Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antoni Polemon
Mark Antoni Polemon (yun. Μάρκος Ἀντώνιος Πολέμων, lat. Marcus Antonius Polemon), həmçinin Smirnalı Polemon və ya Laodikeyalı Polemon (təq. 90, Laodikeya – təq. 144, Roma) — Qədim Roma sofisti, Aristid müəllimi. Polemon Laodikiyada anadan olmuşdur, Anadolu yunanlarından idi. O, təkəbbürlü və hazırcavab bir insan kimi xarakterizə olunmuşdur. Polemon imperatorlar Trayan və Adrianın himayəsi altında idi, Antonin Piy ilə yaxşı münasibəti vardı. Polemon şiddətli podaqraya dözə bilməyib intihar etmişdir. Polemonun təsviri Afinada tapılan portret büstü hesab olunur.