Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Plateya
Plateya (yun. Πλαταιαί) — Beotiyada qədim şəhər, Asop çayının mənbəyində Kiteron dağının şimal yamacındadır. Boeotiyanın digər şəhərlərindən fərqli olaraq, afinalıların sadiq müttəfiqi idi. Marafon döyüşü zamanı Plateya Afinaya dəstək verən yeganə yunan şəhəri idi və onlara yardım etmək üçün qoşun göndərmişdi. Pavsaniyə görə, Plateya Asopun qızının adı ilə adlandırılmışdır. Strabon yazır: E.ə. 479-cu ildə bu ərazidə Plateya döyüşü baş vermişdir. Müasir Plateya kəndi Plateya xarabalıqlarının bir kilometr cənubundadır.
Planea
Planea (lat. Planea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Bakı platosu
Bakı platosu — Abşeron yarımadasının cənubunda sinklinal plato. == Ərazisi == Bakı platosu Bakı mildasını əhatə edir. Plato cənub-şərqdən Bakı buxtası, qərbdən Yasamal dərəsi -Xocasən gölü, şimaldan Böyükşor gölü, şərqdən Bülbülə və Zığ gölləri ilə sərhədlənir. Bakı platosunun sahəsi təqribən 180 kvadrat kilometr, hündürlüyü 236 metrədəkdir (Badamdar dağında). == Tektonik quruluşu == Tektonik cəhətdən Qərbi Abşeron sinklinal zonasının törəmə Bakı muldasına uyğundur; əsasən Abşeron yaşlı gilli əhəngdaşlarından təşkil olunmuşdur. Plato Bakı buxtasına tərəf yönəlmiş amfiteatr formasındadır. Kənar yamacları sıldırım və qismən terraslı, daxili yamacları isə maili və daha yaxşı terraslaşmışdır. Bibiheybət, Bayıl, Badamdar, Yasamal, Alatava, 1–9-cu mikrorayonlar, 8-ci kilometr, Əhmədli, Günəşli, Zığ yaşayış massivləri Bakı platosu üzərində salınmışdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə.
Buduq platosu
Buduq platosu — Azərbaycan Respublikasıda, Böyük Qafqaz sıra dağlarına daxil olan Yan silsilə ərazisində, Qudyalçay ilə Qaraçay arasında yerləşir. Qaytarqoca və Şuduq silsilələrindən dağ arası çökəkliklərlə ayrılır. Uzunluğu təqribi 12, eni 5 km təşkil edir. Hündürlüyü 1200 metrdir. Yura və Təbaşirin əhəng daşlarından ibarətdir. Səthi qərbdən şərqə meyilli, uçurumludur. Subalp çəmənlikləri vardır. Otlaq və biçənək kimi istifadə olunur.
Ennedi platosu
Ennedi platosu — Çadın şimal-şərqində, Qərbi Ennedi və Şərq Ennedi regionlarında yerləşir. Çadda yerləşən, Ennedi massifi olaraq bilinən dağlar qrupunun bir hissəsi hesab olunur. Ennedi Böyük Səhranın ortasında külək və temperatur eroziyası ilə yaranmış bir qum daşı divarıdır. Bundan əlavə ovçular və toplayıcılar (e.ə. 5.000-4.000 ) və maldarlar (e.ə. 4000 ildən etibarən) bu ərazidə məskunlaşmışlar. Ennedi bölgəsi əsasən mal-qara təsvir olunan qaya sənətinin geniş kolleksiyası ilə də tanınır. Çünki bu heyvanlar əsas maliyyə, ətraf mühit və mədəni təsir mənbəyi rolunu oynayırdı. Buradakı təsvirlər təxminən 7000 il əvvələ aiddir. Bu gün ərazidə yağışlı aylarda Ennedinin daimi kəndliləri olan, quru mövsümdə isə ərazidən köçən iki yarı köçəri qrup var.
