döşünü dağ kimi qabağa vermək
Dövlət başa bəladır.
OBASTAN VİKİ
Dərin dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
E-dövlət
Elektron hökumət və ya e-hökumət — bir ölkədə və ya regionda vətəndaşlara və digər şəxslərə dövlət xidmətləri göstərmək üçün kompüterlər və internet kimi texnoloji kommunikasiya cihazlarından istifadə edilməsi. Elektron hökumət vətəndaşların hökumətə birbaşa və daha rahat çıxışı, hökumətin vətəndaşlara birbaşa xidmətlərinin göstərilməsi üçün yeni imkanlar təklif edir. Bu termin vətəndaşlar ilə onların hökuməti (C2G), hökumətlər ilə digər dövlət qurumları (G2G), hökumət ilə vətəndaşlar arasında (G2C), hökumət ilə işçilər arasında (G2E) və hökumətlə özəl sektor (G2B) arasında rəqəmsal qarşılıqlı əlaqələrdən ibarətdir. Elektron hökumətin çatdırılması modelləri bu kateqoriyalara bölünə bilər: Bu qarşılıqlı əlaqələr vətəndaşların hökumətin bütün səviyyələri (şəhər, ştat/vilayət, milli və beynəlxalq) ilə ünsiyyət qurmasından, vətəndaşların informasiya və kommunikasiya texnologiyalarından (İKT; kompüterlər və veb-saytlar kimi) istifadə etməklə idarəetməyə cəlb edilməsini asanlaşdırmaqdan və biznes prosesinin yenidən qurulmasından (BPR) ibarətdir. Brebem və Qut 2017-ci ildə Şimali Amerikada e-hökumət alətlərinin üçüncü tərəf dizaynerlərindən mütərəqqi dəyərləri, hər yerdə iştirakı, geolokasiya və ictimaiyyətin maarifləndirilməsini əhatə edən texnologiyalarına qurduqları istifadəçi qarşılıqlı əlaqəsi idealları haqqında müsahibə götürmüşdülər. Digər təriflər texnologiyanın obyekt olduğu, e-hökuməti sadəcə vasitəçi və ya alət kimi müəyyən etdiyi, diqqəti dövlət idarəçiliyi məsələlərində xüsusi dəyişikliklərə yönəltdiyi fikrindən kənara çıxır. Hökumətin daxili transformasiyası mütəxəssis texnoloq Mauro D. Riosun əsasını qoyduğu tərifdir. O, "Elektron hökumətin tərifi axtarışında" adlı məqaləsində qeyd etmişdir: "Rəqəmsal hökumət ictimai işlərin təşkili və idarə olunmasının yeni üsuludur. Bu, idarəetmədə və təşkilat sxeminin strukturunda müsbət transformasiya proseslərini başlatmış və bu transformasiyaların asanlaşdırıcısı kimi informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və davamlı mənimsənilməsi yolu ilə, göstərilən prosedurlara və xidmətlərə əlavə dəyər qatmışdır." Elektron hökumət e-hökumət, internet idarəçiliyi, rəqəmsal hökumət, onlayn hökumət, əlaqəli hökumət kimi də tanınır. 2014-cü ildən İƏİT hələ də rəqəmsal hökumət terminindən istifadə edir.
Dövlət
Dövlət (ərəb. دولة‎) — siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər. Yer kürəsi (Antarktidanı çıxmaq şərtilə) iki yüzdən çox dövlət arasında bölünmüşdür. Dövlət siyasi birlik olmaq etibarilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xüsusi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. Dövlətin forması və fəaliyyəti ilə dövlət nəzəriyyəsi elmi məşğul olur. Nə elmdə, nə də beynəlxalq hüquqda dövlətin qəbul edilmiş ümumi təyinatı var. Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bunlara teoloji, patriarxal, marksist, zorakılıq, ictimai müqavilə, psixoloji, üzvi və b.
Dövlət içində dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Diyen (dövlət)
Diyen, Dyan (çin. Hant; vyet. Điền quốc, Den, Ten və ya Tien) - e.ə. IV—e.ə. II əsrlərdə indiki Quyçjou, Sıçuan və Yunnan əyalətlərinin Tunsin, Kunmin, Siçan, Dali qəzalarında, Çin Xalq Respublikası hüdudlarında mövcud olmuş dövləti qurum. Dövlət Diyen və ya Kunmin gölünün yerləşdiyi yaylada mövcud olmuş. Diyenlilər öz ölülərini qəbrlərdə basdırmışdılar. Diyen dili ehtimal olunur ki, tibet-birma dillərindən biri olmuş. Çin mənbələrində sinan-i və mimo kimi məlum olan, bir sıra tədqiqatçı tərəfindən müasir itszuların əcdadı hesab edilən eyniadlı qrup, yaxud tayfa ittifaqı tərəfindən yaradılmışdır. Çin tarixi əsərlərində Diyeni Çu çarlığının hökmdarı Vey-vanın [e.ə.
Dövlət (Platon)
"Dövlət" (yun. Πολιτεία) — ideal dövlət problemi ilə bağlı Platonun dialoqudur. E.ə. 360-cı ildə yazılmışdır. Platonun fikrincə dövlət ədalət ideyasının ifadə şəklidir. Dialoqda ilk dəfə filosoflar əbədi olaraq mövcud olan ideyaya çata bilən şəxslər kimi təqdim edilir. Platonun dövləti üç zümrədən ibarətdir: Ali zümrə: yalnız müdrik insanlar vətəndaşların düzgün həyat tərzi sürmələrinə cavabdeh ola bilərlər. platonun fikrincə dövlətin başında filosoflar dayanmalıdırlar (tərbiyəçilər zümrəsi) Mühafizəçilər zümrəsi: bu zümrə dövlətin daxili və xarici təhlükəsizliyinə cavabdehdir(döyüşçülər zümrəsi). Digər vətəndaşların zümrəsi(sənətkarlar, tacirlər, kəndlilər) onların vəzifəsi dövləti zəruri ehtiyaclarının təmin edilməsidir (təchizatçılar zümrəsi). Platonun dövlətində mülkiyyətin ictimai növü mövcuddur və şəxsi mülkiyyət qadağandır.
Dövlət (dəqiqləşdirmə)
Dövlət (Platon) — ideal dövlət problemi ilə bağlı Platonun dialoqudur. Dövlət (Əbyəlil) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd.
Dövlət (Əbyəlil)
Dövlət kəndi (başq. Дәүләт) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd. Məsafələr: rayon mərkəzindən (Askorovo): 12 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 35 km. Совет муниципальных образований Республики Башкортостан.
