Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azimov qanunları
Robototexnikanın üç qanunu və ya Azimov qanunları – elmi fantastika yazıçısı Ayzek Azimov tərəfindən irəli sürülmüş qanunlar toplusu. Bu qanunlar robotların icbari davranışlarını müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdur. == Üç qanun == Robotexnikanın üç qanunu ilk dəfə Ayzek Azimovun 1942-ci ildə yazdığı "Dövrə" əsərində öz əksini tapmışdır. Bu qanunlar aşağıdakılardır: Bir robot bir insanı incidə bilməz və ya bir insanın incinməsinə qarşı laqeyd qala bilməz. Birinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot bir insanın verdiyi bütün əmrləri yerinə yetirməlidir. Birinci və ikinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot öz mövcudluğunu qorumalıdır. Robototexnikanın üç qanunu Azimovun robototexnika hekayələrinin əsas prinsipi olmuş, əsərlərində bir çox formada tətbiq olunmuşdur. Buna baxmayaraq, bu qanunlar başqa elmi fantastik müəlliflər tərəfindən də modifikasiya olunaraq istifadə olunmuş, elmi fantastikanın mövzularından birinə çevrilmişdir. == Sıfırıncı qanun == Azimovun Üç qanunda etdiyi ən böyük modifikasiya sıfırıncı qanunu əlavə etməsi olmuşdur. Bu qanun digər üç qanunu qabaqlayır: 0.
Bəhai qanunları
Bəhai qanunları - Bəhai dininin əsasında yaranmış qanunlar toplusu. Qanunlar Bəhai dinin peyğəmbəri Bəhaullahdan təsdiq edilmiş mətnlər, Əbdül-Bəha Abbas, Şövqi Əfəndi və Ümumdünya Ədalət Evinin təfsirlərini özündə birləşdirməkdədir. Bəhai olan şəxslərdən dinin ümumi prinsiplər və qaydalarına əməl etməkləri gözlənilir.
Dalton qanunları
Dalton qanunları — qazların xassələrinə aid fiziki qanunauyğunluqları təsvir edən üç qanun. == Haqqında == Con Daltonun 1801,1802 və 1803-cü illərdə kəşf etdiyi bu qanunlar onun fiziki atomistikasının mahiyyətini təşkil etmiş və Daltonun kimyəvi atomistikasının əsası olmuşdur. Dalton qanunlarının müasir ifadələri xronoloji ardıcılıqla verilmişdir. Parsial təzyiqlər qanunu:qaz qarışıqlarının təzyiqi onların parsial təzyiqlərinin cəminə bərabərdir(qarışığı təşkil edən hər bir qazın ayrılıqda qarışığın həcmini tutduğu zaman göstərdiyi təzyiqə parsial təzyiq deyilir). Qızdırılma zamanı qazların bərabər (müntəzəm) genişlənmə qanunu: sabit təzyiqdə bütün qazlar temperaturun yüksəlməsi ilə eyni dərəcədə genişlənir. Qazların mayelər tərəfindən udulması qanunu: verilən mayedə sabit temperaturda qaz qarışığı komponentinin həll olunması onun parsial təzyiqi ilə mütənasibdir və qarışığın təzyiqindən və başqa komponentlərin təbiətindən asılı deyil;bu qanun Henri qanununa mühüm əlavədir. Dalton qanunları real qazların xassələrinin ideal xassələrinə yaxın olduğu və qazın həll olunmasının zəif olduğu şəraitdə ödənir. == Mənbə == "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı.
Drakon qanunları
[mənbə göstərin] Drakon — Qədim Yunanıstanda alim. Onun yazdığı qanunları "qanla yazılmış qanunlar" da adlanır. E.ə 621-ci ildə Afinada qanun bilicisi Drakon tərəfindən yazılmışdır.E.ə 594-cü ildə Solon qanunları ilə əvəz olunmuşdur.
