Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Plebeylər
Plebeylər (plebeii, plebs — sadə xalq) — Qədim Romada azad əhalinin zümrələrindən biri. E.ə. III əsrin əvvəlinədək icma torpağından istifadə hüququna malik deyildilər, xüsusi mülkiyyətçi kimi onların kiçik torpaq sahələri vardı. Əkinçiliklə yanaşı sənətkarlıq və ticarətlə də məşğul olurdular. Patrisilərə qarşı mübarizə (e.ə. V əsrin əvvəli-e.ə. III əsrin əvvəli) nəticəsində plebeylər patrisilərlə eyni dərəcədə vətəndaşlıq və siyasi hüquqlara nail oldular; Roma xalqının tərkibinə daxil edildilər, patrisilərlə birgə nobilitet yaratdılar. Plebeylər termini e.ə. 3–2 əsrlərdə tam hüquqlu, lakin əsilzadə olmayan vətəndaşlara aid edilirdi.