Dövlət Baxçalı
Dövlət Baxçalı (1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Milliyətçi Hərəkat Partiyası sədri. Dövlət Baxçalı 1 yanvar 1948-ci ildə Osmaniyyə ilinin Bahçe ilçəsində anadan olub. Atası Salih Bahçeli Osmaniyənin tanınmış tacirlərindən olub. Anası Samiyə Bahçeli isə evdan qadın olub. Bahçeli ailədə dörd uşaq olublar. Onlardaın 2-si atasının birinci nigahdan olan uşaqları idi. Solçi bir ailədə böyüyən Bahçelinin atası Cümhuriyyət Xalq Partiyasının tərəfdarı idi. İbtidai təhsilini doğulduğu Osmaniyə ilində alıb. Orta təhsilini Sərvət adlı qardaşı ilə Adana ilinin Çuxurova ilçəsində alıb.
Dövlət Bağçalı
Dövlət Baxçalı (1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Milliyətçi Hərəkat Partiyası sədri. Dövlət Baxçalı 1 yanvar 1948-ci ildə Osmaniyyə ilinin Bahçe ilçəsində anadan olub. Atası Salih Bahçeli Osmaniyənin tanınmış tacirlərindən olub. Anası Samiyə Bahçeli isə evdan qadın olub. Bahçeli ailədə dörd uşaq olublar. Onlardaın 2-si atasının birinci nigahdan olan uşaqları idi. Solçi bir ailədə böyüyən Bahçelinin atası Cümhuriyyət Xalq Partiyasının tərəfdarı idi. İbtidai təhsilini doğulduğu Osmaniyə ilində alıb. Orta təhsilini Sərvət adlı qardaşı ilə Adana ilinin Çuxurova ilçəsində alıb.
Dövlət Departamenti
ABŞ Dövlət Departamenti (ing. United States Department of State) — ABŞ-də 1789-cu ildən xarici işlər nazirliyi funksiyasını həyata keçirən əsas xarici siyasət orqanı, dövlət katibi başçılıq edir. Prezidentin və Konqresin hazırladığı xarici siyasət xəttini həyata keçirir. Digər ölkələrdəki xarici işlər nazirlikləri kimi, 1789-cu ildə ölkənin ilk icra şöbəsi kimi yaradılıb. Ölkənin xaricdəki diplomatik missiyalarının idarə edilməsini, xarici təşkilatlarla müqavilələrin və sazişlərin müzakirəsini və Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyini ABŞ Dövlət Departamentini dövlətin xarici siyasətini həyata keçirir. Bundan əlavə, Dövlət Departamenti digər ölkələrdə sosial və siyasi proqramları təmsil edən qeyri-kommersiya təşkilatları və fondları ilə işləməkdən məsuldur. ABŞ dövlət katibi, Dövlət Departamentinin rəhbər vəzifəsi adlanır. 2018-ci ilin aprel ayında dövlət katibi Reks Tillerson istefa verdikdən sonra Mayk Pompeo vəzifəyə gəlmişdir. Departamentin idarə olunması ilə yanaşı, Dövlət katibi xaricdə baş diplomat və ölkə nümayəndəsi kimi fəaliyyət göstərir. Dövlət katibi, Birləşmiş Ştatların vitse-prezidenti, Nümayəndələr Palatasının spikeri və prezidentliyə namizədliyinə görə ilk rəsmi şəxs hesab edilir.
Dövlət Xatun
Dövlət Xatun (1361 və ya 1365, Kütahya – 23 yanvar 1414 və ya 1411, Ədirnə) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Çələbi Mehmedin anası, Validə sultan. 1361-ci ildə dünyaya gəldiyi ehtimal olunur. İldırım Bəyazidin Kütahya sancaqbəyi olduğu illərdə saraya alındığı və yeganə övladını da burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq alındığı anlaşılır. 1386-cı ildə yeganə övladı olan Mehmed Çələbini dünyaya gətirdi. Bəzi mənbələrdə İsa Çələbinin də anasının Dövlət Xatun olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, İsa Çələbi İldırım Bəyazidin xanımlarından və Gərmiyanoğlu Süleyman bəyin qızı olan Dövlətşah Xatundan dünyaya gəlmişdir. 1393-cü ildə Amasya sancaqbəyi təyin edilən oğlu Mehmed Çələbiylə birlikdə Amasyaya yollandı və 1402-ci ilədək burada qaldı. Ankara döyüşü və ardından başlayan taxt mübarizəsi illərində Bursada yaşayan Dövlət Xatun oğlunun 1413-cü ildə hakimiyyəti ələ almasıyla Ədirnə sarayına gətirildi. Burada sultanın anası olaraq nüfuz qazandı.
Dövlət ateizmi
Dövlət ateizmi — teizmi qəbul etməyib, ateizmi dəstəkləyən dövlət siyasəti. Tarixdə və hal-hazırda daha çox Marksist ideologiyanı qəbul edən bəzi dövlətlər tərəfindən tədbiq edilmişdir və hələ də tədbiq edilməkdədir. Amma yenə də Marksizm dinləri rədd edən tək ideologiya deyildir. Laisez-faire dövrü kapitalistlərindən Ayn Randın fikirləri Marksizmə demək olar ki, daban-dabana zidd olmasına baxmayaraq, o, dinləri modern dövrdən əvvəlki dövrün batil inancları olaraq ifadə edirdi.
Dövlət bayrağı
Dövlət bayrağı — milli dövlətin rəsmi tanınma nişanlarından biri; fərqli və dəyişməz simvola malik olmalıdır. Bir çox hallarda qeyri-rəsmi dildə "milli bayraq" termini də işlədilir. Dövlət bayrağı — müəyyən ölçülərə və rəng çalarlarına malik parçadır. İstifadə zamanı bayraq tutağacına bərkidilir.
Dövlət başçısı
Dövlət başçısı — bir dövləti birlik və legitimliyi ilə rəsmi şəkildə təcəssüm etdirən ictimai şəxs. Ölkənin idarəetmə formasından və səlahiyyətlərin bölünməsindən asılı olaraq, dövlət başçısı təntənəli idrakçı (məsələn, Böyük Britaniya monarxı) və ya eyni zamanda hökumət başçısı və daha çox ola bilər (məsələn, ABŞ Prezidenti, o da Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır). Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Eyni şəxs müddətsiz sayda prezidentliyə namizəd ola bilər. Azərbaycan Respublikasında icra hakimiyyəti Prezidentə mənsubdur. Prezidentli respublikalarda dövlətin başçısı eyni zamanda hökumətin rəhbəri olur, öz istəyinə görə nazirləri təyin edir. Bu prezidentin təmsil etdiyi partiyanın üzərinə xüsusi məsuliyyət qoyur. Bununla belə bir çox ölkələrdə dövlət başçısı özünün səlahiyyəti dövründə partiyada üzvlüyünü dayandırır. Parlamentli respublikalardan İtaliya respublikasında dövlət başçısının səlahiyyət müddəti 7 il nəzərdə tutulsa da başlanan konstitusiya islahatlarında gələcəkdə səlahiyyət müddətinin 5 ilə endirilməsi, 2 dəfə seçilməsi və yaş həddinin aşağı endirilməsi nəzərdə tutulmuşdur.