Kelsk platosu
Kelsk platosu-(gürc. ყელის ზეგანი, oset. Хъелы фæз)- Qafqazda vulkanik plato. Sönmüş vulkanların və vulkanik gölləri məskəni. == Coğrafi mövqeyi == Dəniz səviyyəsindən 2600–3300 m- hündürlükdə Baş Qafqaz silsiləsinin cənub hissəsində, Belaya Araqvi çayının sahilində Cənubi Osetiya ərazisində yerləşir. Qərbdən tranqafqaz magistralı ilə kəsişir. Şərqdən isə Krestov silsiləsi ilə kəsişir, hansı ki, Hərbi Gürcüstan yolunun kənarından keçir. Şimalında Trusovsk dərəsi ilə sərhədlənir ki, onu da Kazbek yaylasından ayırır. == Sönmüş vulkanları == Xorisar 3736 m Şadilxox Şarxox Mepiskalo 3519 m Narvanxox 3247 m == Gölləri və çayları == Platonun qərb hissəsində Keli gölü, mərkəzi hissəsində Arcvebistva gölü, şərqində isə Keliçad gölü yerləşir. Platodan bir çox çaylar başlanğıcını götürür.
Kergelen platosu
Kergelen platosu — su altı vulkanik plato Hind okeanı və Cənub okeanının bir hissəsini əhatə edir. Dünyanın ən iri su altı platolarından biridir. Avstraliyadan 3 min km cənub-qərbdə yerləşir. Dərinliyi 1-4 min metr arasında dəyişir. Plato Qondvananın ayrılmasından sonra, 120 milyan il öncə vulkanik püskürmələr zamanı formalaşmışdır. Onun formalaşması 25 il davam etmişdir. Geoloji araşdırmalar göstərir ki, plato 40 milyon il ərzində okean sərthindən yuxarıda olmuşdur. Kömür qalıntıları onu deməyə əsas verir ki, Gec təbaşir dönəmində plato meşələrlə örtülü idi. Xüxurları Avstraliya və Hindistan plitələrinin suxurları ilə eyni olduğundan onu demək olar ki, onlare nə zamansa bitişik olmuşlar. Hazırda plato okean səthində Kergelen, Herd adası və Makdonald adaları kimi adaları əmələ gətirir.
Monqol platosu
Monqol platosu — Orta Asiyanın şərqində, 700 – 2500 km ölçüdə geniş yayla. Təxminən 2.6 milyon km² bir ərazini əhatə edir (təxminən 1,4 milyon km² Çinin ərazisinə düşür). Qobi səhrası tərəfindən iki hissəyə bölünür - şimal hissəsi Monqolustanda, cənubu isə Çinin Daxili Monqolustan bölgəsində yerləşir. == Coğrafiya == Yayla şimal-qərbdən Altay, Tannu-Ola və Sayan dağları, şimaldan Xentey öndağlığı ilə, cənubdan Tarim çökəkliyi, qərbdən Sintszyan-Uyğur Muxtar Rayonunun Cunqar hövzələri ilə həmsərhəddir. Yaylasın hündürlüyü 915 ilə 1525 m arasında dəyişir. Ulan-Batorun şərqindən cənuba, Çin ilə sərhədə doğru, Monqol platosunun hündürlüyü tədricən azalır. Ən yüksək nöqtə Munx-Xayrxan-Ula (4362 m) dağıdır. Zirvə Monqol Altay silsiləsində yerləşir. Gobi Altay silsiləsi yaylanın qərb hissəsi boyunca uzanır. Platonun dəniz və okeanlardan uzaqlığı onun iqliminə öz təsirini göstərir.
Nehrəm platosu
Nehrəm platosu – Babək rayonu ərazisində dağlıq massiv. Arazın sol sahilində, Naxçıvan və Əlincə çaylarının aşağı axınları arasındadır. Ən yüksək zirvəsi Noxuddağdır (1677,6 m). Səthi nisbətən hamar və pilləlidir. Cənub-qərb yamacı sıldırım pillələrdə Arazın dərəsinə düşür. Ümumi uzunluğu 18 km, maksimal eni 10 km-dir. Trias, Yura, Üst Təbaşir, Eosen, Oliqosen və Miosen yaşlı süxurlardan təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentinin şimal-şərq qanadını və Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb hissəsinə uyğun gəlir.
