Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
POST
POST (ing. Power-On Self-Test) — qurğu işə düşdüyü zaman, qurğunun aparat təminatını yoxlaması əməliyyatı. Bu əməliyyat ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir. == Natamam yoxlama == POST əməliyyatının natamam (qısa) yoxlama ardıcılıllığı: Daimi yaddaş qurğusundan istifadə edərək BIOS proqramlarının yoxlaması. Əsas idarəedicilər, sistem şinləri və qoşulmuş qurğuların (qrafik adapter, diskdaxilediciləri və s.) inisializasiyası, həmçinin qurğular və onları təmin edən BIOS-a daxil olan proqramların icrası. Əməli yaddaş və birinci seqmentin (64 kilobayt) ölçüsünü təyini və yoxlanması. == Tam yoxlama == POST əməliyyatının tam yoxlama ardıcıllığı: Prosessorun bütün registrlərinin yoxlanması; Daimi yaddaş qurğusunun yoxlanması; Sistem taymeri və səsli siqnalizasiya (IBM PC üçün — i8255 və ya analoq İnteqral sxemi) portunun yoxlaması; Yaddaşa birbaşa keçid idarəedicilərinin testi; Əməli yaddaş regeneratorunun testi; BIOS-da rezident proqramlarının proyeksiyalanması üçün əməli yaddaş qurğusunun altsahəsinin testi; Rezident proqramlarının yüklənməsi; Standart qrafik adapterinin (VGA) testi; Əməli yaddaşın testi; Əsas daxiletmə qurğularının testi; CMOS testi; LPT/COM-un əsas portlarının testi; Elastik maqnit disklərinin testi; Sərt maqnit disklərinin (Sərt disk) testi; BIOS-un funksional alt sistemlərinin avtodiaqnostikası; İdarənin əməliyyat sisteminə ötürülməsi.Kompüter qoşulduğu zaman POST-un tam və ya natamam yoxlanması əməliy yatını baza sisteminə giriş-çıxış tənzimləmələrindən yəni, BIOS Setupdan quraşdırmaq olar. ---Fərdi kompüterlərin əksəriyyətində POST əməliyyatı müvəffəqiyyətlə başa çatdıqda sistem dinamiki bir qısa səs siqnalını çıxarır. Bundan başqa bu siqnallar və kodlar yoxlanma zamanı baş verən xətanı müvafiq ardıcıllıqdan ibarət siqnallarla istifadəçiyə çatdırır. Həmçinin POST-card qurğusu ilə ana platanın diaqnostikası və yaranmış xətanın hansı sektorda olduğunu bilmək olar.
Microsoft Office
Microsoft Office — tətbiqi proqram təminatının ofis paketi. Microsoft şirkəti tərəfindən Microsoft Windows və Apple Mac OS X əməliyyat sistemləri üçün yaradılmışdır. Bu proqram paketinə müxtəlif növ sənədlərlə işləmək üçün proqram təminatları daxildir: mətn prosessoru, elektron cədvəl, verilənlər bazası və s. Microsoft Office OLE obyektləri üçün serverdir. Visual Basic dilində yazılmış makrosları dəstəkləyir. == Office proqramları == Microsoft Office Word — mətn prosessoru. Müxtəlif sənədlərin hazırlanmasında və redaktəsində istifadə edilir. Microsoft Office Excel — cədvəl prosessoru. Microsoft Office Outlook — şəxsi kommunikator. Proqrama daxildir: təqvim, tapşırıqlar planı, elektron poçt, ünvanlar kitabçası.
Emirates Post
Emirates Post Birləşmiş Ərəb Əmirlikləri üçün rəsmi poçt operatorudur. Bu Emirates Post Group Holding törəmə edir. [1] Bu poçt xidmətləri nəhayət BƏƏ formalaşdırılması, 1972-ci ildə Rabitə Nazirliyinin saxlayın Xidmeti Ümumi Müdirliyi kimi müəyyən edilmişdir 1947-ci ildə Hindistanın müstəqilliyinin qədər Hindistan Post Office Services tərəfindən idarə olunur, Avqust 19, 1909 açıldı . Emirates Post Qrup törəmə olmaq Emirates Post Empost, DVT və Wall Street Birjası ilə, 2007-ci ildə yaradılmışdır.