Dövlət borcu
Dövlət borcu — daxili və xarici dövlət borcundan ibarət olmaqla, ölkənin təxirəsalınmaz sosial-iqtisadi xərclərinin və büdcə kəsirinin mmaliyyələşdirilməsi üçün qəbul edilən, ölkə hökumətinin hüquqi və fiziki şəxslərə, habelə xarici dövlətlərə müvafiq faiz ödənilməklə qaytarılmalı olan, milli və xarici valyuta ilə ifadə edilmiş borc öhdəlikləridir. Dövlət borcu aşağıdakı formalarda ola bilər: hökumətin aldığı kreditlər, hökumətin adından buraxılan qiymətli kağızlar şəklində olan dövlət istiqrazları və hökumətin təminat verdiyi digər borc öohdəlikləri.
Dövlət büdcəsi
Dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində dövlət büdcəsinin xüsusi rolu vardır. Dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsi yalnız dövlət büdcəsi vasitəsilə maliyyələşir. Büdcə anlayışı müxtəlif mənalarda işlədilir, dövlət, ailə, yerli, şəxsi və s. ümumiyyətlə, büdcə pul gəlirləri hesabına formalaşır. Büdcə müəyyən dövr ərzində dövlətin, müəssisə və təşkilatın, ailə və ayrı-ayrı şəxslərin pul gəlirləri və xərcləri balansıdır (planıdır). Yaradılan hər bir büdcənin öz həcmi, mənbələri, məqsədi və yerinə yetirdiyi funksiyası vardır. Bunlar içərisində formalaşma mənbələrinə, həcminə və xərc istiqamətlərinin səviyyəsinə görə dövlət büdcəsi mühüm əhəmiyyət kəsb edir. Dövlət büdcəsi öz maddi məzmununa görə dövlətin başlıca mərkəzləşmiş pul vəsaitləri fondudur. Yəni, dövlət büdcəsi müəyyən dövr ərzində (məsələn, bir il ərzində) ölkədə geniş təkrar istehsalı təmin etmək, insanların maddi və mənəvi tələbatlarını, dövlətin zəruri ehtiyaclarını ödəmək üçün yaranan mərkəzləşdirilmiş pul vəsaitləri fondudur. Dövlət büdcəsi dövlətin əsas maliyyə planıdır.
Dövlət dili
Dövlət dili və ya Rəsmi dil – Konstitusiya ilə ölkənin, vilayətin xüsusi statusa malik olan dil. Bir qayda olaraq ölkə administrasiyası, parlament və məhkəmələrində işlədən dil rəsmi dil sayılır. Az işlənsə də yerli xalqın dili də dövlət dili elan edilə bilər. Məsələn, Yeni Zelandiyada maori xalqı ölkə əhalisinin beş faizini təşkil etsə də, onun dili dövlət dilidir. Dövlət dili dövlət ərazisində digər dillərə nisbətən daha üstün statusa malik olan dildir. Bir qayda olaraq dövlət dili kimi ərazidəki çoxsaylı etnosun dili qəbul edilir. Digər tərəfdən dövlət sənədlərinin digər dillərdə də nəşri nəzərdə tutula bilər. UNESCO ekspertləri 1953-cü ildə "dövlət dili" ilə "rəsmi dil" arasında aşağıdakı fərqi təklif etdi: Dövlət dili dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır və dövlətin simvolu hesab edilir. Rəsmi dil — dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir.
Dövlət dini
Dövlət dini həmçinin rəsmi din — rəsmi statusu müvafiq dövlət tərəfindən təsdiq edilmiş din. Dövlət dini olmayan dövlətləri dünyəvi və ya sekulyar dövlətlər adlandırırlar. Harvard Universitetinin 2000-ci ilə olan məlumatlarına görə 188 dövlətdən 75-i bu və ya digər dini özlərinin rəsmi dini elan etmiş, 113 ölkənin isə rəsmi dini olmamışdır. Argentina Vatikan (teokratiya) Dominikan Respublikası Kosta-Rika Lixtenşteyn Malta Monako Salvador San-Marino İsveçrə (bəzi kantonları) Şotlandiya. İngilis monarxı bu kilsənin başçısı yox, yalnız üzvüdür. İsveçrə (bəzi kantonları) Danimarka İslandiya Norveç Finlandiyada kilsə və dövlət arasında münasibətlər xüsusi razılaşmalar ilə tənzimlənir. Kilsənin fəaliyyətinə dair xüsusi qanunvericilik mövcuddur. Kilsə xüsusi kilsə vergisi yığmaq hüququna malikdir (dövlət strukturlarının köməkliyi ilə könüllülük prinsipi əsasında toplanır). Amma hüquqi baxımdan Finlandiya Kilsəsi dövlət kilsəsi deyil. İsveçdə İsveç Kilsəsinin rəhbərinin kral olmasına baxmayaraq 2000-ci ildən kilsə dövlətdən ayrı fəaliyyət göstərir.
