Piyanqotəpə qətliamı
Piyanqotəpə qətliamı — 16 may 1979-cu ildə Türkiyədə baş vermiş kütləvi qətl hadisəsi. Hadisə nəticəsində 7 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır. Ankaranın Piyanqotəpə ərazisində sağçı hərbçilər tərəfindən əsasən solçuların getdiyi qəhvəxanaya basqın edilmişdir. Müttəhimlərdən Əli Bülənd Orxan 12 sentyabr çevrilişindən sonra edam olunmuşdur.
16 may 1979-cu ildə Keçiörən rayonunun Piyanqotəpə məhəlləsində yerləşən Rafiq Saydam küçəsində sağçılar Əli Bülənd Orxan, Nurullah Ağdoğan, Ərol Türkmən və Həsən tərəfindən dağıdılmışdır. Silahlılar kafedəkilərdən yerə uzanmağı tələb etmişdilər. Həmin vaxt qəhvəxanada 20 nəfər buna əməl etmişdir. Hücum edənlər yerdə yatan insanlara təsadüfi atəş açmışdılar. Həlak olanlar Hüsaməddin Qurban, Tuncay Sarıqaya, Mızrap Əli Daşkın, Ərdoğan Doğan, Müslüm Doğan, Mehmet Turan və Əhməd Turandır. 2 nəfər ağır yaralanmışdır.