Financial Post
"Financial Post" — Kanada biznes qəzeti. 1907-ci ildən 1998-ci ilə qədər ingilis dilində nəşr olunmuşdur. 1998-ci ildə nəşr yeni "National Post"a çevrilmişdir."Financial Post" 1907-ci ildə Con Beyn Maklin təsis edilmişdir və onun təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Həftəlik nəşr olunan qəzet Maklinin media biznesinin əsas aktivlərindən biri idi.Qəzetin redaktorları arasında Floyd Çalmers, Con Qodfrey və Dayan Frensis var idi.
Kaukasische Post
Kaukasische Post — Qafqazda alman dilində nəşr olunan yeganə qəzet. Kaukasische Post qəzetinin ilk nömrəsi 1906-cı ilin 18 iyun tarixində Tiflis şəhərində Kurt von Kutshenbax tərəfindən nəşr olunmuşdur. Qəzetin sonrakı fəaliyyəti ilə yazıçı və jurnalist olan Artur Leist məşğul olmuşdur. Kaukasische Post qəzeti həftədə bir dəfə olmaqla, bazar günləri Tiflis şəhərində çap edilərək Qafqaz almanlarının yaşadıqları ərazilərə göndərilirdi. Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində yerləşən alman kəndlərində qəzetə böyük təlabat vardı. Belə ki, qəzetdə müntəzəm şəkildə Qafqaz almanlarının həyat və fəaliyyətləri eyni zamanda Almaniyada baş verən hadisələr barədə müntəzəm məlumatlar verilirdi. Birinci dünya müharibəsinin başlanması səbəbindən qəzetin çapı 1914-cü ildə dayandırılmış, birdə yalnız 1918-ci ildə bərpa edilmişdir. Gürcüstan Demokratik Respublikası və SSRİ-nin hakimiyyəti zamanı qəzetin fəaliyyət göstərməsinə lazımi diqqət və şərait yaradılmamışdır. 1994-cü ilin oktyabr ayında Gürcüstan dövlətinin dəstəyi nəticəsində qəzet uzun fasilədən sonra öz işini bərpa etmişdir. Hal-hazırda aylıq şəkildə nəşr olunan Kaukasische Post qəzeti Qafqaz bölgəsində nəşr olunan yeganə alman dilli qəzetdir.
Post-metal
Post-metal — birləşmiş janr olub post-rok, həvi metal və shoegaze tərzinin qarışığı hesab olunur. 1990-cı illərdən etibarən yayılmağa başlayıb. Başlıca vətənləri sırasında ABŞ, İngiltərə, İsveç var. Başda progressive və industrial musiqi olmaq üzrə sludge, stoner, instrumental metal, metalcore kimi növlərlə əlaqəsi olan, bu növlərin məzmun mənasında bir qismini altında toplayabiləcəyimiz musiqi tərzidir. Ümumiyyətlə, mahnılar qaranlıq hava daşıyır, müddətləri uzundur. Albomlar əsasən konseptikdir, mahnılar single şəklində olmaz, bütün albomu dinləməklə gözlənilən təsir təmin edilir. Minimal səviyyədəki vokallar əksərən brutal olaraq icra edilir. Normal rock/metal alətlərin yanında tez-tez sintezator istifadə edilər. Gitaralar distorsionludur, yavaş ritimlə çalınır.
