Beləliklə onlar yeri kürə şəklində görmüş və onu dünyanın mərkəzində (geosentrik şəkildə) təsəvvür etmirdilər.

Rəqəmlər fəlsəfəsi

[redaktə | mənbəni redaktə et]

Pifaqorçuların çox maraqlı rəqəmlər fəlsəfəsi olmuşdur. Onların fikrincə, bütün maddi və mənəvi şeylər və anlayışlar əslində rəqəmlərin obrazlarıdır, onlarla eynilik təşkil edirlər. Eyni zamanda rəqəmlər həndəsi mənada anlaşılırdı. Nöqtə Vahiddir, iki nöqtədən düzxət alınır, üç nöqtə artıq müstəvidir. Buradan üçbucaq, dördbucaq və s. anlayışlar yaranır. Üçbucaq dunyaya gəlmənin və hər şeyin yaradılmasının səbəbidir. Dördbucaq Tanrı təbiətinin obrazının daşıyıcısıdır. Pifaqorçuluğun əsas rəmzi isə beş güşəli ulduz (pentoqramma) idi. Bu gizli rəmz vasitəsi ilə onlar bir-birini tanıyırdılar.

Pifaqorun ardıcıllarının müqəddəs rəqəmi 36 idi.[6] Çünki, 36 rəqəmi 1+2+3 kombinasiyasından yaranır. Bir dünyanın birliyinin rəmzidir. Hər şey ondan başlayır deyə, o Tanrı ilə eynilik təşkil edir. İki hər şeyin xeyir-şər, işıq-qaranlıq kimi dualistik göstəricisidir. Üç isə kamil rəqəmdir. Çünki onda başlanğıc, ortason vardır. Həm də 36 rəqəmində elə sirlər var ki, onlar başqa rəqəmlərdə yoxdur (örnək: 1+2+3+4+5+6+7+8=36).

Beləliklə, rəqəmlər Pifaqor məktəbində universal obyektlərdir. Onlar təkcə riyazi deyil, həm də həqiqətin çoxluğunun göstəricisidir. Onlara görə hər şeyin, o cümlədən mənəvi məsələlərin də riyazi mahiyyəti vardır.

Beləliklə, rəqəmlər pifaqorçuluqda universal obyektlərdir. Onlar təkcə riyazi deyil, həmdə gerçəkliyin çeşidliliyini göstərir. Hər şey, o cümlədən, etik, sosial və s məsələlərin riyazi mahiyyəti vardır.

Pifaqorçular məktəbinin əsas filosoflar

[redaktə | mənbəni redaktə et]
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 42-48. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 42-48. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
  • Iamblichus. Life of Pyhhagoras or Pithagoric life / Translated by Taylor T. London: J. M. Watkins, 1818.
  • Cornelli, G.; McKirahan, R.; Macris, C. (eds.), On Pythagoreanism, Berlin, De Gruyter, 2013.
  • Jacob, Frank Die Pythagoreer: Wissenschaftliche Schule, religiöse Sekte oder politische Geheimgesellschaft?, in: Jacob, Frank (Hg.): Geheimgesellschaften: Kulturhistorische Sozialstudien/ Secret Societies: Comparative Studies in Culture, Society and History, Globalhistorische Komparativstudien Bd.1, Comparative Studies from a Global Perspective Vol. 1, Königshausen&Neumann, Würzburg 2013, S.17-34.
  • O'Meara, Dominic J. Pythagoras Revived: Mathematics and Philosophy in Late Antiquity , Clarendon Press, Oxford, 1989. ISBN 0-19-823913-0
  • Riedweg, Christoph Pythagoras: his life, teaching, and influence ; translated by Steven Rendall in collaboration with Christoph Riedweg and Andreas Schatzmann, Ithaca : Cornell University Press, (2005), ISBN 0-8014-4240-0
  • Жмудь Л. Я. Пифагор и его школа (ок. 530 — ок. 430 гг. до н. э.). Л.: Наука, 1990.
  • Лосев А. Ф. История античной эстетики. Т. 5: Ранний эллинизм. М.: Искусство, 1979.
  • Пифагор // Античная философия: Энциклопедический словарь. — М.: Прогресс-Традиция. П. П. Гайденко, М. А. Солопова, С. В. Месяц, А. В. Серегин, А. А. Столяров, Ю. А. Шичалин. 2008.
  • Пифагор и пифагорейцы // Западная философия от истоков до наших дней. - "Петрополис".. Антисери Д., Реале Дж.. 1994.
  • Трубецкой С. Н. Курс истории древней философии. – Москва: Гуманит. изд. центр ВЛАДОС; Русский Двор, 1997.
  • Щетников А. И. Пифагорейское учение о числе и величине. Изд-во Новосибирского ун-та, 1997.
  1. Iamblichus. Life of Pyhhagoras or Pithagoric life / Translated by Taylor T. London: J. M. Watkins, 1818, p 37.
  2. Iamblichus. Life of Pyhhagoras or Pithagoric life / Translated by Taylor T. London: J. M. Watkins, 1818, p 13.
  3. Iamblichus. Life of Pyhhagoras or Pithagoric life / Translated by Taylor T. London: J. M. Watkins, 1818, p 30.
  4. Трубецкой С. Н. Курс истории древней философии[ölü keçid]. – Москва: Гуманит. изд. центр ВЛАДОС; Русский Двор, 1997, c. 122.
  5. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 348.
  6. Manly P. Hall. The Secret Teachings af all Ages an Encyclopedic Utline of Masonic, Hermetic, Qabbalistic and Rosicrucian Symbolical Philosophy. Arxivləşdirilib 2022-06-10 at the Wayback Machine San Francisco, 1928, p. 69