Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pisniyyətli proqram
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.
Cinsiyyət
Cins (cinslilik olaraq da adlandırılır ) , kişi və qadının arasındakı cinsilik əsaslı bioloji fərqliliyi və feminist nəzəriyyədə qadın və kişi davranışı arasındakı ictimai olaraq inşa edilmiş fərqlilikləri göstərən və bu istiqamətiylə fərqli məzmunlarda fərqli istifadəyə sahib bir anlayışdır. Gender anlayışı , bir fərdin sahib olduğu fiziologiya , bioloji və genetik xüsusiyyətləri olaraq da təyin oluna bilər. Bu xüsusiyyətlər fərdlər arasında bərabərsizliyin meydana gəlməsi üçün bir səbəb deyil. Bu xüsusiyyət yalnız cinsiyyət fərqi yaradır. Yenə tibb elmlərində gender iki şəkildə; dişi və kişi cinsiyyət olaraq ikiyə ayrılır. == Bioloji və ictimai cinsiyyət == İctimai cinsiyyət anlayışı , bioloji cinsiyyətdən fərqli olaraq , bir adamın , "sosial " və ya " psixoloji" cinsiyyətini müəyyən edir. Söz mövzusu anlayış İngilis dilindən , xüsusilə ictimai cinsiyyət ( gender) ilə bioloji cinsiyyət (sex) arasındakı ayrı-seçkiliyin fərqinə varmaq üçün alınmışdır. Türk dilində " gender " hər iki mənada da istifadə edilə bilər; cəmiyyət və ictimai elmlərdə bu anlayış (gender) xüsusiyyət bir texniki termin olaraq funksionallıq qazanmaqdadır. Bioloji mənada , iki cins vardır : Qadın və kişi. Artma sistemləri , bu cinsiyyətləri ayıran xüsusiyyətdir.
Cinsiyyət dodağı
Cinsiyyət dodağı — Qadın cinsiyyət üzvlərindən biri. Bunlar vulvanın xaricdən görünə bilən ən böyük hissələridir. İnsanlarda iki cüt cinsiyyət dodağı vardır: böyük cinsiyyət dodağı (labia majora) daha böyük və daha şişman, kiçik cinsiyyət dodağı (labia minora) isə xarici dodaqlar arasındakı bədən büküşləridir. Cinsiyyət dodağı klitor, vagina və sidik kisəsini əhatə edir və qoruyur. Labioplastika, labia minorayı (daxili labia) və labia majorayı (xarici labia), insan vulvasını əhatə edən bədən büküşlərini dəyişdirmək üçün istifadə edilən plastik cərrahiyyə əməliyyatı növüdür.
Mahmud Pakniyyət
Mahmud Pakniyyət (fars. محمود پاک‌نیت‎‎; 31 dekabr 1952, Kazeroun, Fars ostanı) — İran aktyoru. Kazerunda anadan olmuşdur. Dini filmlərdə rol almışdır.
Cinsiyyət (insan)
Cins (cinslilik olaraq da adlandırılır ) , kişi və qadının arasındakı cinsilik əsaslı bioloji fərqliliyi və feminist nəzəriyyədə qadın və kişi davranışı arasındakı ictimai olaraq inşa edilmiş fərqlilikləri göstərən və bu istiqamətiylə fərqli məzmunlarda fərqli istifadəyə sahib bir anlayışdır. Gender anlayışı , bir fərdin sahib olduğu fiziologiya , bioloji və genetik xüsusiyyətləri olaraq da təyin oluna bilər. Bu xüsusiyyətlər fərdlər arasında bərabərsizliyin meydana gəlməsi üçün bir səbəb deyil. Bu xüsusiyyət yalnız cinsiyyət fərqi yaradır. Yenə tibb elmlərində gender iki şəkildə; dişi və kişi cinsiyyət olaraq ikiyə ayrılır. == Bioloji və ictimai cinsiyyət == İctimai cinsiyyət anlayışı , bioloji cinsiyyətdən fərqli olaraq , bir adamın , "sosial " və ya " psixoloji" cinsiyyətini müəyyən edir. Söz mövzusu anlayış İngilis dilindən , xüsusilə ictimai cinsiyyət ( gender) ilə bioloji cinsiyyət (sex) arasındakı ayrı-seçkiliyin fərqinə varmaq üçün alınmışdır. Türk dilində " gender " hər iki mənada da istifadə edilə bilər; cəmiyyət və ictimai elmlərdə bu anlayış (gender) xüsusiyyət bir texniki termin olaraq funksionallıq qazanmaqdadır. Bioloji mənada , iki cins vardır : Qadın və kişi. Artma sistemləri , bu cinsiyyətləri ayıran xüsusiyyətdir.