Post-rock
Post-rok adi rok musiqisində olduğu kimi instrumentlərdən istifadə olunsa da, daha fərqli olaraq səsin rəngi və hisslərini mümkün qədər çox musiqiyə aşılaması ilə fərqlənir. Don Caballero və Tortoise 90-larda var olan ilk post-rok qrupları sırasında yer alır. Termin olaraq Simon Reynolds tərəfindən Bark Psychosis'in Hex adlı albomunun Mojo jurnalında mart 1994-də yayımlanan tənqidedici yazısından yarandığına inanılır. Reynolds bu düşüncəsini daha sonra the wire jurnalının may nəşrində aydınlaşdırdı və bu termini "rok instrumentlərini rokdan fərqli məqsədlər üçün istifadə etmək, gitaranı riff və güc akkordlarından əlavə səsin rəngini və hissini müəyyən edən bir tərzdə istifadə etmək" olaraq qiymətləndirdi. == İlk illər == Post-rock qrupları 60-cı illərdə ABŞ`da yaranmış The Velvet Underground`dan çox böyük təsir almışlar. == 90-cı illərdə post-rok == 90-ların ilk illərində qurulan Slint və ya daha əvvəl qurulan Talk Talk qrupunun Post Rock'a təsiri olduğu bilinir.
Post-rok
Post-rok adi rok musiqisində olduğu kimi instrumentlərdən istifadə olunsa da, daha fərqli olaraq səsin rəngi və hisslərini mümkün qədər çox musiqiyə aşılaması ilə fərqlənir. Don Caballero və Tortoise 90-larda var olan ilk post-rok qrupları sırasında yer alır. Termin olaraq Simon Reynolds tərəfindən Bark Psychosis'in Hex adlı albomunun Mojo jurnalında mart 1994-də yayımlanan tənqidedici yazısından yarandığına inanılır. Reynolds bu düşüncəsini daha sonra the wire jurnalının may nəşrində aydınlaşdırdı və bu termini "rok instrumentlərini rokdan fərqli məqsədlər üçün istifadə etmək, gitaranı riff və güc akkordlarından əlavə səsin rəngini və hissini müəyyən edən bir tərzdə istifadə etmək" olaraq qiymətləndirdi. == İlk illər == Post-rock qrupları 60-cı illərdə ABŞ`da yaranmış The Velvet Underground`dan çox böyük təsir almışlar. == 90-cı illərdə post-rok == 90-ların ilk illərində qurulan Slint və ya daha əvvəl qurulan Talk Talk qrupunun Post Rock'a təsiri olduğu bilinir.
Post (Urmiya)
Post (fars. پست‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (4 ailə).
Post Malone
Ostin Riçard Post (ing. Austin Richard Post, təxəllüsü: Post Malone; 4 iyul 1995, Sirakuz, Nyu-York ştatı) — ABŞ muğənnisi, repperi, söz yazarı, prodüseri və gitaristi. Malone 2015-ci ilin fevral ayında, ilk sinqlı olan "White Iverson" buraxıldıqda geniş tanınmışdır. O 2015-ci ilin avqust ayında, "Republic Records"la bir albom müqaviləsi imzalamışdır. Bundan sonra Malone "Quavo"yla "Congratulations" və "21 Savage"lə "Rockstar" mahnılarını buraxmışdır. Malone ilk studio albomu "Stoney"i 2016-cı ildə buraxmışdır. Sonra isə o "Beerbongs and Bentleys" albomunu 2018-ci ildə yayımlamışdır. == Həyatı == Ostin Riçard Post 4 iyul 1995-ci il tarixində ABŞ-nin Nyu-York ştatında yerləşən Sirakuz şəhərində anadan olmuşdur. Post atası Riç Post və ögey anası Cudi Post tərəfindən böyüdülmüşdür. Postun atası disk-cokey idi və onu musiqinin hip-hop, kantri və rok kimi fərqli-fərqli janrlarıyla tanışdırmışdır.Postun 9 yaşı olanda ailəsi ilə birlikdə Texas ştatında yerləşən Qreypvayn şəhərinə köçmüşdür.
Post punk
Postpank (ing. Post-punk) — 1970-ci illərin ortalarından pank rokun məşhurlaşmasından sonra yaranmış rok musiqi hərəkatı.Hər nə qədər bu janrın kökü punk roka çıxsa da post pank daha içə dönük və eksperemental janrdır. Post pank indie musiqi və pankı məşhurlaşdırmış,alternativ rokun yaranması üçün zəmin yaratmışdır. Post pank həm də Yamayka dub musiqisindən (əsasən bas gitara istifadəsində) və Amerikan fankından təsirlənmiş, studiya işlərində eksperementallığı ön plana çıxarmışdır.