Fotoeffekt qanunları
Fotoeffekt — işığın təsiri nəticəsində cismlərin özündən elektron verməsi. Bu hadisəni ilk dəfə dahi alman alimi Albert Eynşteyn kəşf etmiş və bu kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Fotoeffekt qanunları fotoeffekt haqqında daha tam təsəvvür əldə etmək üçün qanunauyğunluqlardır. Fotoeffekt işığın təsiri ilə metalın səthindən elektronların buraxilması hadisəsidir. Bu hadisə xarici fotoeffekt də adlandırılır. Daxili fotoeffekt — işığın təsiri ilə maddədə bağlı elektronların atomdan ayrılaraq sərbəst yükdaşıyıcıya çevrilməsidir. Stoletov təcrübələri əsasında (xarici fotoeffekt üçün) müəyyənləşdirdiyi qanunauyğunluqlar bunlardır: Vahid zamanda katodun səthindən çıxan fotoelektronların sayı onun üzərinə düşən işıq seli ilə düz mütənasibdir. Katoddan qopan elektronların kinetik enerjisi düşən işığın tezliyi ilə düz mütənasib olub, işığın selindən asılı deyil. Hər bir maddəyə uyğun fotoeffektin qırmızı sərhədi mövcuddur.Fotoeffektin qırmızı sərhədi fotoeffekt yarada bilən minimal tezlikdir, ν q s {\displaystyle \nu _{qs}} kimi işarə olunur və h ν q s = A {\displaystyle h\nu _{qs}=A} şərtindən təyin olunur. Burada h = 6 , 63 ⋅ 10 − 34 C ⋅ s a n {\displaystyle h=6,63\cdot 10^{-34}C\cdot san} olub, Plank sabiti, A {\displaystyle A} isə elektronun metaldan çxması üçün lazım olan enerjiyə bərabər olan çıxış işidir.
Hammurapi qanunları
Hammurapi qanunları - Eşnunna şəhər dövlətinin qanunları, akkad dilində yazılmış ilk sənəddir. Eşnunna (indiki Tel abu-Harmal) Diyala çayı hövzəsində yerləşirdi. Bu irihəcmli qanunlar külliyyatı qədim Babilistanda yaradılmışdı. Bu məşhur qanunlar hökmdar Hammurapiyə məxsusdur. == Tarixi == Qanunlar 2,25 metr hündürlüyündə qara bazalt daş üzərinə mixi yazılar ilə həkk olunmuşdu. E.ə. XII əsrdə Elam hökmdarı I Şutruk-Nahhunti həmin qara daşı qənimət kimi paytaxt Suz şəhərinə gətirmişdi. Daşın bir hissəsi Elam hökmdarının göstərişi ilə qaşınmışdı. O, əməllərini buraya yazdırıb öz adını əbədiləşdirmək istəyirdi. Lakin bizə məlum olmayan səbəbdən bu, baş tutmamışdı.
Kepler qanunları
Kepler qanunları (Planetlərin hərəkət qanunları) — planetlərin hərkətlərinə dair İohan Kepler tərəfindən tapılmış üç qanun. Kepler Brahenin 1580–1600-cü illərdə apardığı 20 illik planet müşahidələrinin və Mars üzərində şəxsən özünün apardığı müşahidələrin təhlilindən qərara gəldi ki, Mars üçün dairəvi orbit seçmək mümkün deyil. O, qəti qərara gəldi ki, planetlərin orbitləri dairədən fərqlidir. Uzun illərin müşahidələri əsasında o, planetlərin 3 emprik hərəkət qanunıarını verdi. == Qanunlar == Bütün Planetlər Günəş ətrafında fokuslarının birində Günəş yerləşən elliptik orbitlər boyunca dövr edirlər. Planetlərin radius-vektorları bərabər zaman fasiləsində bərabər sahələr cızır. Planetlərin Günəş ətrafında siderik dolanma dövrlərinin kvadratı onların böyük yarımoxlarının kubları ilə mütənasibdir.Düsturla bu qanunu belə ifadə etmək olar: T 1 2 ( m 0 + m 1 ) T 2 2 ( m 0 + m 2 ) = a 1 3 a 2 3 {\displaystyle {\frac {T_{1}^{2}(m_{0}+m_{1})}{T_{2}^{2}(m_{0}+m_{2})}}={\frac {a_{1}^{3}}{a_{2}^{3}}}} -burada T1 və T2-iki planetin siderik periodları, m1 və m2-onların kütlələri, m0-mərkəzi nöqtənin kütləsi, a1 və a2 orbitlərin böyük yarımoxlarıdır. III qanun elliptik orbitlər üçündür. I və II qanunlar 1609-cu ildə, III qanun isə 1619-cu ildə kəşf edilmişdir. Kepler qanunlarının doğruluğun şübhə Keplerin özündə də vardı.
