Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Primatalogiya
Primatologiya primatları tədqiq edən elm sahəsidir. Bu elm biologiya ilə yanaşı insana (Homo sapiens) Homo cinsinin bir üzvü kimi yanaşan bioloji antropologiya ilə də yaxından əlaqəlidir. Primatologiya məməlilər elmi ilə antropologiya elmi arasında sərhəddə yerləşən çoxsahəli elm növüdür və bu sahənin tədqiqatçıları anatomiya, antropologiya, biologiya, tibb, psixologiya, baytarlıq və zoologiya kimi akademik elm şöbələrini yaxşı bilməlidirlər. Onlar həmçinin öz tədqiqatlarını heyvan sığınacaqlarında, biotibbi tədqiqat obyektlərində, muzeylərdə və zooparklarda da həyata keçirə bilərlər. Primatoloqlar təkamülünü və davranışını başa düşüb dərk etmək üçün sahə tədqiqatları və təcrübələr apararaq həm canlı, həm də nəsli kəsilmiş primatları özlərinin təbii yaşayış yerlərində və ya elmi laboratoriyalarda tədqiq edərək öyrənirlər.
Bromatologiya
Bromatologiya və ya Qida elmi qida tədqiqatlarını öyrənən tətbiqi elmdir. Qida Texnologiyaları İnstitutu qida elmini qidanın təbiətini, xarab olma səbəblərini, qida emalının əsasını təşkil edən prinsipləri və istehlakçı ictimaiyyət üçün qidanı yaxşılaşdırmaq üçün istifadə olunan mühəndislik, bioloji və fiziki elmlər sahəsinin bir qolu kimi müəyyən etmişdir.
Klimatologiya
Klimatologiya və ya iqlimşünaslıq — İqlim haqqında təlim, meteorologiyanın əsas bölmələrindən biridir. İqlimşünaslığın mövzusu astronomik və fiziki-coğrafi şəraitin mürəkkəb kompleksinin təsiri altında formalaşan atmosfer proseslərinin öyrənilməsidir. Bu proseslər, əsasən Günəş radiasiyasının təsiri altında yaranır. Bu radiasiya dəniz və quru səthindən istilik və rütubətin mübadiləsi nəticəsində havanın daşınmasına və dəyişməsinə səbəb olur. Qısa müddətdə atmosferdəki proseslər avtonom baş verir. Uzun zaman müddətində bu proseslər əhəmiyyətli dərəcədə istilik axınından asılı olur. Bu səbəbdən, Yer kürəsinin hər bir ərazisində proseslərin xarakteri, onların yaranma tezliyi, dəyişmə müddəti və ardıcıllığı verilmiş ərazinin en dairəsi, ilin fəsli, relyefin şəraiti, okean və qurunun paylanması kimi qlobal amillərlə təyin olunur. Yerin radiasiya rejimi, nəinki Günəş işıqlanmasının dəyişməsindən və Yer orbitinin elementlərinin tərəddüdündən asılıdır, o həmçinin geoloji keçmişdə atmosferin tərkibinin inkişafından və insan fəaliyyətindən də asılıdır. İqlimə fəal təsir göstərmək üçün, insan heç olmasa bu kompleksin tərkib hissələrindən birini dəyişsin. Hal-hazırda, artıq antropogen fəaliyyət iqlimi dəyişən əsas səbəblərdən biridir.