Poxoronı post
Poxoronı post (Böyük poxornı post, poxoronı jur; polş. Pogrzebanie postu, Pogrzeb żuru, Pogrzeb żuru i śledzia) - Polşa yeməyidir. == Hazırlanması == Bu yeməyi adətən Pasxa bayramında bişirilir. Jurun bu növü Polşanın Pomor və Kuyabii bayramlarında süfrəyə verilən əsas yeməkdir. Onu həmçinin qədim zamanlardan cümə və şənbə günləridi bişirilməsinə adət edilmişdir. Simvolik olaraq juru qonaq gedəndə bir-birinə verilir. == Həmçinin bax == Jur == Ədəbiyyat == Похороны символические / Т. А. Агапкина // Славянские древности: Этнолингвистический словарь : в 5 т. / под общ. ред. Н. И. Толстого; Институт славяноведения РАН. — М. : Межд.
Vaşinqton Post
The Washington Post — 1877-ci ildə yaranmış ABŞ qəzeti. == Tarixi == Qəzet 1877-ci ildə Stilson Hutchins (ingiliscə) tərəfindən rus dilində yaradılıb. O, 6 dekabr 1877-ci ildə 10 min nüsxə tirajla nəşr olunmağa başlamışdır. Qəzet dörd səhifədən ibarətdir və üç sentə başa gəlir. 1880-ci ildə Bazar nəşrini əlavə edib, həftənin 7 günü nəşr olunan ilk şəhər qəzeti oldu. Cozef Pulits, müvəqqəti olaraq Vaşinqtonda yaşarkən Post üçün yazdı. Təxminən bir il sonra abunə təşviqat kampaniyasının bir hissəsi kimi, sahiblər, ABŞ-nin Hərbi Band qrupunun rəhbəri bəstəkar John Philip Sousanın mükafat qazanmış esse mükafatına layiq görülməsi üçün yürüş təşkil etdiyini irəli sürdülər. Washington Post Mart, Susa'nın klassik əsərlərindən biridir.
Washington Post
The Washington Post — 1877-ci ildə yaranmış ABŞ qəzeti. == Tarixi == Qəzet 1877-ci ildə Stilson Hutchins (ingiliscə) tərəfindən rus dilində yaradılıb. O, 6 dekabr 1877-ci ildə 10 min nüsxə tirajla nəşr olunmağa başlamışdır. Qəzet dörd səhifədən ibarətdir və üç sentə başa gəlir. 1880-ci ildə Bazar nəşrini əlavə edib, həftənin 7 günü nəşr olunan ilk şəhər qəzeti oldu. Cozef Pulits, müvəqqəti olaraq Vaşinqtonda yaşarkən Post üçün yazdı. Təxminən bir il sonra abunə təşviqat kampaniyasının bir hissəsi kimi, sahiblər, ABŞ-nin Hərbi Band qrupunun rəhbəri bəstəkar John Philip Sousanın mükafat qazanmış esse mükafatına layiq görülməsi üçün yürüş təşkil etdiyini irəli sürdülər. Washington Post Mart, Susa'nın klassik əsərlərindən biridir.
