Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Produsent
Produsent (lat. producens, yiyəlik halda "lat. producentis" – törədən, yaradan) – fotosintez, yaxud xemosintez yolu ilə qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan orqanizmlərdir. Maddələrin biogen dövriyyəsində birinci səviyyəni təşkil edirlər. İstər quru, istərsə də su hövzələrinin əsas produsenti bitkilərdir. Produsent və onun becərilmə şəraitinin seçilməsi. Ferment istehsalının ilk mərhələsi çoxlu miqdarda istənilən fermenti sintez edən produsentin seleksiya yolu ilə seçilməsidir. Produsent aşağıdakı tələbləri ödəməlidir: – ferment hüceyrədən xaricə sintez edilməlidir. Hüceyrəxarici fermentlərin alınması hüceyrə divarının parçalanmasını tələb etmir, çox asan və ucuz başa gəlir; – az müddət ərzində çoxlu ferment sintez etməlidir; – əmələgələn fermentin ayrılması asan getməlidir. Deməli, produsent əlavə ferment və zülallar sintez etməməli və ya az miqdarda sintez etməlidir, belə olduqda fermenti asanlıqla ayırırlar; – ştamm antibiotik və toksin əmələ gətirməməlidir.
Produsentlər

Redusent
Redusentlər (latınca. "reducens", yiyəlik halda "reducents" – qayıdan, bərpaedici) – ölü heyvan və bitki qalıqları ilə qidalanıb onları minerallaşdıran, daha doğrusu, onları produsentlərin mənimsəyə biləcəkləri şəklə qədər parçalayan orqanizmlərdir. Adətən redusentlərə saprofit yolla qidalanan bakteriyalar, göbələklər, bəzi heyvanlar (soxulcan, peyin və məzar böcəyi) və s. aiddir. Redusentlərə konsument adlanan bütün canlıları aid etmək olar. Çünki onların həyat fəaliyyəti nəticəsində üzvi maddələrin minerallaşması baş verir. Amma daha çox redusentlərə saprofit bakteriyalar və göbələklər aid edilir (qıcqırma və çürümə). Redusentlər qida zəncirində hər bir həlqədən sonra təkrar olunurlar. Бигон М., Харпер Дж., Таунсенд К. Экология. Особи, популяции и сообщества: в 2-х т.
Prodüser
Prodüser (ing. producer — istehsal edən, istehsalçı) — hansısa layihənin həyata keçirilməsidə iştirak edən, onun maliyyə, inzibati, texnoloji, yaradıcılıq və ya hüquqi fəaliyyətininin həyata keçirilməsində iştirak edən mütəxəssis. "Prodüser — istehsal edən". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 44–45.
Kino prodüseri
Film prodüseri — filmin istehsalını öz üzərinə götürən şəxsdir. Kinoprodüser film üçün filmin büdcəsini tapır, filmin çəkilişlərinə başlayır, filmin çəkilişlərini koordinasiya edir, filmin gedişatına nəzarət edir, filmin büdcəsinə görə kadr bölgüsünü təşkil edir və filmə aid digər işlər ilə məşğul olur. O, həmçinin filmin çəkiliş prosesinin başlanğıc mərhələsindən son mərhələsinə qədər olan bütün mərhələləri ilə maraqlanır və yaranmış problemləri aradan qaldırır.
Musiqi prodüseri
Musiqi prodüseri və ya səs prodüseri — musiqi əsərlərinin hazırlanması və istehsalından məsul şəxs, səsyazma layihəsinin yaradıcı və texniki tərəflərinə nəzarət, studiya vaxtını idarə edən şəxsdir. Musiqi prodüseri musiqi ifaçılarının seçilməsi, mahnı ideyalarının hazırlanması, melodiyalar bəstələmək, səsyazma studiyasında işləyərkən musiqiçilərə mentorluq edən, səsyazma, miks və masterinq prosesinə nəzarət edən şəxsdir. Musiqi prodüseri icraçı prodüserdən fərqlənir. İcraçı prodüser musiqiçinin karyerasını idarə edən və hüquqi dəstəyindən, leybllar ilə əməkdaşlıqdan, reklam təbliğatından, sifarişdən, qastrol fəaliyyətlərindən və s. məsul şəxsdir. Səsyazma prodüseri fikir toplamaq, musiqi bəstələmək, sessiya musiqiçilərini seçmək, mahnı aranjımanında dəyişikliklər təklif etmək, ifaçılara məşqçilik etmək, seanslara nəzarət etmək, səslərin mikslənməsinə nəzarət etmək və bəzi hallarda masterinqə nəzarət etmək daxildir.