Dövlət formaları
Dövlət formaları — ərazi quruluşu, prinsipləri, dövlət orqanlarının formalaşması və qarşılıqlı fəaliyyət üsulları, habelə hakimiyyətin həyata keçirilməsi metodları, müəyyən bir dövlət siyasətinin həyata keçirilməsini təmin edən bir quruluş, dövlətin daxili quruluşunun müəyyən bir modelidir. Xarici xüsusiyyətlərin bu dəsti bir vəziyyəti digərindən fərqləndirməyə imkan verir. Dövlətçiliyin müxtəlif formaları, siyasi, iqtisadi, tarixi daxil olmaqla müxtəlif amillərin vəziyyətinə təsirindən qaynaqlanır. Aralarında əsas olanlar bunlardır: milli dövlətlərin inkişafının tarixi ənənələri; milli dövlətçiliyin formalaşmasının tarixi xüsusiyyətləri; dövlətdəki sosial qüvvələrin real tarazlığı; dövlət əhalisinin milli tərkibi; Xarici təcrübə; yaşayış standartları; keçmiş metropolların əvvəllər onlardan asılı olan ərazilərdə dövlət forması seçiminə təsir dərəcəsi; dünya birliyinin rolu Dövlətin forması bu və ya digər şəkildə dövlətin qarşısında duran vəzifələrdən və yerinə yetirdiyi funksiyaların xüsusiyyətindən asılıdır. Dövlətin formalarının elementləri: İdarəetmə forması — dövlət hakimiyyətinin ən yüksək orqanlarının təşkilat sistemi, onların formalaşma qaydası, səriştəsi, bir-biri ilə və əhali ilə əlaqəsi (ən qədim element: Qədim Yunanıstanda alimlər tərəfindən seçilməyə başlandı); Dövlət quruluşunun forması — dövlətin ərazi təşkili sistemidir (XVII–XVIII əsrlərdən bəri fəal şəkildə öyrənilmişdir); Dövlət (siyasi) rejim — dövlət hakimiyyətini həyata keçirmə metodları (elm yalnız XX əsrin əvvəllərində diqqət çəkməyə başladı). Dövlət hakimiyyətinin təşkili avtokratiya prinsipinə əsaslanır. Dövlət hakimiyyəti ya bir nəfərin (Oman Sultanlığındakı teokratik monarxın), ya da bir dövlət orqanının (BƏƏ federasiyasının yeddi hissəsinin Əmirlər Ali Şurası) ya da müəyyən bir növ dövlət orqanlarının əlində cəmləşir (Almaniyadakı nasist rejimi və İtaliyanın faşist rejimi, 1979-cu ilə qədər Uqandadakı İdi Amin rejimi). Belə bir dövlət gücü qapalı bir totalitar sistem ilə xarakterizə olunur, hakimiyyət maraqlı qrupların ona təzyiq göstərməsi üçün bağlıdır, xüsusən də bu cür cəhdlər ağır repressiyalarla qarşılaşa bilər. Dövlətdə ideoloji monizm, təkpartiyalı sistem mövcuddur və ya bir lider partiyanın əvəzolunmazlığı prinsipi qəbul edilmişdir. Siyasi rejim Чиркин, В. Е. Государствоведение: Учебник / В. Е. Чиркин.
Dövlət gerbi
Dövlət gerbi və ya Dövlət nişanı– dövlətlərin əsas rəmzlərindən biridir. Türkiyə və Dominikan Respublikası istisna olmaqla, Yer üzündəki bütün dövlətlərin özlərinə aid gerbləri var. Gerb üzərində dövlətin mədəniyyətinə, idarəetmə formasına, şüarına və sair məlumatlara rast gəlmək olar. Gerblər, vəzifə formaları, möhürlər və s. kimi dövlətin əhəmiyyətli yerlərində istifadə olunur.
Dövlət gəmisi
Dövlət gəmisi — «Dövlət» əsərinin VI kitabında Platon tərəfindən irəli sürülmüş metafor. Burada şəhər-dövlətin idarəetməsi gəminin idarəetməsinə oxşadılır. Nəticədə, gəminin kapitanı olmağa uyğun insanlar sadəcə mütləq qüvvəsi olmayan, yaxşılıq ideyasını mənimsəyən filosof krallar və xeyirxah adamlardır. Metaforanın mənşəyi lirik şair Alkeyə (frs. 6, 208, 249) qədər gedib çıxır, o cümlədən Sofoklın "Antiqona", Esxilin isə "Fivə qarşı yeddi" şeirində qeyd olunur. Platon metafornı Zevsin digər vasitə və ya peşələrdə, xüsusilə də dövlət xadimliyi vəzifəsində olduğu kimi gəmi sükançısı üçün də ən yaxşı nümunələrdən biri olduğunu qeyd edərək başladır. O daha sonra metafornı müəyyən bir dövlət modelinə – demokratiyaya uyğunlaşdırır. Platonun demokratiya anlayışı müasir demokratiya və respublikaçılığın qarışığı ideyası yox, saf çoxluğun idarəsində olan birbaşa demokratiyadır. Platonun Sokratı əksəriyyəti təşkil edən əhalini güclü, ancaq yaxıngörən və dənizçilik anlayışı zəif olan bir gəmi sahibi ilə müqayisə edir. Gəminin dalaşan dənizçiləri demaqoq və siyasətçilərdir.
Dövlət hakimiyyəti
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
Dövlət himni
Dövlət himni — Dövlət simvollarından biri, təntənəli musiqili və ya musiqili poetik əsər. Adətən xüsusi qanun ilə nəzərdə tutulan hallarda yerinə yetirilir: əsasən rəsmi festivallarda, mərasimlərdə və ayinlərdə; onun icrası ərzində ayağa qalxmaq və baş örtüyünü çıxarmaq məcburiyyəti qəbul edilə bilər.
Dünyəvi dövlət
Dünyəvi dövlət — dinin dövlət idarəetməsindən uzaqlaşdırılması nəticəsində yaranmış dövlətdir. Bu kimi ölkələrdə dövlət orqanlarının qərarları dini əsaslı ola bilməz. Buna baxmayaraq, dünyəvi dövlətin qanunvericiliyi tam və ya qismən dini normalara uyğunlaşa bilər. "Dünyəvilik" dini baxış və onun qanuniliyinə qarşı çıxmaqla yox, bunlardan azad olmaqla müəyyən edilir və seçilir. Məsələn, dünyəvi dövlətlərdə əhalinin dindar hissəsinin rahatlığına və ya ümumi say çoxluğuna görə (və ya digər bu kimi səbəblərə görə) hər hansı dini bayram istirahət günü və ya dövlət bayramı elan edilə bilər. Hər bir insan hər hansı dünyəvi dövlətdə dini institutlara müraciət etmədən yaşaya biləcəyinə arxalana bilər. Məsələn, ailə qurduqda müəyyən dini inanc və adətlərdən istifadə etməmək və sair bu kimi hallar. Dünyəvi dövlətdə bütün dini inanclar və onların daşıyıcıları qanun qarşısında bərabərdirlər. Hazırda Avropa ənənələrinə malik bütün ölkələr, Cənub-Şərqi Asiya və Afrikanın bir sıra ölkələri, həmçinin Şimali və Cənubi Amerikanın əksər dövlətləri dünyəvidir. Lakin bir çox müsəlman ölkələri tam dünyəvi deyil.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
Azərbaycanda teatr muzeyinin — Azərbaycan Respublikasının zəngin və qabaqcıl mədəniyyət ocaqlarından biri. Direktoru Sevinc Mikayılovadır. Muzeydə 140 mindən çox əşya toplanmışdır. Muzey Mərkəzində yerləşir. Muzeyin təşkili 1934-cü ilə təsadüf edir. Muzeyin yaradıcısı teatr tariximizin öyrənilməsində və təbliğində böyük əmək sərf etmiş Ağakərim Şərifov olmuşdur. 1934-cü ildə teatr işçilərinin respublika müşavirəsində belə bir muzeyin yaradılması barədə məsələ qaldırılmış və elə həmin ildə Azərbaycan Dövlət Dram Teatrının binasında belə bir muzey təşkil olunmuşdur. Əslində bu, teatr tarixinə aid sərgi və gələcək muzeyin təməli idi. Şahidlərin xatırladığına görə, sərginin açılış lentini kəsən böyük ədiblərimiz – Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev belə demişlər: "Yaşasın Azərbaycan teatrı!" Məhz həmin gündən bu muzey teatr tarixinə və teatr xadimlərinə aid yadigarları, əlyazmaları, fotoşəkilləri, rəsm əsərlərini, müxtəlif sənədləri toplayan və qoruyan məbədə çevrilmişdir. Sərgi tez bir zamanda o vaxtlar fəaliyyət göstərən Azərbaycan Dövlət Muzeyinin teatr şöbəsi kimi rəsmiləşdirilir.