Cinsiyyət dimorfizmi
Cinsi dimorfizm (q.yun. δι- — iki, μορφή — forma) — eyni cinsdən olan erkək və dişi arasındakı anatomik fərqdir. Cinsi dimorfizm özünü müxtəlif fiziki xüsusiyyətlərlə göstərə bilər. Ölçü. Əksər məməlilərdə və toyuqkimilərdə erkəklər dişilərdən daha böyük və ağırdır. Bir çox quşlarda (xüsusilə yırtıcı quşlarda), suda-quruda yaşayanlarda və buğumayaqlılarda, dişilər bir qayda olaraq erkəklərdən daha böyükdür. Tısbağalarda və ilanlarda dişilər erkəklərdən daha böyükdür; kərtənkələlərdə, əksinə, bir qayda olaraq, erkəklər dişilərdən daha böyükdür; gekkonlar istisna təşkil edir, onlarda böyük ölçü dişilərə xassdır. Tük örtüyü. Kişilər üçün saqqal, aslanlar və ya babuinlər üçün yal. Rəng.
Cinsiyyət sistemi
Cinsiyyət sistemi — cinsi əlaqədə olmaq üçün nəzərdə tutulan orqanlardan ibarət sistem.
Cinsiyyət sistemləri
Cinsiyyət sistemi — cinsi əlaqədə olmaq üçün nəzərdə tutulan orqanlardan ibarət sistem.
Cinsiyyət üzvləri
Cinsiyyəti üzvləri cinsi çoxalma orqanlarıdır. Adətən heyvanların cinsi çoxalma orqanları belə adlanır, bitkilərin çoxalma orqanları isə generativ orqanlar adlanır. Cinsiyyət orqanları reproduktiv sistemi təşkil edir. Kişilərdə xayalar, qadınlarda yumurtalıqlar başlıca cinsiyyət orqanlardır. Hər iki cinsdə doğulanda görünən orqanlara xarici cinsiyyət orqanı və ya genitaliya, daxili cinsiyyət orqanı isə ikinci dərəcəli cinsiyyət orqanı adlanır. Heyvanlarda cinsiyyət üzvlərinə cinsi vəzilər (xayalar və yumurtalıqlar), reproduktiv kanallar (vas deferens və yumurtalıqlar), bir sıra "əlavə formasiyalar" (müxtəlif növ vəzilər, həmçinin seminal bursalar və spermaqəbuledicilər) və kopulyar orqanlar daxildir. Bundan əlavə, dişi heyvanların hamiləlik orqanları (rüşeym daşımağa xidmət edən) var ki, onlar da cinsi hesab olunur. Cinsi vəzilər cinsi hüceyrələri (və ya qametlər) istehsal edir. Qadın cinsiyyət vəziləri yumurta əmələ gətirir və yumurtalıqlar adlanır, kişi cinsiyyət orqanları isə sperma əmələ gətirir və xaya adlanır. Bundan əlavə, cinsiyyət vəziləri cinsi hormonlar istehsal edir.
Böyük cinsiyyət dodaqları
Böyük cinsiyyət dodaqları — lat. labia majora pudendi qasıq dağcığından aşağıda 7–8 sm uzunluğunda və 2–3 sm enində bir cüt paralel istiqamətdə durmuş elastik dəri büküşləridir. Bayır tərəflərdən çanaq-bud şırımı vasitəsilə sağ və solbuddan ayrılmışdır. Böyük cinsiyyət dodaqları orta xətdə cinsiyyət yarığını (lat. rima pudendi) əhatə edir. bu yarıq qızlarda və cavan qadınlarda qapalı yəni böyük cinsiyyət dodaqları bir-birinə söykənmiş olur. Təkrar doğmuş qadınlarda böyük cinsiyyət dodaqları elastikliyini itirdiyinə görə cinsiyyət yarığı açıq qalır. Cinsiyyət yarığının ön və dal uclarında böyük cinsiyyət dodaqları bir-biri ilə birləşərək ön və dal bitişməni — lat. commissura labiorum anterior et posterior əmələ gətirir. dal bitişmə dal tərəfdə 3 sm uzunluğunda aralıq adlanan sahə vasitəsilə anusdan ayrılmışdır.
Cinsiyyət-bud siniri
== İstinadlar ==
Kişi cinsiyyət üzvü
Sidik-cinsiyyət aparatı
Sidik-cinsiyyət aparatı (lat. apparatus urogenitalis) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, orqanizmin sidik və cinsiyyət üzvlərindən təşkil olunur. Sidik üzvləri cinsiyyət üzvləri ilə birlikdə təsvir edilir, çünki bunlar anatomik genez cəhətcə bir-biri ilə sıxı rabitədədir. Sidik üzvlərinin vəzifəsi bədəndən suyun və duzların artığını və maddələr mübadiləsindən sonra hasil olan azotlu maddələri sidik (lat. urina) halında xaric etməkdir. Sidik və cinsiyyət üzvlərinin anatomik rabitəsi onların ifrağ etdikləri maddələrin ümumi axacaq vasitəsilə xaricə çıxmasından ibarətdir. Bu rabitə ədaha əsasən kişilərə xasdır. Sidik üzvlərinin əsas hissəsini bel nahiyəsində yerləşmiş bir cüt böyrək (lat. renes) təşkil edir. Böyrəklərdə ifrağ olunan sidik sidik axarları (lat.
Xoşniyyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.