Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çiştilik
Çiştiyyə-sufi yönümlü islam təriqəti == Yaranması == Muinüddin Həsən Çişti (v.633/1236) tərəfindən qurulmuşdur. Muinüddin Çişti, Sicistanda anadan olmuşdur. Muinüddin, Buxara və Səmərqənd mədrəsələrində təhsil aldıqdan sonra Bəlx, Bağdad kimi şəhərlərə səyahət etdi. O şəhərlərdə dövrüntanınmış şeyxləri Əbdülqadir Gilani, Əbün-Nəcib əs-Sührəverdi və Nəcməddin Kübra ilə görüşmüşdür. Bir müddət “Kəşful-məhcub”un müəllifi Xucvirinin türbəsində inziva həyatı yaşamışdır. Əbu İshaq Şamiyə intisab etdikdən sonra onun yaşadığı Çişt kəndində məskunlaşdı. Uzun illər Çişt kəndində yaşadıqdan sonra Əcmərdə vəfat etdi (v.633/1236). Çiştiyyə Hindistan bölgəsinin ilk və ən məşhur təriqətidir. Hindistan və Pakistan bölgəsinin İslamlaşmasında olduğu kimi, orda yaşayan müsəlmanların mənəvi həyatında mühüm bir yeri vardır. Çiştiyyə təriqəti, cəhri və xafi zikr, muraqəbə, çilə və səma kimi xüsusiyyətləri özündə cəmləşdirir.
İstilik
İstilik — fiziki kəmiyyət olub, materialın halını xarakterizə edir. O kinetik enerjinin köməyi ilə mikroskopik və termodinamikanın köməyi ilə makroskopik təyin edilə bilir. Termodinamikada istilik bir sərhəddən başqasına enerjini nəql etdirir. İstilik temperatur qardiyenti verildikdə proses parametri kimi işlənə bilir. Ümumilikdə istilik çox vaxt istilik enerjisi və ya temperatur ilə dəyişik salınır. İstilik bir sərhəddən başqasına keçdikdə heç də həmişə temperatur dəyişikliyi baş vermir. istiliyin maddəyə daxil olması çox vaxt hal dəyişikliyi ilə müşayət olunur. İstiliyin verilməsi temperaturun qalxmasına təsir edə və bununla hal dəyişiliyini yarad bilər (məsələn, buzun əriməsi) və təzyiqinin dəyişməsinə təsir edə bilər. İstilik və temperatur bir-biri ilə entropiya ilə əlaqələndirilir.
Pirili
Pirili (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Pirili (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. == Fəaliyyəti == "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
George Pintilie
George Pintilie (doğum adı: Panteley Bodnarenko; ləqəbi: Pantiuşa; 1902, Tiraspol, Xerson quberniyası[d] – 11 avqust 1985, Buxarest) — Sovet kəşfiyyat agenti, Rusiya vətəndaşı və Ukrayna mənşəli Rumıniya kommunist aktivisti və Sekuritatenin birinci sədri. Beləliklə o, kommunist Rumıniyada həyata keçirilən repressiyanın əsas təşkilatçılarından biri kimi təxminən 400 000 insanın həbs, deportasiya və tərkisilah edilməsindən məsuliyyət daşıyırdı.
Pitirim Sorokin
Pitirim Sorokin (23 yanvar (4 fevral) 1889 – 10 fevral 1968[…]) — rus-amerikan sosioloqu və kultroloqu. Harvard Universitetində Sosiologiya fakültəsinin əsasını qoymuşdur.