Okean platosu
Okean platosu- (rus. плато океанское, ing. oceanic plateau) 2500-3000 metr dərinlikdə yerləşən düzən relyef, abissal düzənliklərə doğru dik yamacla düşür. Platonun hamar səthi tektonik pillələr, vulkan və fay tipli sualtı dağlarla mürəkkəbləşmiş olur.
Plateya döyüşü
Plateya döyüşü (q.yun. Μάχη των Πλαταιών) — e.ə. 479-cu ildə baş verən Yunan-İran müharibələrinin ən böyük quru döyüşlərindən biri. Döyüş Beotiya ərazisindəki Plateya adlı kiçik şəhərdə, Kiteron dağının ətəklərində baş vermişdir. Plateya döyüşündə fars ordusu sarsıdıcı məğlubiyyətə uğradı. Spartalı Pavsaninin rəhbərlik etdiyi Yunan ittifaqının ordusu düşmən qüvvələrinin demək olar ki, hamısını praktik olaraq məhv etdi. Plateya döyüşü Ellada ərazisində işğalçıların — Kserksın rəhbərlik etdiyi Əhəməni imperiyasının quru qüvvələrinin tam məğlubiyyətinə gətirib çıxardı. Müxtəlif antik mənbələrə görə yunanların itkiləri nisbətən az idi, onların itkisi bir neçə yüzdən on min əsgərə qədər təxmin edilir. == Mənbələr == Plateya döyüşünü təsvir edən və bu günə qədər gəlib çatan əsas mənbə, Herodotun "Tarix"inin IX kitabdır. "Tarixin atası" öz əsərinə "mənim vəzifəm bütün olanları söyləməkdir, amma əlbəttə ki, hər şeyə inanmaq lazım deyil və bu qayda mənim bütün tarixi əsərlərimi izləyəcək." kimi yanaşması bəzi tənqidlərə səbəb olur.
Trnovo platosu
Trnovo platosu, Trnovo yaylası və ya Trnovo meşəsi (sloven. Trnovski gozd) ― Dinar dağlarının şimal-qərb hüdudlarında yerləşən karst platosu. Yayladakı əhəmiyyətli karst formalaşmalarına buz mağaraları daxildir. Platonun şərq hissəsində 385 metr (1,263 ft) enində və 1,550 metr (5,090 ft) uzunluğundakı Böyük Paradana buz mağarası (sloven. Velika ledena jama v Paradani) yerləşir. Trnovo platosunda üç təbiət qoruğu mövcuddur: Böyük Paradana buz mağarası; Qolak zirvələri (1 495 m) və Ladin dərəsi (sloven. Smrekova draga); Smrecye meşə qoruğu; == Ərazi == Platoda tektonik fəaliyyətlərin təsiri olduqca aydın görünür. Ərazidə bir çox çökəklik, vadi, kiçik karst polyeləri və keçmiş çay vadilərinin qalıqları var. Pliosen dövründə çaylar tektonik qalxmaları aşındırmış və dərələri doldurmuşdur. Yaylada həmçinin Pliosen buzlaşmasının da izləri qalmışdır.
Ufa platosu
Ufa platosu — Cənubi və Orta Uralda yerləşən plato. İnzibati baxımdan Başqırdıstan, Perm diyarı və Sverdlovsk vilayəti ərazisinə daxildir. Başqırdıstanın əsasən şimal-qərb ərazilərini əhatə edir. Ufa platosunun uzunluğu şimaldan cənuba 265 km-dir. Platonun uzunluğu 350—450 metrdir (ən hündür nöqtəsi 517,9 m). Şərqdən pilləvari hündürlüklə bitir. Burada hündürlük 100 metrdir. Qərbdə hündürlük azalır və Şərqi Avropa düzənliyində itir. Bir vaxtlar Ufa platosu okeanın dibində olmuşdur. Bu səbəbdən müxtəlif materiallardan təşkil olunmuşdur.
