Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Luis
Luis — ad. Luis Kerroll — ingilis yazıçısı. Luis Quzman — Puerto-Riko əsilli ABŞ aktyoru.
Filipe Luis
Filipe Luis Kasmirski (d. 9 Avqust 1985, Yaraqua do Sul, Santa Catarina), Braziliyalı futbolçu. La Liqa ekiplerinden Atletiko Madrid'də və Braziliya milli futbol komandasında forma geyinmekdədir. Müdafiənın solunda və ya Yarımmüdafiəçi kimi çıxış edir .
Herbert Luis
Herbert Luis (alm. Herbert Louis‎; 12 mart 1900, Berlin – 11 iyul 1985, Münxen) — Almaniyadan dəvət edilmiş və Türkiyədə müasir coğrafiya elminin qurucularından biri olmuşdur. Herbert Lius 12 mart 1900-cü ildə Almaniyanın paytaxtı Berlində anadan olub. Berlin Universitetinin Fən Ədəbiyyat Fakültəsində coğrafiya, geologiya və fizika fakültəsində təhsil almışdır. Məzun olduqdan sonra, 1935-ci il 12 avqustda Berlin Universitetində coğrafiya professoru vəzifəsinə təyin olunmuşdur.1925-ci ildə doktorluq müdafiə etmişdir. 1930-cu ildə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi tərəfindən Ankaraya dəvət edilmiş və yeni qurulan Dil və Tarix Coğrafiya Fakültəsində coğrafiya professoru təyin edilmişdir. Herbert Louis Türkiyədə 8 il pedaqoji və araşdırma fəaliyyəti aparmışdır. 1943-cü ildə Almaniyanın Köln Universitetində Coğrafiya kafedrasında Ədliyyə professoru təyin edilmiş və 1965–1966-cı illərdə qonaq professor kimi Türkiyədə həmin fakültəyə dəvət edilmişdir. Türkiyədəki fəaliyyəti dövründə onun dərs dediyi tələbələr təkcə orta təhsil müəssisələrində müəllim kimi işləməmiş, həm də, universitetlərdə elm sahəsində, müxtəlif hökumət işlərində çalışmışlar. 1968-ci ildə Almaniyanın Münhen Universitetinin coğrafiya şöbəsi Ord.
II Luis
II Layoş, həmçinin II Lüdovik və Lüdviq Yagellon (mac. Lajos, çex. Ludvík Jagellonský, xorv. Ludvík II. Jagelović; 1 iyul 1506, Buda – 29 avqust 1526) — Macarıstan, Bohemiya krallığı və Xorvatiyaya 1516-1526-cı illərdə rəhbərlik etmiş macar əsilli kral. II Layoş 1506-cı ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası kral II Vladislavın 1516-cı ildə vəfat etməsindən sonra taxta çıxmışdır. Hakimiyyətini gücləndirmək üçün Habsburq kraliçası Mariya Habsburq ilə evlənmişdir. Layoş gənclik dövründə Müqəddəs Roma imperiyasının imperatoru I Maksimilian ilə tez-tez görüşüb müxtəlif mövzulu söhbətlər aparmışdır. Osmanlı imperiyasının artan gücünü qəbul etmək istəməyən II Layoş Sultan Süleyman Qanuni tərəfindən qoyulan vergiləri ödəməkdən imtina etmişdir. Aparılan danışıqlardan sonra bir nəticə əldə olunmamış və tərəflər arasında müharibə başlamışdır.
Luis Abinader
Luis Rodolfo Abinader Korona (isp. Luis Rodolfo Abinader Corona; 12 iyul 1967, Santo-Dominqo) — Dominikan Respublikasının hazırkı Prezidenti vəzifəsində çalışan dominikalı iqtisadçı, iş adamı və siyasətçi. Abinader 12 iyul 1967-ci ildə Santo-Dominqoda anadan olub. Valideynləri Sibao bölgəsindəndir. Anası Roza Sula Korona Kaba Konsepsion-de-la-Veqa əyalətindən olan kanarlı, atası Xose Rafael Abinader isə Livan əsilli iş adamı və siyasi liderdir və Santyaqo əyalətindəndir. Ata babası 1898-ci ildə ölkəyə gələn və Tamboril şəhərində məskunlaşan Livanın Baskinta şəhərindən olan livanlı mühacir Xose S. Abinader idi. Abinader orta təhsilini Loyola Kollecində bitirib. Kembric, Massaçusetsdəki Halt Beynəlxalq Biznes Məktəbində layihə idarəçiliyi üzrə aspirantura təhsili aldı. O, eyni zamanda Harvard Universitetində korporativ maliyyə və maliyyə mühəndisliyi və Nyu-Hempşirdəki Dartmut Kollecində idarəetmə təhsili alıb. Abinader livan əsilli iş adamları Elias Arbaxe Farah və Marqarita Soninin qızı Rekel Arbaxe Soni ilə evlidir.