Azersu Office Tower
Azersu Office Tower — Bakı şəhərində yüksək səviyyəli bina. Bina Azərbaycanın su ehtiyatlarının milli operatorunun qərargahını yerləşdirmək üçün nəzərdə tutulmuşdur. == Tarixi == "Azərsu" ASC-nin hazırda fəaliyyət göstərdiyi ofis binası 20 Yanvar metrostansiyası yaxınlığında, Moskva prospektində yerləşir. Bu sahə isə tıxaclar ilə ağırlaşır. Bundan əlavə, şirkət əlavə ofisə ehtiyac duyur. Bu şərtlərə görə, Bakı şəhərinin futuristik yüksəkbucaqlı binalarının reallaşdırılması və paytaxtın biznes mərkəzi olmağının əsas yeri olan Heydər Əliyev prospektinin boş ərazilərində daha geniş yeni bina tikilməsi qərara alınıb. Bu prospekt əsasən mürəkkəb bir çoxmərtəbəli arxitektura ilə qurulduğu üçün, binanın qalan hissəsi ilə uğurla birləşə biləcək binanın dizaynını seçmək vacibdir. "Azərsu" ASC yeni ofis binasının dizaynını seçmək üçün memarlıq şirkətləri arasında tender keçirilmişdir. 9 avqust 2012-ci il tarixində Koreyanın Heerim Architects şirkəti tenderdə qalib gəldi ki, bu da yaxınlıqdakı bir göydələn ilə təmasda olan bir damla su şəklində bir bina layihəsi təklif etdi. 2013-cü il 15 martda bir başqa Koreya şirkəti, Halla E & C, proqramçı olaraq seçilmişdir.
Home Box Office
Home Box Office (abr. HBO; tələffüzü: eyç-bi-ou) — ABŞ kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «AT&T» şirkətinin bir mülkü olan «WarnerMedia» şirkətinin bir mülkü olan «Home Box Office, Inc.» şirkətidir. Teleşəbəkədə yayımlanan verilişlər əsasən bədii kinofilmlər, orijinal teleseriallar, eləcə də sənədli filmlər, komediya şouları və konsertlərdən ibarətdir. «HBO» ABŞ-dəki ən köhnə və uzun müddət fəaliyət göstərən kabel xidmətidir. Teleşəbəkə 8 noyabr 1972-ci ildə təsis edilmişdir. 2015-ci ildə «HBO» teleşəbəkəsinin qazancı 1.880.000.000 ABŞ dolları idi. Növbəti il 2016-cı ildə bu miqdar 1.930.000.000 ABŞ dolları olmuşdur. Həmin il «HBO» teleşəbəkəsinin dünyada 130.000.000 abunəçisi var idi. Teleşəbəkə «HBO Comedy», «HBO Latino», «HBO Signature» və «HBO Family» daxil olmaqla yeddi 24 saatlıq multipleks kanalı nümayiş etdirir.
Microsoft Office 2021
Microsoft Office 2021 — Microsoft Office 2019-dan sonra istifadəyə verilən Microsoftun ofis paketinin versiyasıdır. Məhsul Windows 11 ilə birlikdə 5 oktyabr 2021 -ci ildə istifadəyə verildi. İlk öncə bu versiyanı Microsoft Office 2022 adı ilə buraxılması planlaşdırılırdı. LTSC versiyası üçün uzunmüddətli texniki dəstək 7 ildən 5 ilə qədər endirilərək , Windows 10 LTSC ilə bərabərləşdirildi. == İnkişaf == 2020-ci ilin sentyabr ayında Exchange komandasının bloqunda Microsoft Office-in abunə olmayan yeni versiyasının 2021-ci ilin ikinci yarısında Windows və Mac üçün buraxılacağı elan edildi . Microsoft Office rəsmi olaraq 2021-ci ilin fevralında elan edildi. Business Preview 2021-ci ilin aprelində əlçatan oldu. . == Yeniliklər == Yeni Office proqramları indiyə qədər Microsoft 365 üçün hazırlanmış və artıq orada işləyən bəzi funksiyalara sahibdir. Excel cədvəllər arasında məlumatları müqayisə etmək üçün dinamik massivləri və XLOOKUP funksiyasını dəstəkləyir .
Microsoft Office Outlook
Microsoft Office Outlook - Microsoft Office paketinə daxil olan şəxsi kommunikator proqramıdır. Proqramlarda aşağıdakılar istifadə edilir: təqvim tapşırıqlar planı elektron poçt ünvanlar kitabçası.Bu proqramla elektron ərizə yollamaq mümkündür. Proqramı Outlook Express ilə qarışdırmaq lazım deyil. Outlook Express Elektron poçtun müştəriçisidir. 1998-2003-cü illərdə böyük tirajla satılmışdır.