Vitalik Buterin
Vitali Dmitriyeviç "Vitalik" Buterin (rus. Виталий Дмитриевич Бутерин; 31 yanvar 1994, Kolomna, Moskva vilayəti) daha çox Ethereum-un həmtəsisçilərindən biri kimi tanınan rus-kanadalı proqramçıdır. O, Kriptovalyuta dünyasına 2011-ci ildə Bitcoin Magazine-in həmtəsisçisi kimi daxil olub. 2014-cü ildə Buterin, Qevin Vud ilə Ethereum-u işə saldı. == Erkən həyat və təhsil == Vitalik Buterin Rusiyanın Kolomna şəhərində kompüter alimi cənab Dmitri Buterin və xanım Natalya Amelinenin oğlu olaraq dünyaya gəlib. Ailəsi daha yaxşı iş imkanları tapmaq üçün Kanadaya köçənə kimi, 6 yaşına qədər burada yaşadı. Kanadada ibtidai məktəbin 3-cü sinfində oxuyanda onu istedadlı uşaqlar üçün xüsusi tədris sinfinə yerləşdiriblər. O yaşda riyaziyyat, iqtisadiyyat və proqramlaşdırma ilə maraqlanmağa başladı. Buterin daha sonra Torontoda özəl lisey olan Abelard Məktəbində oxuyub. Buterin Bitcoin haqqında 17 yaşında atasından öyrənib.Orta məktəbdən sonra Buterin Vaterloo Universitetində təhsil alıb.
İstilik balansı
== Radiasiya balansı == Yer səthində və atmosferada eyni zamanda istər qısa dalğalı (düz və səpələnən) və istərsə də uzun dalğalı (Yerin və atmosferanın şüalanması) radiasiya axınları müşahidə edilir. Deməli hər hansı bir anda yer səthində radiasiyanın gəliri və çıxarı vardır. == İstilik balansı == Radiasiya balansı istilik balansının ən əsas üzvlərindən biri olub belə sadə düsturla idarə olunur: B=LE+V+P B — radiasiya balansı LE — buxarlanmaya sərf olunan istilik, V — səth örtüyü ilə hava arasında istilik mübadiləsi, P — torpaqda istilik axınıdırİstiliyin gəlir və çıxarına uyğun olaraq istilik balansı ünsürləri müsbət və ya mənfi kəmiyyətlərə malik ola bilər. Çoxillik nəticədə torpaqğın yuxarı təbəqələrinin və Dünya okeanının suyunun orta çoxillik temperaturası daimi hesab edilir. Ona görə də torpaqda və Dünya okeanında üfiqi və şaquli istilik mübadiləsi təcrübi olaraq sıfıra bərabər hesab edilir. Ümumiyyətlə bütün yer kürəsi üçün buxarlanmaya sərf olunan istiliyin illik miqdarı quru üçün 25, okean üçün 59 kkal/sm2-ə bərabərdir. Bu rəqəmlər quru və okeanın radiasiya balansının uyğun olaraq 51 və 82%-ni təşkil edir. Bu rəqəmlərdən aydın olur ki, il ərzində quru səthindən 41 sm, okeanların səthindən isə 100 sm su buxarlanır.
İstilik dövranı
== Atmosfer prosesləri == Atmosfer proseslərinin üç əsas tsikli var ki, onlar havanın formalaşmasına və iqlimin yaranmasında iştirak edirlər. Bunlar iqliməmələgətirən proseslərdir; istilik dövranı rütubət dövranı atmosfer sirkulyasiyası == İstilik dövranı == İstilik dövranı məfhümu mürəkkəb prosesi, yəni yer-atmosfer sistemində istilik almağı, verməyi,daşımağı və istiliyi itirməyi təsvir edir. Günəşdən Yerə gələn günəş radiasiyası axını, qismən atmosfer fəzaya əks etdirir. Bu enerji Yer kürəsi üçün itmiş sayılır. Digər qismi atmosferi keçir və onun bir hisssəsini atmosfer udub istiliyə çevirir. Digər hissəsi səpələnir və spektral tərkibi dəyişir. Düz günəş radiasiyası və səpələnən radiasiya yer səthinə düşür, qismən əks olunur, ancaq böyük bir hissəsini udaraq istiliyə çevrilərək torpağı və sututarların üst qatını qızdırır. Yer səthinin özü infraqırmızı şüa buraxır ki, onun böyük hissəsini atmosfer udaraq qızır. Atmosfer de öz növbəsində infraqırmızı şüa buraxır ki,onun böyük hissəsini yer səthi udur. İstilik dövranında vacib proseslərdən birihava axını ilə istiliyin bir yerdən digər yerə aparılmasıdır.