Kirchhoff qanunları
İki var Kirxhof qanunları, gərginlik qanunu və carəyan qanun. Bu iki qanun dövrələrin bütün gərginliklərini və cərəyanlarını təyin etmək üçün istifadə edilə bilər.
Kirxhoff qanunları
İki var Kirxhof qanunları, gərginlik qanunu və carəyan qanun. Bu iki qanun dövrələrin bütün gərginliklərini və cərəyanlarını təyin etmək üçün istifadə edilə bilər.
Manu qanunları
Manu qanunları və ya Manusmriti (sanskr. मनुस्मृति, e.ə. II – eramızın II əsrləri )— qədim hind ədəbiyyatının abidəsi və tarixi mənbəyidir. Manu mifologiyada hinduların və insan irqinin atası hesab edilən kraldır. Əsərdə Manudan "öz- özündən var olanın oğlu" deyə bəhs edilməkdədir. Bu qanunlarda pislənilən, qadağan olunmuş əməllərdən, onlara görə nəzərdə tutulan cəzalardan bəhs olunur. Qanunvericiliyin əsasını təşkil edən dharmaşastralarda mülki və cinayət qanunvericiliyinin müddəaları ilə yanaşı müxtəlif varna üzvlərinin vəzifələrinə, ailə həyatının normalarına, ibadət və hətta sanitar-gigiyenik qaydalara və s. rast gəlinir. Manu qanunları Avropa dillərindən tərcümə edilən ilk sanskrit dilli əsərdir. Əsər ilk dəfə 1794-cü ildə Kəlküttədə müasir hindologiyanın banisi Vilyam Cons tərəfindən tərcümə edilmişdir.
Mörfi qanunları
Mörfi qanunları — amerikalı mühəndis Edvard A. Mörfi tərəfindən yaradılan qanun. Mühəndis Mörfi 1949-cu ildə raket texnikası sahəsində sınaq apararkən cihazların birinin cüzi fərqlə səhv bağlanması bütün sistemi pozmuşdur və bu uğursuzluq Edvard Mörfinin öz məşhur qanunlarının təməlini qoymağa səbəb olmuşdur. Mörfi qanunlarına görə "hər hansı bir işdə bir tərslik yaşanması ehtimalı varsa deməli bu ehtimal yaşanacaq". Sonra Mörfinin həmkarları, dünyanın bir çox ölkələrindəki davamçıları iş həyatında və ümumiyyətlə həyatda rastlaşdıqları tərslikləri yığcam qanunlar şəklində ifadə etməyə başlayıblar. == Qanunlar == === Əsas qanunlar === Ayağınıza olan ayaqqabı dükandakı ən görkəmsiz ayaqqabıdır. İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər. Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir. Yarışda sürətli, döyüşdə qüvvətli olan həmişə qazanmır, amma sən yenə də onların tərəfini saxla. Dostlar gəlib-gedir, düşmənlərsə yığışıb qalır. Həll olunan hər problem yeni problemlər yaradır.
Nyuton qanunları
Nyuton qanunları — klassiki mexanikanın qanunları olub, verilən mexaniki sistemin hərəkət tənliyini yazmağa imkan verir. 1687-ci ildə İsaak Nyutonun məşhur əsəri "Natural fəlsəfənin riyazi başlanğıcı" çap olunur. Burada Nyuton mexanikanın üç qanununu təsvir edir. Bu qanunlar "Nyuton aksiomu" və ya "Nyuton qanunları" kimi məşhurdur. == Nyutonun birinci qanunu == Birinci qanun ətalət prinsipinə aiddir. Bu yalnız ətalətli sistemlərdə mövcuddur və ilk dəfə olaraq 1638-ci ildə Qalileo Qaliley tərəfindən tərtib edilmişdir: Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır. Nyutonun birinci qanunu belə ifadə olunur: Elə hesablama sistemləri var ki, cismə digər cisimlər təsir etmədikdə və ya ona edilən təsirlər bir-birini tarazılaşdırdıqda o, sükunətdədirsə sükunət halını, düzxətli bərabərsürətli hərəkətdədirsə düzxətli bərabərsürətli hərəkət halını saxlayar. Belə hesablama sistemləri ətalət hesablama sistemləri adlanır. Yəni cismin sabit sürətlə hərəkət etməsi üçün onun kənar qüvvəyə ehtiyacı yoxdur. Cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfırdan fərqli olarsa o, sürətini dəyişər, yəni təcil alar.