Cəlairilər dövləti
Cəlairilər sultanlığı — 1340-cı ildən 1432-ci ilədək Azərbaycanda, İranda və İraqda iqtidarda olmuş eyniadlı monqol əsilli türk xanədanının idarə etdiyi dövlət. Cəlairilər el, ulus şəklində monqol yürüşləri dövründə Azərbaycana gəlmişlər. Tərkibinə İraqi Ərəb, İraqi Əcəm, Kürdüstan , Gürcüstan, Ermənistan, Deyləm, Xorasan, Cəzirə, Luristan, Xuzistan və digər ərazilər daxil idi. Paytaxtı Bağdad, sonra isə Təbriz şəhərləri olmuşdur. Şeyx Həsən Cəlairi 1341-ci ildə Bağdadda Cahan Teymuru taxtdan salaraq Cəlairilər dövlətinin əsasını qoydu. Onu əvəz edən Şeyx Üveys 1359-cu ildə Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı və Təbrizi paytaxt etdi. Sultan Əhməd Cəlairinin dövründə Cəlairilər dövlətinin daxilində hakimiyyət uğrunda mübarizə gücləndi, dövlət tənəzzülə uğradı və sonra Teymurun və Qızıl Orda xanı Toxtamışın hücumlarına məruz qaldı. Teymurun yürüşləri dövründə Əlincəqala Cəlairilərin əsas müdafiə istehkamına çevrildi. 1386-cı ildə Teymurun qoşunu Təbrizi tutduqdan sonra Naxçıvan ərazisində onlara qarşı vuruşan Sultan Əhməd Bağdada, onun əmirlərinin bir hissəsi isə Əlincəqalaya çəkildi. Qalada Cəlairilərin xəzinəsi, Sultan Əhmədin ailəsi, oğlu Sultan Tahir və yaxın adamları, 300-ə yaxın cəngavər var idi.
Cəlal-Abad Dövlət Universiteti
Cəlal-Abad Dövlət Universiteti (rus. Жалалабатский Государственный Университет – ЖаГУ, qırğ. Жалал-Абад мамлекеттик Университет) — 2 aprel 1993-cü ildə Qırğızıstanın Cəlal-Abad şəhərində mövcud təhsil müəssisələri əsasında qurulmuşdur. Aşağıdakı sahələrdə ali təhsil üçün nəzərdə tutulmuş dövlət müəssisəsidir: tibb, elektronika, enerji, tikinti, aqrar-sənaye kompleksi. Cəlal-Abad Dövlət Universitetində təxminən 10.000 tələbə təhsil alır, 15-i elmlər doktoru və professor, 116 elmlər namizədi və dosent olmaqla 700-dən çox müəllim çalışır. Üstəlik Hindistan, İran, İsrail, Qazaxıstan, Nepal, Pakistan, Fələstin, Suriya, Türkiyə, Türkmənistan, ABŞ və Özbəkistan kimi ölkələrdən təxminən 1000 tələbə var. Aşağıdakı 54 sahə üzrə ali təhsilli və 12 istiqamət üzrə orta peşə təhsili alan mütəxəssislərin hazırlanması. Cəlalabad Dövlət Universitetinin Tibb Fakültəsi Qırğızıstan Respublikası Səhiyyə və Elmi Təhsil Nazirliyinin tabeliyindədir. Cəlal-Abad Dövlət Universiteti, 2 aprel 1993-cü ildə Qırğızıstan Respublikasının Prezidenti tərəfindən elektronika, enerji, inşaat, tibb, təhsil və digər sahələrdə əsas və tam ali təhsilli mütəxəssislər yetişdirmək üçün hazırlanmış aqrosənaye kompleksi üçün mütəxəssis olmaq , dövlət təhsil müəssisəsi olaraq açılmışdır. Cəlalabad Dövlət Universiteti (JAGU) 2 aprel 1993-cü ildə mövcud təhsil müəssisələri əsasında qurulmuşdur.
