Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Planetarium
Planetarium — səma sferasını ulduzlar, planetlər və peyklərlə, meteorlarla nümayiş etdirən elm və təhsil müəssisəsi; həmçinin günəş və ay tutulmaları, Ay, Mars, Veneranın panoramaları və yer kürəsinin iqlim zonaları da daxildir. Planetariumlarda nümayiş xüsusi “Planetarium” qurğusundan istifadə etməklə həyata keçirilir. Adətən nümayiş astronomiya, astronavtika və yer elmləri üzrə mühazirələr ilə müşayiət olunur. Planetariumun yaradılması ilk dəfə 1919-cu ildə Münhendəki Alman Muzeyinin yaradıcısı O.Miller tərəfindən təklif edilmişdir. 1923-cü ilə qədər, ilk proyeksiya aparatı Yenadakı Zeiss fabrikində quruldu, oktyabr ayında Deutsches muzeyinin illik iclasında nümayiş etdirildi və dekabrın sonunda ictimaiyyət üçün quraşdırıldı. 1925-ci ilin mayında həmin Alman Muzeyində planetarium açıldı. Elə həmin il Yenada ikinci aparat quraşdırılıb. İlk proyeksiya cihazları müəyyən coğrafi enlik üçün nəzərdə tutulmuşdur. Ulduzlu səmanın istənilən enliyə malik bir nöqtə üzərində nümayişi 1925-ci ildə V.Bauersfeld tərəfindən dünya şöhrəti qazanmış böyük Zeiss aparatının yaradılmasından sonra mümkün olmuşdur. Qərb yarımkürəsində ilk planetarium (Adler Planetarium və Astronomiya Muzeyi, Çikaqo, ABŞ) 1930-cu ildə yaranmışdır.
Typhlodromalus planetarius
Genera Plantarum
Genera Plantarum, İsveçli təbiətşünas Carl Linnaeusun (1707–1778) bir nəşridir. İlk nəşri 1737-ci ildə Leidendə çap edilmişdir. Beşinci nəşri Species Plantarum (1753) üçün tamamlayıcı bir cild rolunu oynamışdır. Yosunlar, göbələklər və bitkilər üçün Beynəlxalq Nomenklatura Məcəlləsinin 13-cü maddəsində, Linnaeus Species Plantarum ed. 1 (1753) və II nəşrdə (1762-63) görünən ümumi adlar, verilən ilk şərhlə əlaqəli olduqlarını göstərir. Genera Plantarumun V (1754) və V (1764) nəşrləri də bu ad altındadır. Bu əsər bir çox bitki qrupunun elmi nöqteyi-nəzərdən adlandırılmasının başlanğıc nöqtəsini təyin edir.
Species Plantarum
Species Plantarum (“Bitki növləri”) K. Linney tərəfindən 1753-cü ildə nəşr edilmiş və o dövrdə bilinən bütün bitki növlərinin cinslərə görə təsnif edildiyi bir əsərdir. Əsər ikili adlandırma sistemini ardıcıl tətbiq edən ilk əsərdir və bitkilərin elmi cəhətdən adlandırılması üçün başlanğıc nöqtəsi olmuşdur. Species Plantarum 1753-cü il mayın 1-də Laurentius Salvius tərəfindən Stokholmda iki cilddə nəşr edilmişdir. Əsərin ikinci nəşri 1762-1763-cü illər arasında çap edilmişdir. 1764-cü ildə hazırlanan üçüncü nəşri ikinci nəşrdən çox da fərqlənmirdi. Sonrakı nəşrlər Linneyin 1778-ci ildəki ölümündən sonra Carl Ludwig Willdenowun rəhbərliyi altında baş tutmuşdur. Species Plantarum, ikili adlandırma sistemini ardıcıl olaraq tətbiq edən ilk botanika tədqiqatıdır (1758-ci ildə nəşr olunan Linnaeusun Systema Naturae adlı əsəri eyni təsnifatı heyvanlara tətbiq edən ilk əsər idi). Bu tədqiqatdan əvvəl bitki növləri bir çox sözdən ibarət uzun bir ada sahib idi. Misal üçün; “Plantago foliis ovato-lanceolatis pubescentibus, spica cylindrica, scapo tereti” və ya ”Nepeta floribus interrupte spicatis pedunculatisx”. Species Plantarum ilə bu uzun və mürəkkəb adlar bir sözlü cins adı və bir sözlü növ epitetini əhatə edən iki hissəli adlarla əvəz edildi.