New York Post
New York Post (azərb. Nyu-York post‎) — Amerikanın ən tanınmış qəzetlərindən biri. 1801-ci ildə qurulmuşdur. Sirkülasyon (2011-ci ildə) adi günlərdə 501 min nüsxə və 339 min nüsxə — bazar günləri. 1976-cı ildən etibarən qəzet ABŞ-nin media-maqnatı olan Rupert Mördoka məxsusdur.. == Tarixi == Qəzet 1801-ci ildə ABŞ-nin ilk quruculardan olan Aleksandr Hamilton tərəfindən təsis edilmişdir. Qəzet ilk olaraq ing. New York Evening Post adlandırıldı. Yaxın dörd onillikdə qəzetin naşiri Doroti Şif idi. Bu dövrdə qəzet liberal diqqət mərkəzində idi.
The Denver Post
The Denver Post (azərb. Denver post‎) — məşhur ABŞ qəzeti. Ən çox regional nəşr kimi yaradılıb. Lakin regional media konsepsiyası ölkənin ən nüfuzlu qəzetlərindən birinə çevrilməsinə mane olmurdu. Dövrü: gün ərzində 416 676 nüsxə. == Tarixi == 1892-ci ilin avqust ayında 50.000 dollar büdcəsi ilə qurulmuşdur. 2001-ci ildə bölmənin genişləndirilməsi planlaşdırılırdı, lakin reklam ödənişlərinin olmaması 2006 və 2007-ci illərdə azaldı. == Həmçinin bax == New York Daily News New York Post == İstinadlar == == Xarici keçidlər == (ing.) U.S. Newspaper list от Yahoo!
The Jerusalem Post
The Jerusalem Post (azərb. Yerusəlim poçtu‎) — 1932-ci ildə yaranmış İsrail qəzetidir.
The Washington Post
The Washington Post — 1877-ci ildə yaranmış ABŞ qəzeti. == Tarixi == Qəzet 1877-ci ildə Stilson Hutchins (ingiliscə) tərəfindən rus dilində yaradılıb. O, 6 dekabr 1877-ci ildə 10 min nüsxə tirajla nəşr olunmağa başlamışdır. Qəzet dörd səhifədən ibarətdir və üç sentə başa gəlir. 1880-ci ildə Bazar nəşrini əlavə edib, həftənin 7 günü nəşr olunan ilk şəhər qəzeti oldu. Cozef Pulits, müvəqqəti olaraq Vaşinqtonda yaşarkən Post üçün yazdı. Təxminən bir il sonra abunə təşviqat kampaniyasının bir hissəsi kimi, sahiblər, ABŞ-nin Hərbi Band qrupunun rəhbəri bəstəkar John Philip Sousanın mükafat qazanmış esse mükafatına layiq görülməsi üçün yürüş təşkil etdiyini irəli sürdülər. Washington Post Mart, Susa'nın klassik əsərlərindən biridir.
Vaşinqton Post (qəzet)
The Washington Post — 1877-ci ildə yaranmış ABŞ qəzeti. == Tarixi == Qəzet 1877-ci ildə Stilson Hutchins (ingiliscə) tərəfindən rus dilində yaradılıb. O, 6 dekabr 1877-ci ildə 10 min nüsxə tirajla nəşr olunmağa başlamışdır. Qəzet dörd səhifədən ibarətdir və üç sentə başa gəlir. 1880-ci ildə Bazar nəşrini əlavə edib, həftənin 7 günü nəşr olunan ilk şəhər qəzeti oldu. Cozef Pulits, müvəqqəti olaraq Vaşinqtonda yaşarkən Post üçün yazdı. Təxminən bir il sonra abunə təşviqat kampaniyasının bir hissəsi kimi, sahiblər, ABŞ-nin Hərbi Band qrupunun rəhbəri bəstəkar John Philip Sousanın mükafat qazanmış esse mükafatına layiq görülməsi üçün yürüş təşkil etdiyini irəli sürdülər. Washington Post Mart, Susa'nın klassik əsərlərindən biridir.