İstilik dəyişdirici
İstilik dəyişdirici — istiliyin iki və daha artıq maye və ya qaz arasında ötürülməsini təmin edən sistemdir. İstilik dəyişdiricilər həm isitmə, həm də soyutma sistemlərində istifadə olunur. İstilik dəyişdiricidəki maye və ya qaz, qarışmasının qarşını almaq üçün bərk divarla ayrıla bilər və ya birbaşa təmasda ola bilər. Onlar, məkanların qızdırılmasında, soyuducularda, hava sistemlərində, elektrik stansiyalarında, kimyəvi zavodlarda, neft emalı zavodları, təbii qaz emalı və kanalizasiya təmizlənməsi sistemlərində istifadə olunur. == Təsnifatı == === Axının tənzimlənməsinə görə === İstilik dəyişdiricilərinin axın tənzimləmələrinə görə üç əsas təsnifatı var. Paralel axan istilik dəyişdiricilərində iki maye eyni anda dəyişdiriciyə daxil olur və bir-birinə paralel olaraq digər tərəfə keçir. Əks axın istilik dəyişdiricilərində mayelər əks istiqamətdən dəyişdiriciyə daxil olur. Maye və ya qazın vahid kütləsinə düşən ötürülən istilik miqdarı cəhətdən əks cərəyan dizaynı ən səmərəli dizayndır. Bu, əks axındakı istənilən iki nöqtə arasındakı orta temperatur cəminin paralel axına nisbətən daha çox olması ilə əlaqədardır. Çarpaz axını olan bir istilik dəyişdiricisində isə maye və ya qazlar bir-birinə təxminən perpendikulyar istiqamətdə hərəkət edir.
İstilik dəyişdiricisi
İstilik dəyişdirici — istiliyin iki və daha artıq maye və ya qaz arasında ötürülməsini təmin edən sistemdir. İstilik dəyişdiricilər həm isitmə, həm də soyutma sistemlərində istifadə olunur. İstilik dəyişdiricidəki maye və ya qaz, qarışmasının qarşını almaq üçün bərk divarla ayrıla bilər və ya birbaşa təmasda ola bilər. Onlar, məkanların qızdırılmasında, soyuducularda, hava sistemlərində, elektrik stansiyalarında, kimyəvi zavodlarda, neft emalı zavodları, təbii qaz emalı və kanalizasiya təmizlənməsi sistemlərində istifadə olunur. == Təsnifatı == === Axının tənzimlənməsinə görə === İstilik dəyişdiricilərinin axın tənzimləmələrinə görə üç əsas təsnifatı var. Paralel axan istilik dəyişdiricilərində iki maye eyni anda dəyişdiriciyə daxil olur və bir-birinə paralel olaraq digər tərəfə keçir. Əks axın istilik dəyişdiricilərində mayelər əks istiqamətdən dəyişdiriciyə daxil olur. Maye və ya qazın vahid kütləsinə düşən ötürülən istilik miqdarı cəhətdən əks cərəyan dizaynı ən səmərəli dizayndır. Bu, əks axındakı istənilən iki nöqtə arasındakı orta temperatur cəminin paralel axına nisbətən daha çox olması ilə əlaqədardır. Çarpaz axını olan bir istilik dəyişdiricisində isə maye və ya qazlar bir-birinə təxminən perpendikulyar istiqamətdə hərəkət edir.
