Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pion
Pion (lat. Paeonia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitki həkim Peonun şərəfinə adlandırılmışdır. Avropa və Asiyada Pion fəsiləsinə aid 40 növə yaxın çoxillik ot bitkisi məlumdur. Onlardan iki növ Şimali Amerikada geniş yayılmışdır: Vittman pionu (lat. Paeonia wittmanniana) — formaca sarı-ağ rəngli piyaləyə bənzəyən iri güllü, dərman pionu (lat. Paeonia officinalis) sadə qırmızı güllü, ağ güllü pion (lat. Paeonia lactiflora) iri ağ güllü bitkidir. Pionlar pöhrələr vasitəsilə çoxalır ki, bu dövrdə gövdə də 3-4 tumurcuq və bir neçə kök yumrucuqları olur. Pionu əkərkən cücərtiləri elə basdırmaq lazımdır ki, tumurcuqlar torpağın üst səthində qalsın.
2S7 Pion
2S7 Pion (NATO kod adı: M-1975) — Sovet istehsalı özüyeriyən artilleriya sistemidir. Bu top ilk dəfə 1975-ci ildə Sovet ordusu üçün yaradılıb. T-80 tankının şassisi üzərində yaradılıb, əsas silahı üzərində qurulmuş 203 mm-lik 2A44 topudur. Heyəti 7 nəfərdən ibarətdir. Nüvə sursatı daşıya bilir. Adi mərmilər ilə maksimal atəş məsafəsi 37.5 km təşkil edir. Silahın maksimal atəş məsafəsi 47.5 km, minimal atəş məsafəsi isə 8.4 km təşkil edir. Silahın maksimal atəş məsafəsini 55.5 km-ə qədər artırmaq olar. Qülləsinin qalxma bucağı 0….60° olan bu özüyeriyən artilleriyanın yanacaq tutumu 1280 litrdir. "Pion" özüyeriyən artilleriya qurğularının yaradılması tarixi nüvə silahının inkişafı ilə əlaqələndirilir.
Dekorativ pion
Dekorativ pion (lat. Paeonia peregrina) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Nazikyarpaq pion
Nazikyarpaq pion (lat. Paeonia tenuifolia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Dərman pionu
Dərman pionu (lat. Paeonia officinalis) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Mlokoseviç pionu
Mlokoseviç pionu (lat. Paeonia mlokosewitschii) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir — VU D2. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündə, düz, budaqlanandır. Yarpaqlar ikiqat-üçlü, uzun saplaqlı, uzunsov–yumurtavari və ya uzununa ellipsi formalıdır, hər iki kənardan daralmış hissəli, 6-12 sm uzunluğunda, üstdən göyümtüldür. Çiçəkləri solğun–sarı və ya sarıdır. Ləçəkləri 4-6 sm uzunluğunda olur. Yarpaqcıq 2-5 sm uzunluqda, 1-1,5 sm enində, sıx sarımtıl tüklərlə örtülmüş, qövsvari çevrilmişdir.
Azərbaycan Pioner Təşkilatı
Vladimir Lenin adına Azərbaycan Pioner Təşkilatı (Азәрбајҹан Пионер Тәшкилаты) — Azərbaycan SSR pionerlərinin kütləvi təşkilatı. Vladimir Lenin adına Ümumittifaq Pioner Təşkilatının hissəsi. Azərbaycan Pioner Təşkilatına Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi rəhbərlik etmişdir. Ali orqanı Respublika Şurası olmuşdur. Azərbaycan Pioner Təşkilatı gənc nəsli kommunizm ideyaları, sovet vətənpərvərliyi və beynəlmiləlçilik ruhunda tərbiyə etmişdir. == Tarixi == Vladimir Lenin adına Azərbaycan Pioner Təşkilatı 23 may 1923-cü ildə yaradılmışdır. Azərbaycan ilk pioner dəstələri 1922-ci ildə Bakıda, Vladimir Lenin adına toxuculuq fabrikində, leytenant Şmidt adına zavodda, Sabunçu, Suraxanı, Bibiheybət rayonlarında və Gəncədə təşkil edilmişdir. 1924-cü ildə Azərbaycanda 22,817 pioner var idi. 1975-ci ildə onların sayı 826 minə çatmışdır.Azərbaycan Pioner Təşkilatı 1920-ci illərdə uşaqların məktəblərə cəlb olunmasında, mövhumata və cəhalətə qarşı mübarizə hərəkatında fəal iştirak etmişdir. 1930-cu illərdə qolçomaqların bir sinif kimi ləğv edilməsində, kolxoz quruculuğuna maneəçilik törədən sinfi düşmənlərin ifşa olunmasında, ibtidai icbari ümumtəhsilin həyata keçirilməsində Azərbaycan Pioner Təşkilatı böyük rol oynamışdır.