Nürnberq qanunları
Nürnberq irqi qanunları (alm. Nürnberger Rassengesetze‎) — iki irqçi (əsasən yəhudilərə qarşı) qanunvericilik aktıdır: "Reyxin vətəndaşı haqqında qanun" (alm. Reichsbürgergesetz‎) və "Alman qanı və alman ləyaqətinin qorunması haqqında qanun" ( alm. Gesetz zum Schutze des deutschen Blutes und der deutschen Ehre‎). Adolf Hitlerin təşəbbüsü ilə 1935-ci il sentyabrın 15-də Nürnberq şəhərində Nasional Sosialist Partiyasının Konqresində gizli proqrama (1920) uyğun olaraq elan edilmiş və partiyanın qurultayı münasibətilə Nürnberqdə xüsusi olaraq çağırılan Reyxstaqın sessiyasında yekdilliklə qəbul edilmişdir. == Qanunların təsviri == Reyxin vətəndaşları haqqında qanun"un ikinci maddəsinə əsasən, Reyx vətəndaşı yalnız "german və ya qohum qana malik olan və öz davranışı ilə alman xalqına və Reyxə sədaqətlə xidmət etmək arzusunu və bacarığını sübut edən şəxs ola bilərdi." Bu ifadə əslində bir çox insanın, ilk növbədə yəhudilərin və qaraçıların Almaniya vətəndaşlığından məhrum edilməsi demək idi. Bu qanunların yaradılmasında və həyata keçirilməsində ən çox diqqət yəhudilərə verilmişdir. Beləliklə, Alman qanının və alman ləyaqətinin qorunması haqqında qanun bir sıra qadağalar arasında yəhudilər və “german və ya qohum qandan olan vətəndaşlar” arasında nikahı və nikahdankənar birgə yaşayışı “irqin təhqir edilməsi” kimi qadağan edilirdi. Qanun pozuntusu cinayət təqibi ilə nəticələnirdi. == "Alman qanı və alman ləyaqətinin qorunması haqqında" qanun == "Alman qanı və alman ləyaqətinin qorunması haqqında" qanunun mətni Alman qanının saflığının alman xalqının davamlı mövcudluğu üçün zəruri şərt olduğunu dərk edərək, alman millətinin bütün dövrlərdə mövcudluğunu təmin etmək üçün sarsılmaz qətiyyətdən ruhlanan Reyxstaq yekdilliklə aşağıdakı qanunu qəbul etdi və əhalinin diqqətinə çatdırılır: 1.1.
Termodinamikanın qanunları
Termodinamika – istilik hadisələri haqqında elmdir. Bu hadisələrdə cismin molekulyar quruluşu nəzərə alınır və onlar termometr, manometr və başqa cihazlarla qeydə alınır. Bu cihazlar ayrı-ayrı molekulların təsirini qeydə almır. Termodinamikanın qazları cismlərin istilik xassələrini, son dərəcə böyük sayda molekullar təsir edir. Belə cismlər makrosistemlər adlanır. (Məs., balonda qaz, stəkanda su, polad ərintisi və s.) Makrosistemlərin istilik xassələri termodinamik parametrlərlə (hal göstəriciləri – istiliklə, təzyiqlə, xüsusi çəki ilə) müəyyən edilir. Bu parametrlər bəzən sistemin funksiyası adlanır. İstilik – makroskopik sistemin termodinamik tarazlıq halını xarakterizə edən fiziki kəmiyyətdir. 19-cu əsrin sonlarında molekulyar-kinetik nəzəriyyə, yaxud statistik mexanika yaradıldı. Molekulyar-kinetik nəzəriyyə böyük sayda atom və molekulların xassələrini təsvir edir.