İstilik enerjisi
İstilik enerjisi (İE) - kömür, odun, neft, təbii qaz kimi yanacaqların yandırılmasıyla istilik enerjisi ortaya çıxmaqdadır. Əldə edilən istilik enerjisi əvvəlcə turbinlər köməyiylə mexaniki enerjiyə, daha sonra da generatorlar köməyiylə elektrik enerjisinə çevrilmək xüsusiyyəti vardır. İnsanlar gündəlik həyatlarında evlərdə, qışda istilənmək zamanı, mətbəxdə və ya yemək bişirmək üçün istilik enerjisindən tez-tez istifadə edirlər.
İstilik miqdarı
Cisimlər arasında istilik vermə ilə baş verən daxili enerjinin dəyişmə prosesi istilik miqdarı adlanan fiziki kəmiyyətlə xarakterizə edilir. İstilik miqdarı - istilik mübadiləsi zamanı cismin aldığı və ya verdiyi enerjidir. İstilik miqdarı "Q" hərfi ilə işarə olunur.
İstilik mübadiləsi
İstilik mübadiləsi — İqlimin vacib cəhətlərindən olan atmosferin istilik rejimi atmosfer havası və ətraf mühit arasındakı istilik mübadiləsi ilə müəyyən olunur. Bu zaman ətraf mühit kimi kosmik fəza və qonşu hava kütləsi və yer səthi başa düşülür. İstilik mübadiləsi radiasiya yolu ilə, başqa sözlə havadan şüalanma və Günəş radiasiyasının hava ilə udulması yolu ilə reallaşır. Digər tərəfdən bu hava və yer səthi arasında istilikkeçirmə və atmosfer daxilində turbulentlik vasitəsilə baş verir. Yer səthi və atmosfer arasında istilik mübadiləsi həm də buxarlanma və növbəti kondensasiya zamanı baş verə bilər. == Turbulent istilikkeçirmə == Troposferdə günəş radiasiyasının birbaşa udulması çox azdır, belə ki, o havanın temperaturunu gün ərzində 0,50C qaldıra bilər. Havadan uzundalğalı şüalanma vasitəsilə istiliyin itməsi bir qədər daha çoxdur. Atmosferin istilik rejimi üçün istilikkeçirmə vasitəsilə yer səthi ilə istilik mübadiləsi həlledici əhəmiyyət daşıyır. Yer səthi ilə birbaşa təmasda olan hava kütləsi onunla molekulyar istilikkeçirmə yolu ilə istilik mübadiləsi edir. Atmosferdə daha effektiv istilik mübadiləsi turbulent istilikkeçirmə yolu ilə gedir.
İstilik releləri
Bimetal — iki və ya daha çox müxtəlif metallardan hazırlanmış layların birləşməsindən əldə olunan material. Elektrik avadanlıqlarının hazırlanmasında istifadə olunur. == Bimetallik element == Elektrik avadanlıqlarının uzunömürlülüyü yüksək dərəcədə onların artıq yüklənməsindən asılıdır. Elektrik avadanlıqları artıq yüklənmə cərəyanlarından mühafizə etmək üçün bimetallik elementli istilik releləri geniş yayılmışdır. Bimetallik element müxtəlif xətti genişlənmə əmsalına α malik olan iki lövhədən ibarətdir. Onlar bir-biri üzərinə qoyular və sərt bərkidilir və ya qaynaq olunur. Əgər belə elementi tərpənməz bərkitsək və qızdırsaq, onda onun α əmsalı aşağı olan materiala tərəf əyilməsi baş verir. Artıq yük cərəyanının təsiri altında bimetallik lövhənin belə qızması və əyilməsi sayəsində lövhənin sərbəst ucuna bərkidilmiş kontakt açılır və avadanlığın idarə dövrəsini qızdıraraq, onu artıq yüklənmədən mühafizə edir.