Səs prodüseri

Səsyazma prodüseri

Film prodüseri
Film prodüseri — filmin istehsalını öz üzərinə götürən şəxsdir. Kinoprodüser film üçün filmin büdcəsini tapır, filmin çəkilişlərinə başlayır, filmin çəkilişlərini koordinasiya edir, filmin gedişatına nəzarət edir, filmin büdcəsinə görə kadr bölgüsünü təşkil edir və filmə aid digər işlər ilə məşğul olur. O, həmçinin filmin çəkiliş prosesinin başlanğıc mərhələsindən son mərhələsinə qədər olan bütün mərhələləri ilə maraqlanır və yaranmış problemləri aradan qaldırır.
Proqram prodüseri
Proqram prodüseri - layihənin yaradılması prosesinin bütün işləri idarə edən və lazımi planlaşdırmanı həyata keçirdən şəxsdir. Xarici proqramların yayım hüquqlarını satın alaraq öz ölkəsində tətbiq edir. O proqram ilə əlaqədar olaraq şəxsi ideyalarını irəli sürür. Layihənin büdcəsini müəyyənləşdirir. Priqramın reallaşması üçün lazım olan maliyyə vəsaitini və materialları ilə təmin edir. Layihənin komandasını müəyyənləşdirərək onları idarə edir. Proqramın ssenari müəllifi ilə proqramın mətni üzərində işlər görür. Proqram ilə əlaqədar olan lazımi yazışmaları təmin edir. Onların canlı və lentə alınmış verilişlərdə rejissorlar ilə bərabər işləməsinin faydaları vardır.
Televiziya prodüseri
Prodüser (ing. producer — istehsal edən, istehsalçı) — hansısa layihənin həyata keçirilməsidə iştirak edən, onun maliyyə, inzibati, texnoloji, yaradıcılıq və ya hüquqi fəaliyyətininin həyata keçirilməsində iştirak edən mütəxəssis. "Prodüser — istehsal edən". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 44–45.
Prodüser (dəqiqləşdirmə)
Prodüser və ya istehsalçı aşağıdakı mənaları verə bilər:
Nazim Hüseynov (prodüser)
Nazim Fikrət oğlu Hüseynov — Azərbaycanfilm kinostudiyasının sabiq direktoru. Nazim Fikrət oğlu Hüseynov Bakıda anadan olub. M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft-mədən fakültəsində (1990), Rusiya Federasiyası Prezidenti yanında Təsərrüfat və Dövlət Qulluğu Akademiyasının Dövlət və bələdiyyə idarəçiliyi ixtisasında (2018) təhsil alıb. "215 KL" Müstəqil televiziya şirkətində maliyyə direktoru (1992–1997, 1999–2010), Space Teleradio Şirkətində reklam və kommersiya departamentinin direktoru (1997–1999), "Salnamə" Sənədli Filmlər studiyasının direktor müavini olaraq çalışıb. "Azərbaycanfilm" kinostudiyasında direktor vəzifəsini icra edib (2020). II Bakı Beynəlxalq İdman Filmləri Festivalının, III, IV, V Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub. 2013-cü ildən "Salnaməfilm" studiyasının, 2022-ci ildən "Azərbaycanfilm" kinostudiyasının direktorudur. Bir neçə bədii, 60-dan çox sənədli filmin prodüseridir. Azərbaycan xalçası (1997, qısametrajlı sənədli film) – direktor Yeddi oğul istərəm, bircə dənə qız gəlin (2002, qısametrajlı sənədli film) – direktor Onun ürəyi (2010, qısametrajlı bədii film) – icraçı prodüser Hüseyn xan Naxçıvanski. Qayıdış (2014, qısametrajlı sənədli film) – prodüser Qafqazdan Appeninə (2014, qısametrajlı sənədli film) – prodüser Qalib (2014, qısametrajlı sənədli film) – prodüser Mən Bakını sevirəm (2014, qısametrajlı sənədli film) – prodüser Mən evə qayıdıram (2014, tammetrajlı bədii film) – icraçı prodüser Uçmaq istəyirəm (2014, qısametrajlı sənədli film) – prodüser Vətən qeyrəti (2014, qısametrajlı sənədli film) – prodüser Naftalan cövhəri (2015, qısametrajlı sənədli film) – prodüser Polkovnik (2015, qısametrajlı sənədli film) – prodüser Sübhdən başlanan həyat (2015, qısametrajlı sənədli film) – prodüser Yüksəliş (2015, tammetrajlı sənədli film) – prodüser Bakı Avropa Oyunları 2015 (2016, tammetrajlı sənədli film) – prodüser Bakı əsrlərin aynasında (2016, tammetrajlı sənədli film) – baş prodüser Cırtdan və sehirli xalat (2016, animasiya filmi) – prodüser Daşın yaddaşı (2016, qısametrajlı sənədli film) – prodüser Hapıtlar (2016, qısametrajlı sənədli film) – prodüser Qırmızı bağ (2016, tammetrajlı bədii film) – icraçı prodüser Aprel yüksəkliyi (2018, qısametrajlı sənədli film) – prodüser Cümhuriyyət tələbələri (2018, qısametrajlı sənədli film) – prodüser İki əsgər (2018, qısametrajlı sənədli film) – prodüser Qəhrəmanlıq zirvəsi (2018, qısametrajlı sənədli film) – prodüser Memar (III) (2018, qısametrajlı sənədli film) – prodüser Məni yada salarkən… (2018, qısametrajlı sənədli film) – prodüser 36 bahar (2019, qısametrajlı sənədli film) – prodüser 777 (2019, qısametrajlı sənədli film) – prodüser Bir elin Şahları (2019, qısametrajlı sənədli film) — prodüser Cırtdan və sehrli xalat.
