Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meydan
Meydan — binalarla və yaşıllıqlarla əhatə olunmuş, xüsusi memarlıqla layihələndirilmiş açıq şəhər sahəsi. Aşağıdakı meydanlar vardır: piyada meydanları: teatr, ticarət, memorial meydanları. nəqliyyat meydanları: vağzal, müəssisə qarşısı və s. kiçik yaşayış məskənləri meydanları: kənd, qəsəbə və s.
Pindar
Pindar (q.yun. Πίνδαρος; e.ə. 517 – e.ə. 437, ehtimal ki, ) — qədim yunan şairi. Ədəbi irsindən epinikiyalardan (ümumyunan idman yarışlarının qaliblərini mədh edən odalar) ibarət 4 kitab qalmışdır. Yarışda qalib çıxan gənclərin şücaətini və fiziki gözəlliklərini tərənnüm edən Pindar bu keyfiyyətlərin fitri istedad və zəhmətlə vəhdətdə qazanıldığını göstərirdi. Odaları üslub gözəlliyi, bədii təsvir vasitələrinin zənginliyi ilə seçilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bowra C M. Pindar. Oxford: Clarendon Press, 1964 (и мн. репринты).
Pirdağ
Pirdağ (Qubadlı) — Qubadlı rayonunda dağ. Hündürlüyü 1376 m. Pirdağ (Oğuz) — Oğuz rayonu ərazisində dağ. Hündürlüyü 764 m.
Piyada
Piyada — nəqliyyat vasitəsindən kənarda olan yol hərəkət sisteminin iştirakçısı. Piyada kimi əlil arabasında olan şəxs, velosiped, moped, motosikl, xizək sürənlər, uşaq və əlil arabası aparan şəxslər başa düşülür. Fars mənşəli olan piyada kəlməsi qədim türk dilində (Orxon abidələri) yadaq olaraq qeydə alınıbmış. Günümüzdə bəzi bölgələrdə (Dərbənd, Qazax, Ordubad, Borçalı) yayaq kəlməsindən piyada mənasında istifadə edilir. Yol hərəkət qaydalarında piyadaların da vəzifələri müəyyən edilir. Yol infrastrukturunda piyadaların hərəkəti üçün piyada yolları, piyada keçidləri, işıqforlar və yeraltı keçidlər nəzərdə tutulur.
Pəyhan
Pəyhan (erm. Փայահան; P’ayahan, Payagan, Bakavank) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 31 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, dəniz səviyyəsindən 1850 m yüksəklikdə yerləşir. Adı sonradan dəyişdirilərək Nor Astghaberd (erm. Նոր Աստղաբերդ) edilib. == Tarixi == XVI yüzilliyin 90-cı illərində tərtib olunmuş «Urud və İsgəndər qalası livasının sicil dəftəri»ndə kəndin adı «Pakhan» kimi qeyd olunur. 1918-ci ildə kənd əhalisi erməni silahlı birləşmələri tərəfindən deportasiyaya məruz qalaraq, dekabr ayında qarlı Zəngəzur dağlarını aşaraq Naxçıvana qaçmışlar. 1919-cu ildə kəndlərinə qayıdan pəyhanlılar yenidən qaçqınlıqla üzləşərək bu dəfə Zəngilan rayonuna pənah aparmışlar. 1922-ci ildə Azərbaycan və Ermənistanda Sovet hökumətinin qurulmasından sonra Pəyhan camaatından yalnız 70 nəfəri öz dədə-baba yurdlarına qayıtmışdır. Pəyhan kolxozu 1931-ci ildə yarandılmış, 1937-ci ildə Keypəşin kolxozu, 1952-ci ildə isə Acıbac kolxozu Pəyhan kolxozuna birləşdirilmişdir.
Qoydan
Qoydan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 68 nəfər, 35 kişi, 33 qadındir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.
Sirdan
Sirdan — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşində şəhər. == Tarix == Tarım bölgəsi, tarix baxımından Azərbaycanın ən zəngin bölgələrindən biridir. Bura 9-cu əsrdən bəri Azərbaycan tarixinə dərin izlər qoymuş Salarilər kimi böyük sülalələrin mərkəzinə çevirilmişdi, belə ki Tarım bölgəsindəki Kəngər və ya Qız qalası vaxtıilə Salarilərin paytaxtı imiş. Bölgənin başqa önəmli qalalarından Qız qalası, Oğlan qalası, Niyərikdəki Narınqala, Üməra qalası, Firdövs qalası və Səngan kəndindəki Talıbxan qalasının (Talfan qayası) adını çəkmək olar. Sirdan uzun bir tarixə malik olaraq, İslamdan sonra Tarım bölgəsinin (Yuxarı Tarım və Aşağı Tarım) mərkəzi olub. 1928-ci ildə burada 2,000 insan yaşamaqda imiş. Sirdan ilk olaraq şəhərin şərqindən axan çayın qırağından təşkil edilərək quzey, qərb və güneyə doğru genişləməyə başlayıb. Şəhərin evləri sıx və bir-birinə yaxın tikilsədə 1980-ci ildən dağınıq şəkildə evlərin tikilməsinə başlayıb. Hazırda Sirdanın sahəsi 17 hektardır. == Coğrafi Yerləşməsi == Sirdan şəhəri Qəzvin, Zəncan və Gilan ostanlarının kəsişdiyi yerdə, Şamadəşt dağının şimal-şərq yamacında yerləşir.