Azərbaycan pioneri (qəzet)
"Azərbaycan pioneri" qəzeti — Azərbaycan LKGİ MK və V. İ. Lenin adına pioner təşkilatı Respublika təşkilatı şurasının orqanı olan qəzet. Sovet Azərbaycanında ən məşhur uşaq qəzeti. == Tarixi == Keçmiş SSRİ dönəmində Azərbaycanda ən məşhur uşaq qəzetlərindən biri olan "Azərbaycan pioneri" 1938-ci il avqust ayının 1-də işıq üzü görüb. Qəzetin ilk redaktoru M. Əliyev olub. Ondan sonra isə müxtəlif illərdə çox qısa bir zaman kəsiyində Q. Həsənov və İ. Novruzov bu vəzifəni icra ediblər."Azərbaycan pioneri" özünün əsl intibah dövrünü 1946-cı ilin mayından yaşamağa başlayıb. Həmin vaxt qəzetə uşaq yazıçısı Eynulla Ağayev redaktor təyin olunub və o, 20 ilə yaxın bir müddətdə bu vəzifədə çalışıb. Eynulla Ağayevdən sonra qəzetə rəhbərliyi uşaq psixologiyasına yaxşı bələd olan, gənc nəslə həsr olunmuş bir çox kitabların müəllifi Əmrah Əmrahov öz üzərinə götürüb. Məlumatlara əsasən, Əmrah Əmrahov tam 22 il "Azərbaycan pioneri" qəzetinə rəhbərlik edib. Qəzet dörd yüz min, bəzi illərdə isə yarım milyona yaxın tirajla çap olunub. Müxtəlif illərdə "Azərbaycan pioneri" qəzetində görkəmli şairlərimiz Hikmət Ziya, Tofiq Mütəllibov, Vaqif Nəsib, yazıçı-fantast Emin Mahmudov, yazıçı-publisist Əli Səmədov və Əmir Mustafayev kimi ziyalılar çalışıblar.
Pioneer (mahnı)
Pioneer (azərb. Qabaqcıl‎) — Macarıstanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Freddi "Pioneer" mahnısı ilə Macarıstanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnının sözləri Borbala Çarnay, musiqisi isə Ze Sabo tərəfindən bəstələnmişdir.
Pioner
Pioner 10
Pioner 10
Pioner 10 (ing. Pioneer 10) və ya Pioner F — 1972-ci ildə astoroid qurşağının xaricinə səyahət etmiş ilk insansız kosmik gəmi. 3 mart 1972-ci ildə buraxılmışdır. Pioner 10 uluzlararası səyahət üçün hazırlanmışdır. Pioner 10-un içinə insan şəkilli qızıl disk yerləşdirilmişdir. Pioner 10 1983-cü ildə Günəş sistemini tərk edərək ulduzlararası səyahətə başlamışdır. == Hazırlanması == Pioner 10 1969-cu ildə dizayn edilmişdir. Əsas məqsəd kimi Yupiterin öyrənilməsi görülürdü. Kosmik gəmi TRV üsulu ilə hazırlanmışdır. Öz kütləsi 258 kq, yanacağının və alətlərinin kütləsi uyğun olaraq 30 və 27 kq idi.
Pioner 11
Pioner 11 və ya Pioner G (ing. Pioneer 11, Pioneer G) — NASA tərəfindən 6 aprel 1973-cü ildə göndərilən kosmik gəmi. Gəminin vəzifəsini Yupiter və Günəş sisteminin xarici səthinə səyahət təşkil edir. Yalnız Yupiterə səyahət edən Pioner 10-dan fərqli olaraq Pioner 11 həmçinin Saturna da səyahət etmişdir. Yupiter səyahətini bitirdikdən sonra Günəş sisteminin xaricinə yol alaraq səyahətini davam etdirən Pioner 11 təxminən 4 milyon il sonra Oxatan bürcünün yaxınlığından keçəcək. Alimlərin təxminlərinə görə gəmi Yer kürəsindən, hətta Günəşdən də daha uzun müddət həyatda qalacaq. == Pioner lövhələri == Pioner 10 və Pioner 11 avtomatik planetlərarası stansiyalar vasitəsilə üzərində xüsusi mesajlar qeyd edilmiş lövhələr daşıyır. Hər ikisindəki lövhələr eynidir. Əgər yerdən kənar sivilizasiyalar varsa, onlar bu sonsuz uçuş zamanı Pionerlə qarşılaşacaq və mesajları görə biləcək. Lövhədə insan təsvirlərindən başqa hidrogen atomunun strukturu və Günəş sisteminin qalaktikamızdakı koordinatını göstərən rəsm də mövcuddur.
Pioner adası
Pioner adası — Şimal Torpağı arxipelaqının şimal-qərbində yerləşir. Sahillərini Kara dənizinin suları yuyur. İnzibati cəhətdən Rusiyayanın Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarına daxildir. == Coğrafiyası == Arxipelaqın qərb hissəsində yerləşir. Komsomoles adasından eni 4–9 km plan Yunıy boğazı , Oktyabr İnqilabı adasında isə eni 9–14 km olan Qırmızı Ordu boğazı ilə ayrılır. Sahəsi 1522 km²təşkil edir. Uzunluğu 58 km, eni 25 km təşkil edir. Adanın cənub-şəqində yarımada yerləşir ki, onun uzunluğu 7 km, eni isə 5 km olur. Adadan qərbdə Krupskoy adası yerləşir. Adanın böyük hissəsində sahillər nisbətən hündürdür.