Luis Alvares
Luis Valter Alvares (ing. Luis Walter Alvarez; 13 iyun 1911[…], San-Fransisko, Kaliforniya[…] – 1 sentyabr 1988, Berkli, Kaliforniya) — ABŞ eksperimental fiziki, ixtiraçısı və professoru, "Nobel" mükafatı laureatı (1968) Luis Valter Alvares 13 iyun 1911-ci ildə ABŞ-də, Kaliforniyanın San-Fransisko şəhərində anadan olmuşdur. O, 1940–1943-cü illərdə Massaçusets Texnologiya İnstitutunda, 1944–1945-ci illərdə Los-Alamos laboratoriyasında işləmişdir. Alvares 1945-ci ildən Kaliforniya Universitetinin professorudur. Əsərləri radiolokasiya və elementar zərrəciklər fizikasına aiddir. Alvaresin rəhbərliyi ilə ilk dəfə qabarcıqlı ən böyük kamera, həmçinin borularında dreyf yaranan xətti sürətləndirici qurulmuşdur. 1968-ci ildə "Nobel" mükafatına layiq görülmüşdür. O, 1 sentyabr 1988-ci ildə Kaliforniyanın Berkli şəhərində vəfat etmişdir. "Two-element variable-power spherical lens", Patent US3305294A (December 1964) Alvarez, L. W. Alvarez: Adventures of a Physicist. Basic Books.
Luis Araqones
Luis Araqones (isp. José Luis Aragonés Suárez; 28 iyul 1938[…], Madrid – 1 fevral 2014, Madrid) — ispan futbolçusu və məşqçisi. Araqones Atletiko Madridin heyətində 3 dəfə İspaniya çempionu (1966, 1970 və 1973-cü il) olmuşdur. Baş məşqçi qismində İspaniya milli futbol komandası ilə 2008-ci ildə keçirilən Avropa Çempionatının qalibi olmuşdur. İspaniyada "Real Madrid" klubundan başqa bütün aparıcı klublarda ("Barselona", "Atletiko Madrid", "Valensiya", "Sevilya", "Betis" və "Espanyol") baş məşqçi qismində çalışıb.
Luis Armstronq
Lui Armstronq (ing. Louis Armstrong, Louis Daniel Armstrong; 4 avqust 1901, Nyu-Orlean, Luiziana – 6 iyul 1971[…]) — ABŞ zənci trubaçalanı, bəstəkar, XX əsrin ən məşhur caz ustalarından biri hesab edilir. Lui Armstronq çətin və yoxsul uşaqlıq dövrü keçirmişdir. Əvvəlcə truba ifaçısı, karyerasının sonlarına yaxın isə vokalçı olaraq tanınmışdır. Caz sənətinin görkəmli nümayəndələrindəndir. 1922-ci ildə Co Oliver onu Kreol caz orkestrində çıxış etmək üçün Çikaqoya dəvət etmişdir. 1924-cü ildə Lui Nyu-Yorkda F. Hendersonun caz orkestrində trubaçalan, sonra isə müğənni kimi fəaliyyət göstərmişdir. 1925-ci ildə Çikaqoya qayıtmış, qrammofon valları yazdırmaqla məşğul olmuşdur. O, zəngin ritm elementləri və tembr çalarları, melodiyanın improvizasiya xarakterli şərhi ilə səciyyələnən orijinal ifaçılıq üslubu yaratmışdır. 1944-cü ildə Lui Metropoliten-opera -da keçirilən birinci caz konsertində iştirak etmişdir.