Zidyan
Zidyan - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinlərini etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 65 nəfər azərbaycanlı yaşamaqda idi.
Zindan
Zindan — Orta əsrlərdə məhkumların saxlanılması üçün nəzərdə tutulmuş yerlər. Zindanlar adətən qəsrlərin zirzəmilərində yerləşirdi. Zindanlarda verilən işgəncələr barədə İntibah dövrü mənbələrində geniş məlumatlar mövcuddur.
Çaydan
Çaydan — qaynar su hazırlamaq üçün istifadə edilən kiçik bir mətbəx ləvazımatı. Çaydanlar, bir soba üzrə yerləşdirilməsi ilə və ya öz elektrik qızdırıcı element tərəfindən qızdırıla bilər. İlk çaydanlar bişirməkdən başqa məqsədlər üçün qədim Mesopotamiyada istifadə olunmuşdur.
Vicdan
Vicdan, insanın öz əxlaqi dəyərlərini əsas alaraq öz niyyətləri və ya hərəkətləri ilə bağlı nə etdiyini və ya edəcəyini müəyyənləşdirdiyi şəxsi xüsusiyyətidir. Vicdan anlayışı əksər dinlərdə, bir çox fəlsəfi cərəyanlarda, mistisizmdə böyük ölçüdə əhəmiyyət verilmiş bir anlayışdır . Bu gün bəziləri “ictimai vicdan” anlayışını ortaya atda da nə dini, nə mistik və s. sahələrdə belə bir anlayış mövcud deyil, vicdan anlayışı bu sahələrdə həmişə fərdi vicdan mənasında işlədilib. Fəlsəfəyə görə insanın daxili rahatlığını və ya daxili narahatçılığını yaradaraq insanın hərəkətlərinə istiqamət verən vicdan bir anlayış deyil, insani keyfiyyətdir. Fəlsəfədə metafizik anlayış bu qabiliyyətin anadangəlmə olduğunu, dünyəvi anlayış isə insana ətrafındakı sosial şəraitinin müəyyən etdiyi ədəb və biliyin təsiri nəticəsi olduğunu iddia edir. Fridrix Nitsşeyə görə vicdan borclanmağı bacarmaq əxlaqından asılı olaraq ortaya çıxıb inkişaf etmiş, “söz verə bilən heyvan yetişdirə bilmək” məqsədi ilə uydurulmuş bir anlayışdır.
Aydan
Aydan — qadın adı. Aydan Salahova — Azərbaycan rəssamı. Aydan Höccətova — Azərbaycan şahmatçısı. Aydan Şənər — Türk maneken, aktrisa.
Biyan
Biyan (lat. Glycyrrhiza) — paxlakimilər fəsiləsinə aid bitki cinsi. Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan latın dilində "qlisseraza" adlanır,"şirin kök" mənasını verir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Şirinbiyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, Kürdəmirdə, Ucarda,Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Şirinbiyan, Çılpaq biyan (Glycyrrhiza glabra L.) (=Liquiritia officinalis Moench) Korjinski biyanı (Glycyrrhiza korshinskyi Grig.) Ural biyanı (Glycyrrhiza uralensis Fisch.) (=Vəzili biyan (Glycyrrhiza glandulifera Waldst.
Giyan
Giyan — İranın Həmədan ostanının Nahavənd şəhristanının Giyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,062 nəfər və 1,999 ailədən ibarət idi.
Kiyan
Kiyan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,922 nəfər və 2,645 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Piran
Piran (əvvəlki adı: İyirminci) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Siyov kənd Sovetinin İyirminci kəndi Piran kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Piran kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == Əhalisi 1065 nəfərdir. Kənd əhalisi əsasən etnik talışlardan ibarətdir. == İqtisadiyyatı == Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir. == Din == Kənddə Piran kənd məscidi dini icması fəaliyyət göstərir.
