DOSA

pilləkən, nərdivan, trap
nərdivan, pilləkən, trap
DORUK
DOST
OBASTAN VİKİ
DOSAAF
DOSAAF (rus. Добровольное общество содействия армии, авиации и флоту (ДОСААФ)) və ya OADKYC (azərb. Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti‎) — könüllüləri ölkənin müdafiə və milli təhlükəsizliyinin möhkəmlənməsinə təşviq etmək məqsədilə yaradılmış ictimai dərnək. == Tarixi == Müdafiə, Aviasiya və Kimyəvi qurulucuğa yardım (rus. ОСОАВИАХИМ) Cəmiyyətin əsası 1927-ci ildə qoyulmuşdu. SSRİ Nazirlər Kabinetinin 1948-ci il 16 yanvar tarixli qətnaməsi ilə Müdafiə, Aviasiya və Kimyəvi qurulucuğa yardım Cəmiyyəti ləğv olundu və onun əsasında üç müstəqil könüllü cəmiyyət təşkil olundu: Orduya Yardım Könüllü Cəmiyyəti (Dosarm), Donanmaya Yardım Könüllü Cəmiyyəti (Dosflot), Aviasiyaya Yardım Könüllü Cəmiyyəti (Dosav). SSRİ Dosflot Cəmiyyəti hərbi-dəniz işinin təbliğatı, üzvlər və əhali arasında dəniz biliklərinin yayılması, SSRİ hərbi-dəniz qüvvələri ehtiyatına daxil olan mükəlləfiyyətlilərin hazırlanması və ixtisasların təkmilləşdirilməsi, hərbi-dəniz idmanı və dəniz modelçiliyinin inkişafı məqsədilə təşkil olunmuşdur. SSRİ Dosflot üzrə 1949-cu il 24 fevral tarixli, 3/c saylı əmri ilə Azərbaycanın ilk kontr-admiralı Cəlil Cavadov Azərbaycan SSR Dosflot cəmiyyəti respublika komitəsi sədr müavini təyin olundu. 1949-cu il iyulun 18-də Azərbaycan Dosflota “Bakı fəhləsi” (“Bakinskiy raboçiy”), “Sovet Dağıstanı” (“Sovetskiy Daqestan”), “Markin” dəniz kanoner gəmiləri verilmişdir. Azərbaycan Dosflot cəmiyyəti geniş fəaliyyətə başladı: iri müəssisələrdə motorçular, sükançılar, üzgüçü, qayıq starşinaları dərnəkləri, həmçinin hərbi-dəniz işinin əsasları üzrə dərnəklər təşkil olundu.
Qar-Dosar mağarası
Qar-Dosar mağarası və ya Qar-e-dosar — İran ərazisində speleoloqları tərəfindən aşkar olunan mağara. Dünyanın 4-cü ən böyük mağarası hesab olunur. Qar-Dosar mağarası Yəzd vilayətində Mexriz yaxınlığında yerləşir. Digər adı Qar-e-dosar (Ghar-e-dosar) mağarasıdır. Mağara 2012-ci ilin fevral ayında aşkar edilsə də, burada kompüter modelləşdirilməsi işlərinə yalnız bu yaxınlarda son verilib. Mağaranın uzunluğu 385 m, eni 265 m, hündürlüyü isə 70 m-dir. Mağaranın ümumi sahəsi - 81 500 kv.m-ə çatır.
Qar-e-dosar