Tibb qanunları
“əl-Qanun fit-Tibb (ərəb. القانون في الطب‎) — tibb tarixi ilə bağlı ən məşhur əsərlərdən biri. Əbu Əli İbn Sinanın kitabı. Şərqin böyük alimi Əbu Əli İbn Sinanın “Əl-Qanun fit-tibb” (“Tibb qanunları”) əsərinin II cildinin əlyazması qədimliyi, mükəmməlliyi ilə diqqəti cəlb edir. Əsər hicri 537, miladi 1143-cü ildə müəllifin ölümündən 6 il sonra köçürülmüşdür. Bu mənada, əlyazmanın bu nüsxəsi ən etibarlı nüsxələrdəndir. İslam Şərqinin elm tarixinin qədimliyini sübut edən bu əlyazma YUNESKO-nun təsis etdiyi “Dünyanın yaddaşı” Proqramının siyahısına daxil edilmişdir. “Tibb qanunları” Orta əsrlərdə həm Qərb, həm də Şərqdə tibb sahəsində yazılmış ən mükəmməl, tayı-bərabərı olmayan ensiklopedik əsər sayılırdı. XII əsrdə Kremonalı Gerard (1140-1187) bu kitabı ərəb dilindən latın dilinə çevirəndən sonra, o, yüzilliklər boyu Avropa Universitetlərində tibb üzrə ən mükəmməl dərs vəsaiti sayılmışdır. Kitab o qədər böyük şohrət qazanmışdı kı, dahi rəssam və heykəltaraş Mikelancelo onun haqqında bunları demişdi: “İbn Sinanın ardınca gedib yanılmaq, başqalarının ardınca gedib uğur qazanmaqdan daha yaxşıdır”.
Kirxhof qanunları
İki var Kirxhof qanunları, gərginlik qanunu və carəyan qanun. Bu iki qanun dövrələrin bütün gərginliklərini və cərəyanlarını təyin etmək üçün istifadə edilə bilər.
12 cədvəl qanunları
12 cədvəl qanunları— E.ə 451-449-cu illərdə hazırlanmış və müasir dövrdə Avropa Hüququnun təməlini təşkil edən Roma hüququnun hüquqi əsası . == Haqqında == E.ə. V əsrdə ilk Roma məcəlləsi - "12 cədvəl qanunları" qəbul edildi. Əsrlər boyu bu qanunlar Romada hüququn əsas mənbəyi sayılmışdı. Qanunlar şəhər meydanında qoyulan 12 taxta lövhədə yazıldığından "12 cədvəl qanunları" adlandırılmışdır. Ona görə, heç bir vətəndaş "qanunları bilməmək bəhanəsi" ilə məsuliyyətdən yayına bilməzdi. Bir sıra məlumatlara görə, vətəndaşlar sırasına qoşulan yeniyetmədən qanunları əzbər bilmək də tələb olunurdu. "12 cədvəl qanunları" adi hüquqların qələmə alınması idi. Buna daha çox plebeylər-sadə vətəndaşlar ehtiyac duyurdular. "12 cədvəl qanunları" bizim dövrümüzə gəlib çatmayıb.
Cim Krou qanunları
Jim Crow qanunları (ing: Jim Crow laws), 19-20-ci əsrlərdə ABŞ-nin cənub əyalətlərində çıxarılan ayrı-seçkilikçi yerli qanunlar idi. Qanunlar, ABŞ-nin yenidən qurulması dövründə zəncilərin əldə etdiyi siyasi və iqtisadi qazanclarına qarşı qəbul edilmişdir. Qanunlar afroamerikalılar və ağların ictimai və siyasi həyatda ayrı qurumlardan istifadə etmələri üçün nəzərdə tutulmuşdu və “ayrı, lakin bərabər” (İngiliscə: separate but equal) hüquq doktirini ilə əsaslandırılmışdı. Dəmir yollarında və tramvaylarda irqi-ayrıseçkiliyi qəbul edən ilk qanun 1875-ci ildə Tennesseedə qəbul edildi və daha sonra bütün Cənub əyalətlərində dəmir yollarında irqi ayrı-seçkilik tətbiq olunmuşdur. Bu qanunları qəbul edən regionlarda “sadəcə ağlar üçün” və “qaralar” lövhələri asılmışdı. Bu iş o qədər geniş yayılmışdı ki, otelləri, teatrları, kitabxanaları, liftləri və məktəbləri də əhatə etməyə başlamışdır. Amerika Birləşmiş Ştatları Ali Məhkəməsi 1954-cü ildə dövlət məktəblərində irqi-ayrıseçkiliyi Brown v. Board of Education davasında konstitusiyaya zidd olduğunu bildirmişdir. Brown v. Tərəfindən dövlət məktəblərində irqi ayrı-seçkilik elan etdi.