Luis Arse
Luis Alberto Arse Katakora (isp. Luis Alberto Arce Catacora; 28 sentyabr 1963, La-Pas) — 2020-ci ildən etibarən Boliviyanın 67-ci Prezidenti vəzifəsində çalışan Bolivya siyasətçisi. Arse La-Pasda anadan olub. 1984-cü ildə La-Pazdakı Bank Təhsili İnstitutundan mühasib olaraq məzun olub, San Andres Ali Universitetində və İngiltərədəki Uorvik Universitetində iqtisadiyyat dərəcəsi alıb. 1990-cı illərin çox hissəsini dövlət məmuru olaraq bir-birinin ardınca dövlət postlarında və müxtəlif universitetlərdə iqtisadiyyat müəllimi olaraq keçirdi. 2006-cı ildə yeni seçilmiş Prezident Evo Morales tərəfindən Maliyyə Naziri təyin edildi. Arse Boliviyada iqtisadi yüksəliş dövrünə nəzarət etdi və SUH üzvü olaraq texnokrat olduğu üçün şöhrət qazandı. Arse ilk turda səslərin 55.1%-i aldığı 2020-ci il ümumi seçkilərində Sosializm Hərəkatından prezidentliyə namizəd olaraq seçildi. Luis Arse 28 sentyabr 1963-cü ildə La-Pasda anadan olub. Hər iki valideyni müəllimdir, Karlos Arse Qonzales və Olqa Katakoranın oğludur.
Luis Ayala
Luis Ayala (XX əsr) Luis Ayala 1989-cu ildən Sosialist İnternasionalının Baş Katibi vəzifəsində çalışan və ən son 2017-ci ilin martında yenidən seçilən çilili siyasətçidir. 1973–1975-ci illərdə Ayala Sosialist Gənclərinin Beynəlxalq İttifaqının prezidenti olub. Çili vətəndaşlığı olan Luis Ayala Sosialist İnternasionalın 1989-cu ildə Stokholmda keçirilən XVIII beynəlxalq qurultayında sözügedən təşkilatın baş katibi seçilən ilk qeyri-avropalı olub. Çili Universitetində hüquq üzrə, Stokholm Universitetində isə siyasi elmlər üzrə dərəcələrə yiyələnmişdir. İngilis, ispan, fransız və isveç dillərini bilir.
Luis Barraqan
Luis Barraqan (9 mart 1902[…], Quadalaxara – 22 noyabr 1988[…], Mexiko) — Meksikalı memar. Luis Barraqan 1923-cü ildə Meksikanın Quadalahara şəhərində yerləşən "Escuela Libre də Ingenieros" məktəbindən mühəndis olaraq məzun oldu. Sonrakı illərdə özünü memar olaraq tanıtdı. Məzun olduqdan sonra İspaniya, Fransa (burada Le Korbusierin dərslərinə qatılmışdır.) və Mərakeşi gəzir. Fransada ikən alman mənşəli bir fransız yazıçı Ferdinand Bakin əsərləri ilə tanış olmaq fürsəti tapır və bu əsərlər memarlıq karyerası üçün dönüş nöqtəsi oldu. 1927–1936-cı illər arasında Meksikanın Quadalahara şəhərində öz memarlıq dizaynlarını tətbiq etmək fürsəti əldə edən Luis Barraqan bu tarixdən sonra Mexikoda memarlıq işlərinə davam etdi. Luis Barraqánin əsərlərinin arasında 3.5 metrdən daha yüksək və fərqli rənglərdə boyanmış divarlar aiddir. Bu dizayn elementinə ənənəvi Meksika strukturlarından almışdır. Əsərlərində, vulkanik süxurların və ya ölü ağac kökləri kimi təbii mühitlərdə reallaşdırmağı seçmişdir. 1975-ci ilə qədər çox tanınmayan Luis Barraqanın adı bu tarixdə Nyu-Yorkda yerləşən Müasir İncəsənət Muzeyində özünə həsr olunmuş bir sərgidən sonra olduqca səslənildi.