Pioner evi (Taqanroq)
Pioner evi — Taqanroq şəhərində mövcud olmuş və 1991-ci ilə qədər fəaliyyət göstərmişdir. == Tarixi == Taqanroqda pioner təşkilatı 9 aprel 1923-cü ildə 10 nömrəli məktəbdə təşkil edilmişdir. Pionerlərin sarayı isə təntənəli şəkildə Taqanroqda 24 yanvar 1936-cı ildə açılışı gerçəkləşmişdir. Bu isə Azov-Qara dəniz diyarı ərazisində ilk pioner sarayı olmuşdur. Bütün SSRİ ərazisində isə dördüncü olmuşdur. Pioner evinin direktoru M. M. Podolski olmuşdur. 17 oktyabr 1941-ci ilə qədər Pioner sarayı və şagirdlər Şəhər idarə binasında cəmləşmişdi. Burada yeniyetmələrin fəaliyyəti üçün hər cür şərait olmuşdur. 1988-ci ildə Pioner evi Petrovskaya küçəsi 72 ünvanında yerləşirdi. 1999-cu ildə Məktəbdən kənar işlər üzrə uşaq mərkəzinə çevrilmişdir.
Pioner proqramı
Pioner proqramı-planetar kəşfiyyat üçün nəzərdə tutulan Amerika Birləşmiş Ştatlarının pilotsuz kosmik uçuşlar seriyasından biridir.Proqramda bu cür missiyaların sayı var, amma ən məşhuru xarici planetləri tədqiq edən və Günəş sistemi ni tərk edən Pioner 10 və Pioner 11 idi.Pioner 10 və Pioner 11 bəlkə bir gün yadplanetlilər tərəfindən tapılacağı ümidi ilə üzərində kişi və qadın təsviri və kosmik zondların mənşəyi və yaradıcıları haqqında informasiya olan qızıl lövhə daşıyırlar. == Ad == İlk zondu adlandırmaq Air Force eksponatlarının baş dizayner kimi tanınan Stiven A.Saliqaya həvalə edilmişdir.O brifinqdə olanda kosmik gəmi infraqırmızı yoxlama cihazı olan alət kimi təsvir edilmişdir.Saliqa ad üçün çox fikirləşdi və Pioner adını təklif etdi. == Erkən Pioner missiyaları == Ən erkən pioner missiyalarının məqsədi birinci kosmik sürəti əldə edərək Yer kürəsini tərk edilməsi və Ayın müəyyən qədər öyrənilməsindən ibarət idi.Bu köhnə NACA nın təşkil ediyi NASA tərəfindən həyata keçirilən ilk iş idi.Bu missiya ABŞ Hərbi Hava Qüvvələri və Ordusu tərəfindən həyata keçirilmişdir. === Able kosmik zondları (1958-1960) === Əsas missiyalar və mötərizədə onların alternativ adları aşağıda verilmişdir. Pioner 0 (Tor-Able 1,Pioner) məhv oldu (Buraxılışdan 77 saniyə sonra) 17 avqust 1958 Pioner 1 (Tor-Able 2,Piner I) Aya çatmadı (üçüncü mərhələ uğursuz oldu) 11 oktyabr 1958 Pioner 2 (Tor-Able 3,Pioner II) geri qaytarıldı (üçüncü mərhələ uğursuz oldu) 8 Noyabr 1958 Pioner P-1 (Atlas-Able 4A, Pioner W),zond itdi 24 Sentyabr 1959 Pioner P-3 (Atlas-Able 4, Atlas-Able 4B, Pioner X) Ay zondu,buraxılışın yerinə yetirilməməsi uğursuz oldu 26 Noyabr Pioner 5 (Pioner P-2, Tor-Able 4, Pioner V) Yer və Venera arasındasındakı planetlərarası kosmik fəzanın tədqiqi 11 Mart 1960 Pioner P-30 (Atlas-Able 5A, Pioner Y) Ayın orbitinə çata bilmədi 25 Sentyabr 1960 Pioner P-31 (Atlas-Able 5B, Pioner Z) (yuxarı mərhələ uğursuz oldu) 15 Dekabr 1960 === Juno II Ay zondları (1958–1959) === Pioner 3—buraxılış səhvi səbəbi ilə Aya çatmadı 6 Dekabr 1958 Pioner 4—birinci kosmik sürət əldə edildi 3 Mart 1959 == Son Pioner missiyaları (1965–1978) == Beş il sonra erkən Pioner missiyaları sona çatdı və NASA-nın Ames Tədqiqat Mərkəzi yeni missiyalar seriyasını adlandırmaq üçün Pioner adını istifadə etdi.Bu missiyada Yupiter və Saturn missiyalarından əvvəl ilkin olaraq daxili günəş sistemi hədəflənmişdir.Missiya uğur əldə edərək 5 il sonra olacaq Voyacer proqramına nəzərən çox aşağı keyfiyyətli şəkillər göndərdi.1978-ci ildə proqramın sonunda, Pioneer Venus Orbiter və Multiprobe zondları ilə daxili günəş sistemindən geri döndü. Yeni missiyalar