New Baku Post (qəzet)
Bakupost.az, 2014-cü ilədək New Baku Post — Azərbaycanda xəbər saytı. == Tarixi == Qəzetin ilk sayı 6 aprel 2012-ci ildə nəşr edilmişdir. Onun təsisçisi Tural Əliyev, baş redaktoru isə Tofiq Abbasovdur. 2014-cü ildə qəzetin nəşri dayandırılmış və yalnızca onlayn olaraq fəaliyyət göstərməyə başlamışdır. == Mənbə == "New Baku Post" qəzeti, № 01(01), 6 aprel 2012-ci il.
Böyük post-splenektomiya infeksiyası
Böyük post-splenektomiya infeksiyası — (BPSİ) dalağın çıxarılmasından (və ya daimi disfunksiyasından) sonra fərdlərdə baş verən nadir, lakin ölümcül infeksiya. İnfeksiyalar adətən meningit və ya sepsis ilə xarakterizə olunur və Streptococcus pneumoniae daxil olmaqla, kapsullaşdırılmış orqanizmlər səbəb olur. Xəstəlik tibbi yardım və təcili müalicə tələb edir. Ölüm 12 saat ərzində baş verdiyi bildirilir.Dalaq kapsullaşdırılmış bakteriyalardan qorunmaq üçün vacibdir və buna görə də onun splenektomiya vasitəsi ilə çıxarılması kapsullaşdırılmış bakteriyalar tərəfindən sürətli, maneəsiz infeksiyaya səbəb ola bilər. Yüngül viruslu simptomlardan sepsisə sürətlə çevrilməsi BPSİ-nin xüsusilə təhlükəli olmasının səbəblərindən biridir. Digər infeksiya mənbəyi, babezioza səbəb olan Babesia növlərinin gənə parazitləridir. İtlər tərəfindən dişlənildikdən sonra Capnocytophaga canimorsus infeksiyası da bu vəziyyətə səbəb ola bilər. == Simptomları == Əvvəlcə BPSİ qızdırma və ya öskürək kimi yüngül viral simptomlarla özünü göstərə bilər, lakin sonradan infeksiya simptomlarına titrəmə, ishal, qusma, nasazlıq, əzələ ağrısı, baş ağrısı və qarın ağrısı daxil ola bilər.Xəstəlik yuxarıda qeyd olunan əlamətlərdən komaya qədər sürətlə irəliləyir və refrakter septik şoka və nəhayət, 24 saat ərzində ölümə səbəb olur. == Mexanizmi == Dalağın tərkibində bakteriyaları faqositləşdirən (yeyən) və məhv edən immun hüceyrələr olan çoxlu makrofaqlar (retikuloendotelial sistemin bir hissəsi) var. Xüsusilə, bu makrofaqlar bakteriyalar IgG antitellərinə (IgG1 və ya IgG3) bağlandıqda və ya C3b komponentini tamamlayanda aktivləşir.
Aost
Aost (fr. Aoste) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 1999-cu il üçün əhalisi 1715 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.
Dost
Dostluq — insanlar arasındakı qarşılıqlı sevgi münasibətidir. Birlikdən daha güclü bir şəxsiyyətlərarası bağ formasıdır və ünsiyyət, sosiologiya, sosial psixologiya, antropologiya və fəlsəfə kimi akademik sahələrdə tədqiq edilmişdir. Sosial mübadilə nəzəriyyəsi, bərabərlik nəzəriyyəsi, əlaqəli dialektika və bağlılıq üslubları da daxil olmaqla müxtəlif akademik dostluq nəzəriyyələri təklif edilmişdir. Bəzi yerlərdə fərqli ola biləcək bir çox dostluq forması olmasına baxmayaraq, bu cür bağların bir çox növündə müəyyən xüsusiyyətlər mövcuddur. Bu xüsusiyyətlərə sevgi, xeyirxahlıq, fəzilət, rəğbət, şəfqət, dürüstlük, fədakarlıq, sədaqət, səxavət, bağışlama, qarşılıqlı anlaşma və şəfqət, bir-birinin yanında olmaq, güvən və öz-özünə olmaq, hisslərini başqalarına ifadə etmək qabiliyyəti daxildir. Dostluq münasibət qurma bacarıqlarının vacib bir tərəfidir. Məsələn 7a nın dostluğundan söhbət açmaq olar.