Luis Bes
Luis Bes (25 dekabr 1891 — 1 yanvar 1961) — Fransalı keçmiş peşəkar velosiped yarışçısı. Luis Bes Fransanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Luis Bes birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Luis Bota
Luis Bota (2 fevral 1957) — CAR-ı təmsil edən stolüstü tennisçi. Luis Bota CAR-ı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Luis Brandis
Luis Brandis (ing. Louis Dembitz Brandeis; 13 noyabr 1856[…], Luisvill, Kentukki – 5 oktyabr 1941[…], Vaşinqton) — Brandeys Universitetinin adını daşıyan amerikalı hüquqşünas. 1916-1939-cu illərdə ABŞ Ali Məhkəməsinin üzvü. 13 noyabr 1856-cı ildə Kentukki ştatının Louisville şəhərində Bohemiyadan olan yəhudi mühacir valideynlər — Adolph Brandeis və Frederika Dembitz ailəsində anadan olub. Amerika vətəndaş müharibəsi zamanı ailə müvəqqəti olaraq İndianaya sığınmağa məcbur oldu. Sonra Amerika iqtisadiyyatından narahat olan ata 1872-ci ildə ailəni Avropaya köçürdü və oradan 1875-ci ildə ABŞ-yə qayıtdılar. Louis 14 yaşında Louisville Male High School bitirib. 1872-ci ildən Avropada olarkən Drezdendəki Annen-Realschule məktəbində təhsil alıb. 1875-ci ildə ABŞ-yə qayıdan o, Harvard Hüquq Məktəbində oxumuş, iyirmi yaşında oranı bitirmiş və buradakı Pow-Wow club-na qoşulmuşdur. Məzun olduqdan sonra o, daha bir il Harvardda qaldı və burada öz seçimi ilə hüquq təhsili almağa davam etdi, repetitorluq edərək çörək pulu qazandı.
Luis Brayl
Lui Brayl (fr. Louis Braille; 4 yanvar 1809[…] – 6 yanvar 1852[…], Paris, Sena[d], Fransa) — gözdən əlillər üçün dünya miqyasında istifadə olunan Brayl əlifbasının yaradıcısıdır. Bu əlifbayla birdən altıya qədər olan xanalar vasitəsi ilə gözdən əlilər həm yaza, həm də oxuya bilərlər. Əlifba Asiya xalqlarının əlifbalarından başqa, dünyada olan bütün əlifbalara tətbiq etilmişdir. Lui Braylın özüdə gözdən əlil olmuşdur. Lui Brayl Paris yaxınlığında yerləşən Kopvrey kəndində anadan olmuşdur. Uşaqlıq dövrünün böyük bir qismi Lisle şəhərində keçmişdir. Atası Simon Rene Brayl sərraclıqla məşğul olurdu. Üç yaşı olanda atasının yataq otaqında, sərrac iynəsi ilə sol gözünü zədələmişdir. Bu hadisə zamanla sol gözünün kor olmasına səbəb oldu.
Luis Bunuel
Luis Bunyuel (Luis Bunuel Portoles, 22 fevral 1900[…], Kalanda[d], Araqon muxtar birliyi – 29 iyul 1983[…], Mexiko) — ispan rejissoru, kinematoqrafiyada sürrealizmin tanınmış nümayəndəsi. Varlı ailədə doğulmuşdur. Katolik məktəblərində oxumuş, orta təhsilini Saraqosadakı dünyəvi liseydə başa vurmuşdur. 1917-ci ildən Madriddə yaşamışdır. Madrid Universitetində tarix, fəlsəfə və ədəbiyyatı öyrənmişdir. Bunyuelin baxışlarının formalaşmasına F. Qarsiya Lorka, S. Dali və R. Qomes de la Sernanın təsiri olmuşdur. Fəaliyyətə ədəbiyyatçı və kinotənqidçi kimi başlamışdır. 1920-ci illərin bədii avanqardist hərəkatı – ultraizmə qoşulmuşdur. 1925-ci ildən Parisdə yaşamış, rejissor J. Epşteynin yanında rejissor assistenti işləmişdir; sürrealistlər (L. Araqon, A. Breton, P. Elüar, R. Maqrit, J. Sadul və b.) dərnəyi ilə yaxınlaşmışdır. Bunyuelin rejissoru kinodebütü olan “Əndəlis köpəyi” (1928, ssenarist S. Dali ilə birgə) və “Qızıl əsr” (1930) filmləri kinoda sürrealizm örnəyi olmuşdur.