Qiyan
Monidigah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 692 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki mon (yerli tələffüz forması miy on olub, “orta, mərkəz, ara” deməkdir), di (kənd) və gah (yer) sözlərindən ibarət olub, “ortada yerləşən kənd, orta kənd” mənasındadır. Oykonim talış dilində Mondiqo adlanır. == Coğrafiyası == Lerik rayonunun Bilabənd inzibati ərazi vahidində yerləşən bu kənd Peştəsər silsiləsinin yamacındadır.Bu yaşayış yeri üç hissədən ibarətdir: 1. Mondiqo - orta kənd yeri; 2. Jindi - aşağı kənd; 3. Pendi - yuxarı kənd. == Tanınmış şəxsiyyətlər == Firdovsi Əliyev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini.
Siyan
Siyan (fr. Sillans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Etyenn-de-Sen-Juar kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38490. Kommunanın 1999-cu il üçün əhalisi 1 405 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 393 ilə 567 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 32 km şimal-qərbdə yerləşir.
Abbasabad (Qiydar)
Abbasabad — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Bəzinərud kəndistanında, Qiydar qəsəbəsindən 55 km cənubdadır.
Ağbulaq (Qiydar)
Ağbulaq (fars. اقبلاغ سفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 723 nəfər yaşayır (144 ailə). == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Şöhrəvərd kəndistanında, Qiydar qəsəbəsindən 21 km qərbdə, dağlıq ərazidədir.
Aşağı meydan
Aşağı meydan və ya Torpaq meydanı— Şuşa şəhərinin ən qədim şəhər meydanlarından biridir. Şuşa qalasının aşağı hissəsində yerləşir. == Tarixi == Aşağı meydan adı Meydanın yerləşdiyi ərazi ilə müqayisədə Aşağı meydanın ərazisinin Şuşa qalasının aşağı hissəsində yerləşməsi ilə əlaqəlidir. Aşağı meydan xalq arasında həm də Torpaq meydanı adı ilə tanınır. Bu adın yaranmasının səbəbi isə Şuşanın digər şəhər meydanlarından fərqli olaraq daşlarla döşənməməsi və torpaq örtüyə malik olması ilə əlaqəlidir. Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında Aşağı meydanın qərb tərəfində yerləşən, bir-birinə bitişik iri ictimai binalar diqqət çəkir. Həmin binaların heç biri dövrümüzə çatmamışır. Planda heç bir izah və şərh verilmədiyinə görə həmin binaların hansı funksiyanı yerinə yetirməsi naməlumdur. Qarabağ tarixçisi Baharlının məlumatına görə, Aşağı meydanda Qazı Mirzə Əli hamamı yerləşirdi. == Xüsusiyyətləri == Aşağı meydan düz Aşağı məhəllənin ortasında yerləşir.
Circi Zeydan
Cürci Zeydan (ərəb. جرجي زيدان‎ Jurjī Zaydān; 14 dekabr 1861[…], Beyrut – 21 iyul 1914[…], Qahirə) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər. == Həyatı == Cürci Zeydan 14 dekabr 1861-ci ildə Beyrutda xristian ailəsində dünyaya gəlmişdir. Onun atası Həbib Zeydan xırda tacir idi. İlk təhsilini Beyrutda müxtəlif məktəblərdə almış, 6 ildə 3 məktəb dəyişmişdir. Ailəsinin ağır maddi vəziyyəti atasını Zeydanı çəkməçi yanına şagird verməyə məcbur edir.
Cürci Zeydan
Cürci Zeydan (ərəb. جرجي زيدان‎ Jurjī Zaydān; 14 dekabr 1861[…], Beyrut – 21 iyul 1914[…], Qahirə) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər. == Həyatı == Cürci Zeydan 14 dekabr 1861-ci ildə Beyrutda xristian ailəsində dünyaya gəlmişdir. Onun atası Həbib Zeydan xırda tacir idi. İlk təhsilini Beyrutda müxtəlif məktəblərdə almış, 6 ildə 3 məktəb dəyişmişdir. Ailəsinin ağır maddi vəziyyəti atasını Zeydanı çəkməçi yanına şagird verməyə məcbur edir.
Herbert Pitman
Herbert Pitman (ing. Herbert John "Bert" Pitman; 20 noyabr 1877 – 7 dekabr 1961) — Titanik gəmisinin üçüncü ofiseri.
Mexanikləşdirilmiş Piyada
Mexanikləşdirilmiş piyada — zirehli transportyor və ya piyadanın döyüş maşını ilə təmin edilən piyada qoşunlarıdır. Motorlu piyadalardan fərqi odur ki, onların nəqliyyat vasitələri düşmən atəşinə qarşı zirehlidir.
Şırdan
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.