Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aromenez
Aromenez — taksonun prinsipial yeni uyğunlaşma qazanıb adaptiv bölgəsini genişləndirməsi və yeni adaptiv bölgəyə keçməsi. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Prometey
Prometey (yun. Προμηθεύς eyni zamanda Promefey mənası qabağı görən ya sonranı düşünən) — qədim yunan mifologiyasında insanların dostu və onları tanrıların özbaşnalığından qoruyan titan İapet və Klimenanın (Apollodora görə), ya Femida və Heyin (Esxilə görə), ya da Hera və titan Yevrimedontun oğlu. Hesiona onun həyat yoldaşı olmuşdur. Yunan mifologiyasına görə çox-çox qədim zamanlarda, Yer üzündə ancaq ölməz tanrılar yaşayırmış. Tanrılar insanları və digər məxluqları yaradıb yer üzünə səpələmək qərarına gəlirlər. Rəvayətə görə Prometey insanları torpaqdan yaratmış, Afina isə onlara nəfəs vermişdir.. Tanrı Zevs titan İapetin oğlanları olan Prometeyə və Epimeteyə yaradılmış insanlara və məxluqlara gözəllik və qüvvə payalamağı tapşırır. Bölgü apararkən Epimetey bütün yaraşıq və quvvəni heyvanlara paylayır. Paylarına heç nə düşməyən insanlar isə köməksiz qalırlar. Prometey insanların dostu olduğundan bu ədalətsizliyi aradan qaldırmaq məqsədilə Afinadan müdrikliyi, Hefestin emalatxanasından isə odu oğurlayaraq insanlara verir.
PRoMete
Pərviz Ramiz oğlu İsaqov və ya PRoMete (15 iyun 1986, Siyəzən) — Azərbaycanlı reper və prodüser. H. O. S. T Alliance-nin yaradıcılarından biri və HOST prodakşnın təsisçilərindəndir. Hal-hazırda PicMus MMC-nin və mikpro MMC-nin təsisçisi və direktorudur. Peşəkar rep karyerasına SRB-də (Sumqayıt Rep Birliyi) başlayıb. 1986-cı ildə Siyəzən Rayonunda dünyaya gəlib. Ailəsi – atası, anası və bacısı ilə yaşamışdır. Atası Ramiz əvvəllər dəmiryolçu, sonralar isə dülgər işləyib. Anası evdar qadın idi. Orta məktəbi 2-ci sinfə kimi Sumqayıt şəhər 13 saylı orta məktəbində, 3-cü sinifdən etibarən isə həmin şəhərdə yerləşən "Təfəkkür" liseyində təhsil almışdır. Uşaqlığı və ilk gənclik illəri Sumqayıtda keçib.
Prometey (təşkilat)
Prometey — Avropada 1926-cı ildən 1939-cu ilə qədər fəaliyyət göstərən siyasi təşkilat. Parisdə 1920-ci illərdə mühacirlərlə əlaqəli ciddi işlər aparılırdı. Mühacirlərə dəstək planının genişlənməsi üçün 1926-cı ildə keçmiş Çar Rusiyası xalqlarının liderləri beynəlxalq təşkilat kimi fəaliyyət göstərən "Prometey" klubunu yaratdılar. Bu hərəkatın genişlənməsi üçün 1926-cı ildə fransız dilində "Prometey" jurnalı nəşr edilməyə başladı. Jurnalın redaksiya heyəti və daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Mir Yaqub Mehdiyev və digərləri. Parisdə çap edilən "Prometey" jurnalında isə Məhəmməd Əmin Rəsulzadənin aşağıdakı maraqlı məqalələri çap edilmişdi: 1) “Azərbaycan Respublikası”, 1926, N1, səh. 25-31; 2) “Bolşeviklərin Şərq siyasəti”, 1928, N20, səh. 10-14; N21, səh. 6-11; 3) “Qafqaz Birliyi”, 1929, N36, səh. 5-7; 4) “Milli Azərbaycan hərəkatının xarakteri”, 1930, N42, səh.
Zəncirlənmiş Prometey
"Zəncirlənmiş Prometey" (q.yun. Προμηθεύς Δεσμώτης) — qədim yunan dramaturqu Esxilin e.ə. 444-443-cü illərdə yazdığı faciə.
Devkalion (Prometey oğlu)
Devkalion ( q.yun. Δευκαλίων ) — qədim yunan mifologiyasındakı personaj, Fesaliyadakı Ftiotida kralı Prometeyin oğlu. Rəvayətə görə, o, arvadı Pirra ilə birlikdə qlobal daşqından sonra qaçaraq arxalarına daş ataraq yeni bir millət yaratmışdılar.