Pionner 6-dan başlayaraq nömrələndi (mötərizədə alternativ adları sonra buraxılış tarixləri verilmişdir). === Pioner 6,7,8 və 9-planetlərarası fəza "hava şəbəkəsi" === Pioner 6,7,8 və 9 kosmik aparatları Pioner 6 (Pioner A) 1965-ci il Dekabr Pioner 7 (Pioner B) 1966-cı il Avqust Pioner 8 (Pioner C) 1967-ci il Dekabr Pioner 9 (Pioner D) 1968-ci il Noyabr Pioner E-uğursuz buraxılış 1969-ci il AvqustPioner 6 və Pioner 9 Günəşdən 0.8 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də orbital orbital periodları Yer ilindən qısadır. Pioner 7 və 8 günəşdən 1.1 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də onların orbital periodları Yer ilindən uzundur. === Xarici Günəş sistemi missiyaları === Pioner 10 (Pioner F)—Yupiter,Ulduzlararası mühit 1972-ci il Mart ayında buraxılıb Pioner 11 (Pioner G)—Yupiter,Saturun,Ulduzlararası mühit 1973-cü il Aprel ayında buraxılıb Pioner H Pioner 10 və 11-ə oxşar idi.Heç vaxt buraxılmadı. === Pioner Venera layihəsi === Pioner Venara orbiter (Pioner Venera 1, Pioner 12) 1978-ci May ayında buraxılıb.
Pioner və Məktəblilərin II Respublika Mahnı və Rəqs Bayramı (film, 1976)
== Məzmun == Film Azərbaycan pioner və məktəblilərinin istedadlarının nümayişinə-ikinci respublika mahnı və rəqs olimpiadasına həsr olunmuşdur. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Pionerlər (1938)
== Məzmun == Kinooçerk Respublika Pionerlər Sarayında təşkil olunmuş dərnəklərdən bəhs edir. Burada göstərilir ki, pionerlərə qonaq gəlmiş qocaman bolşevik M.B.Qasımov Stalinlə görüşü, yazıçı Novikov-Priboy isə öz yaradıcılıq planları barədə söhbət edirlər.
Pionerlər (film, 1938)
== Məzmun == Kinooçerk Respublika Pionerlər Sarayında təşkil olunmuş dərnəklərdən bəhs edir. Burada göstərilir ki, pionerlərə qonaq gəlmiş qocaman bolşevik M.B.Qasımov Stalinlə görüşü, yazıçı Novikov-Priboy isə öz yaradıcılıq planları barədə söhbət edirlər.
Pionerlər (roman)
"Casus" romanının uğurlarından sonra Kuper daha böyük həvəslə milli Amerika romanları yazmaq qərarına gəlir və "Pionerlər" adlı əsəri üzərində işləməyə başlayır. İlk dəfə olaraq bu romanın səhifələrində sonradan Dəri Corab, Vəhşi heyvan ovçusu, Şahingöz, Uzun Karabin və Ləpirçi ləqəbləri ilə tanınacaq "ağ adam" Nataniel (Natti) Bamponun və onun "qırmızı dərili" hindu dostları Çinqaçkuk, onun oğlu Unkas göründü. Müəllif bu romanı yazarkən heç özü də bilmirdi ki, bu əsərin mövzusu gələcəkdə onun yazacağı və beş romandan ibarət olacaq "Dəri Corab" pentalogiyasının əsasını təşkil edəcəkdir. 1823-cü ildə Amerikanın və İngiltərənin kitab bazarına daxil olan "Pionerlər" romanı o dəqiqə satılıb qurtarır. == Roman haqqında == Bu romanda avtobioqrafik üsnürlər çoxdur. Belə ki, müəllifin özünün də dediyi kimi, bu romanda təsvir olunan hadisələrin cərəyan etdiyi məkan, burada iştirak edən qəhrəmanlar və personajlar yazıçıya çox yaxşı tanış idi. Bu çox güman ki, onun atası Uilyamın ilk vaxtlar yaşadığı və onun özünün də uşaqlıq illərini keçirtdiyi yerlər olmuşdur. Hətta, tənqidçilərin dediyinə görə, əsərin qəhrəmanlarından biri hakim Marmadiyuk Templ çox güman ki, Uilyamın prototipidir. Hər halda, romanda təsvir olunan əsas qəhrəmanların əksəriyyətini - hakim və onun qızını, Edvardsı, şerif Riçardı və nökər Bencameni yazıçı hələ uşaq yaşlarından çox yaxşı tanıyırdı. Bu əsərdə sırf amerikalı qəhrəmanları olan Hiram Dultitl və həkim Elnatan Todd obrazları uzun müddət qızğın mübahisələrin obyekti olmuşdur.