Cəlayırlar dövləti
Cəlairilər sultanlığı — 1340-cı ildən 1432-ci ilədək Azərbaycanda, İranda və İraqda iqtidarda olmuş eyniadlı monqol əsilli türk xanədanının idarə etdiyi dövlət. Cəlairilər el, ulus şəklində monqol yürüşləri dövründə Azərbaycana gəlmişlər. Tərkibinə İraqi Ərəb, İraqi Əcəm, Kürdüstan , Gürcüstan, Ermənistan, Deyləm, Xorasan, Cəzirə, Luristan, Xuzistan və digər ərazilər daxil idi. Paytaxtı Bağdad, sonra isə Təbriz şəhərləri olmuşdur. Şeyx Həsən Cəlairi 1341-ci ildə Bağdadda Cahan Teymuru taxtdan salaraq Cəlairilər dövlətinin əsasını qoydu. Onu əvəz edən Şeyx Üveys 1359-cu ildə Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı və Təbrizi paytaxt etdi. Sultan Əhməd Cəlairinin dövründə Cəlairilər dövlətinin daxilində hakimiyyət uğrunda mübarizə gücləndi, dövlət tənəzzülə uğradı və sonra Teymurun və Qızıl Orda xanı Toxtamışın hücumlarına məruz qaldı. Teymurun yürüşləri dövründə Əlincəqala Cəlairilərin əsas müdafiə istehkamına çevrildi. 1386-cı ildə Teymurun qoşunu Təbrizi tutduqdan sonra Naxçıvan ərazisində onlara qarşı vuruşan Sultan Əhməd Bağdada, onun əmirlərinin bir hissəsi isə Əlincəqalaya çəkildi. Qalada Cəlairilərin xəzinəsi, Sultan Əhmədin ailəsi, oğlu Sultan Tahir və yaxın adamları, 300-ə yaxın cəngavər var idi.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən peşəkar teatr. Eynalıbəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı "Müsəlman incəsənəti və dram cəmiyyəti" tərəfindən ilk dəfə 1883-cü ildə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah cadükün" əsəri Hacı Nəcəf Zeynalovun evində tamaşaya qoyuldu. Bu ilk tamaşa ilə Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrının əsası qoyuldu. Ardınca M. F. Axundzadənin "Molla İbrahimxəlil kimyagər", "Lənkəran xanının vəziri", "Hacı Qara" komediyaları, N. Vəzirovun "Müsibəti-Fəxrəddin", Ə. Haqverdiyevin "Dağılan tifaq", N. Nərimanovun "Nadir şah" və s. əsərləri tamaşaya qoyuldu. 1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.
Cəlilabad Dövlət Rəsm Qalereyası
Cəlilabad Dövlət Rəsm Qalereyası Cəlilabad Dövlət Rəsm Qalereyası 1985-ci ilin fevral ayının 12 – in də yaradılmışdır. 2015-ci ildə yeni binaya köçürülmüşdür. Ümumi sahəsi – 400 m2-dir. Ekspozisiya sahəsi 180 m2 olub, Fond saxlamağı otağı 25 m2-dir. Rəsm Qalereyasının fəaliyyəti əhalinin geniş təbəqələri arasında, milli və dünya təsviri, dekorativ — tətbiqi sənət əsərlərinin təbliği və milli — mədəni irsimizin toplanaraq qorunması məqsədini daşıyır. Rəsm Qalereyasında görkəmli xalq rəssamlarının əsərləri ilə yanaşı yerli peşəkar rəssamların da əsərlərindən ibarət sərgilər təşkil edilmişdir. Qalereyada qonşu rayonların Rəsm Qalereyaları ilə əməkdaşlıq münasibəti yaradılaraq rəsm əsərlərinin mübadilə yolu ilə sərgisi təşkil olunur. Burada məktəbli uşaq rəssamların da rəsm əsərlərinin sərgisinə geniş yer verilir. Hazır burada mühafizə edilən bədii fondlar vardır. Qalereyada təsviri incəsənətin rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi incəsənət növünə aid 200 – dən çox eksponat mühafizə olunur.
Cənubi Amerika dövlətlərinin və asılı ərazilərinin siyahısı
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
Cənubi Qazaxıstan Dövlət Universiteti
Muxtar Əvəzov adına Cənubi Qazaxıstan Dövlət Universiteti (CQDU) (qaz. М. О. Әуезов атындағы Оңтүстік Қазақстан мемлекеттік университеті (ОҚМУ)) (əvvəllər — Qazaxıstan Kimya Texnologiyaları İnstitutu, Cənubi Qazaxıstan Texniki Universiteti) — 76 texniki və humanitar ixtisas üzrə təhsil verən Çimkent şəhərində yerləşən dövlət nəznində olan ali təhsil müəssisəsi. 1943-cü ildə qurulmuşdur. Böyük Vətən Müharibəsinin dövründə, SSRİ Xalq Komissarları Sovetinin 19 iyun 1943-cü il tarixli qərarı ilə 679B saylı Qərara uyğun olaraq İnşaat Materialları Texnoloji İnstitutunun yaradılması qərara alındı. Həmin il 29 iyun tarixində SSRİ Xalq Komissarlığı yanında Ümumittifaq Ali Təhsil Komitəsi və SSRİ Tikinti Materialları Komissarı “Qazaxıstan SSR-in Çimkent şəhərində Texnoloji Tikinti Materialları İnstitutunun təşkili haqqında” əmr verdi. Sovetskaya küçəsindəki (indiki Kazbek B) pedaqoji məktəbin binası universitetə ​​verildi. Əslində, institutun açılışında böyük bir töhfə verən, inşaat sahəsinə ehtiyac duyulan ixtisaslı mütəxəssislərin təcili olaraq ən yüksək orqanlara çatdırılmasıdır. 1940-cı il 30 mart 2012-ci ildə Almatı vilayətinin Taldıkorqan rayonunun Erkin kəndində anadan olmuşdur. Huak qəbiləsindən gəldi. 1958-59-cü illər Ukrayna SSR Dneprodzerjinskdəki 8 nömrəli texniki məktəbdə təhsil almışdır.
Diasporla İş üzrə Dövlət Komitəsi (Azərbaycan)
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi — Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; diasporla iş sahəsinin inkişafını təmin edir; beynəlxalq hüququn qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə və tətbiqinin genişləndirilməsinə, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmasına və inkişaf etdirməsinə köməklik göstərir; xaricdə yaşayan azərbaycanlıların, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarının, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarının Azərbaycan Respublikasının dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmalarına və inkişaf etdirmələrinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında düzgün informasiya almalarına şərait yaradır; xaricdə yaşayan azərbaycanlıları, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarını, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb edir; beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərir; xaricdə yaşayan azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini, qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Komitə həmçinin xaricdə yaşayan Azərbaycanlıların ölkəmizin mədəniyyəti, tarixi və s. barədə məlumat yaymasına dəstək verir. Məsələn, 2011-ci ilin yanvarında Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanın da tələbələr tərəfindən təmsil olunmasına komitə dəstək verib. Təşkilat ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 29 mart 2019-cu ildə "Azərbaycan Diaspor Könüllüləri" proqramı olaraq fəaliyyətə başlamışdır. Könüllü fəaliyyətə start verilməsinə motiv Azərbaycan Prezidenti İlham Əliyevin 1 fevral 2019-cu ildə Azərbaycan Gənclər Gününə həsr olunmuş toplantıdakı çıxışı olmuşdur. 24 aprel 2019-cu ildə Nizami Kino Mərkəzində "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimatı keçirilmişdir.