Nəriman Məmmədov (prodüser)
Nəriman Kamileviç Məmmədov (10 iyul 1969, Moskva) — Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi. "Narimanfilm" kinostudiyasının rəhbəri, "Azərbaycan Respublikası İstehsalçılar Gildiyası"nın sabiq sədri (2021–2023), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2018), "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının təsisçisi. Nəriman Məmmədov 1969-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Ali hüquq və hərbi-siyasi təhsil almışdır. Müxtəlif yerli və beynəlxalq şirkətlərdə idarəetmə vəzifələrində 25 ildən artıq təcrübəyə malikdir. 1994-cü ildə "Narimanfilm" kinostudiyasının əsasını qoymuşdur. Şirkətin əsas fəaliyyətləri, qısametrajlı, sənədli və bədii filmlərin istehsalı, texniki dəstək və Azərbaycan filmlərinin dünyada tanıdılmasıdır. O, bir neçə qısametrajlı, sənədli və bədii filmlərin prodüseri olmuşdur. 2005-ci ilin sentyabr ayında "Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Transmilli Assosiasiyası"– nın (İFA-SC) təsisçilərindən biri olmuşdur. Həmin ilin oktyabr ayında isə Assosiasiyasının İdarə Heyətinin sədri seçilmişdir.
Tarix Əliyev (prodüser)
Tolik (Tarix Əliyev, 6 iyun 1979, Bakı) — Azərbaycanlı prodüser, təşkilatçı, televiziya aparıcısı. Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir. 1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir. Bir dəfə, 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb. 2002–2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporasının təşkil etdiyi tədbirlərdə iştirak edib. 2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın Pirallahı rayon təşkilatının tədbirlərində fəal iştirakına görə fəxri fərmana layiq görülüb.
Nicat Əliyev (rejissor, prodüser)
Nicat Hüseynqulu oğlu Əliyev (15 iyul 1959, Bakı) — Rejissor, prodüser. == Həyatı == 15 iyul 1959-cu ildə Bakı şəhərində anadan olub. 1976-cı ildə 132 saylı Bakı şəhər orta məktəbini bitirib. 17 yaşından AzTV-də rejissor köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə N. K Çerkasov adına Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna (indiki Rusiya Dövlət Səhnə Sənəti İnstitutu) daxil olub. Televiziya rejissoru ixtisası üzrə məzun olduqdan sonra AzTV-də rejissor vəzifəsində çalışmağa davam edib. N. Əliyev 1991-ci ildə respublikamızda ilk müstəqil studiyalardan sayılan "215 KL" eksperimental studiyasının rəhbəri olub. 1997-ci ildə "SPACE" Müstəqil Televiziya kanalının yaradılmasında iştirak edib və həmin kanalda efir direktoru vəzifəsində çalışıb. 2007–2019-cu illər Azərbaycan Televiziyasının Amerika bürosunun rəhbəri olub. "Xəbərlər" informasiya proqramı üçün həm Şimali, həm də Cənubi Amerikadan siyasi xəbərlər, soydaşlarımızın fəaliyyəti və okeanın o tayında yaşayan müxtəlif xalqların mədəniyyəti haqqında süjetlər hazırlayıb.