Pionerski
Pionerski (rus. Пионерский) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Pionerskiy
Pionerski (rus. Пионерский) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
RSD-10 Pioner
RSD-10 Pioneer (ракета средней дальности (РСД) «Пионер» az.: Raketa Sredney Dalnosti (RSD) “Pioneer”; Orta Mənzilli Raket “Pioneer”) nüvə döyüş başlığı daşıya bilən köhnə orta mənzilli ballistik raket. 1976-1988-ci illər arasında SSRİ tərəfindən istifadə edilmişdir. NATO kod adı SS-20 Saber idi. == Xüsusiyyətləri == Döyüş raketi 16,5 metr hündürlüyündə, 1,9 metr çapında və 37,1 ton ağırlığındaydı. == Xarici keçidlər == SS-20 - Saber - (MAZ-547A base), RSD-10, Pioneer – Walk around photos Arxivləşdirilib 2007-12-27 at the Wayback Machine SS-20 Installations RSD-10 "Pioneer" Arxivləşdirilib 2006-12-20 at the Wayback Machine == İstinadlar == Cant, James "The SS-20 Missile-Why Were You Pointing at Me?" pages 240-253 from Russia War, Peace and Diplomacy edited by Ljubica and Mark Erickson, London: Weidenfeld & Nicolson, 2004 ISBN 0-297-84913-1.
Zak Piontek
Zak Piontek (27 yanvar 1991) — CAR-lı cüdoçu. Zak Piontek CAR-ı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Zak Piontek birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Braziliyanın nümayəndəsi Tiaqo Kamilo ilə üz-üzə gəldi. Həmin görüşdə Zak Piontek rəqibinə 0:101 hesabı ilə uduzdu.
Pionkimilər
Pionkimilər (lat. Paeoniaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Lion
Lion (fr. Lyon [ljɔ̃]}}) — Fransada şəhər, Ron-Alp bölgəsinin, Ron departamentini və 14 kantonun inzibati mərkəzi. Lion "Böyük Lionun" (fr. Grand Lyon), və ya 37 inzibati vahiddən ibarət Lyon şəhərlər cəmiyyətinin (fr:Communauté urbaine de Lyon) mərkəzidir. 1,2 milyon nəfər əhalisi vardır.
Peon
Peon — Qədim Yunan mifologiyasına görə həkim tanrı. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Piton
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
İon
İon (yunanca ἰών və ya ἰόν ión, „yeriyən") - elektrik yüklənmiş atom və ya molekuldur. Onun tərkibində ən azı bir müsbət yüklü atom nüvəsi vardır. Onun yükü boşalan protonların sayını müəyyən edir. İonun xaricə təsir edən yüklənməsi çoxlu sayda protonların və elektronların nəticəsində baş verir. İonlar elektronların çatışmazlığı ucundan müsbət yüklü və ya da elektronların həddən artıq olması nəticəsində mənfi yüklü olur. Mənfi ion özünə bir vəya bir neçə əlavə elektron qəbul etmiş atomdur. Müsbət ion bir və ya bir neçə elektron itirmiş atoma deyilir. İon analyışı 1834-cü ildə Maykl Faradey elektrik cərəyanını turşu, duz və başqa məhlullarda araşdıran zaman daxil etmişdir. O, belə məhlulların elektrik keçiriciliyini ionların hərəkəti ilə bağlamışdır. Kationlar mənfi elektroda tərəf hərəkət edən ionlardır yəni müsbət yüklü ionlardır.
Bion (peyk)
Bion peyki , (həmçinin biocosmos adlandırılır). Onlar Kosmos peyklərinin bir hissəsi olub, Sovet (indiki Rusiya) Biopeyklər sırasına daxildir. == Bion kosmik proqramı == Sovet biopeyk proqramı 1960-cı ildə Kosmos 110 adı ilə başlamışdır və 1973-cü ildə Kosmos605 ilə davam etmişdir. Sovet İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında kosmik müəssisələr sahəsində əməkdaşlıq 1971-ci ildə ABŞ və Sovet İttifaqının Elm və Tətbiq Sazişinin (kosmik tədqiqat əməkdaşlığına dair razılaşma daxil edildi) imzalanması ilə başlanmışdır. 1969-cı ildə U.S biopeyk layihəsinin ləğvindən bir neçə il sonra, Sovet İttifaqı ilk dəfə 1974-cü ildə ABŞ-nin təcrübələrini Kosmos biopeykində keçirilməsini təklif etdi. Bu təklif 1975-ci ildə ABŞ-Sovet araşdırmasının Kosmos 782 missiyasının başlanması zamanı həyata keçirildi. Bion kosmik gəmisi Zenit peykinə əsaslanırdı və 1973-cü ildə başlaması ilə insanlara radiasiya təsiri problemlərinə əsas diqqət yetirildi. Başlanğıc proqrama Kosmos 110, 605, 690, 782, əlavə olaraq Zenit-2M kəşfiyyat peykləri üzərində uçan Nauka modulları daxildir. Nauka modulunda 90 kq-lıq avadanlıq ola bilərdi.Sovet / Rus Bion proqramı, ABŞ tədqiqatçılarını, Fundamental Kosmos Biologiya və biotibbi eksperimentlərin kosmosa buraxılması üçün bir platforma ilə təmin etdi. 1966-cı ildə başlanan Bion proqramı, yerə yaxın orbitdə bir biopeykdə primatlar, gəmiricilər, həşəratlar, hüceyrələr və bitkilər istifadə edərək bioloji təcrübələrin aparıldığı bir sıra missiyalardan ibarət idi.