Luis Bunyuel
Luis Bunyuel (Luis Bunuel Portoles, 22 fevral 1900[…], Kalanda[d], Araqon muxtar birliyi – 29 iyul 1983[…], Mexiko) — ispan rejissoru, kinematoqrafiyada sürrealizmin tanınmış nümayəndəsi. Varlı ailədə doğulmuşdur. Katolik məktəblərində oxumuş, orta təhsilini Saraqosadakı dünyəvi liseydə başa vurmuşdur. 1917-ci ildən Madriddə yaşamışdır. Madrid Universitetində tarix, fəlsəfə və ədəbiyyatı öyrənmişdir. Bunyuelin baxışlarının formalaşmasına F. Qarsiya Lorka, S. Dali və R. Qomes de la Sernanın təsiri olmuşdur. Fəaliyyətə ədəbiyyatçı və kinotənqidçi kimi başlamışdır. 1920-ci illərin bədii avanqardist hərəkatı – ultraizmə qoşulmuşdur. 1925-ci ildən Parisdə yaşamış, rejissor J. Epşteynin yanında rejissor assistenti işləmişdir; sürrealistlər (L. Araqon, A. Breton, P. Elüar, R. Maqrit, J. Sadul və b.) dərnəyi ilə yaxınlaşmışdır. Bunyuelin rejissoru kinodebütü olan “Əndəlis köpəyi” (1928, ssenarist S. Dali ilə birgə) və “Qızıl əsr” (1930) filmləri kinoda sürrealizm örnəyi olmuşdur.
Luis Dioni
Luis Dioni (20 dekabr 1992-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen klubunda hücumçu kimi çıxış edən Fransalı peşəkar futbolçudur. Dioni həmçinin Martinika vətəndaşıdır. Dioni öz peşəkar karyerasında debütünü Nant klubu ilə 2012-ci ilin noyabr ayında Niort klubuna qarşı oyunda etmiş və həmin görüşdə komandası 0-0 hesabı ilə bərabərə qalmışdır. Dioni altı ay doğma şəhərini təmsil edən, dördüncü diviziya təmsilçisi olan Stad Mantois klubunda çıxış etmişdir. 2014-cü ilin yanvar ayında o, Dijon klubuna transfer olmuşdur. 25 yanvar 2018-ci ildə Luis Dioni Çempionşip təmsilçilərindən olan Bristol Siti klubuna bu mövsümün sonuna qədər icarəyə verilmişdir. O, klubda əsl əfsanəyə çevrilmişdir.
Luis Enrike
Luis Enrike ( 8 may 1970 ) — İspaniyalı keçmiş futbolçu və futbol məşqçisi.
Luis Fabiano
Luis Fabiano Klemente (port. Luís Fabiano Clemente; 8 noyabr 1980, Kampinas, Braziliya) — braziliyalı futbolçu, "San-Paulu" futbol klubunun və futbol üzrə Braziliya millisinin hücumçusu.
Luis Figo
Luiş Fiqu (port. Luís Figo; d. 4.11.1972, Almada, Lissabon, Portuqaliya) — keçmiş Portuqaliya futbolçusu, "İnter" Milan klubunun idman direktoru. Futbolçu kimi yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. Fiqu Portuqaliya futbol tarixinin ən məşhur simalarındandır. Futbolçu karyerasına Portuqaliyanın Sportinq Lissabon klubunun aşağı yaş qruplarında başlayıb. 1989-1995-ci illərdə Sportinq Lissabon klubunun əsas heyətində çıxış edib. 1995-2000-ci illərdə İspaniyanın "Barselona", 2000-2005-ci illərdə isə "Real" Madrid klublarının formasını geyinib. 2005-2009-cu illərdə İtaliyanın "İnter" Milan klubunda çıxış edib. 1988-1994-cü illərdə Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının heyətində, 1991-2006-cı illərdə Portuqaliya milli futbol komandasının heyətində çıxış edib.
Luis Flores
Luis Guzman
Luis Quzman (isp. Luis Guzmán; 28 avqust 1956) — Puerto-Riko əsilli ABŞ aktyoru. Luis Quzman Nyu-Yorkda böyümüşdür.