Vorinq platosu
Vorinq platosu — Orta-Okean silsiləsinin tərkib hissəsini təşkil edir. Şimal Buzlu okean ərazisində yerləşir. Plato başlanğıcını Skandinaviya yarımadasından götürür və qərbə istiqamətlənir.
Vulkan platosu
Vulkan platosu – (rus. вулканическое плато, ing. volcanic plateau, lava plateau) vulk. püskürmələri zamanı iri həcmli lava axınlarının qədim rel­yefin çala-çuxurlarını doldu­raraq əmələ gətirdiyi yüksək düzənlik (Qarabağ vulkanik yaylasında bir çox platolar, Şm. Amerikada Ko­lumbiya platosu, Yeni Zelandi­yadakı bəzi platolar).
Çukot platosu
Çukot platosu — böyük Orta-Okean silsiləsinə daxil silsilə Şimal Buzlu okean ərazisində yerləşir. İl boyu buzla örtülü olur. Çukot platosu Alyaskanın Barrou burnundan başlayaraq 800 km uzanır. Plato «Şimal qütbü-2» (1950—1951) elmi ekspedisiyasının fəaliyyəti nəticəsində aşkarlanmışdır.
İsveçrə platosu
İsveçrə platosu - İsveçrənin əsas landşaft tiplərindən biridir. İsveçrənin 30% burada yerləşir. Alp dağlarının cənub-şərqində yerləşir. Hündürlüyü dəniz səviyyəsindən 400-600 m-dir. Bura İsveçrənin ən çox əhalinin məskunlaşdığı zonadır. == Coğrafiyası == Platonun şimal və şimal-qərbi Yur dağları ilə əhatələnib. Platonun cənub-qərb hissəsi Cenevrə və Nevşat gölləri ilə əhatələnir. İsveçrə sərhəddi 300 km uzunluğu platodan keçir. Enliliyi qərbdən şərqə azalır. Cenevrə yaxınlığında platonun eni 30 km-dir.
Şahdağ platosu
Şahdağ platosu və ya Şahdağ yastanı — Böyük Qafqazda plato. Yan silsiləsinin Azərbaycan Respublikası ərazisində ən yüksək hissəsi. Qusar çayının dərəsi ilə Qızılqaya platosundan ayrılır. Yura və Təbaşir sistemlərinin çöküntülərindən təşkil olunmuşdur. Hündürlüyü 4243 metrə (Şahdağ zirvəsi) qədərdir. Alp və subalp çəmənlikləri, 1 kv. km-dən çox sahəsi olan buzlaqları var. == Mənbə == "Şahdağ platosu" məqaləsi. Azərbaycan Sovet Ensiklopediyası, X cild, Bakı, 1987, səh. 476.
Alatau qaramalı
Alatau qaramalı — Qırğızıstan və Qazaxıstanda yaradılmış südlük-ətlik qaramal cinsi. Yerli cinsin şvis və Kostroma cinsləri ilə cütləşdirilməsindən alınmışdır. == Xüsusiyyəti == Konstitusiyası möhkəmdir; yüksək dağ otlaqlarına uyğunlaşmışdır. Rəngi qonur, burnunun və közlərinin ətrafı açıq rənglidir. 4,000–5,000 kiloqram (bəziləri 10,222) süd verir. Südün yağlılığı 3,8–3,9%, bəzən 5% olur. İnəklərin diri çəkisi 500–550 kiloqram, buğalarınkı 700–800 kiloqramdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Алатауская порода // Qazaxıstan Milli Ensiklopediyası. — Almatı: Qazax ensiklopediyası, 2004. — Т. I. — ISBN 9965-9389-9-7.