Dion Malone
Dion Malone (13 fevral 1989-cu ildə anadan olub) — Erediviziya təmsilçilərindən olan ADO Den Haaq klubunda müdafiənin sağ cinahında çıxış edən Surinamlı peşəkar futbolçudur. O, bir müddət Almere Siti və Qəbələ klubunda çıxış etmişdir. Malone həmçinin Niderland vətəndaşıdır. == Karyerası == Malone Surinamın Paramaribo şəhərində anadan olmuşdur. O, peşəkar karyerasında debütünü Almere Siti klubu ilə (o vaxtlar Omnivorld klubu) 2008-09 mövsümündə etmişdir.24 iyun 2017-ci ildə Malone Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubu ilə iki illik müqavilə imzalamışdır.27 iyul 2018-ci ildə Malone yenidən Erediviziya təmsilçilərindən olan ADO Den Haaq klubu ilə iki illik müqavilə imzalamışdır.
Lion (rayon)
== İstinadlar ==
Lion Feyxtvanger
Lion Feyxtvanger (alm. Lion Feuchtwanger‎; 7 iyul 1884[…], Münhen – 21 dekabr 1958[…], Los-Anceles, Kaliforniya) — yəhudi əsilli alman yazıçı. == Həyatı == Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger 1884-cü il iyulun 7-də Münhen şəhərində anadan olub. Berlin və Münhen şəhərlərində filoloji təhsil alıb. Jurnalistika və teatr tənqidi ilə məşğul olub. Fəlsəfə elmləri doktoru adını alıb. 1933-cü ildə faşistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra Fransaya mühacirət edərək orada yaşayıb. Feyxtvanger beynəlxalq mədəniyyəti müdafiə hərəkatında iştirak edib, B.Brext və B.Bredel ilə birgə 1936-1939-cu illərdə Moskvada almanca nəşr olunan "Söz" (Das Vort) jurnalının redaktoru olub, "Moskva – 1937" kitabını yazıb. 1940-cı ildə Fransa hökumətinin mürtəce siyasətini tənqid etdiyinə görə həbs düşərgəsinə salınıb, alman qoşunları Fransanı işğal edərkən çətinliklə xilas olub. Feyxtvangerin "Hərbi əsirlər" (1918), "Sülh" (1918) şeirlərində, həmçinin "Gözləmə zalı" trilogiyasında, "Müvəffəqiyyət" (1930) "Oppenheymlər ailəsi" (1933), "Sürgün" (1939), "Lautenzak qardaşları" (1943) romanlarında faşizm ifşa olunur.
Lion üsyanı
Lyon üsyanı (fr. Soulèvement de Lyon contre la Convention nationale) — 1793-cü ilin iyunundan noyabrına qədər davam etmişdir. Bu üsyanın səbəbi jirondistlər və montanyarlar arasında mübarizənin qızışması idi. Beləki, jirondistlər Lyonda hakimiyyətə gəlir və Respublikaya olan bağlılıqlarını bildirirlər, lakin Parisdə olan yakobinlər və montanyarlar onlara qarşı çıxırlar. == İqtisadi böhranla üzləşən bir şəhər == 1789-cu ildə Lyon əhalisinin sayının 100.000 keçməsinə görə Parisdən sonra Fransadakı ən böyük şəhər idi. Şəhər bankçılıq, ticarət və istehsal üçün regional bir mərkəz olmuşdu. Məşğulluq baxımından onun aparıcı sənayesi ipək toxuculuğu idi, beləki əhalinin üçdə bir hissəsi bu fəaliyyətlə məşğul idi. 1789-cu ildə ipək toxuculuğu bütün Fransanı iqtisadiyyatını əhatə edən böyük iqtisadi böhranda idi. Bu şəhər ingilis yazar Artur Yunq tərəfindən ziyarət edilir və o qeyd edirdi: Vergi üsyanları 1789-cu ilin iyununda və 1790-cı ilin iyulunda baş verir. Xalq ümid edirdiki, Silklər Məclisinin 1789-cu ildəki toplantısından sonra ticarət oliqarxlarının vergi imtiyazları aradan qaldırılacaq, amma bunun əksinə olaraq oktrua vergisi vasitəsilə əsas yük yenə də aşağı təbəqənin üzərinə düşürdü.
