1. Bir şeyi və ya şəxsi müşahidə altında saxlamaq və ya mühafizə etmək üçün yer, məntəqə.
Belə qorxulu vaxtda postdan uzaqlaşmaq olarmı?
[Keşikçilər] durmadan öz postları ətrafında dolaşırdılar.
2. Bir şeyi mühafizə etmək və ya müşahidə altında saxlamaq üçün müəyyən yerdə qoyulmuş növbətçi və ya əsgər dəstəsi.
Mədədov taqımı gəzib, postları yoxlayıb, keşikdən azad olan əsgərin istirahət etdiyinə, yuxuladığına baxırdı.
3. xüs. İstehsal prosesinin telemexanika, siqnal və s. vasitəsilə idarə olunduğu yer.
Rəis operator postlarından birinə çıxır, kimə isə göstəriş verir. ( ).
4. dan. Məsul vəzifə. Direktorluq postu. Məsul post.