Luis Hayn
Luis Hayn (ing. Lewis Wickes Hine; 26 sentyabr 1874[…] – 3 noyabr 1940[…]) — Amerikalı fotoqraf və sosioloq. Luis Hayn 26 sentyabr 1874-cü ildə anadan olmuşdur. XX əsrin əvvəllərində o, Nyu-Yorkda Avropa – Slavyan gettosunda botanika müəllimi işləmişdir. 1905-ci ildən ABŞ-dakı mühacirlərin həyatını əks etdirən şəkillər çəkməyə başlamışdır. O, bu şəkillərdə mühacirlərin yoxsulluğunu, təşvişlərini, mümkün olmayan ümidlərini göstərib. Luis Haynın şəkilləri qeyri – adi dərəcədə populyarlaşıb. Onlardan mühazirələr üçün slayd, plakatlar hazırlanaraq jurnallarda, kitablarda çap olunub. Luis Hayn 3 noyabr 1940 Nyu-Yorkda vəfat edib.
Luis Hemilton
Lyuis Karl Devidson Hemilton (7 yanvar 1985[…]) — Britaniyalı idmançı, Formula-1 pilotu, 7 qat dünya çempionu (2008, 2014, 2015, 2017, 2018, 2019 , 2020). Lyuis Hemilton 1985-ci il yanvarın 7-də İngiltərənin Stiveneyc şəhərində anadan olub. Adının doqquzqat olimpiya çempionu olan amerikalı atlet Karl Lyuisdən götürüldüyü deyilir, lakin sürücünün özü bunu təkzib edib. Atası Əntoni Qrenada əsilli britaniyalı zənci, anası Karmen isə ağdərilidir. Lyuis Hemiltonun iki yaşı olanda valideynləri ayrılıb. Lyuis Hemilton anası və iki ögey bacısı – Nikola və Samanta ilə yaşayıb. Onun 12 yaşı tamam olduqda isə atasının yanına köçür, ögey anası Linda və ögey qardaşı Nikolas ilə birlikdə yaşayır. Nikolas da yarışçıdır, lakin serebral iflicdən əziyyət çəkdiyindən, onun üçün xüsusi modifikasiya edilmiş maşınlarla yarışır. 2007-ci ilin noyabr ayından Nikol Şerzinger ilə münasibətdə olan Lyuis 2010-cu ildə ondan ayrılır. Lakin sonradan dəfələrlə bir yerdə görünürlər.2013-cü ildə yenidən birlikdə olduqlarını bildirirlər, lakin 2015-ci ilin fevral ayında münasibətlərinə son qoyurlar.
Karl Lüis
Frederik Karlton "Karl" Lüis (1 iyul 1961[…], Birminqem) — 10 olimpiya medalı (9 qızıl olmaqla) və 10 dünya çempionatı medalı (8 qızıl olmaqla) qazanan, yüngül atletika üzrə keçmiş amerikan idmançısıdır. Onun karyerası, 1979-cu ildən 1996-cı ilə qədər davam etmişdir. Lüis, 1981-ci ildən 1990-cı illərin əvvəlinə qədər 100 m, 200 m və yerindən uzunluğa tullanma yarışlarında güclü sprinter kimi özünü sübut etmişdir. O, 1984-cü ildən bəri 100 m, 4×100 m və 4×200 m estafet yarışlarında dünya rekordlarını müəyyən etmişdir. Karyerası boyu, Lüis 15 dəfə 100 m üzrə 10 saniyə, 10 dəfə 200 m üzrə 20 saniyə vaxtlarla rekordlar qırmışdır. O, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən "Əsrin atletikaçısı", Beynəlxalq Olimpiya Komitəsi tərəfindən "Əsrin idmançısı" kimi adlara layiq görülmüşdür. Karyerasını bitirəndən sonra, Lüis aktyor kimi fəaliyyət göstərdi və bir çox filmlərdə çəkilmişdi. 2011-ci ildə, o Nyu Cersi Senatında demokrat kimi yer almağa səy göstərdi, lakin səsvermə haqqından məhrum edildi. Lüis, sonralar brend məhsullar istehsalı ilə məşğul olan və xidmətlər göstərən C. L. E. G. adlı marketinq şirkətinə sahibləndi. Frederik Karlton Lüis 1961-ci ilin 1 iyulunda Alabama ştatının Birmingem şəhərində Uilyam və Evelin Lüislərin övladı kimi dünyaya gəlmişdir.