Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Icerya purchasi
Icerya purchasi (lat. Icerya purchasi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin monophlebidae fəsiləsinin icerya cinsinə aid heyvan növü. == Yayılması == Vətəni Avstraliyadır. Bundan başqa Rusiyada, Qafqazın bütün Qara dəniz sahillərində, yeni Zelandiyada, Şərqi Asiyada, Amerikada, Azərbaycanda və digər ölkələrdə də geniş yayılmışdır. Zərərverici geniş yayılma potensialına malik olduğu üçün, digər ölkələrə asanlıqla keçmişdir. Avstraliyada ancaq akasiyada tapılmağına baxmayaraq, yeni ərazilərə düşdükdən sonra digər bitkilərdə də rast gəlinmişdir. Məlumatlara görə özünü ciddi zərərverici kimi göstərdiyi ilk ölkə Kaliforniya olmuşdur. Keçmiş SSRİ-də 1928-ci ildə Suxumidə qeydə alınmışdır. Tədqiqatçılar tərəfindən onlara qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, zərərvericinin yayılmasının qarşısını almaq mümkün olmamışdır. Ədəbiyyat məlumatlarına görə, 1966-cı ildə Azərbaycanda ilk dəfə Astara rayonunda qeydə alınmışdır.