Pino-nuar
Pino-nuar (ing. Pinot noir) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Fransada yetişdirilir. Bu üzümdən hazırlanan şəraba qara albalı və moruq da əlavə edilə bilər.
Prion xəstəlikləri
Prionlar (ing. proteinaceous infectious particle — yoluxucu zülalvari hissəcik) – İnsan və heyvanların ali nümayəndələrində mərkəzi sinir sistemində ağır xəstəliklərə səbəb olan, tərkibində nuklein turşuları olmayan zülalların xüsusi sinfi. Prionlar sahibin normal zülalının dəyişmiş formasıdır. 1982-ci ildə amerikalı molekulyar bioloq, Stenli Prussner tibbin və biologiyanın inkşafının yeni mərhələsini qoydu. O, yeni tip infeksiyon agent, prionları kəşf etdi. Bu təkcə molekulyar biologiyanın nailiyyəti deyildi, həm də tibbin inkişafında yeni bir era idi. Prinsipial olaraq digər infeksiyon xəstəliklərdən baş verməsinə və səbəbinə görə fərqlənən yeni tip infeksiyon xəstəlik aşkar olunmuşdu. == Həkimlər üçün == Həkim praktikasında prion xəstəlikləri haqqında məlumatlı olmaq və onlari digər somatik sinir və əzələ sistemi xəstəliklərindən ayırmaq üçün differensial-diaqnostıkasını bilmək cox vacibdir. Bunun üçün prion xəstəliklərini makroskopik və mikroskopik səviyyədə öyrənmək, xəstəliyin inkşafını, səbəbini, orqanizm üçün ağırlaşmalarını bilmək lazımdır: Morfoloji cəhətdən prion xəstəliklərini virus xəstəliklərindən ayırmaq Transmissiv Süngərvari Ensefalopatiyanin morfogenezini Transmissiv Süngərvari Miopatiyanın morfogenezini İnsanda ağırlaşmanı və ölümün səbəbiniOnlar submikroskopik infeksion hissəcik olub heç bir genetik materialı yoxdur (DNT və RNT). Prionları bütün mikroorqanizmlərdən: viruslar, bakteriyalar, göbələklərdən fərqləndirən əsas cəhət də budur.
Qion Nankay
Qion Nankay (祇園 南海, 1676, Edo[d] – 26 oktyabr 1751) – Yaponiya şairi, xəttatı və bucinqa rəsm sənətinin pionerlərindən biri. Qion Yu əsl adıdır. == Yaradıcılığı == Kii hanında (indiki Vakayama prefekturası) yaşayan bir konfusiçi alimin və həkimin ilk oğlu kimi dünyaya gəlmişdir. Uşaq olanda atası ilə birlikdə Edo şəhərinə gedib Kinoşita Cunandan konfusiçiliyi və Çin poeziyasını öyrənmişdir. Tezliklə Çin dilində şeirlər yazan şair və xəttat kimi tanınmışdır. 1697-ci ildə Kiiyə qayıdaraq hanın rəsmi konfusiçi alimi olmuşdur. 1700-cü ildə qeyri-müəyyən cinayətə görə kiçik bir kənddə dustaq edilmişdir. 10 il sonra bağışlanılmış və Koreya diplomatik nümayəndəliyinin qəbulunda iştirak etməyə dəvət edilmişdir. 1713-cü ildə açılmış yeni məktəbin professoru təyin olunmuşdur.Nankayın spesifik rəsm müəllimi olmamış, öz-özünə təhsil vermişdir. "Rəssamlığın səkkiz albomu" kimi qravür dərsliklərindən yararlanmışdır.
Selin Dion
Selin Dion (fr. Céline Marie Claudette Dion; 30 mart 1968[…]) — Kanada pop müğənnisi. 1988-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi. O, musiqi tarixindəki ən müvəffəqiyyətli qadın müğənnilərdən biri hesab olunur.
Sion Moreno
Sion Moreno (ing. Zión Moreno; 23 fevral 1995, El-Paso, Texas, ABŞ) — Amerikalı aktrisa və model. Netflix serialı "Control Z" və HBO Max-ın 2021-ci ildə yenidən çəkilən "Gossip Girl" serialındakı rolu ilə tanınır. O, həmçinin Melani Martinesin yazıb rejissorluq etdiyi K-12 filmində Fleur obrazını canlandırıb. == Həyatı == Moreno Texas ştatının El-Paso şəhərində meksikalı ailədə anadan olub. Anası Çihuahuadan, atası isə Monterreydəndir. Nyu-Meksiko ştatının Albukerke şəhərində böyüyüb və evdə ispanca danışmışdır.Moreno trans qadındır və 13 yaşında ikən cinsiyyətini dəyişməyə başlayıb. O, məktəbdə oxuyarkən həmyaşıdlarının zorbalığı ilə üzləşib. == Karyerası == Moreno modellik karyerasını davam etdirmək üçün 19 yaşında Nyu-Yorka köçdü. O, Wilhelmina, Elite və Slay rəhbərliyi tərəfindən kəşf edildi.2017-ci ildə Kannda keçirilən MIPCOM-da Diversify TV Awards mükafatının təqdimatını etdi.Moreno 2019-cu ildə müğənni Melani Martines tərəfindən çəkilmiş K-12 filmində Fleur rolu ilə ilk aktrisalıq debütünü etdi.