Don Dövlət Aqrar Universiteti
Don Dövlət Aqrar Universiteti — Şimali Qazqaz regionunda yerləşən ali təhsil mərkəzi. İnzibati baxımdan Rostov vilayəti, Persianov qəsəbəsində yerləşir. Ali təhsil mərkəzinin əvvəlki adı Don kənd təsərrüfatı universiteti idi. Don Dövlət Aqrar Universiteti Rusiyanın aparıcı universitetlərindən biridir. Təhsil mərkəzi 1907-ci ildə təsis edilmişdir. 1962-ci ildə ali təhsil mərkəzinin direktoru professor Panteleymon Efimoviç Ladan seçilir (1908—1983). 1980-ci ildə Don kənd təsərrüfatı universitetinin direktoru Vladimir İvanoviç Stepanov təyin edilmişdir (1938—2002). 2002-ci ildə isə Don Dövlət Aqrar Universitetinin direktoru Anatoli İvanoviç Baranikov təyin edilmişdir. 2013-cü ilin sentyabrından isə bu vəzifəni Aleksandr İvanoviç Klimenko icra edir. Don Dövlət Aqrar Universitetində 6000 tələbə təhsil alır.
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri (1667-1668)
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri - XVII əsrin ikinci yarısında Xəzərsahili bölgələrə Don kazaklarının yürüşləri baş vermişdir. Onlardan 1668-ci ilin yayında Stepan Razinin başçılığı ilə Azərbaycan ərazisinə təşkil edilmiş kazak yürüşləri xüsusilə qeyd olunmalıdır. Bu yürüş zamanı kazaklar Dərbənddə sahilə çıxdılar, Niyazabadı, Şabranı qarət və talan etdilər. Lakin onların Bakıya yürüşü uğursuzluqla nəticələndi. Stepan Razin güclü müqavimətdən ehtiyat edərək şəhəri təcili surətdə tərk etməli oldu. Bu yürüşlərin nəticəsində Səfəvilər dövlətində ticarətə və sosial vəziyyətə böyük zərbə vuruldu.
Dənizə çıxışı olmayan dövlətlər
Dənizə çıxışı olmayan dövlətlər — coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan ölkələr qrupu. Dünyada hazırda 44 belə dövlət vardır. Onlardan 16-sı Afrikada, 14-ü Avropada, 12-si Asiyada, 2-si Cənubi Amerikada yerləşir. Azərbaycanın da dünya okeanına birbaşa çıxışı yoxdur. Dənizə çıxışı olmayan Özbəkistan və Lixtenşteyn dənizə çıxışı olmayan ölkələrlə əhatə olunublar. Dənizə çıxışı olmayan ölkələr arasında ərazisinə görə ən böyük Qazaxıstan, ən kiçik isə Vatikandır. 1990-cı ildə dünyada dənizə çıxışı olmayan cəmi 30 ölkə var idi. Yuqoslaviyanın parçalanması; Sovet İttifaqı və Çexoslovakiyanın dağılması; Cənubi Osetiya, Eritreya, Monteneqro, Cənubi Sudan və Luqansk Xalq Respublikasının müstəqillik referendumları; və Kosovonun birtərəfli müstəqillik elanı 15 yeni dənizə çıxışı olmayan ölkə və 5 qismən tanınan dənizə çıxışı olmayan dövlət yaratdı, keçmiş dənizə çıxışı olmayan Çexoslovakiya isə 1 yanvar 1993-cü ildə mövcudluğunu dayandırdı. Azərbaycan Butan Ermənistan Əfqanıstan Qazaxıstan Qırğızıstan Laos Monqolustan Nepal Özbəkistan Tacikistan Türkmənistan[1] Bu dövlətlərin birbaşa okeana çıxışı yoxdur.
Dərbənd Azərbaycan Dövlət Dram Teatrı
Azərbaycan Dövlət Dram Teatrı (rus. Азербайджанский государственный драматический театр) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən teatr. XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu almışdır. 1944-cü ildə səhnə pərdələri müvəqqəti olsa da bağlanmış, lakin 1994-cü ildə yenidən teatr qapılarını tamaşaçılarının üzünə açmışdır. Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırmışdır. Teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılmışdır.
Dərbənd Dövlət Tarix-Memarlıq və İncəsənət Muzey Qoruğu
Dərbənd Dövlət Tarix-Memarlıq və incəsənət Muzey-Qoruğu — Rusiya ərazisindəki ən qədim şəhər olan Dərbəndin tarixinə həsr olunmuş muzey kompleksidir. Muzey-Qoruğunun ərazisi qorunan zonalarla birlikdə 2044 hektardır və burada 250-dən çox (və bəzi hesablamalara görə 400-dən çox) tarix və mədəniyyət abidələri cəmləşmişdir. Muzey kompleksinin ərazisində 2003-cü ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Narın-Qala qalası da daxil olmaqla 25 federal əhəmiyyətli abidə var. Dərbənddə tarix diyarşünaslıq muzeyi 1926-cı ildə yaradılmışdır. Onun yaradıcısı Dərbənd 1 saylı məktəbin kimya müəllimi, yerli tarixə həvəsli Pyotr İvanoviç Spasski idi. 5 may 1928-ci ildə Dağıstan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti "Dərbəndin bütün qədim abidələrini, xüsusən də Dərbənd qalası, bütün uzunluğu boyunca divar, Kirxlyar qəbiristanlığı, digər qəbiristanlıqlar, I Pyotrun qaldığı yerin qalıqları, şair Aleksandr Bestujev-Marlinski və başqa tarixi əhəmiyyətli yerlərin qorunması haqda qərar verdi. 1934-cü ildə muzey bələdiyyə statusu aldı. 1960-cı ildə Dərbənd elmi bərpa emalatxanaları yaradıldı, 1971-ci ildən başlayaraq muzey sistemli arxeoloji tədqiqatlar aparır. 1977-ci ildə muzey tarixi-memarlıq muzeyinə çevrildi. 1989-cu ildə Dərbənd Dövlət Tarix, Memarlıq və İncəsənət Muzeyi-Qoruğu yaradıldı, hal-hazırda (2020) rəhbəri V. V. Çesnokovdur.