HOST
H. O. S. T (Hava Od Su Torpaq) – Azərbaycan rep qrupu. Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib. 2005–2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rep yazan Qaraqan və Jamal Aliyə Felon De Jure, Feck, ErranT da qoşulub. "Sənsiz (Love Story)" hiti də məhz o dövrdə yazılır. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır. 2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız repi yox, bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H. O. S. T Alliance adlandırır.
Lost
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Pont
Pontus (Yunanca: Πόντος, Pontos) antik Yunanca "dəniz" anlamına gəlməsinin bəzən Amasiyalı Strabon tərəfindən etibarən Qaradənizin cənub sahilində yerləşən Şimali Anadolu sahillərinin qədim adı. Qədim çağdan bu yana Qaradəniz bölgəsinde insan məskənləri izlərinə rast gəlinir. Ən əski Yunan dastanı olan Arqonavatlar səyahətlərinə Qaradəniz sahilləri üzərindən Kolxiya ölkəsinə (Lazika) başlamışlar. Bölgəyə Yunan kololonistlərinin M. Ə. VII yüzildə başladığı və Sinop, Samsun, Girəsun, Rizə kimi əhalisi çox saylı şəhərlərin Yunan kolonistlər tərəfindən qurulduğu bilinir. Yunan kolonistlər özlərini Kolx olaraq adlandırılan Qafqaz mənşəli topluluqlar ilə birləşərək bölgənin yerli xalqını meydana gətirmişlər. M. S. VI yüzildə xristianlıq yörəyə Trabzon üzərindən yayılmış, Mitra tapınaqları yıxılmış, incil təsiriylə yerli dillər unudularaq Yunan dili ön yerə çıxmışdır. Səlcuqilər və Osmanlı dönəmlərində yerli xalqın İslama keçməsi və Türkmənlərin oturmaqları ilə XIX yüzil sonlarında bəziləri xaricində bölgədəki topluluqlar böyük ölçüdə müsəlman əhalidən olmuşdur. 1923-cü il Türkiyə-Yunanistan əhali dəyişməsinə qədər bu bölgədə bir yunan əhalisi yaşayırdı. == Pont çarlığı == Orta və şərqi Qaradəniz bölgələrində qurulan bir çarlıq (Miladdan əvvəl 302-Miladdan əvvəl 64). Qurucusu I Mitridat Ctist Böyük İskəndər sonrakı dönəmdə Mysiyadaki (Mysiya Mərmərənin cənubundan başlayaraq Bergamanın olduğu sahə, təxmini olaraq Karesi bölgəsi) Qrek Cius qəsəbəsinin İran satrapı xanədanın soyundan gelir.
Port
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Poçt
Poçt (rus. Почта, lat. posta) — rabitə və məktub, açıqca, kiçik əşyalar və bəzən insanların nəql edilməsi. Nəqliyyat vasitələri ilə mütamadi olaraq məktub, dövri mətbuat, pul köçürmələri, banderolun göndərilməsini təmin edir. Daha çox dövlət müəssisəsi olurlar. Tarixən məktub, kitab, məhsul nümunələri və pul göndərilməsi nəticəsində yaranıbdır. Bir çox poçt təçkilatları Beynəlxalq Poçt İttifaqının üzvləridir. == "Japan Post" == Yapon poçtu sürətli və keyfiyyətlidir. 70-ci illərdə kredit xidmətinin təqdimatı da poçta həvalə edildi. "Japan Post" 30% paya malik olaraq nəhəng bank və sığorta şirkətini özəl sektora vermək niyyətindədir.
Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. == Süjet == İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.