Sion Prioratı
== Tarixi == 2001-ci ildə İtaliyalı fotoqraf Barbara Freyl Vatikanın gizli arxivindən tarixi sənədlər tapdı. Bu sənədlər 1308-ci ilə aid idi və papa V Klement və Tampilyerlərin böyük ustadı Jak De Molay haqqında idi. Sənəd Fransanın Sion şəhərində Berenger Frodoli tərəfindən yazılmışdı. Sion Prioratı 1099-ci ildə Fransa kralı Qodfrua de Buyon tərəfindən yaradılmışdır və 1308-ci ildə Tampilyerlər ordeninin süqutundan sonra fəallaşmışdı. Sion Prioratının əsas vəzifəsi San Qrili tapmaq və onu qorumaqdan ibarət idi. Prioratın üzvləri müasir zamandək gəlib çıxmışlar. Ustadlar hər beş nəfərdən ibarət idi. Onlardan biri böyük ustad hesab olunurdu. Hesab olunur ki, 2003-cü ildə Priorat ləğv olunmuşdur. Sənədlərin yeri isə hələ də məlum deyil.
Sion Uilyamson
Sion Uilyamson — (7 iyul 2000-ci il təvəllüdlü) Atlantic Coast Konfransı (ACC) Duke Blue Devils üçün Amerikan kollec basketbolçusudur. 6 ft 7 (2.01 m) və 285 pound (129 kq) siyahıda, kiçik irəli və güc irəli mövqelərini oynayır. 2019 NBA layihəsi üçün ən yaxşı perspektivlərdən biridir. Uilyamson, Spartanburg, Cənubi Karolina əyalətində Spartanburg Günü Məktəbində iştirak etdi və burada beşulduzlu bir işçi oldu və sinifdəki ən yaxşı oyunçular arasında yer aldı. Lisey karyerası əsnasında qrupuna 3 dövlət titulu qazandırdı. Uilyamson bir McDonald's All-Amerika və Cənubi Karolina idi. Basketbol, 2018-ci ildə Seniyor olaraq vəzifə yerinə yetirmişdir. O, slam dunking qalibiyyətindən sonra tanınmağa başladı. == Erkən həyat == Uilyamson 7 iyul 2000-ci ildə Şimali Amerikanın Salisbury şəhərində Lateef Uilyamson və Sharonda Sampson tərəfindən dünyaya gəlib. [1] O, Yerusəlimdəki Sion dağından adını almışdır.
Sion Vilyamson
Sion Uilyamson — (7 iyul 2000-ci il təvəllüdlü) Atlantic Coast Konfransı (ACC) Duke Blue Devils üçün Amerikan kollec basketbolçusudur. 6 ft 7 (2.01 m) və 285 pound (129 kq) siyahıda, kiçik irəli və güc irəli mövqelərini oynayır. 2019 NBA layihəsi üçün ən yaxşı perspektivlərdən biridir. Uilyamson, Spartanburg, Cənubi Karolina əyalətində Spartanburg Günü Məktəbində iştirak etdi və burada beşulduzlu bir işçi oldu və sinifdəki ən yaxşı oyunçular arasında yer aldı. Lisey karyerası əsnasında qrupuna 3 dövlət titulu qazandırdı. Uilyamson bir McDonald's All-Amerika və Cənubi Karolina idi. Basketbol, 2018-ci ildə Seniyor olaraq vəzifə yerinə yetirmişdir. O, slam dunking qalibiyyətindən sonra tanınmağa başladı. == Erkən həyat == Uilyamson 7 iyul 2000-ci ildə Şimali Amerikanın Salisbury şəhərində Lateef Uilyamson və Sharonda Sampson tərəfindən dünyaya gəlib. [1] O, Yerusəlimdəki Sion dağından adını almışdır.
Torlu piton
Torlu piton (lat. Python reticulatus) – pitonlar fəsiləsinin əsl pitonlar cinsinə aid heyvan növü. == İstinadlar == == Xarici keçidlər == Reticulated python life history Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine at Reticulatedpython.info Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. Yoxlanılıb 01.03.2011 Python reticulatus Arxivləşdirilib 2009-09-17 at the Wayback Machine at Exotic-pets.eu. Accessed Yoxlanılıb 01.03.2011.
Valeriya Dion
Valeriya Dion (d. 29 iyul 1980) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Valeriya Dion, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Valeriya Dion, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.