E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr
Elmira Qasımova (dövlət xadimi, 1942)
Elmira Məmməd qızı Qasımova (1 dekabr 1942, Naxçıvan) — Azərbaycanlı şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974). Elmira Qasımova 1942-ci il dekabrın 1-də Azərbaycanda Naxçıvan şəhərində həkim ailəsində anadan olub. Burada 2 saylı orta məktəbi bitirdikdən sonra 1959-64-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitunun alman dili şöbəsində təhsil alır. 1964-74-cü illərdə Naxçıvan şəhərində 2 saylı məktəbin müəllimi, 1974-76-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 1976-78-ci ildə 10 saylı orta məktəbin direktoru vəzifələrində çalışmışdır. 1978-1979-cu illərdə Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin katibi seçilmişdir. 1979-80-ci illərdə Naxçıvan Muxtar Respublikasının maarif naziri vəzifəsində, 1980-1983-cü illər Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin birinci katibi vəzifəsində, 1977-2009-cu illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin İdeoloji şöbəsinin müdiri, Naxçıvan şəhər Xalq Deputatları Məclisinin sədr müavini, sədri, Naxçıvan şəhər təhsil şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1979-1984-cü illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. E.Qasımova ədəbi yaradıcılığa məktəbdə təhsil aldığı illərdə başlayır. "Yay gecəsi" adlı ilk mətbu şeiri 1956-cı ildə "Şərq qapısı"nda dərc olunub. "Sevil" qadınlar məclisinin sədr müavini olan şairə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur.
Elmira Qasımova (dövlət xadimi, 1951)
Elmira Məmməd qızı Qasımova (9 fevral 1951, Yalavac, İmişli rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. Elmira Qasımova 1951-ci il fevralın 9-da İmişli rayonunun Yalavac qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda dil ədəbiyyatı üzrə ali, Sosial İdarəetmə və Politologiya İnstitutunda isə politologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Elmira Qasımova ailəlidir, üç övladı var. 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 68 nömrəli İmişli dairəsindən bitərəf namizədi olan Elmira Qasımova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Elmira Qasımova Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Elnur Əliyev (dövlət xadimi)
Elnur Əliyev (1979, Bakı) — Mədəniyyət nazirinin birinci müavini (2021–2022). İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri. Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009–2013-cü illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını müvəfəqiyyətlə bitirib. Elnur Əliyev 2000–2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, regional təşkilatlar çərçivəsində (Aİ, QDİƏT, GUAM, ECO və s.) əməkdaşlığa töhfə verib və bir sıra regional əməkdaşlıq qruplarında sədrlik edib. 2004–2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib və müxtəlif sahələrdə Azərbaycan və Aİ arasında əməkdaşlığın əlaqələndirilməsinə məsul olub. E. Əliyev 2008–2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankına müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb. Elnur Əliyev 2017–2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.
Elxan Nuriyev (dövlət xadimi)
Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011). Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda, 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində və 2010-cu ildə Almaniyanın Bonn Universitetinde təhsil alıb. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub. 1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb. 1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2000-ci ildə Almaniyanın Aleksandr fon Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub.
Elxanilər Dövləti
Elxanilər dövləti və ya Hülakülər dövləti – 1258-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1258-1265) tərəfindən yaradılmış dövlət. Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxan" adı "tabe olan xanlıq" mənasını verir. 1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi. Azərbaycan və İran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi. Çormoqun noyon (1231-1241) Baycu noyon (1241-1255) 1255-ci ildə Möngke xaqan tərəfindən qərbə göndərilən Hülakü xan Baycunu əvəz etdi. 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu Səlcuqilər Dövlətini özünə tabe etdi. Monqollar Anadolunun elm, mədəniyyət və ticarət mərkəzləri olan şəhərləri dağıtdılar və yağmaladılar.
Elxanlılar dövləti
Elxanilər dövləti və ya Hülakülər dövləti – 1258-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1258-1265) tərəfindən yaradılmış dövlət. Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxan" adı "tabe olan xanlıq" mənasını verir. 1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi. Azərbaycan və İran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi. Çormoqun noyon (1231-1241) Baycu noyon (1241-1255) 1255-ci ildə Möngke xaqan tərəfindən qərbə göndərilən Hülakü xan Baycunu əvəz etdi. 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu Səlcuqilər Dövlətini özünə tabe etdi. Monqollar Anadolunun elm, mədəniyyət və ticarət mərkəzləri olan şəhərləri dağıtdılar və yağmaladılar.
Elçin Əsgərov (dövlət xadimi)
Elçin Əsgərov (tam adı: Elçin Mirnizami oğlu Əsgərov; d. 4 avqust 1968, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini (24 avqust 2005 - 18 fevral 2011). İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya ölkələri üzrə Regional Mərkəzin İdarə Heyətinin sədri. Elçin Mirnizami oğlu Əsgərov 4 avqust 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Bakı şəhəri 20 saylı orta məktəbi bitirmişdir. 1993-cü ildə Bakı Dövlət Universitetinin "Tarix" fakültəsindən məzun olmuşdur. 2003-cü ildə Almaniya Federativ Respublikası Rur-Bohum Universitetində "Postsovet Dövründə Azərbaycan Respublikasında İslam təhsili problemləri (1989-2003)" mövzusu üzrə Ph.D səviyyəsində elmi iş hazırlamışdır. 1993-1994-cü illərdə Fasiləsiz Təhsil Mərkəzi Futurologiya İnstitutunda müəllim işləmişdir. 1994-1996-cı illərdə jurnalist kimi fəaliyyət göstərmişdir. 1996-2005-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında komissiya sədri, sədr müavini, İdarə Heyətinin sədri olmuşdur.
Ermənistan Dövlət Akamedik Opera və Balet Teatrı
Aleksandr Spendiaryan adına Ermənistan Dövlət Akademik opera və balet teatrı (erm. Ալեքսանդր Սպենդիարյանի անվան օպերայի և բալետի ազգային ակադեմիական թատրոն) 1933-ci ildən İrəvanda fəalliyət göstərir. Teatrın binasını inşa edən memar Aleksandr Tamanyan olubdur. Opera teatrından savayı kompleks Aram Xaçaturyan adına Konsert zalını da özündə yerləşdirir. Teatrın binasının təntənəli açılışı 1930-cu ildə baş tutsa də, teatr rəsmi olaraq yalnız 1933-cü ildə açılıbdır. Buna baxmayaraq binanın indiki görünüşü bir sıra təmir işləri nəticəsində yalnız 1953-ci ildə formalaşıbdır. 1935-ci ildə burada balet truppası yaradılmışdır və ilk ifa onunan balet Pyotr Çaykovskinin "Qu gölü" baleti olmuşdur. 1938-ci ildən teatr Aleksandr Spendiaryanın adını daşıyır, 1956-cı ildə işə dövlət akamedik teatrı statusunu əldə edibdir. Teatrın quruluşu Ermənistanda opera və balet sənətinin inkişafına güclü təkan vermişdir. Məhz burada 1939-cu ildə Aram Xaçaturyanın "Sevinc" adlı ilk erməni baleti ifa olunmuşdur.

Digər lüğətlərdə