De Morqan qanunları
De Morqan qanunları — Şotland riyaziyyatçısı Avqust de Morqan (1806-1871) adı ilə adlandırılıb. Avqust de Morqan ilk dəfə bu xassəni dəqiq ifadə etmiş və tam araşdırmışdır. Təkliflər hesabının (nəzəriyyəsinin) xassəsi. Bu xassə təkliflərin konyuksiyasının (dizyunksiyasının) inkarının onların inkarının dizyunksiyası (konyuksiyası) ilə eyniqiymətli olduğunu müəyyənləşdirir. Başqa sözlə A ∧ B ¯ = A ¯ ∨ B ¯ {\displaystyle {\overline {A\land B}}={\overline {A}}\lor {\overline {B}}} və A ∨ B ¯ = A ¯ ∧ B ¯ . {\displaystyle {\overline {A\lor B}}={\overline {A}}\land {\overline {B}}.} De-Morqan qanunları istənilən Bul cəbrində, xüsusi halda, çoxluqlar cəbrində doğrudur. İxtiyari A ⊂ U , B ⊂ U {\displaystyle A\subset U,B\subset U} çoxluqları üçün ( A ∩ B ) ′ = A ′ ∪ B ′ , ( A ∪ B ) ′ = A ′ ∩ B ′ , {\displaystyle (A\cap B)^{\prime }=A^{\prime }\cup B^{\prime },(A\cup B)^{\prime }=A^{\prime }\cap B^{\prime },} Burada X ′ = U ∖ X {\displaystyle X^{\prime }=U\backslash X} , ( X ⊂ U ) {\displaystyle (X\subset U)} - tamamlama əməlidir. == Ədəbiyyat == M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Qədim Yunanıstan qanunları
Qədim Yunanıstanın idarə edilməsində istifadə olunan qanunlar toplusuna verilən ad. Qədim Yunanıtan qanunlarının, hazırlanmasında Qədim Roma qanunlarının böyük rolu olmuşdur. Qədim Yunanıstan qanunlarının bu günə qədər böyük bir qisminin tarixə məlum olmasının səbəbi, qanunların German tayfaları tərəfindən əsrlər boyu qorunması olmuşdur. == İlk qanunlar == Qədim Yunanıstan qanunlarının yaranması haqqında bir sıra fikirlər vardır. Ən geniş yayılmış ehtimala görə, iki böyük şəhər arasında olan anlaşılmazlıqları aradan qaldırmaq üçün toplanan şura tərəfindən qanunların yaradılmasıdır. Qədim Yunanıstan qanunları əsasən miraslar üzərində olan mübahisələr, siyasət və ticarət sahəsində olan məsələlər, qulların azad edilməsi və ya edam edilməsi barədə olan məsələləri əhatə etmişdir. Qədim Yunan qanunlarının ilk nümunələri günümüzə qədər qəlib çatmamışdır. Yunan qanunlarının ilkin nümunələrinə, dahi yunan şairi Homer nəğmələrində rast gəlinir. Həmin nəğmələrdə, Yunanıstanda boşanma və qullar haqqında olan qanunlardan bəhs edilir. Yunanıstanda ilk konstitusiya e.ə II əsrdə Aristo tərəfindən yaradılmışdır.
XII cədvəl qanunları
12 cədvəl qanunları— E.ə 451-449-cu illərdə hazırlanmış və müasir dövrdə Avropa Hüququnun təməlini təşkil edən Roma hüququnun hüquqi əsası . == Haqqında == E.ə. V əsrdə ilk Roma məcəlləsi - "12 cədvəl qanunları" qəbul edildi. Əsrlər boyu bu qanunlar Romada hüququn əsas mənbəyi sayılmışdı. Qanunlar şəhər meydanında qoyulan 12 taxta lövhədə yazıldığından "12 cədvəl qanunları" adlandırılmışdır. Ona görə, heç bir vətəndaş "qanunları bilməmək bəhanəsi" ilə məsuliyyətdən yayına bilməzdi. Bir sıra məlumatlara görə, vətəndaşlar sırasına qoşulan yeniyetmədən qanunları əzbər bilmək də tələb olunurdu. "12 cədvəl qanunları" adi hüquqların qələmə alınması idi. Buna daha çox plebeylər-sadə vətəndaşlar ehtiyac duyurdular. "12 cədvəl qanunları" bizim dövrümüzə gəlib çatmayıb.
