PİSLİK

is.
1. Pis şeyin hal və keyfiyyəti (yaxşılıq ziddi). Yolun pisliyi.
– Yüz min camaat içdiyi suyun yaxşılığı və pisliyini təbib əvəzinə molladan və hacıdan soruşuruq. C.Məmmədquluzadə.

2. Pis iş, alçaqlıq, rəzillik, pis əməl, pis hərəkət; fənalıq. Yetim diriləcək, Əzrailin pisliyi özünə qalacaq. ( Ata. sözü ).
İnsanı pisliklərə sürükləyən bəlaların birisi və ən qorxulusu da şübhədir. S.Vurğun.

□ Pislik etmək – birinə qarşı pis iş görmək, alçaqlıq etmək, zərər vurmaq.
[Oğlan:] O mənə nə pislik edibdir və nə qəbahətin sahibidir ki, mən onu gorsuz-kəfənsiz qoyub gedim? E.Sultanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PİSLİK çirkinlik — iyrənclik — eybəcərlik
  • PİSLİK yamanlıq — müsibət — bəla

Antonimlər (əks mənalı sözlər)

  • PİSLİK PİSLİK – YAXŞILIQ Doğrudur, insan yaxşılıqdan razı, pislikdən narazı olur (M.Talıbov)
PİSLƏŞMƏK
PİSNİYYƏTLİ
OBASTAN VİKİ
Yaxşılığı əmr edib pislikdən çəkindirmək
Emr-i bi'l ma'rûf və nehy-i anil munkər, (Ərəbcə الأمر بالمعروف و النهي عن المنكر) Ali-İmran surəsi 104, Tövbə surəsi 112, Hud surəsi 116 və s. Quran mənşəli bir ifadədir və bir çox ayələrdə rast gəlinir və dini ədəbiyyatda "yaxşılığı əmr edib pislikdən çəkindirmək" mənasında işlənir. Dini jarqonda dini (əxlaqi deyil) mənada yaxşı və pis olaraq təyin olunan fellərə istinad etmək üçün istifadə olunur. Bu ayələr etimoloji cəhətdən, hərfi mənada tərcümə olunduqda əslində "əmr etməyi əmr edib pislikdən çəkindirmək" mənasını daşımır. Məruf məlum, tanış mənasındadır və Quranda 30 misrada "ümumi köklü ənənəyi ifadə" məqsədiylə işlənir. Münkər isə məruf sözünün əksi kimi qeyri-müəyyən, tək və ya qəribə mənada olan nekre) sözlərindən düzəlib və yəqin ki, bu gün bidət (qeyri-ənənə, qəribə, yeni ixtiralar, sünnəyə daxil olmayan dini əməllər) ilə ifadə ediləndir. Bu prinsip İslam əqidəsində məzhəbdən asılı olaraq " fərz-i ayn " və ya "kifaye" tanınır və tarixi "hisbə" institutu üçün ilham mənbəyidir. On iki imam şiə İslamında "Furu-i Din" deyilən on əməldən ikisini təşkil edir. Yaxşılığı əmr etmək və pislikdən çəkindirmək cihadın bir növü hesab olunduğundan bəzi İslam məzhəblərinə görə İslamın əsas vacib vəzifələrindən biridir. Bundan əlavə, İslam anlayışında xeyir və şər məfhumlarının nisbiliyi, yəni nəzərdə tutulanın İslama görə xeyir, (fərz, vacib, sünnə, müstəhəb), şər isə, İslama görə pisdir (haram, məkruh).

Digər lüğətlərdə

всвал всклоко́чить за́льце зати́скать касто́ровый кня́зенька мальти́ец махро́вость пружи́на социали́зм сто́лпник защёлкнуть корроди́рование шеверять agrobiologic atone castle pudding embound paleae pull-toy tallow-tree внеслужебный выпечься конвекция откашливаться