İstilik sistemi
İstilik sistemi — Süni qızdırmadır. İstilik sistemlərində kompensasiya məqsədi ilə Yer Verilmiş səviyyədə İstilik keçirmə Xüsusiyyəti var. İstilik sistemində həmçinin bu funksiyanı yerinə yetirən qurğular və sistemlər də var. == İstilik sisteminin Xüsusiyyətləri == İstilik keçirmə xüsusiyyəti üstünlük olan üsulundan asılı olaraq yerləşdirmələrin istilik sistemi Konveksiyalı və Şüalı ola bilər. === Konveksiyalı istilik sistemi === İstilik sisteminin növü, isti və soyuq havanın həcmlərinin qarışdırılması nəticəsində isti ötürülür. Konveksiyalı istilik sisteminin çatışmazlıqlarına içəridə (havanın yüksək temperaturu yuxarı və aşağı) və qeyri-mümkünlüyü temperaturların böyük fərqinə aiddir. === Şüalı istilik sistemi === İstilik sisteminin əsas növü, şüayla örtülür. İstilik sistemi üçün cihazlar bilavasitə altında və ya qızdırılan zonanın üstündə yerləşir (Polda və ya tavana quraşdırıb keçirilmiş, həmçinin divarlara və ya tavanın altında möhkəm bərkidilə bilərlər.
İstilik tutumu
İstilik tutumu və ya istilik sığışması bir maddənin istiliyinin 1 °C dəyişdirmək üçün tələb olunan istilik miqdarıdır, başqa sözlə, bir cismin istiliyinin temperaturuna görə törəməsidir. Cismin kütləsi ilə öz istiliyinin hasilinə bərabərdir. (m.c) C = ( δ Q d T ) {\displaystyle C=\left({\frac {\delta Q}{dT}}\right)} ifadəsi ilə göstərilir. Bu ifadədə δ Q {\displaystyle \delta Q} istilik dəyişməsi, δ T {\displaystyle \delta T} temperatur dəyişməsidir. SL sistemində vahidi coul/Kelvindir Bir cismin vahid kütləsinin temperaturunu vahid dərəcə ilə dəyişdirmək üçün tələb olunan istiliyə xüsusi istilik tutumu və ya xüsusi istilik deyilir. SI sistemindəki vahidi joule/qram kelvindir. İstilik tutumu maddələr üçün fərqləndirici bir xüsusiyyət deyildir.
İstilik şüalanması
İstilik şüalanması — temperaturu mütləq sıfırdan fərqli olan istənilən cisim elektromaqnit dalğaları şüalandırır. Belə şüalanma həmin cismin istilik enerjisinin ehtiyatı hesabına baş verir. Şüalanan cismə kənardan əlavə enerji verilmədiyi halda onun enerji ehtiyatı azaldığından temperaturu get-gedə aşağı düşür. Digər tərəfdən, bu şüalanma hər hansı cisim tərəfindən udulduqda onun istilik enerjisi ehtiyatını artırır - cisim qızır. Elə bunlara görə də həmin şüalanma istilik şüalanması, yaxud temperatur şüalanması adlanır. İstilik şüalanması bütün digər növ şüalanmalardan fərqli olaraq tarazlıqlı şüalanmadır. Kimyəvi reaksiyalar nəticəsində meydana gələn şüalanma müstəsna olmaqla bütün şüalanma növlərində şüaburaxma, sistemin həyəcanlanmış haldan əsas hala keçməsi nəticəsində baş verir. İstilik şüalanmasını digər növ şüalanmalardan, məsələn lüminesensiyadan fərqləndirən cəhət şüalanma nəticəsində sistemin itirdiyi enerjinin yerini doldurma (şüalanma mənbəyini həyəcanlanmış hala gətirmə) mexanizmidir. İstilik şüalanması zamanı həyəcanlanmış hala keçmə istilik hərəkəti hesabına toqquşan hissəciklərin (atom və molekulların) öz enerjisinin müəyyən hissəsini digər hissəciklərə verməsi nəticəsində baş verir. İstilik şüalanmasının xarakteri haqqında təsəvvür əldə etmək üçün divarı elektromaqnit dalğalarını keçirməyən qapalı qab daxilində müxtəlif temperaturlu iki cisim fərz edək.