İdeal qaz qanunları
İdeal qaz qanunları — parametrlərdən birinin verilmiş qiymətində qalan iki parametr arasındakı miqdarı asılılığına deyilir. Parametrlərdən birinin qiyməti dəyişməz qalmaq şərtilə baş verən proseslər izoproseslər (Yunanca izos - bərabər) deyilir. == İzoproseslər == İzotermik proses (Temperaturun sabit qalması ilə) İzobar proses (Təzyiqin sabit qalması ilə) İzoxor proses (Həcmin sabit qalması ilə) == Həmçinin bax == Temperatur Molekulyar-kinetik nəzəriyyə (MKN) == İstinadlar == == Ədəbiyyat == N.A.Pyorışkin, N.A.Rodina. Fizika 7-ci sinif. 1995 N.A.Pyorışkin, N.A.Rodina. Fizika 8-ci sinif. 1995 İ.K.Kikoin, A.K.Kikoin. Fizika 9-cu sinif.
Bölgələrə görə pornoqrafiya qanunları
Pornoqrafiya qanunları bölgələrə görə Bütün dünyada fərqlidir.
Corciya qanunları (film, 2007)
Corciya qanunu (ing. Georgia Rule) — rejissor Harri Marşalın 2007-ci ildə çəkdiyi amerikan filmi. == Məzmun == Şəhərdə yaşamağa adət etmiş ərköyün qız Rachel yayda öz ciddi nənəsinin yanına, Aydaho ştatına qedir. Provinsial şəhərə düşməyinə baxmayaraq o burada darıxmağa hazırlaşmır. Ədəbsizcəsinə nənəsinə söz qaytarır, uğursuzcasına yerli həkimi əldə etməyə, mormon olmağa hazırlaşan yerli gənc oğlanı tovlamağa çalışır. Ətrafdaki insanlar çaşqınlıq içərisindədirlər: necə belə gözəl qız özünü belə iyrənc aparır. Sən demə, buna səbəb ağır uşaqlıq sarsıntısıdır.
1912-1913-cü illər aqrar qanunları
1912-1913-cü illər aqrar qanunları — Çar Rusiyası tərəfindən Azərbaycanda kəndlilərin torpaq sahiblərindən asılılığından azad olunmasını rəsmiləşdirən qanunlar. == Yeni aqrar qanunların qəbul edilməsi zəruriliyi == XX əsrin əvvəllərində çarizm vergi siyasətində ancaq dövlət kəndinə aid edilmiş 1900-cü ilin 1 may və 1903-cü ilin 21 aprel əsasnamələrindən sonra heç bir dəyişiklik və tədbir nəzərə çarpmır; verilən qanun və qaydalar isə vergi və mükəlləfiyyət sistemini xəzinə kəndində ağırlaşdıraraq mürəkkəbləşdirdi və əsarəti daha da qüvvətləndirdi. Sahibkar kəndində isə çarizmin vergi siyasəti, kəndlilərlə mülkədarlar arasında mükəlləfiyyətli münasibətlərin ləğv edilməsi məsələsinin meydana çıxması ilə əlaqədar olaraq, torpaq siyasəti elə qarışmışdı ki, onları bir-birindən ayırmaq mümkün deyildi. Bu dövrdə bütün Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda da çarizmin aqrar siyasətinin əsas məqsədi kənddə icmaları dağıtmaq, kənd burjuaziyasının-qolçomaqların şəxsində özünə dayaq yaratmaq idi. Qafqaz ali hakimiyyət orqanları və yerli burjuaziya torpaq məsələsində yeganə çıxış yolunu Stolıpin aqrar siyasətinin tətbiqində görürdülər. Qafqaz canişini Vorontsov-Daşkov və digər çar məmurları hesab edirdilər ki, Stolıpinin aqrar siyasəti kəndlilərin xüsusi torpaq mülkiyyətçilərinə çevrilməsi üçün zəmin yaradır və buna görə də o, təkcə Rusiya üçün deyil, Cənubi Qafqaz üçün də məqsədəuyğun və xeyirxah aktdır. 1907-ci il mayın 10-da Dövlət Dumasında Stolıpinin torpaq məsələsi haqqındakı bəyanatı Cənubi Qafqazda Stolıpin aqrar siyasətinin tərəfdarlarını bir daha ruhlandırdı, çünki bu bəyanat çar hökumətinin təkcə Rusiyanın daxili quberniyaları yox, milli ucqarları üçün də aqrar məsələ məramnaməsi idi. Stolıpin aqrar siyasətinin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda tətbiq edilməsinin tərəfdarlarının səylərinə baxmayaraq, onların arzusu həyata keçmədi. Çünki çar hökuməti bu siyasətin ancaq bütün kəndlilərin 20 faizini təşkil edən sahibkar kəndinə tətbiq olunmasına razılıq vermişdi. Buna görə də 1908-1909-cu illərdə xəzinə kəndlilərini xüsusi mülkiyyətçilər qrupuna daxil etmək haqqında III Dövlət Dumasının müzakirəsinə çıxarılan layihələr təsdiq edilməmiş, kağız üzərində qalmışdı.