Paltau çayı
Paltau çayı — Bostanlık rayonundan axan dağlıq çaydır (saydır). Özbəkistan Respublikasının Daşkənd vilayətində yerləşən çaydır. Çatkalanın sağ qolunu əmələ gətirir. Yazın sonunda və başlanğıcda Çarvak su anbarına tökülür. Paltau çayının sahilində olan Obi-Raxmat mağarası arxeoloji tapıntıları ilə məşhurdur. Çayın sağ sahilində yerləşmişdir. == Təsviri == Çayın mənbələri Kokyusk dağ silsiləsinin qollarında yerləşmişdir. Çayın mənbəyi bilavasitə dövlət sərhədinə (Qırğızıstanla) yaxındır. Axının əsas istiqaməti cənub-qərb istiqamətindədir. Paltau çayının yuxarı axını ilə Çatkala iki kilometrlik avtomobil körpüsü salınmışdır.
Planea schlechteri
Planea (lat. Planea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Ana plata
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
La Plata
La Plata şəhəri
Patau sindromu
Patau sindromu və ya Trisomiya 13 xromosom anamaliyasıdır. Trisomiya 13 sindromunda hüceyrələrdə 13-cü xromosom cütündə 2 xromosom yerinə 3 xromosom olur. 13-cü xromosom aşağıdakı xüsusiyyətlərə görə fərqlənir. Bu xüsusiyyətlərin birləşməsi Trisom 13 sindromuna tutulmuş uşağlarda müəyyən problemlərə yol açır. Hərtərəfli əqli yubanma Qeyri-adi kiçik gözlər Inkişaf gecikməsi Dovşan dodaqlılıq- yuxarı dodaqda qeyri-adi yarıq Damaqda yarıq Əlavə əl vəya ayaq barmaqlarının olması13-cü xromosom uşağın normal inkişafını pozur, yəni uşağın ürəyində, böyrəyində deffektlər əmələ gəlir. Ayrılmamaqlarla bağlı digər xəstəliklər kimi, (məsələn, Daun sindromu və Edvards sindromu), Patau sindromunun döldə yaranması hamilə vaxtı ananın yaşının çoxalması ilə baş verir (orta hesabla 31 yaşdan). Patau sindromu təxminən hər 10000 yeni doğulmuş uşaqdan 1-də olur. Bundan başqa beyinin müəyyən hissəsində inkişaf natamamlığı və böyrəklərin düzgün formalaşmaması. Bu xəstəliyə tutulmuş cavan uşaqlarda ürəkdə müəyyən struktur çatışmamazlığı ola bilər. Bunlara aiddir: Aypara qapağının düzgün açılıb bağlanmaması.
Maket plata
Maket plata və ya maket lövhəsi, sxem lövhəsi (ing. Breadboard) — elektron cihazların prototiplərinin yığılması və modelləşdirilməsi üçün universal dövrə əmələ gətirən çap lövhəsidir.
Château de montsoreau
Monsoro qəsri — (fr. Château de Montsoreau) — Fransanın Men və Luara departamentində Loire vadisi region Monsoro şəhərləri yerləşən qəsr. Qəsr Paris şəhərinin 250 kilometr qərbində yerləşir. Orta əsr qalası yerində tikilən intibah dövrününün qəsri. 2015-ci ildən Monsoro qala Filipp Meaille (fransanın müasir incəsənət kolleksioneri) məxsusdur. Bu, Müasir İncəsənət Muzeyinə çevrilib.Memarlıq obyekti Fransanın milli tarixi abidəsi kimi 1862-ci ildə təsnif edilmişdir. 2000-ci ildən bu yana Monsoro qəsri, UNESCO-nun dünya mirası olan Loire Vadisinin bir hissəsidir. == Arxitekturası == Monsoro qəsri Fransada Renesans üslubunda (1450–1453) tikilmiş ilk qəsr hesab olunur. Bu, Fransa kralının birbaşa sərəncamı ilə Jan II de Chambes tərəfindən tikilib. Monsoro yaşayış saraya hərbi memarlıq keçid remarquable nümunəsidir.