Pirili (Ağstafa)
Pirili — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kəndin əhalisinin çoxluğunu azərbaycanlılar təşkil etsə də, kənddə az sayda axısqa türkləri də məskunlaşıb. 90-cı illərdə kəndə yerləşməyə başlayan axısqa türkü ailələrinin sayı çox olsa da, hal-hazırda (2015-ci ildə) kənddə axısqa türkü ailələrin sayı 5-dir. Onlar əsasən Pirilinin "Türklər məhəlləsi" adlı məhəlləsində məskunlaşıblar.
Pirili (Kürdəmir)
Pirili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Pirili oyk., sadə. Ağstafa r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. XVI əsrin əvvəllərinə aid mənbələrdə kəndin adı Qurumsulu Canəli Pirilu, 1798-ci ilə aid sənəddə isə Pirilu kimi qeydə alınmışdır; Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqələri pirili tayfasının adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2114 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Pirili bələdiyyəsi
Pirili bələdiyyəsi (Ağstafa) — Ağstafa rayonunda bələdiyyə. Pirili bələdiyyəsi (Kürdəmir) — Kürdəmir rayonunda bələdiyyə.
İkilik ağac
İkilik ağac(binary tree)- – proqramlaşdırmada: hər bir buğumunda (NODE) ən çoxu iki “alt ağac” (sol və sağ) olan ağacşəkilli struktur növüdür. İkilik ağaclardan çox zaman informasiyaları çeşidləmək üçün istifadə edilir: ağacın hər bir buğumu açar olur və bu açardan kiçik olan bütün qiymətlər bir alt ağaca, böyük olanlar isə o biri alt ağaca düşür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik fayl
İkilik fayl (Binary file) – insanın oxuya biləcəyi ASCII kodlaşdırmasında olan mətndən fərqli olaraq, 8-mərtəbəli formatda olan verilənlər ardıcıllığından və ya icra kodundan ibarət olan fayl. İkilik fayllar, adətən, ancaq proqramın “anladığı” şəkildə olur. Çox zaman onlar elə sıxılır və yaxud elə struktura salınır ki, onları yalnız konkret proqramlar asanca “oxuya” bilsin. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik prefikslər
İkilik prefikslər – ölçü vahidlərinin önündə gələn və onların 2-nin qüvvətinə (daha dəqiqi, 1024=210 ədədinin qüvvətinə) vurulmasını bildirən ön şəkilçilərdir. 1024 və 1000 ədədləri yaxın olduğundan ikilik prefikslər Beynəlxalq Vahidlər Sisteminin standart onluq prefikslərinə uyğun qurulub. Bu prefikslərdən informasiyanın bit və baytların misli olan ölçü vahidlərini düzəltmək üçün istifadə olunur. İkilik prefikslər 1999-cu ilin mart ayında Beynəlxalq Elektrotexnika Komissiyası (INTERNATIONAL ELECTROTECHNICAL COMMISSION, IEC) tərəfindən daxil edilib. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İtalik dilləri
İtalik dilləri — ölü Hind-Avropa dilləri (latın, falisk, umbr, osk) qrupu. İtalik dilləri Mərkəzi və Cənubi İtaliyada yayılmışdı. Osk, umbr və falisk dillərindən dövrümüzədək latın, etrusk və yunan əlifbaları ilə yazılmış 300-ə yaxın kitabə çatmışdır; ən əhəmiyyətliləri 1944-cü ildə Umbriya vilayətindəki (qədim İquvium şəhəri yaxınlığında) tapılmış e.ə 3-2 əsrlərə aid İquvium cədvəlləridir (5000 söz).