Qədim Yunanıstanda qanunlar
Qədim Yunanıstanın idarə edilməsində istifadə olunan qanunlar toplusuna verilən ad. Qədim Yunanıtan qanunlarının, hazırlanmasında Qədim Roma qanunlarının böyük rolu olmuşdur. Qədim Yunanıstan qanunlarının bu günə qədər böyük bir qisminin tarixə məlum olmasının səbəbi, qanunların German tayfaları tərəfindən əsrlər boyu qorunması olmuşdur. == İlk qanunlar == Qədim Yunanıstan qanunlarının yaranması haqqında bir sıra fikirlər vardır. Ən geniş yayılmış ehtimala görə, iki böyük şəhər arasında olan anlaşılmazlıqları aradan qaldırmaq üçün toplanan şura tərəfindən qanunların yaradılmasıdır. Qədim Yunanıstan qanunları əsasən miraslar üzərində olan mübahisələr, siyasət və ticarət sahəsində olan məsələlər, qulların azad edilməsi və ya edam edilməsi barədə olan məsələləri əhatə etmişdir. Qədim Yunan qanunlarının ilk nümunələri günümüzə qədər qəlib çatmamışdır. Yunan qanunlarının ilkin nümunələrinə, dahi yunan şairi Homer nəğmələrində rast gəlinir. Həmin nəğmələrdə, Yunanıstanda boşanma və qullar haqqında olan qanunlardan bəhs edilir. Yunanıstanda ilk konstitusiya e.ə II əsrdə Aristo tərəfindən yaradılmışdır.
Luristan
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır.Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Nuristan
Nuristan vilayəti (puşt. نورستان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 9.225 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 134.1 min nəfər, inzibati mərkəzi Qamdiş şəhəridir. Əhalinin əksəriyyətini nuristanilər təşkil etsə də, vilayətdə az sayda qucaratlılar (hindlilər), taciklər, puştunlar və digər millətlərin nümayəndələri də yaşayır. Vilayət inzibati cəhətdən Məndol, Vama, Vayqal, Nuristan, Qamdiş və Bərgi Matal rayonlarına bölünür. == Əhalisinin etnik tərkibi == Əhalisinin 99.3%-ni nuristanilər, 0.6%-ni qucaratlılar, 0.1%-ni taciklər təşkil rdir.
Periton
Periton (lat. peritoneum) — ən böyük seroz qişa, qarın və çanaq boşluğu divarlarını daxildən və burada olan üzvləri xaricdən örtür. Qarın boşluğu - lat. cavum abdominis yuxarıdan tərəfdən - diafraqma ilə, on və yan tərəflərdən qarın əzələləri ilə, arxa tərəfdən - bel əzələləri və bel fəqərələlərinin cisimləri ilə əhatə olunmuşdur. Aşağı tərəfdən bu boşluq böyük və sonra kiçik çanaq boşluğuna keçir.
Pərixan
Pərixan — qadın adı.
Suriyan
Suriyan- İranın Fars ostanının şəhərlərindən və Bəvanat şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,645 nəfər və 2,638 ailədən ibarət idi.
Kurtan
Kurtan — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Şurtan
Aşağı Şurtan